Qərbi Azərbaycanda hayların
törətdikləri qırğınlar, vəhşiliklər...
31
dekabr Dünya azərbaycanlılarının həmrəyliyinə
həsr olunur
əvvəli
ötən sayımızda
Andronikin
quldur dəstəsi Qarakilsənin
(Sisyanın) 31 kəndini
xaraba qoyub, əhalini qırıb. Ağdü kəndində
400 nəfər tutan məscidə adamları yığıb
bütün çıxışları bağlayıblar.
Qızmış buğaların üstünə neft
töküb od vurub içəri buraxıblar. Buğalar
adamları dırnaqları altına alıb şilküt edib.
Sonra qəddar ermənilər məscidin damını söküb içəri küləş
doldurub od vurublar, məscidin küncündə,
bucağında qalanlar da tüstüdən boğulub
ölüb. Bakı-Şamaxı ssenarisi kimi insanları ən
çox Allah evlərində-məscidlərdə məhv ediblər.
Andronikin quldur dəstəsi törətdiyi vəhşilik nəticəsində
xaraba kəndlərin kalafalarında qazıntı aparılarkən
vəhşicəsinə öldürülmüş
insanların qol, bud, bazu, kəllə sümükləri
çıxırdı. Əcdahı dərəsinin,
Mırığın, Aylığın mağaraları
kahaları, qayaların araları insan sümüyü ilə
dolu idi.
Qarakilsənin Şükar kəndindən Abbas kişinin
1967-ci ildə mənə dediklərindən:
-Andronikin
quldur dəstəsi kəndi mühasirəyə
almışdı. Bacılarım Gövhər və Nigar kənddə
qalmışdılar. Gövhər qonşumuz
Tağının oğlu Eldənizə
adaxlanmışdı. Atam Şamil görür ki,
çıxış yolu yoxdur, ona görə də
qızların erməni əlinə keçməməsi
üçün onları öldürmək fikrinə
düşür. Elə də edir. Gavur əlinə
düşməsin deyə övladlarını özü
vurur. Eldəniz də nişanlısını aparmağa gələndə
quldur dığalar onu qamarlayıb tuturlar və belə şərt
qoyurlar:
- Get
nişanlın Gövhəri gətir
ver bizə, səni buraxaq.
Eldəniz onlara ağır sözlər deyir. Dığalar
onu aparıb “Toxluqayanın” dibində doğrayırlar. Atam
Şamil ermənilərə əsir düşür. Onu
Qarakilsənin həbsxanasında saxlayır, işgəncə
verirlər. Arsen adlı erməni atama zülm eləyib.
Ətlə dırnağın arasəna iynə yeridib, barmağını
qapının arasında qoyub sıxır, sol
ayağını nallayır, qaçaqların yerini ondan
öyrənmək istəyirlər. Atam onlara sirr vermir.
Axırda atamın sağ baldırının dərisini soyur,
yerinə duz səpir həməyir keçilərə
yalatdırırlar. Sonra aparıb “Göyuçqun”
qayasından atırlar.
Təxmini
hesablamalara görə quldurlar kəndimizdən 2 min baş
qoyun, 975 baş qaramal, saysız-hesabsız dana-buzov
aparıblar. Vəhşi ermənilər zəncirli itləri,
hörüklü atları öldürməyiblər ki,
türklərə məxsus olan heyvanlar işgəncə ilə
ölsünlər: 377 nəfəri qayadan töküb
qırıblar. Andronikin quldur dəstəsi 1918-ci ildə
Ağdü kəndinin 1122 nəfər əhalisindən 824 nəfərini
vəhşicəsinə məhv etmişdilər. Ümumiyyətlə, Zəngəzur qəzasında erməni
hərbi birləşmələri 1918-ci ildə azərbaycanlılar yaşayan 115 kəndi
məhv etmiş, 7729 nəfər azərbaycanlıları, o
cümlədən 3257 kişi, 2276 qadın, 2196
uşağı vəhşicəsinə
öldürmüşdülər.
Andronik Zəngəzurun
qərbini talan etdikdən sonra 1918-ci ilin payızında Tat kəndinə
hücum edir. (Tat kəndi Laçın rayonunun ərazisindədir.)
Andronikin vəhşiləşmiş dəstəsi kəndi
mühasirəyə alır. Quldurbaşı üzünü
özü kimi qaniçən, qəddar, başkəsən
dığalara tutur”.
-Qaytaqanlar
(qaçqınlar)! Mən sizin vəziyyətinizi bilirəm
yeməyə çörəyiniz, əkməyə
torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz
var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda,
Sarıqamışda qoyub gəldiniz. Mən orda sizin
qisasınızı türklərdən ala bilmədim, lakin bu
Zəngəzurda yaşayan türklərə aman yoxdur. Gərək
daş-daşın üstündə qalmasın. Bir erməri
ölsə, 10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir.
