Vəliyulla sən kimsəsiz deyilsən
(Elegiya)
Xalqımızın sevimli şairi, sağlığında klassik adını qazanmış, Xalq şairi, mənim ustadım Nəriman Həsənzadə mənə çox maraqlı bir maraqlı hadisə danışdı...
Bu maraqlı hadisə onun dərs deidyi və kafedra müdiri olduğu Azərbaycan Dövlət Milli Aviasiya Akademiyasının tələbələri arasında baş vermişdi. Yəni bu maraqlı hadisə orada təhsil alan tələbələrin fədakarlığı haqqında idi.
Nəriman müəllim belə dedi:
-Bizim kafedradan və mənim dərs dediyim doqquz nəfər tələbələr dərsə gəlməyib, gedib şəhid olan bir kimsəsiz igid əsgərimizin dəfnində iştirak ediblər...
Bu maraqlı hadisə mənə xoş təsir bağışladı və belə qərara gəldim ki, bu müqəddəs, xeyirxah hadisəni çoxminli oxuculara da çatdırım. Və beləliklə, mən Nəriman müəllimlə Milli Aviasiya Akademiyasına getdim. İlk öncə dekan, hüquq eləmləri doktoru, professor Ayxan Rüstəmzadə ilə görüşdük. Çox böyük ziyalı olan Ayxan müəllimlə söhbətimiz maraqlı oldu. Və mən fəxr elədim ki, belə yüksək təfəkkürlü, böyük təşkilatçı, əsl vətənpərvər insan, cavan olmasına baxmayaraq, özünün ağlı, savadı ilə müdrik insan təsiri bağışlayan dəyərli ziyalı ilə tanış oldum. Və ona da inandım ki, belə bir savadlı, təşkilatçı insan Milli Aviasiya Akademiyasında çox böyük işlər görəcək. Bu akademiyada yüksək savadlı, dərin bilikli, təfəkkürlü tələbələrin yetişməsində çox işlər görəcək.
Sonra biz Nəriman müəllim və Ayxan müəllimlə sinif otağına getdik.
İlk öncə Ayxan müəllim danışdı və belə dedi:
-Milli Aviasiya Akademiyasının yaradıcısı, dünya şöhrətli akademik Arif Paşayev burada təhsil alan tələbələrə aşılayır ki, “ ali məktəbdə təhsil alan bütün tələbələr bizim övladlarımızdır. Buranı bitirəndən sonra da ailələri üçün məzun olacaqlar”. Arif müəllim ilk dərs günündə tələbələrə tövsiyyə edir ki, ali məktəbin həyətinə girəndə birinci orada olan xadimlərə salam verin, sonra müəllimlərə. Sonra da burada əkilən hər bir gülləri, ağacları qoruyun. Bu da o deməkdir ki, hörmətli akademikimiz bütün insanları və təbiəti çox sevir. Onun sevgisidir ki, bizim tələbələr hər bir xeyirxah işin yanında olurlar. Tələbələrimiz igid şəhid Vəliyullanın dəfn mərasiminə gedəndə mənim xəbərim vardı. Onlarda həmin dəfnə getməklə milli qürürlarını, ölkəmizə, xalqımıza, millətimizə olan bağlılıqlarını göstərdilər. Azərbaycan xalqı şərəfli və qürurlu xalqdır. Torpaqlarımızın işğalından 28-30 il keçməsinə baxmayaraq, biz sübut elədik ki, öz torpaqlarımızı, öz qeyrətimizi, namusumuzu unutmamışıq. Bizi ləkləməyə çalışanların, bizim üzərimizdə öz oyunlarını quranların bu məkirli siyasətinə icazə vermədik. Bu xarici ölkələrdə daha çox hiss olunurdu. Mən doktorluq işimi müdafiə eləmək üçün xarici ölklərə mütəmadi gedib-gəlirdim. Qarabağ adı gələndə başımızı aşağı əyirdik. Amma milliyəti olmayan həmin insan toplusu başlarını dik tuturdular. İndi artıq hər şey dəyişdi. İndi biz başımızı dik tuturuq, onlar başlarını gizlətməyə yer axtarırlar. Allah qismət eləsin və bizim tələbələr də bundan sonra xaricə gedəndə görəcəklər ki, indi onlar başlarını aşağı dikirlər. Qarabağ bizim ulularaımızın, babalarımızın, atalarımızın yurdu olub və biz də Ali Baş Komandanımız başda olmaqla igid əskərlərimizin sayəsində Qarabağı geri qaytarmaqla millətə olan borcumuzu da geri qaytardıq. İstiqlalımızı, qürurumuzu bərpa elədik.
