Alim ömrü ömürlərə işıqdı...
Naməlumluğu tanımağa kəşf etmə deyirlər. Kəşf edilən araşdırılır,
öyrənilir, digər
məlumatlarla analogiyalar
əsasında xarakterizə
edilir. Tanımadığın
insanı tanımaq da
kəşf etməkdirmi?
– kəşf etməkdi,
tanıyırsan, bəzən
tanıma prosesinə xoş bir salam
da kifayət edir. Kəlmələşirsən, onun
düşüncələrindən düşüncələrinə işıq düşür,
işıq bu gün düşsə də zaman anlamında sabahların işığına
dönür. Həmin
işığın qüdrətini
duyursan, sezirsən və sənə elə gəlir ki, bu işığın mahiyyəti bəşər
üçün ömür
yoludu...
Bu duyğuları Sudeif İmamverdiyevi tanıyanda
da yaşamışam. İlk tanıdığımda ( 2021-ci
il oktyabrın 14-də TAİB İdarə heyətinin üzvü seçiləndə)
ustad alimi, dəyərli ziyalını,
əsl vətənpərvəri
sevdim, xarakterinin gözəlliyini bəşəri
işıq bildim və bu qənaətimin
minlərin qənaəti
ilə ortaq olduğunu biləndə qədərsiz şükranlıq
yaşadım. O vaxtdan
indiyənəcən hər
görüşəndə dediyim kimi müra¬ciət
edirəm Südeyf müəllimə: Gün
aydın, ustad! “Ustad” ifadəsi təkcə onun peşəsiylə bağlı
deyil, bu ustadlıq ona insani keyfiyyətlər aşılama qüdrətinə
görə verilib (mənim kimi düşünənlərin hamısına
minnətdaram!). Ustadın
gözlərində cilvələnən
bənzərsiz təbəssümü
yaşatmaq üçün
hər dəfə gözlərimə köçü¬rü¬rəm.
Onu tanıyanlar yaşadıqları bu ovqatı Tanrı töhfəsi bilir...
Sudeif Bəşir oğlu İmamverdiyev 1938-ci ildə
iyulun 2-də Astara şəhərində müəllim
aliləsində anadan
olub. Göz açıb kitablar görüb, kitablara sevgi görüb. Ata sevgisi, ana sevgisi bu sevgilərlə süslənib; Sudeifdə
ata sevgisinin, ana sevgisinin işığında
bu sevgiyə sevgi yaranıb. Astara 1 saylı orta məktəbində rus bölməsində təhsil alıb. Orta məktəbi
1956-cı ildə bitirib.
Həkim olmaq istəyib – bir ömürdə neçə-neçə
ömürlər yaşatmaq
niyyəti ilə bu peşənin mücahidi olmağı qərara alıb. Sənədlərini N.Nərimanov adına
Azərbaycan Dövlət
Tibb İnstitutunun( indiki Tibb Universiteti)
müalicə-profilaktika fakültəsinə
verib. Azərbaycan bölməsinə! Bu qərar
da özünəinamın, dilə sevginin təzahürüdür. Oxuyub,
öyrənib. Öyrəndikləri
öyrənəcəklərinin başlanğıcı olub.
İnstitutu 1962-ci ildə
bitirib. Tələbə
Sudeif həkim Sudeif idi! Bu da niyyətin ərəfəsi!
Bu da bəşəri xidmətə
yol açan anlar!..
Hələ tələbə ikən
cərrahiyyəyə daha
böyük marağı
olub. Bu gözəl duyğu onda İbn Sinalığa sevgi kimi yaranıb – insanın daxili aləmini zahirdəki kimi görmək marağı yaradıb! Bu
maraq tələbə
Sudeifin elmi axtarışlarının yolgöstərəni
olub. İnstitutun 5-ci kursnda təhsil alarkən hospital cərrahiyyə
kafedrasının müdiri,
Əməkdar elm xadimi,
professor B.M.Mahmudbəyov və dosent M.F.Muradovun rəhbərliyi
altında “Nefrektomiyadan sonra qalan yeganə böyrəyin funksiyası“
adlı ilk elmi iş üzərində işləyib. Həmin iş 1962-ci ildə Bakı
şəhərinin ali məktəblərinin tələbə
elmi işləri arasında birinci yeri tutaraq fəxri
fərmana layiq görülüb. Bu onun urologiya sahəsində ilk
elmi işi idi. Bu,həkim
Sudeif İmamverdiyevin ixtisas seçimində əhəmiyyətli təsir
göstərib: cərrah
olmaq!