Bu kənddən bir nəfər sağ
çıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi
erməni quldurları tərəfindən ağıla
sığmaz işgəncə ilə qətlə yetirilib. Tat
kəndində törətdikləri dəhşətli faciəni
ağıla
sığışdırmaq olmur. Azyaşlı
uşaqların başını kəsib, qanını
xüsusi qablara yığır, ürəkləri soyumaq
üçün qədəhlərə süzüb
içirmişlər. Sonra kəndin adamlarını əsasən
qadınları, uşaqları samanlığa doldurub diri-diri
yandırıblar. Tat kəndində hamilə qadının
qarnını yırtaraq körpəni yanan təndirə
atıblar.
Körpə
uşaqları buqadları qələm vurulmuş ağaclara
qarnı üstə keçirib, onların ağlamasından həzz
alırmışlar. Andronik
Ozanyan qəlbi
(hündür) yerdə
oturub meydanda lüt kürəklərinə qaynar samovar bağlamış
adamların hərəkətlərindən ləzzət
alırmış.
Daşnak
Tayqulaq Zəngəzur mahalının qərb hissəsini
işğal edəndən sonra Qarabağa keçmək
eşqinə düşür. Yerli erməni
nankorlarının köməyi ilə heç bir maneyəyə
rast gəlmədən Minkənd-Şəlvə-Murovdağ
istiqamətində Qarabağa keçmək qərarına gəlir.
Xülasə, yerli daşnak törtöküntüləri Androniki başa salırlar ki, Zəngəzur
dağlarında, yaylaqlarında elat tərəkəmələr
ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr
ağzı arana yatanda barxanasını bağlayıb və
köçürlər. Onların nəzərdə
tutduqları maneyə Kürdüstanın bəyi-Soltan bəy
Soltanov idi. Yediyi çörəyi itirən dığalar
Androniki tamam arxayın salırlar ki, Soltan bəyin
böyük təsərrüfatı var, başı
qarışıb təsərrüfata. Bəli, Andronik hərbi
sursatını gətirib yığlr Qaragölün ərtafına,
gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi
Qarabağa keçmək, nəzərdə tutulan planı
yerinə yetirmək idi.
Qışda
ovçular dağlara çıxırdılar. Onlar ayı,
maral, ovlayırdılar. Şəlvədən ovçu
Qaraş, ovçu Soltan ovçuluqdan tanındıqları
üçün onlara ovçular deyirdilər. Ovçular
Qaragölün həndəvərində hərbi sursatı
görüb şübhələnirlər. Ovçular ov etməkdən
vaz keçib özlərini çatdırırlar Soltan bəyə:
-Bəy,
başın qarışıb təsərrüfata
düşmən gəlib oturub çənənin altında.
Onlar gördüklərini yerbəyerdən Soltan bəyə
çatdırdılar. Soltan bəy qəzəblənir və
deyir:
-Mən
bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası
bütün Zəngəzuru bürüsün.
Qısa
arayış: Soltan bəy Soltanov
1871-ci ildə Zəngəzur qəzasının
Qasımuşağı obasında
(Kürdhacı kəndində)
anadan olmuşdur. Atası Paşa bəyin, babası
qatırçı Muradın var dövləti adla deyilərmiş.
Paşa bəy bədahətən şeir deyən, müdrik
el ağsaqqalı, müdrik kəlamlar işlədən
dünya görüşlü adam olub. Soltan bəy ilk təhsilini
Şuşada, Tiflisdə sonra Sankt-Peterburqda mükəmməl
təhsil almış, hərbi akademiya bitirmişdir. Soltan bəyin
məzarı hazırda Türkiyənin Köçqoy kəndindədir.
Soltan bəy Zəngəzurun, ümumilikdə azərbaycanın
igid oğludur.
Təsərüfatı
çox sevdiyindən orduda xidmət etməyib gəlib öz
doğma kəndində böyük pendir zavodu tikdirib və
zavodun avadanlığını Almaniyadan gətirib. Zavodda
hasil olan məhsul-yağ, pendir, xama, qaymaq bütün Şərqdə
məhşur imiş. O, Avropa və başqa Şərq
dövlətləri ilə ticarət əlaqələrinə
girir və rus ordusunu yağ,
pendirlə təmin edir.