Yadımıza salaq. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə atəşkəs elan elədi. Bu atəşkəsi məhz ona görə elədi ki, biz özümüzə güc-qüvvət toplayaq. Bundan sonra Bakı-Tibilisi-Ceyhan neft kəməri qurğusu inşa olundu ki, Azərbaycan iqtisadi cəhətdən güclənsin. 2000-ci ilə qədər bütün qanunlarımız dəyişildi. Azərbaycan beynəlxalq təşkilatlara, Avropa Şurasına üzv olundu. Cənab İlham Əliyev hakimiyyətə gələndə onun üzərinə düşən yük daha çox və ağır oldu. Çünki həmin vaxtı Azərbaycanın inkişaf dövrü başlamışdı. Onu əvvəlki gücündə saxlayıb, dövləti qüdrətləndirmək lazım idi. Həqiqətən də cənab Prezident arxasında xalqı gördü, onlara güvənib dövləti qüdrətləndirdi. Xalqın gücü ilə öz torpaqlarımızı, süverenliyimizi bərpa elədik.
Ona görə də mən tələbələrimizə təşəkkür eləyirəm ki, kimsəsiz olan şəhidimizin mərasimində, dəfnində iştirak elədilər. Ən azından onun uyuduğu torpağa əllərini vurmaqla onun yanında olmalarını, kimsəsiz olmadığını sübut elədilər. Bir daha sübut elədilər ki, onun ən əziz yaxını bizim tələbələrdir. Azərbaycan millətidir. Müharibə dövründə hər bir evə şəhid gələndə hamımız ağlayırdıq. Çünki gedən millətdən gedirdi. Bilirik ki, torpağa qan qarışmasa müstəqillikdən söhbət gedə bilməz. Bizim itirdiyimiz şəhidlər yalnız başımızın ucalığı və torpaqlarımızın azad olmasının zirvəsidirlər. Ona görə də tələbələrimizə milli ruhlarının güclü olması üçün təşəkkür eləyirəm. Hörmətli rektorumuz, akademik, cənab Arif Mir Cəlal oğlu Paşayev sağ olsun ki, hər birimizi bu müqəddəs işə cəlb eləyib və hamımız milli ruhdayıq. Ümidvaram ki, tələbələrimizin də gələcək həyatlarında həm milli qürurlarını, həm akademiyanın onlara verdiyi biliklə yüksək səviyyədə formalaşmaları üçün də böyük kömək olacaq. Nəriman müəllim də çox sağ olsun ki, bu təbliğatda öndə gedənlərdən biri də məhz odur. Ağalar müəllim siz də sağ olun ki, bu müqəddəs işi təbliğ eləyib, bu haqda yazı yazacaqsınız. Biz şəhid verəndə kədərlənirdik. Amma qəlbimizdə fikirləşirdik ki, o şəhidlərin qanı yerdə qalmayacaq. Otuz il idi ki, şəhidlərimizin gözü yolda idi ki, biz həmin torpaqlara qayıdaq. Qayıtdıq. Həmin erməni toplumuna da insan kimi torpaqlarımızdan çıxmağa icazə verdik. Bu onların şərəfsizliyi, bu da bizim kişiliyimiz. Biz qəlbən bilirik ki, onlar insan deyil. Mən əslən Qarabağlıyam. Bizimkilər Qarabağdan çıxanda evlərinin qapılarının açarlarını götürmüşdülər və fikirləşirdilər ki, tezliklə qayıdacalar. Amma onlar torpaqlarımızdan çıxanda üzr istəyirəm unitazı götürüb aparırdılar. Bu, bizim milli kimliyimiz, bu da onların toplum olmasına bir sübut. Biz qürurlu, namuslu, qeyrətli xalqıq. Biz birləşəndə qarşımızda heç kim dayana bilməz. Bunu 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabar ayının 19-20 tarixlərində apardığımız lokal xarakterli döyüşlərdə sübut elədik.
