Qala İstirahət Mərkəzinin
gözəllikləri insanları valeh edir
Sucayət Qasımov: “İnsan sözü ona görə böyük həriflə yazılır
ki, özünün əlində olan imkanları başqa insanlara böyük həvəslə, sevinclə
çatdırır və
bölüşür”
Mənim Sucayət Qasımovla tanışlığımın on yeddi ildən çox tarixçəsi var. Bütün bu illərdə mən onu çox bacarıqlı sahibkar, yüksək təfəkkürlü ziyalı və ən əsası isə Masallı üçün əlindən gələni edən bir xeyirxah insan kmi tanımışam.
Bütün bu illərdə təkcə doğulduqları Masallının Ərkivan qəsəbəsi üçün yox, elə Masallı rayonu üçün Məşkür, Qasıməli və Sucayət Qasımov qardaşları çox böyük işlər görüblər. İnsanlar da onların bu xeyirxah əməlinə görə həmişə bu qardaşlardan razılıq edirlər.
Məşkur və Qasıməli Qasımov qardaşları uzun illərdir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırlar. Onlar öz bacarıqlarına, ağıllarına, təşkilatçılığına görə Rusiyada yaşayan azərbaycanlılar və eləcə də başqa millətlər arsında çox böyük hörmət qazanıblar. Onlar Rusiyadakı Azərbaycan Konqresində, Diaspor təşkilatlarında da çox böyük işlər görürlər. Tale mənə qismət eləyib ki, 2006-cı ildə dövlət səviyyəsində çap olunan “Dünya Azərbaycanlıları” kitabında mən bu iki qardaş haqqında çox maraqla qarşılanan oçerklər yazmışam. Elə həmin illərdən də onların gördüyü böyük işləri izləyirəm. Və bu eloğullarımızın təkcə Rusiyada yox, çoxlu xarici ölklərdə gördüyü böyük işlərdən fəxarət duyuram. Onlar qanı və canı ilə Azərbaycana çox bağlı insanlardır və 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycana bütün sahələrdə daha çox köməkliklər ediblər. Bu qələbəmizdən də çox seviniblər. Eləcə də Rusiyada və xarici ölklərdə yaşayan azərbaycanlıların da döğma yurdumuza köməklik etməsində böyük rol oynayırlar.
Sucayət Qasımovla da elə tanışlığımız həmin illərdən başlayır. Onun da çox bacarıqlı insan olduğunu həmin vaxtlardan görmüşəm. Ərkivan qəsəbəsinin abadlaşdırılmasında, məktəb binalarının təmirində, idman zallarının yenidən qurulmasında hər üç qardaş əlindən gələni ediblər və edirlər. Onlar hər üçü yüksək dərəcəli idman ustalarıdır. İdmanın güləş növünə lap uşaq yaşlarından böyük maraq göstəriblər...
Taleyin qismətidir ki, mən bu yaxınlarda Masallıdakı Qala İstirahət Mərkəzində olanda yenidən Sucayət müəllimlə görüşdüm və bu görüşdən hər ikimiz çox şad, məmnun olduq. Burada görülən işlərlə bağlı ona çoxlu suallar verdim. Yəqin ki, bu sualların cavabları oxucular üçün də maraqlı olacaq.
- Salam Sucayət
müəllim. Bu gün biz sizinlə
2009-cü ildən ərsəyə
gətirdiyiniz çox
yaraşıqlı və
Avropa standartlarına uyğun olan inşa etdiyiniz Qala İstirahət Mərkəzindəyik. Mən
qətiyyətlə deyə
bilərm ki, bu istirahət mərkəzi Azərbaycanda
ən yaraşıqlı
və gözəl istirahət mərkəzlərindən
biridir. Bütün bu illərdə burada istirahət edən insanlar da sizdən həmişə razılıq
ediblər. Mən də burada olduğum bu middətdə razılıq
dolu bu maraqlı
söhbətlərin şahidi
oluram. Necə oldu ki, siz
bu istirahət mərkəzini yaratdınız
və niyə bura Qala adını
verdiniz?
