“Türk
Dünyasının Onur-
Şeref” medalına
layiq görülən yazıçı Xuraman Muradova
İkinci Türk Dünyası Ədəbiyyatı və
Kitab festivalında, Milan Hospitalın rəhbəri, sahibkar, xeyriyyəçi
iş xanımı, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Xuraman Muradova Türkiyənin Azərbaycandakı
Fövqaladə və
Səlahiyyətli Səfiri Cahit Bağcının təqdimatı
ilə Türk Dünyası Onur-Şeref madalına layiq görülüb. Çox yüksək səviyyəli bu medalı Xuraman xanıma Cahit Bağcı özü təqdim edib. Xuraman xanımı
biz də redaksiya
olaraq ürəkdən təbrik
edirik və ona yeni yaradıcılıq
uğurları arzu edirik.
Qeyd edək
ki, 5- 11 iyun tarixinədək davam edən festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar
iştirak etdilər.
Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Özbəkistan
və Macarıstan günü kimi adlandırıldı. Eyni
zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil
olundu. Həmçinin
builki festivalda ilk dəfə olaraq yay kinoteatrı
formatında filmlərin
nümayişi də təşkil olundu.
Festivala qatılan türk dünyasının tanınmış
qələm sahibləri,
həm qardaş ölkələrin ədəbi
mühiti ilə daha yaxından tanış oldular və həm də özlərinin imza günlərini keçirdilər. İkinci Türk Dünyası Ədəbiyyat
və Kitab Festivalının başlanğıcından
etibarən yüzlərlə
paytaxt sakini və qonaqlar festivalı ziyarət etdilər. Gün ərzində ən azı 4-5 yazıçı
və şairin imza günü baş tutdu. Bu da festivala
olan ictimai marağı daha da artırdı. Digər maraqlı məqamsa, festivalın hər gününün bir Türk xalqının
ədəbiyyatına həsr
olunması oldu.
Milan Hospitalının rəhbəri, sahibkar, iş adamı, Azərbaycan Yazıçılat
Birliyinin üzvü, şair, nasir Xuraman xanım Muradaovanın
"Onur-Şərəf” madalı ilə təltif olunması tamaşaçılar
tərətindən də
çox maraqla qarşılandı. Sonra sözləri
Xuraman Muradovaya məxsus olan "Sənə məktub yazacam” mahnısını ifa edən tanınmış
müğənni Mirələm
Mirələmovun ifası
da gurultulu alqışlarla qarşılandı.
Son beş
ildə bədii yaradıcılıqla daha
ciddi məşğul
olan Xuraman xanım Muradovanın yazdığı şeirlər,
poemalar, nəsr əsərləri, aforizmlər
oxucuların böyük
marağına səbəb
olur. Onun sözlərinə yazılan
mahnılar isə tamaşaçıların sevə-sevə
qulaq asdığı
mahnılardır.
Əziz oxucular!
Sizə Xuraman xanım Muradovanın son vaxtlar yazdığı
şeirləri təqdim
edirik. İnanırıq
ki, bu şeirlər
də sizin xoşunuza gələcək.
Ağalar İDRİSOĞLU,
Əməkdar
incəsənət xadimi
UZAQLARA GETMƏ...
Hara
aparacaq o yollar səni,
Getdiyin yerlərdə varammı heç mən?
Uzağa
çəkilib itmə
gözümdən,
Mənsiz
o yerlərdə darıxarsan
sən.
Darıxar gözündə açılan səhər,
Güllərin şehi tək titrəyər əlin.
Bu dünya gözündə
zindana dönər,
Sənə ağır gələr
"xoş" əməllərin.
Qoyduğun
hər izdə baxışın donar,
Qəlbini bürüyər qatı
duman, çən.
Köksünü incidər intizar
yeli,
Sən məni tək qoyub hara gedirsən?
Həsrətin
əlləri sıxar qəlbini,
Dönüb baxacaqsan yoxam o yerdə.
Darayar saçını qəm küləkləri,
Sevgin tənha quş tək uçar göylərdə.
NECƏ ÇƏKİM BU
DƏRDİ
(Qardaş
Türkiyəmizdə zəlzələ ilə əlaqədar
çox kövrəldim.)
Gözüm
dolur baxammıram,
Türkümün qəmli gözünə.
Qəfil
gələn ölümlərin,
Körpə-köpə gül üzünə.
Ürəyimin
qəm səsini,
Ərşə çəkib gecəm
Allah.
Bu dərd bitən dərd deyilmiş,
Mənə güc ver, çəkim Allah.
Bu
yolların dönüşü var,
Bu yolların sonu yoxdu.
Açılan hər sabahların,
Geceden xəbəri yoxdu.
Ölüm
yetişən gözlərdə,
Bir yaşamaq həvəsi
var.
Acı-acı ölümlərin,
Şirin-şirin nəfəsi var.
Çəkilməyən
ağrıların
Əzabında qul olmuşam.
İnildəyən könüllərdə
Yanıb
sönən kül olmuşam.
DAYAN DEPREM...
Dayan ey deprem, dayan,
Yetər
canlar aldığın.
İsti
ocağımızdan
Bizi uzaq saldığın.
Bu betonlar altında,
Körpə, fidan balam var.
Arzusu ürəyində,
Gözü yolda qalan var.
Ah... necə
üşüyürəm,
Bu isti ocağımda.
Qaranlıq zülmətdəyəm,
Enkazlar qucağında.
Günahsız insanlara
Özün rəhm elə Allah.
Bütün türk dünyamıza
Açılsın gözəl sabah.