-Nəriman müəllim siz mənə telefonda demişdiniz ki, doqquz tələbəniz gedib, əslən Dərbənddən olan kimsəsiz şəhidin dəfnində iştirak eləyiblər. Xahiş edirəm bu hadisəni bir qədər geniş açıqlayasınız.
- Həmin kimsəsiz şəhid baş leytenant Vəliyulla Elman oğlu Əliyev idi. Bizim tələbələr 2023-cü ilin 20 sentyabrdında eşidiblər ki, şəhid gəlir qarşılayanı yoxdur. Adı da Vəliyulladır. Onlar akademiyada heç kimə heç nə demədən çıxıblar və gedib qardaş əvəzi onu qarşılayıblar. Dəfnində iştirak ediblər. Mən, bunu eşidəndə bir azərbaycanlı kimi, müəllim kimi tələbələrimlə fəxr elədim. Öz-özümə dedim ki, bunlarla qardaşlıq, yoldaşlıq, dostluq eləmək olar. Ona görə də belə qərara gəldim ki, sizə zəng eləyim və bu xəbəri deyim. Elə həmin gecə onlarla bağlı “ And içənlər” adlı bir şeir yazdım. İstəyirəm o şeiri sizə verim və siz də çap eləyəsiniz.
Şeiri götürüb oxudum və bu elegiyaya əlavə elədim.
...AND İÇƏNLƏR
Cənab Prezident İlham Əliyev Xankəndindəki
tarixi çıxışında yetişən yeni ruhlu gənclərdən də danışdı.
Müəllif
Sinifdə əyləşibdi
dediyiniz o gənclər.
Vətənin taleyini,
öz taleyi bilənlər.
Bir şəhid tabutuna
çiyin verib gələnlər.
O, atasız, anasız,
bunlar – qardaş əvəzi,
Taleyin
son töhfəsi!
Milli Akademiyam,
Dünyada yeni Dünyam!
Mənim
tələbələrim!
Yeni bir şah əsərim!
Yeni açılan səhər!
İçində and içənlər!
Milyondan
Doqquz nəfər:
Barış,
Murad və
Ayxan;
Fərid,
Nicat və
Arkan;
Amil,
Tale və
Elmar!
Fədakar,
Təvazökar...
Mən istəyirəm ki, on bir milyon əhalimizin hamısı belə olsun, -deyə Nəriman müəllim söhbətinə davam elədi. Bu yazı çap olunandan sonra inanıram ki, yaxşı mənada rezonans yaradacaq. Azərbaycan xalqı onlarla fəxr eləyəcək.
Mən bunların hər birinə öz balam kimi
baxıram. Və inanıram ki, bundan sonra hamı belə də olacaq. İstərdim ki, iqtisad fakültəsinin bu doqquz nəfər
tələbələrilə özünüz də söhbət eləyəsiniz.
Söhbət əsnaslnda
siz də bunu görəcəksiniz.
Bizim dekan Ayxan müəllim
də mənim tələbəm olub. O, hüquq elmləri doktoru üzrə müdafiə eləmişdi.
İndi də professor oldu.
Mən, onunla da fəxr eləyirəm. Ona
da inanıram ki, Azərbaycanı
gələcəkdə belə
savadlı, igidlər idarə eləyəcək.
Azərbaycan tezliklə
dünyanın ən aparıcı ölkələrindən
biri olacaq.
Sonra arada bir sükut
yarandı. Mən şəhid Vəlyəddinin
dəfnində iştirak
eləyən gənclərə
baxdım. Hər biri yaraşıqlı, gözəl gənclər
idi. Onların gözlərində mən
şəhid Vəliyullanın dəfn
mərasimini gördüm.
Onlardan biri bu sükutu pozdu və dedi:
-Axı biz nə fövqəladə iş görmüşük? Öz borcumuzu yerinə yetirmişik.
-Ağalar müəllim. Bu
danışan oğlanın
adı Barışdır.