İnstitutu bitirdikdən sonra
1962-1963-cü illərdə leytenant hərbi rütbəsində cərrah
həkim kimi hərbi xidmətdə
olub.1963-cü ildə hərbi
xidmətini başa vurduqdan sonra Bakiya qayıdaraq M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində
uroloq işləyib.
Sudeif İmamverdiyev həkim olaraq elmi axtarışlarını
davam etdirib, cəmiyyət üçün
gərəkli bir sahə üzrə tədqiqatlar aparıb,
1968-ci ildə “Sidikliyin,
prostat vəzinin və xarici cinsiyyət üzvlərinin
şişlərində limfoqrafiya
və sümükdaxili
canaq fleboqrafiyasının
rolu” mövzusunda namizədlik dissertasiyası
müdafiə edib. Bu elmi əsər təbabətə çox
gərəkli olan mövzunun həlli ehtimallarını zənginləşdirib,
bəşəri niyyət
kimi elmi cəmiyyətlə bağlayanlardan
olub Sudeif İmamverdiyev!
Görəsən, başlanğıcmı çətindir, başlanğıcdan
başlayan sonmu? – kamil insan, kamil
mütəxəssis üçün
çətinlik olmur,
mövcud çətinliklər
zəhmət çəkməklə
aradan qaldırılır.
1972-ci ilin sentyabrında doktorluq
dissertasiyası üzərində
elmi axtarışlarını
davam etdirmək üçün Moskvaya Ümumittifaq Cərrahiyyə Mərkəzinə
ezam olunub.
1972-1974-cü illərdə bu nəhəng mərkəzdə elmi axtarışlarını davam
etdirib. 1974-cü il dekabrın
24-də akademik B.V.Petrovskinin və görkəmli damar cərrahı,Dövlət
mükafatı laureatı,
professor M.D.Knyazyevin elmi rəhbərliyi altında
Moskvada “Hər iki böyrək arteriya¬sının xəstəliyi
zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi” mövzusunda
36 yaşında doktorluq
dissertasiyası müdafiə
edib. Doktorluq dissertasiyasında da təbabətdə
ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub ki, bu da təbabətdə elmi yenilik kimi dəyərləndirilib;
tibb elmləri namizədi Sudeif İmamverdiyev mükəmməlliyi
sevən insandır, vətəndaşdır, elm adamıdır.
Sudeif İmamverdiyev Azərbaycana tibb elmləri doktoru kimi qayıdıb. Vətənə sevgi ilə yaşayanlar Vətəndən uzaqda yaşanılan il¬ləri ömrə qısqanır...
1975-ci ilin yanvarında tibb elmləri doktoru Sudeif İmamverdiyev döğma
Vətənə qayıdandan
sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun “Cərahiyyə”
kafedrasında assistent
işləyib və Tibb İnstitutunda urologiya kafedrasının açılması
üçün
fəal iş aparıb. Onun məqsədyönlü səyi
və gərgin fəaliyyəti nəticəsində
1975-ci ilin martında Tibb
İnstitutunda urologiya
kafedrası açılıb.
İnstitutunun “Urologiya”
kafedrasında fəaliyyətə
başlayanda – 1976-cı ildə
bu kafedranın dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən
kafedranın müdiri
vəzifələrində işləyib;
elmi təfəkkürü,
elm təşkilatçılığı,
elmlə məşğul
olanlara rəhbərlik
etmə qabiliyyəti onu təhsil ocağında ən yaxşılardan biri kimi tanıtmışdı.
Yaxşı həkim yaxşı elm nəzəriyyəçisi
idi, yaxşı elm nəzəriyyəçisi qabiliyyətli
təcrübəyə malik olan cərrah idi. Belə kadrlar həm rəhbərliyin, həm də əməkdaşların
ehtiramı, sevgisi ilə əhatələnir;
professor Sudeyf İmamverdiyev
belə ehtiramla, belə sevgi ilə əhatələnmişdi.
