Ömrün qızıl qoşa beşi və ya Səhiyyəmizə
yenilik gətirmiş insan
(Portret cizgiləri)
Elxan Yaqubov:
“Bizim Klinikada elə müayinə üsulları var ki, bir damla
qanı qaranlıq sahəli mikroskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında
tam məlumat ala bilirik. Hansı
ki, bu məlumatları
Azərbaycanda heç
bir başqa laboratoriyada analiz etmək olmur”
2009-cu ildə dəyərli ziyalı, qanı-canı ilə Azərbaycana bağlı,
yüksək vətənpərvərlik
keyfiyyətləri ilə
seçilən Elxan Ənvər oğlu Yaqubov tərəfindən
əsası qoyulmuş
Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi Özəl tibb müəssisəsindən biridir.
Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, Almaniyada istehsal olunan bitki, heyvan
və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparır, kimyəvi dərmanlardan, o cümlədən
antibiotiklərdən istifadə
etmədən insanlara
yüksək səviyyədə
şəfa verir. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları
ilə təchiz olunub. Burada çalışan həkimlər
ixtisaslarını artırmaq
üçün Almaniyada
kurslarda olurlar. Eləcə də Almaniyanın və dünyanın bir sıra ölkələrinin
tanınmış həkimləri
də müntəzəm
olaraq Azərbaycana gələrək, Bioloji Təbabət Klinikasında
( Hal-hazırda
İnteqrativ Təbabət
Klinikası adlanır)
yerli həkimlər üçün elmi seminarlar və treninqlər təşkil edir, onlara mühazirələr
oxuyur, xəstə qəbulunu həyata keçirirlər. Eyni zamanda Azərbaycanın da taınmış tibb mütəxəssisləri
burada maraqlı mühazirələr oxuyurlar.
Yuxarıda yazdığım
kimi Bioloji Təbatət ( İnteqrativ
Təbaəbət) Klinikasının
yaradıcısı, Azərbaycana
bu səhiyyənin növünü gətirən
Elxan Ənvər oğlu Yaqubovdur.
2023-cü ilin iyun ayının 16-da 55 yaşı
tamam olan iş adamı, sahibkar Elxan Yaqubov bioloji təbabəti Azərbaycana
gətirməklə səhiyyə
sahəsində böyük
yeniliklər edib və minlərlə xəstələrin məhz
bu Klinikada şəfa tapmasına böyük yardımçı
olub. Elxan müəllimin baxmayaraq ki, tibb sahədə
təhsili yoxdur, amma Klinikaya rəhbərlik etdiyi və onun təsisçi
direktoru olduğu 14 ildə təbabət sahəsini çox mükəmməl öyrənib
və bu sahədə istənilən
həkimlə peşəkar
söhbət apara bilir və hətta
Bioloji Təbabət ( İnteqrativ Təbabət) Klinikasına
müraciət edən
insanlara buarada gedən tibbi müayinələr, akademik
təbabətlə bioloji
təbabətin əsas
fərqləri və bioloji təbabətin xəstələrə lazım
olan köməkliyi ilə bağlı ətraflı məlumat verə bilir. Doğrudan da onunla bu sahədə
fikir mübadiləsi aparan hər bir adam inanmır
ki, Elxan Ənvər oğlu Yaqubovun tibb təhsili yoxdur. Belə bir maraqlı
insanla, artıq adını Azərbaycan Səhiyyə tarixinə yazdırmış maraqlı
şəxsiyyətlə çoxminli
oxucularımızı 55 illik
yubileyi ərəfəsində
daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış:
Elxan Ənvər oğlu Yaqubov 1968-ci ilin iyun ayının
16-da Göyçay rayonunun
Qaraxtı kəndində
anadan olub. Orta məktəbi öz kəndlərində
əla qiymətlərlə
bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olub. Buranı bitirəndən sonra “Planeta” Əczaçılıq
Şirkətini yaradıb.
Əczaçılıq məhsullarının
pərakəndə və
topdansatış işlərilə
ciddi məşğul
olub. Beləliklə, bu şirkətin təsisçi direktoru olan Elxan Yaqubov,
2009-cu ildə artıq
dünyada məşhur
olan Bioloji Təbabət Klinikasını
yaradıb.