Sinif nümayəndəsidi,-deyə Nəriman
müəllim dedi. Ona
sizin telefon nömrənizi vermişdim
ki, sizinlə danışsın
və bu haqda məlumat versin. Amma sizinlə danışmayıb. Soruşdum
niyə danışmayıbsan,
dedi ki, “Nəriman müəllim, axı biz nə fövqəladə iş görmüşük?
Bir qardaş kimi borcumuzu yerinə yetirmişik”. Bax, bu uşaqlar belə təvazökardırlar.
Onların gördüyü vətənpərvərlik
haqqında mən də bir neçə
söz dedim və axırda razılaşdılar ki, müsahibə
versinlər.
Onlara üç
sualla müraciət elədim.
Birinci sualım Milli Aviasiya Akademiyası haqqında oldu. İkinci sualım şəhid olan Vəliyulla Əliyevlə bağlı
oldu. Üçüncü
sual isə belə oldu. Necə oldu ki, siz Vəliyullanın şəhid olduğunu bildiniz və onun dəfnində iştirak etməyə getdiniz?
Nisat
Azad oğlu Qəhərəmanovun
dediklərindən:
-Mən İqtisadiyyat və hüquq fakültəsinin iqtisadiyyat
şöbəsində iqtisadiyyat
üzrə təhsil alıram. Mən və qrup yoldaşlarım
bu ali məktəbə 2021-ci ildə
daxil olmuşuq.
Çox
sevinirik ki, Milli Aviasiya
Akademiyasında oxuyuruq
və burada çox bilikli müəllimlərdən dərs
alırıq. Şəhidimiz
Vəliyulla Azərbaycanın
qədim torpağı
olan Dərbənddə
anadan olmuşdu. Sonra Azərbaycanda Hərbi məktəbdə təhsil
almışdı. Zabir
idi. Rusiyaya qayıtmalı idi. Təbii ki, bunu istəmirdi. Həmişə
də deyirmiş ki, “mən başqa millətin bayrağı altında vuruşmaq istəmirəm. Özümüzün
üçrəngli bayrağımız
altında vuruşacam.
Çünki mən azərbaycanlıyam”. Ona görə
də 44 günlük
Vətən müharibəsində
iştirak etmişdi. Həmin döyüşlərdə
böyük şücaət
göstərmişdi. Hətta
yaralanmışdı, amma
yenə də döyüşlərə qatılmışdı.
2023-cü ilin sentyabr ayının 19-20-si tarixlərindəki
lokal xarakterli müharibəyə də
qatılmışdı. Həmin
döyüşlərdə də böyük şücaətlə
vuruşmuşdu və
şəhidlik zirvəsinə
ucalmışdı. Deməli, Vəliyulla
Vətən ruhlu, vətənpərvər bir
şəxsiyyət olub.
-Bəs siz onun
şəhid olduğunu
haradan bildiniz?
- Vəliyulla şəhid olandan bir neçə
saat sonra, gecə mən internetdə onun şəhid olduğu xəbərini
oxudum. Belə yazılmışdı: “Sonuncu
əməliyyatda şəhid
olan qardaşlarımızdan
biri də baş leytenant Əliyev Vəliyulla Elman oğludur və əslən Dağıstan
azərbaycanlısıdır. 44 günlük Vətən müharibəsində
igidliklə döyüşərək
yaralanıb. Sağaldıqdan
sonra isə yenidən ordu sıralarına qayıdıb.
Şəhidimizin kimsəsi
yoxdur, amma bizlər varıq. Şəhidimizi layiqli şəkildə dəfn etmək bizim borcumuzdur! Şəhidimizin
nəşi bu gün 11:00-da mərasimlə
İkinci Fəxri Xiyabanda dəfn olunacaq. Bütün dostlardan xahiş edirəm hamı dəfndə iştirak etsin”. Elə həmin dəqiqə bu xəbəri öz qrup yoldaşlarıma
atdım. Bir neçə
dəqiqədən sonra
qrupumuzun bütün üzvləri mənə yazdılar ki, “Vəliyullanın
qardaşı, ən yaxın adamı kimi biz
dəfnində iştirak
eləyəcəyik”. Səhər
saat on bir radələrində hamımız
İkinci Fəxri Xiyabana getdik və onun dəfn
mərasimində iştirak
elədik. Təbii ki,
bizdən başqa orada çoxlu
insanlar da Vəliyullanın
dəfnində iştirak
elədi. Bu dəfn də başqa şəhidlərin dəfni
kimi çox izdihamlı keçdi.