“Sevgisiz iş yeri insan üçün
ən dözülməz
əzab yeridir. İnsan sevərək işləməli, işləyərək
sevməlidir. Təbabət
mənə ömür
qədər əzizdir...”,
- professor Sudeif İmamverdiyev
kö¬nül sirdaşlarına,
onun məsləhətlərini
arzulayanlara belə deyir...
O illərdə cərrahiyyə
əməliyyatlarının təkmilləşdirilməsi tibb
elminin ən aktual problemlərindən idi. Elmi araşdırmaları
ilə elmin inkişaf mərhələlərini
böyük məsuliyyətlə
uzlaşdıran istedadlı
alim, tibb elmləri doktoru professor Sudeif İmamverdiyev bu istiqamətdə mühüm
araşdırmalar aparıb,
mühüm nəticələrə
nail olub. Bu nəticələr
təcrübi təbabətdə,
ümumən təbabətdə
böyük elmi yeniliklər kimi dəyərləndirilib. Həmkarları,
eləcə də xarici mütəxəssislər
bu yeniliklərin mahiyyətini tibb elminin inkişaf mərhələsi bilirdi.
Azərbaycanlı alimin
adı ilə tanınsa da bu, Azərbaycan elminin nailiyyəti idi.
Tibb elmləri doktoru professor Südeyf İmamverdiyev həm də Azərbaycan elminin, deməli, Azərbaycanın
tanıdılmasının cəfakeşlərindən biri
olub. Bu elm fədaisi Azərbycandan kənarda mötəbər elmi konfranslarda Azərbaycanı
böyük sevgilərlə,
böyük elm mücahidi
kimi təmsil edib. Bu təmsiletmə Azərbaycan elminə, Azərbaycan tibb elminə, Azərbaycanda urologiyanın bu səviyyədə inkişafına
səmimi rəğbət
yaratmışdı...
Qafqazda
ilk dəfə olaraq böyrək arteriyasının
ekstra korporal rezeksiyası və böyrəyin autotransplantasiyası
əməliyyatını uğurla
yerinə yetirən
(1979) professor Sudeif İmamverdiyevin
təşəbbüsü və rəhbərliyi ilə 2007-ci ildə Bakıda “Uroonkoloji əsaslara müasir baxışlar” adlı böyük elmi-praktiki konfrans keçirildi. Belə bir problemə
həsr edilən elmi-praktik konfransın məhz Bakıda keçirilməsi həm də dünyəvi nüfuz amili ilə səciyyəvi idi və bu,
vətənpərvər alimin
adı ilə tarixləşdi.
İnsanlarda böyrək sallanması
hallarının genişlnməsi
bəşərə, bəşəriyyətə
görə uroloq-alim kimi professor Sudeif İmamverdiyevi də ciddi narahat edirdi.
O, bu istiqamətdə
də ciddi araşdırmalar apardı,
elmi tezis olaraq deyə bilərik ki, mümkünsüzü
mümkün etdi, böyrəkdə və ətraf toxumalarda olan dəyişikliklərin
xüsusiyyətlərini nəzərə
alaraq üç nefrofeksiya üsulu təklif etdi. Əməliyyatların yaxın
və perspektiv nəticələrinin elmi
şərhi kimi Türkiyədə, Sankt-Peterburqda
və Bakıda elmi məqalələri dərc edildi, elmi nəticələri ictimailəşdi, yeniliklər
elmə, təcrübi
təbabətə belə
təqdim edildi. 2011-ci
ildə “Nefroptozun cərrahi müalicəsi”
kitabı (V.Y.Əbdürrəhmanova
ilə birlikdə) nəşr olundu. Professor Sudeif İmamverdiyev (Abu Nahlehlə birlikdə yazdığı “Xirurqiçeskoe
leçenie qidronefroza”
kitabında çə¬tin
pataloji xəstələrin
cərrahi müalicəsinin
aspektləri və perspektiv nəticələri
ilə bağlı
yeni elmi fikirlər, ümimiləşdirmələr, nəticələr öz əksini tapıb ki, bu da cərrahlar üçün son dərəcədə
dəyərli elmi, elmi-təcrübi tövsiyələrdir,
istiqamətverici (və
istinadedici!) mənbədir.
2013-cü ildə nəşr
edilən “Böyrək
xəstəliklərində laparoskopik cərrahiyyə”
kitabı da bu xüsusiyyəti ilə dəyərlidir...
