Zarafat şairiyəm
(“Novruz” zarafatları silsiləsindən)
Ərk eləsin dostlarım
Dərk eləsin dostlarım,
Dərc eləsin dostlarım,
Mətbuat şairiyəm.
Qaçqın,köçkün, didərgin
Yanındayam hər türkün.
Həm şəhidəm, həm sürgün,
Qazamat şairiyəm.
Xəyal
olan yurdların,
O lal olan
yurdların,
İşğal
olan yurdların
Bir azad şairiyəm.
Əli Kərim
qolunda,
UluTürkün
yolunda,
Məmməd
Araz dilində
Bəyanat şairiyəm.
Öyrəşmişəm
dözümə,
Yuxu getməz gözümə.
İndi
özüm özümə
Zəmanət şairiyəm.
Sinəm
bir söz meydanı,
Daşlayıram şeytanı.
Qabilin, Zəlimxanın
Əmanət şairiyəm.
Nə
acizəm, nə fərsiz,
Səfərdəyəm,səfərsiz.
Mən xəbərdən
xəbərsiz
Məlumat şairiyəm.
Qamətimi
əyir qəm,
Ürəyimi yeyir qəm.
"Xalq
şairi" deyiləm,
Camaat şairiyəm.
Dünyanı
görə-görə,
Su səpirəm güllərə.
Prezidentim
göndərən
Mükafat şairiyəm.
Gəzirəm
ağır-ağır,
Gözlərimdən dərd yağır.
Bu
dünyanın ən fağır,
Farağat şairiyəm.
Nə
sağlamam,nə xəstə,
Kim olar mən həvəsdə?
Yerdə,göydə,qəfəsdə
Muğamat şairiyəm.
Nə desəniz
məndə var,
Harda belə bəndə var?
Nə
dinsizəm,nə dindar,
Xurafat şairiyəm.
Özümə
seçib peşə,
İşə düşmüşəm, işə.
Lalə,nərgiz,bənövşə,
Qarağat şairiyəm.
Dağam,dağdan gəlmişəm,
Haqqam,haqdan gəlmişəm.
Qarabağdan
gəlmişəm,
Xarabat şairiyəm.
Eşqimi
yaza-yaza,
Qane olmuşam aza.
Durmasam da
namaza,
Salavat şairiyəm.
Molla,keşiş sinaqoq...
Bəndəsindən dini çox.
Mən
dünyanın gözü tox,
Tolerant şairiyəm.
Hələ
ayıq deyiləm,
Sizə layiq deyiləm.
Bu
dünyalıq deyiləm,
Kainat şairiyəm.
Azda
çoxam,çoxda az,
Yazda
qışam,qışda yaz.
Kainatın
ən həssas,
Narahat şairiyəm.
El-obadan
aralı,
Hər gün gözüm qaralır.
Min yerindən
yaralı,
Salamat şairiyəm.
Şuşasına
gəlincə,
Qanımdadır ölüncə.
Göygöl,Marxal,Əlincə...,
Batabat şairiyəm.
Yapılıb
kündə-kündə,
Bişirəm gündə-gündə.
Allahımın
önündə
Hesabat şairiyəm.
İnsana
arzu təkin,
Gülüstana su təkin.
Gündəlik
ruzi təkin,
Tələbat şairiyəm.
Bu
dünyanı quran var,
Keşiyində duran var.
Sinəm
üstə Quran var,
Tilavat şairiyəm.
Qurban
olum, zühur et,
İstəyimi
məqbul et.
Tanrım,
məni qəbul et,
Zarafat şairiyəm.
Əşrəf Veysəlli
Azad Azərbaycan.- 2023.- 16 mart.- S.6.