Barış Sədi oğlu
Həmzəzadənin dediklərindən:
-Mən qrupun sinif nümayəndəsiyəm.
Nicat gecə saat iki radələrində
qrupa bu xəbəri yazdı.
Sonra ayrıca mənə
də yazdı ki, belə bir acı
xəbər var. Mən
gecə gec olsa da hamıya bu haqda xəbər
verdim. Hətta Akademiyanın
tələbə gənclər
təşkilatının rəhbərinə
də xəbəri verdim. Səhər tezdən hamımız İkinci Fəxri Xiyabana getdik. Əfsus ki, bir neçə tələbə
yoldaşımız iştirak
eləyə bilmədi.
Bəlkə də onlara xəbəri çatdıra bilməmişdik.
Ya da onlar bu xəbəri gec oxumuşdular. Ona görə də gəlib çata bilməmişdilər.
-Sizin tələbə yoldaşlarınızdan kimlər
həmin dəfndə
iştirak elədilər?
-Amil Rahim oğlu Hüseynov. Elmar
Rafiq oğlu Əliyev.
Ayxan Rafiq oğlu Məmmədzadə. Taleh Pənah oğlu Xasıyev. Arkan Babaş oğlu Əkbərov. Nicat Azad oğlu Qəhərəmanov.
Murad Nazim oğlu Rüstəmli.
Fərid Aydın oğlu Ruzmanov. Və mən- Barış Sədi oğlu Həmzəzadə.
Biz həm ağlayırdıq
və həm də sevinirdik, qürur duyurduq ki, baş leytenant Vəliyulla
Vətənin azadlığı
uğrunda şəhid
olub. Onun yerində biz də olsaydıq, Vətəni qorumaq üçün belə addım atardıq.
Arkan Babaş oğlu Əkbərovun dediklərindən:
-Şəhid Vəliyullanın
dəfninə getməyimizin
əsas səbəbkarı
qrup yoldaşımız
Nicat oldu. Əgər o, bizə xəbər verməsəydi,
bizim heç birimiz bunu bilməyəcəydik.
Buna görə hamımız
Nicata təşəkkürümüzü
bildirdik. Akademiya rəhbərliyinin çoxunun
bundan xəbəri olmadan biz, dərslərdə
iştirak eləməyib,
həmin dəfnə getdik. Bunu özümüzə
borc bildik. Öz vətənpərvərliyimizi,
milli ruhumuzu, Vətənə nə
qədər layiqli bir övlad olduğumuzu göstərmək
üçün və
Vətənin
qulluğunda durmaq üçün həmin dəfndə iştirak elədik. Bu müqəddəs
işdən də hamımız qürur duyduq və bu hadisə həmişə yaddaşımızda
qalacaq. Həmin dəfnə toplaşan insanların “Şəhidlər
ölməz, Vətən
bölünməz” şüarı
İkinci Fəxri Xiyabanda böyük əks-səda verirdi və hamımız elə həmin dəqiqə silaha sarılaraq, Vətəni qorumağa getməyə hazır idik.
Ülkər Məqsəd qızı
Hüseynovanın dediklərindən:
-Mən də çox istəyirdim ki, iştirak eləyim. Amma yol məsafəsinə görə və həmin hadisədən yalnız səhər xəbər tutduğuma görə iştirak eləyə bilmədim. Lakin çox
istəyirdim ki, iştirak
eləyim.
Ellada Teymur qızı Ağakişiyevanın dediklərindən:
-Mən də yol məsafəsinə görə dəfndə iştirak eləyə bilmədim. Amma qrup yoldaşlarımıza mənəvi
dəstək olmaq üçün biz onlara motivasiya verdik. Biz fəxr eləyirik ki, bizim belə igid, yüksək Vətən sevgisi olan qrup yoldaşlarımız var.