Dünyaca məşhur alimin
“Urologiya” kitabı da tibb elmi üçün
böyük nəzəri
(həm də təcrübi!) mənbələrdən
biridi...
Obrazlı şəkildə desək,
professor Sudeif İmamverdiyev
əlinə qələm
alanda yeni bir elmi tezis yaranıb,
skalpeli əlinə alanda hansısa fəsad, fəsadlar aradan qaldırılıb.
Dünya tibb elminin ehtiramı ilə əhatələnən
professor Sudeif İmamverdiyev
1999-cu ildən etibarən
aşağı sidik yollarının xoş və bədxassəli şişləri zamanı
TUR əməliyyatlarının uğurlu tətbiqini hazırlayıb. Elmi kəşf kimi...
Tibb elmləri doktoru professor Sudeif İmamverdiyev
1993-cü ildə Avropa
Uroloqlar Assosia¬si¬ya¬sının
həqiqi üzvü , 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri
üzvü, 2001-ci ildə
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir
üzvü, 2011-ci ildə
Rusiya Təbiət Elmləri Akademiyasının
həqiqi üzvü seçilib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasıının üzvü,
Azərbaycan Uroloqlar Cəmiyyətinin sədrı,
Azərbaycan Androloqlar
Cəmiyyətini fəxri
sədri, Türk Uroloji Dərnəyinin fəxri üzvüdür.
Böyük alim, bacarıqlı elm təşkilatçısı tibb
elmləri doktoru
professor Sudeif İmamverdiyev
vətən, xalq və tibb elmində göstərdiyi
xidmətlərinə görə
17 iyun
2000-ci ildə “Şöhrət”
ordeni ilə, 13 iyul 2018-ci ildə“Şərəf”
ordeni ilə, 2 iyul 2013-cü ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplom”u ilə, 2006-cı ildə
“Akademik Yusif Məmmədəliyev adına
medal”la təltif olunub. 2008-ci ildə “Əməkdar elm xadimi” adına, cərrahi urologiyada ixtiraçılıq
və səmərəlşdirici
təkliflərinə görə
Rusiya Təbiət Elmləri Akademiyasının
“Alfred Nobel” gümüş medalına layiq görülüb. Bu elm fədaisinin
daha neçə-neçə
xarici təltifləri
var: “Avropa keyfiyyəti”
qızıl medalı
(2013-cü ildə Avropa
Elm və Sənaye Konsorsiumu təqdim edib), “Əmək və Elm medalı” ...
Azərbaycanda siyasi vəziyyət
son dərəcədə gərginləşəndə,
Azərbaycanın dövlətçiliyi
təhlükə ilə
üzləşəndə xalqın düşüncələrini
ifadə edən “91”-lərdən
biri də Sudeif İmamverdiyev oldu.
Sudeif İmamverdiyev iki çağırış (1995-2000, 2000-2005-ci
illərdə) Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilib. Ürək sözlərini elm-də deyən alim seçicilərinin sözünü
Milli Məclisdə deyirdi...
Ağsaqqallıq təkcə yaşla
bağlı deyil, ağsaqqallıq xalq naminə, dövlət, dövlətçilik naminə
dürüst düşünməkdi,
düzgün qərarlar
qəbul etməkdi, düzgün məsləhətlər,
öyüd-nəsihətlər verməkdi. Ağsaqqal ifadəsi zamanında “el ağsaqqalı” kimi işlədilirdi. El ağsaqqalı – elin ağsaqqalı elin bütün qayğılarını
yoluna qoymağı bacarırdı, sözü
eşidlirdi. Bu xarakterli
insanlar yaşın müəyyən mərhələsindən
sonra Respublika Ağsaqqallar
Şurasında birləşirdi.
Dövlətçiliyə ağsaqqallıq sipəri
kimi. Tibb elmləri doktoru professor Sudeyf İmamverdiyev kimi dəyərli düşüncə sahibinin
də belə bir quruma cəlb
edilməsi ağsaqqallığa
verilən yüksək
dəyərin təzahürüdür.
O, 2013-cü ildə Respublika Ağsaqqallar Şurası
sədrinin müavini seçilib...