Bax, bizim
onunla ilk tanışlığımız da həmin vaxtdan
başlayıb. Çünki
həmin vaxtı mənim mərhum dostum, Sumqayıt səhiyyəsində böyük
işlər görmüş
nevropatoloq Vahid Məmmədov həmin klinikada işləməyə
başladı. Və
o, məni Elxan Yaqubovla tanış elədi. Elə həmin vaxtdan da bizim Elxan
müəllimlə dostluğumuz
başladı. Bu 14 ildə Bioloji Təbaəbət Klinikasının
inkişafı mənim
gözlərim qarşısında
olub. Bu illərdə onların çox uğurlarını
görmüşəm və
bu haqda silsilə yazılar yazmışam.
Budur, artıq
ömrünün qoşa
qızl beşini yaşayan və tarixi şəxsiyyət olan dostumla yenidən
üz-üzə əyləşmişik.
- Elxan müəllim,
sizin bu Bioloji Təbabət Kliniksını yaratmağınız
hansı zərurətdən
doğdu-deyə ona ilk sualla müraciət
etdim.
- “Planeta” apteklərində
biz gördük ki, respublikamızda Almaniyanın Heel firmasının pereparatlarına
böyük ehtiyac var. Çünki xəstələrin sağalmasında
bunların böyük
effekti olur. Belə ki, xəstələr
bu dərmanlardan istifadə eləyəndə
tez şəfa tapırlar. Sonra biz Almaniyanını Heel firmasına müraciət eləyib və onlarla müqavilə bağladıq
ki, orada olan Bioloji Təbabət
və Homotoksikalogiya Cəmiyyətilə yaxından
tanış olaq. Onların gördüyü
işləri dərindən
öyrənək. Bu cəmiyyətlərin rəhbərləri
də bizə məsləhət gördülər
ki, “siz də bioloji təbabəti Azərbaycanda
lazım olan səviyyədə yaysanız,
bunun insanların sağlamlığına böyük
xeyri dəyə bilər. Buna görə Almaniyanın “Sanun” farma, “Simbio” farma, “Psko” firmasının preparatlarını Azərbaycanda
qeydiyattdan keçirməlisiniz
və Azərbaycandakı
həkimlərə bu
pereparatlarla müalicəni
öyrətməlisiniz”. Onların
bu təklifi xoşumuza gəldi. Həm də Almaniyadakı Beynəlxalq
Bioloji Təbabət Cəmiyyəti də öz üzərinə götürdü ki, bu işləri də bizim mütəxəssislərə
öyrətmək üçün
həkim mütəxəssisləri,
praktik mühazirəçiləri
Azərbaycana göndərəcəklər.
Beləliklə, biz 2002-ci ildən başlayaraq Beynəlxalq Bioloji Təbatət Cəmiyətinin və Beynəlxalq Homotoksikalogiya
Cəmiyyətinin mühazirəçilərinin
təşəbbüsü ilə Azərbaycanda seminarlar təşkil etməklə, həkimləri
də bu seminarlara cəlb elədik. Elə ilk seminarlardan, mühazirələrdən biz
gördük ki, həkimlərimizin bu işə böyük maraqları var. Onlar böyük maraqla Almaniya firmalarının istehsal elədikləri, bioloji təbabətdə istifadə
olunan dərman pereparatlarını xəstələrə
tətbiq etməyə
başladılar və
az bir zamanda
müsbət nəticələr
aldılar. Xəstələr
də bu pereparatlarıdan çox razı qaldılar. Ələbəttə, bu seminarlar çox böyükdür. Təxminən
1500 saatlıq bir proqramdır. Belə ki, bu, təxminən
iki illik bir dövrü əhatə edir. Həm də bu kurslarda yalnız
ali həkimlik diplomu olan mütəxəssislər
iştirak etməli idi. Çünki artıq dünya səhiyyəsində təsdiq
olunub ki, bioloji təbabət akademik təbabətdən
sonrakı müalicə
mərhələsi deməkdir.
Bu, həm də XXI əsrin ən böyük və xəstələrin
sağalmasına daha yaxşı köməklik
eləyən, böyük
effekt verən səhiyyə elmi deməkdir. Əlbəttə,
bu iş elə də asan deyil. Bu
sahəni də yalnız həkim kimi öz işinin
mütəxəssisləri olanlar daha yaxşı
mənisəyə bilərlər.