KÜSDÜM
MƏN
Yaşanması
mümkün olan,
Yaşanmayan İllərimdən küsdüm
mən...
Qışda qönçələr gətirən
Açılmayan, ayaz vuran
Güllərimdən küsdüm mən..
Vətənimin
dərdli səsi,
Harayında qəm nəfəsi,
Zamanında deyiləsi,
Danışmayan,
Dillərimdən küsdüm mən...
Yaranmışam
haqq səsindən,
Doğru
olan kəlməsindən,
Haqsızlığın pəncəsindən,
Qorunmayan,
Ellərimdən küsdüm mən...
Qeyrət
köynəyindən çıxan,
Haqqa
doğru əyri baxan,
Araz kimi sakit axan,
Çağlamayan,
Sellərimdən küsdüm mən...
Dərd
sığallı həsrətimin,
Üzə gülməz məhəbbətin,
Çox
kecikmkiş bir
sevgimin,
Həsrət dolu,
İllərindən küsdüm mən.
O GEDƏN GƏLMƏYƏCƏK
Əl
atıb bu sevdanın,
Yaxasından asılma.
Xəzanlı yağışların,
Sinəsinə qısılma.
Ömür, gün də keçəcək..
O gedən gəlməyəcək...
İtəcək oğrun-oğrun,
Ümidlərin ünvanı.
Buz bağlamış arzular,
Üzər sənli dünyanı.
Gözlərin yol çəkəcək...
O gedən gəlməyəcək...
Həsrətin
qucağında,
Yuxuya vermə qəmi.
Bəxtin
boş əllərində,
Qatma bütün aləmi.
Bu qəm uzun çəkəcək,
O gedən gəlməyəcək....
Sızıldama
bu eşqin,
Can verən nəfəsində.
Darıxmağı unut sən,
Hər gecənin səsində.
Sorma nə vaxt gələcək?
O gedən gəlməyəcək...
Səndən
gedən vaxtını,
Nigaran könlünə yaz.
Həsrətin baxışında,
Gələcək min bahar, yaz.
Durnalar
da dönəcək
O gedən gəlməyəcək...
Soyuq sətirlərimin,
Kiprikləri yaşlanır.
Darıxmağın yeri yox,
Gecə
yaman uzanır...
Gəl bu həsrətdən əl çək.
O gedən gəlməyəcək.
Hər
qapın döyüləndə,
Sanma qayıdıb gəlib.
Daha yollara baxma,
Elə küsüb gedibdi,
O geri dönməyəcək..
O gedən gəlməyəcək.
Payız
rəngli ayrılıq,
Dayanıb yollar üstə.
Daha onu səsləmə,
Daha onu az istə.
Pəncərədən gözün çək,
O gedən gəlməyəcək.
O gedən gəlməyəcək.
NASIL ÇEKEYİM BU DERDİ
Puslu gözlerle bakamam,
Türk’ümün gamlı gözüne.
Gafil gelen ölümlerin,
Körpe-
körpe gül yüzüne.
Yüreğimin
gam sesini,
Arşa
çeker gecem Allah.
Çekilecek bir dert değil,
Ben çekeyim, nice Allah?
Sonu olmayan bu yolun.
Dönüşü var, döngesi
var,
O geceden haber versin.
Açılsın nurlu sabahlar.
Ölüm
yansıyan gözlerde,
Bir de hayat hevesi var.
Acı ölümler içinde
Şirin
ümit nefesi var.
Çekilmez
derdin, ağrının,
Azabına kul olmuşum.
Ben
yaralı gönüllerle
Yanıp,
yanıp kül olmuşum.
DEPREM
2023-cü il fevralın 6 da
Qardaş Türkiyəmizin bir çox şəhərlərində
7.4 bal gücündə
zəlzələ baş verdi. Binalar
dağıdıldı, 30 minə yaxın
insanlar məhv oldu. Bu, 100 ilin içində ən
böyük zəlzələ idi.
Dur ey
sarsılan zemin!
Yetər
canlar aldığın.
Sıcak
ocağımızı
Bize haram kıldığın!
Ya rab
beton altında,
Körpe,
fidan balan var!
Arzusu yüreğinde,
Gözü yolda kalan var.
Ah...
nasıl üşüyorum,
Sıcacık ocağımda.
Sanki bir zulmetteyim,
Enkazlar kucağında.
Bu masum insanlara
Merhamet eyle Allah.
Ulu Türk dünyasına,
Güneşler doğsun sabah…
TÜRKİYƏM
Torpağın
yarıldı, qəlbin yarıldı,
Göylər də göz yaşın tökdü o gecə.
Bağrın qan ağladı,
canım Türkiyəm,
Dünyan
da üstünə çökdü
o gecə...
Bəlkə
də özünü günahkar bilir,
İnləyən küləyin, torpağın,
daşın.
Nə qədər ömürlər
bitdi o gecə,
Nə qədər qocaldı, qacaldı yaşın...
Qucaqlaşdı
qəmlə, sevincin bir an,
Dağlara çırpıldı arzu-diləklər.
Yumdu gözlərini göy də, səma da,
Gizlicə saçını yoldu
küləklər.
Sevdamsan,
səbrsən, çünki
ərənsən,
Dərdinə şərikəm, müdam
Türkiyəm.
Sənə can demişəm canım
demişəm,
Özümə, dünyama yadam,
Türkiyəm.
Bakı şəhəri,
iyun
-2023-cü il
XURAMAN MURADOVA
Azad
Azərbaycan.- 2023.- 6 iyul.- S.6.