Bu bəd
xəbəri eşidən kimi Soltan bəy qüvvələri
səfərbər edir. İşi belə görən Andronik
Soltan bəylə sazişə girmək fikrinə
düşür. Din xadimlərinin toxunulmazlığından
istifadə edən daşnak Andronik keşiş Mesropu Soltan bəylə
görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə
arxasından söhbət edərmiş. Keşiş Andronikin
göndərdiyi məktubu Soltan bəyə təqdim edir.
Məktubun
məzmunu belə olur:
“Soltanbəy, bizim Şuşa
yürüşümüzün təhlükəsizliyini təmin
etsəniz, Abdallar oylağından keçib getməyimizə
icazə versəniz, sizə istədiyiniz qədər
qızıl verərəm. Hörmətlə: Andronik
Paşa”.
Soltan bəy
ağıl dəryası imiş. O, keşişə deyir ki, elə cavab məktubunu da
özün yaz. Yaz ki, türk hərbi adı “Paşa” sizə
yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə
eşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisiniz
ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar.
O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini
təmin etməyə, bizə 20 qatır yükü silah
lazım olacaq. Danışıqlarımız baş tutsa
işarəmi gözləyin. Amma bütün silahları,
topları, plemyotları söküb qatırlara yükləyin,
üstünü də basdırın diqqəti cəlb etməsin.
Bu yerlərin dəliqanlı igidləri şuluqluq salar,
biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd
işlətməklə bir gecənin içində
düşmənin silah yüklü 170 qatır
karvanının ağzını Kürdhacıya döndərir.
Andronikin quldur dəstəsini, nizami ordusunu Zabığın dərəsində
darmadağın edir. Çıxış yolu tapmayan quldur
Andronik Ozanyan keşişi
öldürür, libasını geyinir. 5-6 yaşında bir
uşağın əlindən tutub bəyə tərəf
gedir.
Qələbədə
məğrurlaşan Soltan bəy:
-Keşiş,
hardan gəlib, hara gedirsən?
Andronik
uzun əbasının balağını dəstələyə-dəstələyə:
-Bəy,
başına pırlanım, bu uşağa hayıpım gəlir,
azıb eyləyər, aparıb ötürüm.
O, hiylə
ilə xaç çevirir, “astvasa” (Allaha) da xoş gələr,
deyir.
Soltan bəy
qılçını aralayır və deyir:
-Keşiş,
gəl keç.
Andronik bəyin
paçasının arasından keçib gedir. Bir azdan əsgərlər
xəbər gətirirlər ki, Andronik keşişi
öldürüb paltarlarını geyinib aradan
çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy
üzünü onlara tutub:
-Əzizlərim,
Türkiyədə türklər onun qulağını kəsiblər.
Burada da mənim
qılçımın arasından keçib. O bir daha Azərbaycana
qayıtmayacaq.
Doğrudan
da, elə olur. Zabığ məbluğiyyətindən
sonra Andronik 30 nəfərlə gedib çıxır
Üçməzdinə. 1923-cü ildə gedib
Bolqarıstana. Oradan da özünün iki öğlunu
götürüb qaçır Amerikaya və 1925-ci ildə
orada gəbərir. 1927-ci ildə Fransada yaşayan daşnaklar
onun sümüklərini Parisə köçürürlər.
1990-cı ildə millətçilik, şovinistlik tərbiyəsinin
gözünə qatmaq üçün onun qəbrindən bir
ovuc torpağı Yerevana göndərmişdilər. Biz isə
erməni daşnaklarının fitfası ilə Soltan bəy
kimi el oğlunu “Xalq düşməni” çıxartdıq, nəslini
sürgünlərdə çürütdük.
Ruhun
şad olsun, ay Soltan bəy! Əmanət qoyub getdiyin
torpaqları işğaldan azad edə bildik . Ümumiyyətlə,
1918-ci ildə 50 mindən çox soydaşımız qətlə
yetirilib, 20 min nəfər dinc əhali yaralanıb, 50 min adam əlil
olub, 4 min əsir və itkin düşmüşdür, 811 kənd,
şəhər, qəsəbə
Yer üzündən silinmişdir.
1988-ci ildə
erməni işğalçıları tərəfindən qəsb
olunmuş Azərbaycan torpaqları öz sahiblərini
soraqlayır. Dağlıq Qarabağın işğalına qədər
Qərbi Azərbaycan ərazisində etnik təmizlənmə
aparılması nəticəsində , qışın
oğlan çağında zorla qovulan Azərbaycanlıların
sayı 250 mindən çox idi. Onlar öz tarixi etnik
torpaqlarında son nəfəsinə kimi deportasiya olundu.