- Biz ilk dəfə bura gələndə, buranın füsünkar təbiəti bizi valeh elədi. Bura, Masallı bizim öz doğma yerimiz, yurdumuzdur. Lap uşaq yaşlarımızdan Masallının təbiətinə, gözəlliyinə vurğunuq. Bax, bu gözəl məkanı da görəndə fikirləşdik ki, burada çox yaraşıqlı bir istirahət mərkəzi tikə bilərik. Biz uzun illərdir ki, sahibkarlıqla və Qala istehsalat, tikinti müəssisəsilə məşğul oluruq. Bu müəssisəsədə də tikinti üçün lazım olan kərpic kəsib, camaatımıza satırıq. Bu yeri görəndə də fikirləşdik ki, turizmlə bağlı bir istirahət mərkəzi yaradaq və dünyanın hər yerindən insanlar gəlib, bu gözəlliklə tanış olsunlar. Əlbəttə, ilk gündən başa düşdük ki, burada işlər görmək elə də asan olmayacaq. Çünki dağın üstüdür. İlk öncə bura Masallı-Yardımlı yolundan sıldırım qayaların üstündən təxminən bir kilometr yol çəkmək lazım idi. Sonra dərəli-təpəli yerləri hamarladıq. İşıq, su çəkmək üçün də böyük işlər görmək və maliyyə xərcləri qoymaq lazım idi. Beləliklə, çox böyük inamla, qətiyyətlə quruculuq işlərinə başladıq. Üç il müddətində burada sərasər işlər gördük. Yaşayış binaları tikdik. Asvalt yollar çəkdik. Su, işıq məsələsini və bütün kommunal işləri həll elədik. 2012-ci ildə biz bu istirahət mərkəzini istifadəyə verdik. Və adını da Qala İstirahət Mərkəzi qoyduq.
- Maraqlıdır. Niyə məhz Qala?
- Biz əslən
Masallı rayonunun Ərkivan qəsəbəsindənik.
Ərkivanın da ilk qədim
adlarından biri Qala olub. Ərkivan
Cənub bölgəsində
ən qədim yaşayış mərkəzlərindən
biridir. Bu yeri düşmənlərdən qorumaq
üçün ətrafına
daşdan böyük
hasarlar çəkilib
və adına da Qala deyiblər. Bu qəsəbənin əhalisi
uzun illər də duluzçuluqla, misgərliklə maşğul
olublar. Bax, burada gördüyünüz
hasarlar və buradakı saxsı məişət qabları,
nehrələr, misgərliklə
bağlı alətlər
də məhz Qala məkanının simvolikasıdır. Atributlarıdır.
Burada on
iki kattej var. Hər birində də çox yaxşı, Avropa standartlarına uyğun şərait yaratmışıq.
Bu kattejlərin hər
birində dörd nəfər turist qala bilər. Bu binalardan əlavə burada uşaq əyləncə mərkəzləri,
stadion, valeybol, futbol, baskedbol meydançaları da var. Bu Qala
İstirahət Mərkəzində
bilyard, tennis qurulub.Və
böyük şadlıq
məclisləri keçirmək
istəyənlər üçün
geniş restoran-bar
var. Həyətdə istirahət,
çay içmək,
söhbət etmək
üçün ayrıca
yaraşıqlı tikililər
də var.
- Mən bütün bunları görmüşəm.
Ən çox da xoşuma gələn hər bir tikilinin
klassik üslubda olmasıdır. Hətta restoran-bar da çox qədim üslubda tikilib. İstirahət etmək və söhbət etmək üçün tikilən
yerlər o qədər
gözəldir ki, adamı
elə bil ki, məcbur eləyir burada oturub insanlarla
söhbət eləyəsən.
Hər axşam da yeməkdən sonra burada Qala İstirahət
Mərkəzinin işçiləri
tərəfindən böyük
həvəslə çay
süfrələri təşkil
olunur və istirahətə gələn
adamlar da böyük həvəslə bura toplaşıb, bir-birilə
tanş olur və maraqlı söhbətlər edirlər.
Restoran-barda da görürəm
ki, təkcə burada istirahət edənlər yox, kənar yerlərdən də insanlar gəlib ad günləri, maraqlı tədbirlər keçirirlər.