Bu sahə həm də artıq ikinci tibbi təhsil almaq deməkdir. Belə ki, Almaniyada
bu sahədə iki il mükəmməl
təhsil alanlara həkim kimi ikinci diplom verilir.
Biz isə
bundan sonra qarşımıza belə
bir məqsəd qoyduq ki, gələcəkdə
Azərbaycanda bioloji təbabətlə daha yaxından məşğul
olan bir Mərkəz yaradaq. Ona görə də belə seminarları daha tez-tez Azərbaycanda keçirməyə başladıq.
Artıq belə qərara gəldik ki, bu seminarlarda
iştirak edən və bu sahəni
daha yaxşı, mükəmməl mənisməyən,
mükəmməl bilikli
həkimlərdən gələcəkdə
Bioloji Təbabət Kilinikasında işləyəcək
həkimləri seçək.
Çünki artıq
az bir zamanda
bu sahəni mənimsəyən həkimlərin
aldığı effektlərdən
sonra insanlar bizə müraciət edirdilər ki, “bu sahədə çalışan həkimlər
harada işləyirlər?”
Həmin həkimlər
də ayrı-ayrı
xəstəxanalarda işləyirdilər
və xəstələr
də məcbur olurdular ki, artıq
bir neçə xəstəxanalara getsinlər.
Bu da onların
çox vaxtını
alırdı.
-Deməli, ona
görə də siz bu klinikanı
yaratdınız?
-Bəli. Beləliklə
də, 2009-cu ildən
bu gördüyünüz
Bakı şəhəri
3-cü mikrarayondakı keçmiş
Cavadxan 24 və indiki Seyid Cəfər
Pişəvəri küçəsindəki
bina 110-da yerləşən
beş mərtəbəli,
çox yaraşıqlı
Bioloji Təbəbət
Klinikasını yaratdıq.
Burada bioloji təbabəti dərindən
bilən və bütün sahələr
üzrə həkimləri
çox ciddi seçmək üsulu ilə işə götürdük. Bura xarici ölkələrdən
Avropa standartlarına cavab verən çoxlu tibbi avadanlıqlar gətirdik. Həkimlər bu avadanlıqlarla işləmək
qaydalarını xaricdən
dəvət elədiyimiz
mütəxəssislərdən mükəmməl öyrəndilər.
Burada işləyən
həkimlər üçün
Almaniyadan dəvət
elədiyimiz həkimlərin
mühazirələrini keçməklə
yenidən kurslar da təşkil elədik ki, onlar bir daha
öz işlərini mükəmməl öyrənsinlər.
Eləcə də Almaniyadan gələn həkimlər xəstələr
üzərində praktiki
müalicə apararaq,
bizim həkimlərə
bu işləri də mükəmməl öyrətdilər. Həm
də həmin parktiki təcrübə akademik təbabətdə
müalicəsi mümkün
olmayan xəstələr
üzərində keçirilirdi.
O xəstələr ki,
təkcə Azərbaycanda
yox, bir sıra xarici ölkələrdə ad-san
qazanmış həkimlərin
yanında olmuşdular
və sağalmamışdılar,
biz praktikanı həmin xəstələr
üzərində keşdik.
Az bir zamanda da yüksək nəticələr alındı
və həmin xəstələr bizim Bioloji Təbəbət Klinikasından çox razı getdilər. O xəstələr ki, artrozdan, poliartiritdən, dağınıq sklerozdan,
hormonal pozulmalardan, piylənmədən əziyyət
çəkirdilər, onlar
tam sağaldılar. İnsanlar vardı ki, qırmızı qurd eşənəyi xəstəliyindən neçə
illərdir ki, müalicə oluna bilmirdilər. Psarioz və şəkər xəstəlikləri olanlar
dünyanın ən məşhur həkimlərinə
müraciət etməyə
məcbur olmuşdular,
amma nəticəsi olmamışdı. Beləliklə,
bütün bu xəstələr tez bir zamanda Klinikamızda
sağaldılar. Onlar
son ümid yerlərini burada tapdıqlarından, artıq
özləri bizim Klinikanı təbliğ etməyə başladılar.