Alimlər də, tədqiqatçılar
da Sudeyf İmamverdiyevi
dərin zəkalı,
geniş erudisiyalı,
güclü tədqiqatçılıq
məharətli, elmə
yeniliklər naminə
fədakarlıqlar göstərən
alim kimi tanıyır,
Sudeyf müəllin həm də xeyirxahlığı, alicənablığı,
qayğıkeşliyi, ... ilə
sevilir.
“Alimin yetirmələri yoxdursa, azdırsa, kamil mütəxəssis deyilsə, o alim yaxşı
alim deyil”, - Sudeif müəllim belə deyib, indi də
belə deyir. Bu kəlam təkcə alim sözü deyil, həm də vətəndaşlıq tezisi
kimi dinlənilir...
Sudeif İmamverdiyev Yeni Azərbaycan
Partiyasının ilk üzvlərindən
olub. 30 ildən çoxdur ki, YAP-ın sıralarında azərbaycançılıq
məfkurəsi yaşadır.
İndi bu partiyanın
Siyasi Şurasının
üzvüdür...
Tibb elmləri doktoru professor Sudeif İmamverdiyev təkcə Azərbaycanda
deyil, türk dünyasında da kifayət
qədər tanınır.
O, Türk Ağsaqqalları
Arasında Əlaqələrin
İnkişafı İctimai
Birliyinin (TAİB) sədridir. Bu Birliyin fəaliyyəti bəşəri
fəaliyyətdir.
2022-ci ildə bu Birliyin
üzvləri Azərbaycan-Şimali
Kipr Türk Cümhuriyyətinə səfər
təşkil edib, səfər zamanı iki dövlət arasında
dostluq və qardaşlıq əlaqələrinin
inkişafı mövzusunda
müzakirələr aparılıb.
Bu, mahiyyət baxımından
dövlətçiliyə xidmətdir.
TAİB-in
təşəbbüsü və təşkilatçılığı
ilə Naxçıvan
Dövlət Universiteti
ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr
olunmuş “Ulu Öndər
Heydər Əliyev və Türk dünyası” mövzusunda
elmi-praktik konfrans da Azərbaycan tarixinin yaşadılması və
öyrənilməsi baxımından
Birliyin gərəkli xidmətlərindəndir.
TAİB-in İdarə Heyətinin üzvlərinin
Qırğızıstanın paytaxtı Bişkek şəhərində TAİB və
Qırğızıstan-Türkiyə
“Manas” Universitetinin birgə
təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə
həsr olunmuş,
"Tarix yazan liderlər" mövzusunda
konfrans təşkil olunması da tarixdir,
TAİB İdarə Heyə-tinin
üzvü olan Azərbaycan millət vəkillərinin daxil olduğu bu konfransda Ulu Öndər Heydər Əliyevin türk xalqları arasında əlaqələrin
inkişafına verdiyi
töhfələrin, Prezident
İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə Türk Dövlətlərinin birliyi
yönümündə həyata
keçirilən tədbirlər
də.
Türk
dünyasının fikir
və söz adamlarının təbliğ
olunmasını xüsusi
əhəmiyyətli istiqamət
kimi özünün fəaliyyət proqramında
əks etdirən
TAİB Qax rayonunda İcra Hakimiyyəti və Dünya Türkologiya Mərkəzilə
birgə böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş, “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri”
mövzusunda elmi-praktik
konfrans təşkil edlməsi də
TAİB-in, bu baxımdan
onun sədri professor Sudeif İmamverdiyevin türk dünyasına tarixi xidmətidir...
Astara şəhərində anadan
olan, bütün türk dünyasında tanınan, sevilən bir insandı Sudeyf İmamverdiyev. Bu sevginin hüdudları ürəklərdi. Onu sevənlərin sayı onu tanıyanların sayından dəfələrlə
çoxdu. Özünü
tanımayanlar elmini tanıyır...
Taleyimdən razıyam ki, Sudeif
müəllimi mən
də tanımışam,
mən də sevirəm, dünyaduyumun
da, düşüncə tərzinin
də, mühakimələrinin
də, ... aludəsi olanlar sırasında mən də varam...
Alim ömrü ömürlərə
işıq olduğu üçün dünya bəşərilik yoluna meyillənir...
Bayram
MƏMMƏDOV
Əməkdar müəllim
Azad Azərbaycan.-
2023.- 6 iyul.- S.4.