- Bəli. Buranın adı Qala olduğuna
görə burada gördüyünüz bütün
tikililərdə qədim
əl işlərindən
çox istifadə olunması da bura böyük gözəllik
verir. Biz də təbiətin özünün
bizə bəxş elədiyi dəmir, nil, palıd və başqa ağaclarından
istifadə etməklə
bütün bu gözəlləikləri yaratmışıq.
Misgərlik, duluzçuluq
alətlərinin də
burada toplanması, yol kənarına bəzəkli, memarlıq üsullu hasar çəkilməsi Qala İstirahət Mərkəzinə
böyük bir gözəllik, qədimilik
verir. Həm də bunlar Ərkivanın qədim tarixini göstərir. Burada qədim memarlıq, rəssamlıq
işləri həddindən
artıq çoxdur. Qala İstirahət Mərkəzində işləyən
adamların da müştərilərə,
istirahətə gələnlərə
necə böyük həvəslə qulluq etdiyini də görürsünüz.
- Bəli, görürük.
Başda bu işlərə rəhbərlik
edən Rumi Hüseynov
olmaqla, hamı əlindən gələni
edir ki, bura istirahətə gələnlər
onlardan razı qalsın. Deyirsiniz ki, bu Qala İstirahət
Mərkəzi 2012-ci ildən
fəaliyyət göstərir?
- Bəli. Artıq on bir ildir ki, fəaliyyət
göstəririk. Yaz və yay aylarında bura turist axını
daha çoxdur. Bundan əlavə burada qış mövsümü üçün
də lazım olan bütün şərait yaratmışıq.
Ona görə də insanlar payız və qış aylarında da bura çox gəlirlər. Çünki burada payız və qışın öz gözəllikləri
var. İnsan beyini sözün həqiqi mənasında burada rahat dincəlir. Təbiət də həmişə yaşıldır.
- Çox sevindrici haldır ki, siz Respublika Həmkarlar Təşkilatları
ilə müştərək
işləyirsiniz. Yənu
bu, Qala İstarahət Mərkəzinə
insalar Həmkarlar xəttinin göndərişlə
gəlirlər. Bu, Azərbaycan
Həmkarlar İttifaqı
Konfederasiyasının, başda
Millət vəkili, cənab Səttar Mehbalıyev olmaqla çox təqdirəlayiq
işidir. Buna görə
onlara bir ziyalı kimi təşəkkür edirəm.
Xalqımızın istirahəti
üçün həmişə
əllərindən gələni
edirlər. Bu iş sizə də sərfəlidirmi?
- Əlbəttə, sərfəlidir.
Biz bu işi elə on bir ildir ki, qurmuşuq. Biz də onlardan, onlar da bizdən çox razıdırlar.
Bura gələn insanlar
da buzdən razılıq
edirlər. Azərbaycan
Həmkarlar İttifaqı
Konfederasiyası da bizim
bu nümunəvi işimizə, insanların
bizdən həmişə
razılıq etməsinə
görə, bizə dəfələrlə Fəxri
Fərmanlar da veriblər.
- Fikiriniz varmı ki, bu işləri daha da genişləndirəsiniz?
Yəni on iki kattej yox, iyirmi
dörd kattej olsun. Daha çox
insanlar bura gəlib, Masallının füsünkar yerlərini
görsünlər. Axı
bura dünyanın ən gözəl yerlərindən heç də geri qalmır.
Niyə insanlarımız
çoxlu pul xərcələməklə hansısa
xarici ölkəyə
getməlidir, amma çox cüzi pulla gəlib burada istirahət eləməsinlər? Həm
də burada, sizin yaxınlığınızda
Mir Kazım Aslanlı
adına “Yaran Dağ” Müalicəvi İstirahət Mərkəzi
də var. İnsanlar burada, sizdə istirahət etməklə ora gedib, ayrı-ayrı
yel, prostat, ostioxandroz, oynaq ağrıları və başqa xəstəliklərdən
tam müalicə oluna
bilərlər. Bu xəstəliklərdən
müalicə olunmaq üçün də böyük məbləğdə
pul xərcləyib xarici ölklərə getməzlər.