Xəstə olan ən yaxın adamlarını, dostlarını,
qonşularını, qohumlarını
bura gətirməyə
başladılar və
onlar da tam sağaldılar. Eləcə də bizim həkimlər Azərbaycanın televiziya,
radio kanallarında bioloji təbabətlə bağlı insanlarımızı
maarifləndirdilər. Çox
vaxt insanlarımız
elə bilir ki, bizim müalicə
üsulu xalq təbabəti, otlarla və ya Çin
təbabət üsuludur.
Amma elə deyil. Ona görə
də qısa bir zamanda bizim
klinikaya müraciət
eləyənlərin sayı
tədricən çoxaldı.
Artıq Rusiyadan, Gürcüstandan, İrandan,
Türkiyədən bizim
Bioloji Təbabət Klinikasına müraciət
edən və burada şəfa tapan insanlar da çoxdur.
- Sizdə olan
tibbi avadanlıqların
çoxu nə dövlət, nə də başqa Özəl klinikalarda yoxdur. Bəs bunları necə əldə etdiniz?
- Həkimə xəstənin “daxilindəki”
xəstəlikləri görmək
üçün yüksək
səviyyəli, müasir
diaqnostik aparatlar, yüksək dəqiqliklə
işləyən laboratoriya
lazımdır ki, həkim bu aparatlar
vasitəsi ilə xəstəyə düzgün
diaqnoz qoya bilsin. Biz də
bunları bildiyimizə
görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli
laboratoriya yaratdıq.
Bizim Klinikada elə müayinə üsulları var ki, bir damla
qanı qaranlıq sahəli mikroskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında
tam məlumat ala bilirik. Hansı
ki, bu məlumatları
Azərbaycanda heç
bir başqa laboratoriyada analiz etmək olmur.
- Bu vaxta
qədər sizin pulsuz təşkil etdiyiniz seminarlarda, mühazirələrdə nə
qədər həkim iştirak eləyib və sertifikat alıb?
- Təşkil etdiyimiz qısa seminarları Azərbaycanın
müxtəlif bölgələrindən
olan 7000-dən çox
həkim keçib. Amma 92 saatlıq bütöv kursu 5000-dən
çox həkim keçib və sertifikat alıb. Biz, bu seminarları
Almaniyadan, İsveçrədən
və digər xarici ölkələrdən
dəvət etdiyimiz yüksək ixtisaslı həkimlərlə təkcə
Bakıda yox, Azərbaycanın əksər
rayonlarında - Gəncə,
Mingəçevir, Sumqayıt
və başqa şəhərlərində, hətta
Naxçıvan Muxtar
Respublikasında da təşkil etmişik. Məhz buna görə də həmin bölgənin insanları bizdən çox razı qalıblar. Artıq həmin bölgələrdə
işləyən həkimlər
bioloji təbabətlə
müalicə etməyi
bacarırlar. Bu həkimlərin bəziləri
bizim Sumqayıt, Göyçay bölgələrindəki
klinikalarımızda işləyirlər.
Xəstələr də
onlardan çox razılıq edirlər. Biz artıq beş ildir ki, Masallıda özümüzün yeni
filialımızda da açmışıq. Ora
təkcə Cənub bölgəsindən yox, respublikamızın hər
yerindən və hətta İrandan, Türkiyədən də
xəstələr müraciət
edirlər. Orada işləyən həkimlər
və tibb bacıları burada tam kurslar keçiblər.
Onlar bioloji təbabət sahəsinə
mükəmməl yiyələniblər.
Xəstələr onlardan
çox razılıq
edirlər. Masallıdakı
Bioloji Təbabət Klinikamız Avropa standartlarına uyğun tikilib və lazım olan bütün tibbi avadanlıqlarla da təchiz olunub. Bu Klinika Cənub
bölgəsində ən
böyük Klinika olub, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran,
Astara və Lerik rayonlarının camaatına yüksək səviyyədə xidmət
edir. Eləcə də qonşu İrandan gələn həmvətənlərimiz də
şoxdur. Burada respublikada tibb sahəsində çox böyük ad-san qazanmış, tibb sahəsi üzrə alim olan çoxlu
həkimlər işləyir.