Azırbaycan Qaçqınlar Cəmiyyəti və Respublika
Prokrorluğunun məlumatında deyilir:
1988 -ci il
noyabr ayının 28-dən,
dekabr ayının 8- dək
Qərbi Azərbaycanda kütləvi
sürətdə azərbaycanlılar yaşayan 22 rayonun 185
yaşayış məntəqəsinə quldarcasına
basqın edən erməni vəhşiləri 217 nəfəri
müxtəlif işgəncə
ilə qətlə yetirmişlər. Öldürülənlərdən 57 nəfəri qadın 5 nəfər
körpə uşaq 18 nəfər müxtəlif yeniyetmələrdən ibarət olmuşdur. Həmin
dövrdə Azərbaycanlıların 400 dən çox
yük maşını qarət edilmiş , 25 min ailənin əmlakı
talan olmuş 40897 azərbaycan ailəsi , 250 min azərbaycanlı
öz dədə - baba torpaqlarından məcburi qaydada
deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum olmuşdular . Bununla belə
1988 ci ildə Spitakda baş verən zəlzələdə zərər
çəkənlərə kömək məqsədilə
göndərilən sərnişinləri azərbaycanlılardan
ibarət olan “İL-76” təyyarəsinin vurulması 79 nəfərin
həlak olması , ermənilərin azərbaycanlılara
qarşı törədilən terror əməliyyatının
həyata keçirilməsi idi.
Bəs
biz neylədik, 20 sentyabr 2023-cü ildə ? ... Haylardan bir nəfər
mülki şəxsin burnu da
qanamadı ... Bu bizim
kişiliyimiz, o da onların nakişiliyi!
Ümumilli
liderimiz Heydər Əliyev tariximizin faciəli səhifələrindən
danışarkən qeyd etmişdir: “Soyqırım və
deportasiya prosesi mərhələlərlə müxtəlif
tarixi şəraitdə, düşünülmüş plan əsasında
həyata keçirilmişdir. Sərsəm “Böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək
üçün saxta iddeoloji tezislər
formalaşdırılmış, terrorçu təşkilatlar
qurulmuşdur. Erməni əhalisi
Türk və Azərbaycan
xalqına qarşı daim millətçilik, şovinizm
ruhunda tərbiyyəolunmuşdur...
Soyqırım Azərbaycan xalqına böyük siyasi, maddi və
mənəvi zərbələr vurmuşdur.
Bütövlükdə XX əsr ərzində 2 milyona
yaxın azərbaycanlı deportasiya və soyqırım siyasətinin
ağır nəticələrini öz üzərində hiss
etmişdir...
Bu hadisələri,
onların dərdlərini unutmağa bizim haqqımız
yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq
xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara
qarşı zaman-zaman törədilən bu ağır cinayətləri
unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə
və onların məkrli niyyətlərinə qarşı
ayıq-sayıqlıq ruhunda tərbiyə etmək
mühüm vəzifədir”.
Dünya
ictimai fikrinə ermənilərin məkirli siyasətini, azərbaycanlıların
erməni tərəfindən soyqırıma məruz
qalmalarını çatdırmaq üçün ümumilli
liderimiz cənab Heydər Əliyevin 26 mart 1998-ci ildə
imzaladığı fərman təqdirə layiqdir. Həmin fərmanda
“31 mart Azərbaycanlıların soyqırımı
günü” kimi qeyd olunur.
Bu gün
vəzifəsindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq hər bir azərbaycanlı, hər bir vətən
övladı ermənilərin xəbis niyyətlərini,
ortaya atdıqları yöndəmsiz, sərsəm planları
ifşa etməli, Azərbaycan xalqının haqq səsinin
dünya ictimaiyyətinə çatdırılması
üçün əlindən gələni əsirgəməməlidir.
Möhtərəm
prezidentimiz cənab İlham
Əliyev bu xüsusda demişdir: “Biz yalnız tarixi ədalətin
və həqiqətin bərpa edilməsini, işğal və
soyqrımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət
qarşısında ittiham olunmasını istəyirik.
Əminəm ki, xalqımızın vətənpərvərliyi,
milli-birliyi məqsədyönlü fəaliyyəti ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırmların dünya ictimaiyyətinə
çatdırılması prosesində önəmli rol
oynayacaqdır ”.
Bəli.
Biz də inanırıq ki, belə də olacaq. Çünki
ermənilərin faşist əməllərini bütün
dünya xalqları bilməlidir
və onlar tezliklə öz cəzalarını
almalıdırlar. Bu toplumun Yer üzündə yaşamağa
haqqı yoxdur.
Əvəz
MAHMUD LƏLƏDAĞ,
şair,
dramaturq, publisist,
Sumqayıt
Dövlət Universitetinin müəllimi,
28.11.2023-cü
il
Azad
Azərbaycan.- 2023.- 28 dekabr, ¹43.- S.6.