Amil Rahim oğlu
Hüseynovun dediklərindən:
-Şəhid Vəliyulla həqiqətən də çox vətənpərvər
oğlan olub. Nicat bu xəbəri
bizimlə paylaşanda,
orada Vəliyullanın
adı yazılmamışdı
və yazılmışdı
ki, bu şəhid kimsəsizdir. Biz hamımız
elə gecə söz verdik ki, səhər tezdən İkinci Fəxri Xiyabanda olacağıq və sübut eləyəcəyik ki, Vəliyulla
kimsəsiz deyil. Ümumiyyətlə, heç
bir şəhidimiz kimsəsiz deyil və şəhidlər heç vaxt ölmür. Həmişə
xalqın yaddaşında
uca zirvədə qalır. Birinci Qarabağ müharibəsini
biz böyüklərimizdən eşitmişdik. Əlbəttə,
buna görə hamımızda
ermənilərə qarşı
nifrət vardı. Çünki onlar bir milyondan çox
həmvətənərimizi doğma torpaqlarımızdan
didərgin salmışdılar.
İyirmi mindən çox şəhidimiz olmuşdu. Qırx mindən çox qazimiz bu müharibənin acısını
dadmışdılar. İkinci
Qarabağ müharibəsində
mənim həmyaşıdlarım
düşmənlərdən bunun hayıfını lazım olan kimi aldılar. Biz əsl döyüşün,
vətənpərvərliyin nə olduğunu gördük. Bunu qanımızda hiss elədik.
Bütövlükdə millət
bir yumruq kimi Ali Baş
Komandanımızın ətrafında
sıx birləşdi.
44 günə dünyada
analoqu olmayan bir qələbə qazandıq. Dünyanın
bütün aparıcı
ölklərinin başçılarını
mat qoyduq. İndi biz qalib
xalqıq. Bundan hamımız qürurluyuq.
Deməli, bundan sonra fəxr eləyə bilərik ki,
biz Babəklərin, Koroğluların,
Şah İsmayılların,
Nadir Şahların, qaçaq
Nəbilərin nəslindənik.
Və onların layiqli davamçılarıyıq.
Bəli,
biz bir xalq olaraq, heç vaxt şəhidlərimizi
unutmayacayıq. Onlar əbədi bizim yaddaşımızda qalacaq.
Onların şəninə
şeirlər, mahnılar,
bədii əsərlər
yazılacaq. Tamaşalar,
kinofilmlər, rəsm
əsərləri, heykəllər
ərsəyə gələcək.
Qoy sevimli şairimiz Bəxtiyar
Vahabzadənin
“Şəhidlər” şeiri baş leynenant Vəliyulla başda olmaqla bütün şəhidlərimizə
bir əbədi heykəl olsun.
Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi
şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.
Təki
vətənimiz düşməsin
dara
Baxmayıb soyuğa, borana,
qara
Cavab vermək üçün
o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.
Arzusu göylərə, yerə
sığmayan
Araza sığmayan, Kürə
sığmayan
Nağıla, dastana, şeirə
sığmayan
ən ali, müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı, qardaş.
Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal
çəkilə
Cəsədiniz yoxdu kəfən
bükülə
Biz necə oxşayaq yaranı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
Əliniz
ümiddən qopmayıb
hələ
Qanınız torpağa hopmayıb
hələ
“Sevirəm” kəlməsi tapmayıb hələ
Qəfil
güllə tapdı sevdanı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
Bəlkə ana, bacı kitiyə,
dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki, geriyə dönə
Vətən çətin dönüb
usanır, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
Torpaqlarımız şəhidlərin qanı
ilə sulandı. Azad
olundu və bütöv Vətən adlı uca, əzəmətli bir əbədi heykələ
döndü. Elə müqəddəs, əbədi
heykələ ki, hamımız
o heykəllə qürur
duyuruq və həmin yerləri
müqəddəs ziyarətgah
bilirik. Həmin yerlər artıq bizim Məkkəmiz, Mədinəmiz, Kərbəlamız
olub. Elə həmin yerlər ki, oranı ziyarət edirik.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Azad
Azərbaycan.- 2023.- 29 dekabr, ¹43.- S.4.