Bakıdakı Mərəkzi
Klinikamızdan da çoxlu həkimlərimiz
həm Göyçaya
və həm də Masallıya gedib, xəstələri qəbul edir və onlara tibbi yardımlar edirlər.
- Bioloji Təbabət
Klinikasının filiallarını
bölgələrdə yaratmaqla
böyük iş görübsünüz və
bu, çox təqdirəlayiq haldır.
- 20 ilə yaxındır
ki, biz Azərbaycanın
bütün rayonlarında
həkimlər üçün
bioloji təbabətlə
bağlı məlumatlandırıcı
seminarlar keçiririk.
Göyçayda, Bərdədə,
Masallıda, Gəncədə,
Naxçıvan şəhərində
və sairə bölgələrdən Bakıya
gəlməyə imkanları
olmayan həkimlərə
o bölgələrdə dəfələrlə
Almaniyadan və dünyanın ayrı-ayrı
yerlərindən olan mütəxəssislərlə geniş seminarlar, mərhələli kurslar keçirməklə onlara
bioloji təbabətin
incəliklərini öyrətməyə
başlamışıq. Sonra
belə qərara gəldik ki, regionlarda da klinikamızın filiallarını
açaq. Beləliklə,
Göyçay, Sumqayıtda
və Masallıda filiallar açdıq. Bu gün orada
yüksək ixtisaslı
həkimlər işləyir.
İndi Şimal bölgəsinin əhalisi
Sumqayıt filialında
müalicə olunur. Göyçaya yaxın olan Qarabağ bölgəsi və qonşu rayonların əhalisi orada müalicə alır. Cənub bölgəsinin əhalisi Masallıdakı
Bioloji Təbabət Klinikasında müalicə
olunur.
- Hansı xəstəliklər
var ki, onlar
sizin Bioloji Təbabət Klinikada tam müalicə olunur?
- Dünyada müalicəsi
çox çətin
olan bu xəstəlikləri
bizim Klinikada Almaniyada istehsal olunan bitki, heyvan
və mineral əsaslı preparatlardan yararlanmaqla tam müalicə etmək mümkündür. Bunlar-
qırmızı qurd
eşənəyi, psarioz,
bel yırtığı,
skalioz, dağınıq
skleroz, poliartrit, artroz, osteoxandroz, əsəb xəstəlikləri,
şəkər xəstəliyi
və başqaları.
Artıq bütün bu sahələrdə bizim uzun illərdir
ki, təcrübəmiz
var. Və belə xəstələri
çox müalicə
etmişik. Ona görə də mən həmvətənlərimizə
demək istəyirəm
ki, belə xəstəlikləri müalicə
etmək üçün
xarici olkələrə
getmək lazım deyil. Bizim Klinikaya
müraciət edin və müsbət effektini də görün.
- 55 yaşlı Elxan Yaqubovun xalqımıza hansı arzuları, istəkləri
var?
- Mən də
2000-ci illərdən başlayaraq
bir vətəndaş
kimi xalqımıza tibb sahəsində öz xidmətlərimizi göstərmək istəyirəm.
Ona görə də biz Bioloji
Təbabət Klinikasını
yaratmışıq. Ən
birinci məqsədimiz
budur ki, bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, xəstələrimiz müalicə
almaq üçün
böyük pullar xərcləməklə xarici
ölkələrə üz
tutmasınlar. Bizə
müraciət etinlər
və şəfa tapsınlar. Eləcə də qonşularımız
olan Rusiya, Türkiyə, İran və
Gürcüstan respublikasindan
da xəstələr bizim Bioloji Təbabər
Klinikasına müraciət
edib, çox az müalicə xərcləri ilə tam sağalsınlar. Sevindirici haldır ki, artıq həmin ölkələrdən
bizə müraciət
edənlər çoxdur.
Bilirsiniz ki,
biz əvvəllər
uzunömürlü xalq
olmuşuq. Bizim məqsədimiz də budur ki, xəstələri
tam sağaltmaqla uzunömürlülük ənənəsini
Azərbaycanda bərpa
edək. Bu sahədə inkişaf etməyimiz üçün
əlimizdən gələni
edirik və edəcəyik. Bilirsiniz ki, sağlamlıq insan üçün dünyada ən böyük nemətdir. Ona görə də hər bir insan gözəl
və mənalı yaşamaq üçün
ilk öncə öz sağlamlığının
qeydinə qalmalıdır.