- Bəli. Fikrimiz var ki, buranı daha da genişləndirək. Həm
də bura gələn turistlərlə
də sorğular keçiririk. Onların istəklərilə tanış
oluruq. Siz düz deyirsiniz ki, bura gələn insanlar həm də bizim İstirahət
Mərkəzindən cəmi
bir kilometr aralıda olan Mir Kazım Aslanlı adına “Yanar Dağ” Müalicəvi İstirahət Mərkəzinə
də gedib, orada müalicə alırlar və çox razı qalırlar. Biz həm də burada həm böyüklər və həm də uşaqlar üçün hovuz tikmək istəyirik. Üstü örtülü
məşq zalı tikməyi də planlaşdırmışıq. Ən əsası da kattejlərin sayını
artırmaq istəyirk.
Çünki günü-gündən
buna insanların təlabatı
artır.
- Mənim və bura istirahətə gələnlərin ən
çox xoşuna gələn xeyirxah işlərdən biri də budur ki, buradan insanları Yradımlı şəlaləsinə,
“Yanar Dağ” Müalicəvi İntirahət
Mərkəzinə, Masallı
Tarix və Diyarşünaslıq Museyinə
və Masallının
çoxlu görməli,
gəzməli yerlərinə
və eləcə də Astaraya, Lənkərana maşınla
aparırsınız.
- Bəli. Bu da bizim qarşımızda olan ali məqsədlərdən
biridir ki, bura gələnlər Azərbaycanın
Cənub bölgəsinin
ən yaraşıqlı,
füsünkar yerlərini
görsünlər. Bu gözəlliklər
təkcə xaricdən
gələn qonaqların
yox, həm də həmvətənlərimizin
ürəyincə olur
və bizə çox təşəkkür
edirlər. Axı onların özləri başqa vaxt tapıb bura gələ bilmirlər.
Amma buarada istirahət
edəndə həmin
yerlərə getməyə
imkanları olur. Biz də xidməti maşınlarımızla onları
həmin məkanlara aparırıq. Onlar da bizdən çox razılıq edirlər. Ümumiyyətlə, mən
sizə bir maraqlı fikiri deyim. İnsan sözü ona görə böyük həriflə yazılır
ki, özünün əlində
olan imkanları başqa insanlara böyük həvəslə,
sevinclə çatdırır
və bölüşür.
- Bütün bu xeyirxah işlərinizə
və Massalı kimi cənnətməkan yerin gözəllikləri
ilə insanları tanış etdiyinizə görə sizə qəzetimizin çoxminli oxucuları adından təşəkkür edirik.
Hər bir insan yaşadığı
yerin gözəlliklərini
başqalarına çatdırmağı
bacarsa, onda insanlarımızda Vətən
sevgizi daha güclü və çox olar. Vətəni isə sevmək imandandır. Mən inanıram ki, bir dəfə bura, Qala İstirahət
Mərkəzinə gələn
insan ikinci dəfə də böyük həvəslə,
istəklə gələcək.
Təkcə özü
gəlməyəyəck, həm
də ən yaxın tanışlarına,
qohumlarına və dostlarına da bu yerə gələməyi
məsləhət biləcək.
Mən onu da səmimiyyətlə vurğulayım
ki, Masallıda olan bütün istirahət mərkəzlərinin tacı
məhz, Qala İstirahət Mərkəzidir.
- Bizə belə yüksək qiymət veridyinizə görə çox sağ olun. Biz də öz işimizlə, əməlimizlə çalışacağıq
ki, bu adı həmişə doğruldaq.
Axı bu yer bizim ulularımızın
adını daşıyır.
Hər bir insanın da ulularına sevgisi varsa, çalışır ki, bütün
əməlllərilə onların
başını uca eləsin. Onlara rəhmət qazandırsın
ki, ruhları şad olsun. Böyük Məhəmməd Peyğımbərimizin
belə bir maralı kəlamı var:
“İnsan əməlinin
dəyəri onun nəticəsi ilə ölçülür”. Ona görə
də hər bir insan gördüyü
hər işi yalnız və yalnız xeyirxah məqsədlər üçün
etməlidir.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Azad
Azərbaycan.- 2023.- 22 iyun.- S.5.