İnsan üçün
ən böyük var-dövlət can sağlığıdır. Bir
də ki, biz 44 günlük Vətən müharibəsində
qələbə çalmışıq.
Deməli, biz qalib xalqığ. Qalib xalqın övladları həmişə
başını uca tutub, bütün xəstəliklərə də
qalib gəlməlidir.
Çünki bir millət olaraq, bizim Qarabağda görəcəyimiz çox
işlər var.
P.S. Bir vaxtlar
mən Elxan Ənvər oğlu Yaqubovun 50 illik yubileyində də iştirak etmişdim. Həmin vaxtı Elxan müəllimin 50 illik yunileyi Bioloji Təbabət Klinikasının işçilərinin
və buarada müalicə alan çoxlu insanların iştirakı ilə yüksək səviyyədə
keçirilmişdi. Həmin
yubileydə çoxlu
tanınmış insanlar,
tibb və başqa sahələrdə
böyük fəxri adı olanlar və eləcə də orta məktəb
yoldaşları, cavanlıq
dostları, tanınmış
iş adamları Elxan Ənvər oğlu Yaqubov haqqında öz ürək sözlərini
demişdilər. Onun bioloji təbabəti Azərbaycana gətirməsilə
bağlı yeniliklərindən,
xeyirxahlıqlarından ətraflı
danışmışdılar. O vaxtı bu insanların
çıxışına qulaq asdıqca beynimdən bu fikir keçmişdi: “Tibb sahəsində çalışanlar həqiqətən
də yerdə Ulu Tanrının elçiləridir. Onlar insanların həyatda sağlamlığını qorumaqla
və onlara şəfa verməklə
cənnəti elə bu dünyada qazanırlar. Elxan Yaqubov da bioloji
təbabəti Vətənimiz
Odlar yurduna gətirməklə həqiqətən
cənnəbi bu dünyada qazanmış yüksək vətənpərvər
Azərbaycan oğludur”.
Xalqımızın ən böyük ziyalılarından biri, Xalq şairi Nəriman Həsənzadə
də bu Klinikada müalicə olunmaqla Elxan Yaqubov və onun rəhbərlik etdiyi Bioloji Təbabət Klinikasının
kollektivi haqqında həmin yubileydə çox maraqlı fikirlər söyləmişdi
və onun Elxan müəllimə həsr etdiyi bu şeir isə
o vaxt gurultulu alqışlarla qarşılanmışdı:
-Səni göylər
atdı desantı kimi,
Qaraca Çobanın
sapandı kimi.
Torpağın müqəddəs bir andı kimi
dən kimi göyərdin, bitdin bu yerdə.
İlk şah əsərindi Şəfa ocağı,
Bir ana qoynudu isti qucağı.
Bu əlli illiyin-bayramqabağı
şərəfə, şöhrətə
çatdın bu yerdə.
Burda göz yoldadı, qulaq səsdədi,
Ağ xalatlı qızlar bu Mərkəzdədi.
Ağalar
deyəndə şair
xəstədi,
Özün köməyimə yetdin
bu yerdə.
Elxan Yaqubovun 55 illik yubileyi ərəfəsində
tanınmış şair,
Prezidentin Fərdi Təqaüdçüsü və
bir vaxtlar Bioloji Təbabət Klinikasında müalicə
alan, Əməkdar mədəniyyət işçisi,
85 yaşlı Əşrəf
Veysəlli də mənə bu sətirləri göndərdi
və dedi ki, “mənim adımdan Elxan müəllimi təbrik elə”.
Mən,
həmin sətirlərlə
bu portret cizgiləri yazımı tamamlayıram:
-Sənin ad günündür,
mənim şad günüm,
Qüssəyə, kədərə, qəmə
yad günüm.
Bizi bağışlamaz Ulu Tanrı
da,
Qədrini bilməsək bu, azad günün.
Ağalar İdrisoğlu
Azad Azərbaycan.- 2023.- 15 iyun. S. 5.