Yaddaşımda yaşayan

sənətkarlardan biri

 

Əlli ildən çoxdur ki, ədəbiyyat, incəsənət sahəsində çalışan, tanınmış yazıçı, rejissor, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İDRİSOĞLU  Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlarteatr direktorları” adlı kitab üzərində işləyir. İnanırıq ki, bu kitab müəllif tərəfindən  Milli Teatrımızın 150 illiyinə çox maraqlı və layiqli bir töhfə olacaq.  Bu sayımızdan başlayaraq həmin kitabdan maraqlı yazıları çoxminli oxucularımızın ixtiyarına veririk.

 

( Portret   gizciləri)

 

Həyatda tanıdığım elə insanlar olub ki, sənət aləminə gəlişimdə və bu sənətdə uğurlar əldə etməyimdə onlar özlərinin ağıllı məsləhətləri, təmənnasız köməklikləri ilə çox böyük rol oynayıblar. Belə insanlardan biri də Əməkdar mədəniyyət işçisi, tanınmış rejissoraktyor Məmmədkamal Kazımov olub. Mən onu hələ tələbəlik  illərimdən tanısam da  Milli Akademik Dram Teatrında quruluş verdiyi tamaşalara, çəkildiyi kinofilmlərə  baxsam da, onunla şəxsi tanışlığım 1985-88-ci illərdə, Əbdürrəhim bəy Haqverdiyev adına  Ağdam Dövlət Dram Teatrında işlədiyim vaxtlardan olub. Belə ki, 1985-ci ildə onunla yaxından tanış olanda, həmin vaxt Məmmədkamal müəllim bu teatrın  baş rejissoru idi və mən isə quruluşçu rejissor işləyirdim. Teatr aləmində belədir ki, çox vaxt baş rejissor öz hegemonluğunu göstərir və quruluşçu rejissorun işinə müdaxilə edir. Hətta tamaşanı necə hazırlamağı, mizanları qurmağı da yeri gələndə quruluşçu rejissora diqtə  edir. Amma belə baş rejissorlar başa düşmür ki, hər bir yaradıcı rejissorun tamaşaya öz baxışı, öz ali məqsədi var. Məhz buna görə də  əksər teatrlarda baş rejissorla  quruluşçu rejissorlar arasında konfliktlər yaranır. Bu konfliktlər də yaradıcı heyət  arasında böyük narazıçılıqlar yaradır. Mənim bəxtim onda gətirdi ki, Məmmədkamal müəllim çox dəyərli ziyalı olduğuna görə, elə insan deyildi. Heç vaxt öz iddiasını ortaya qoymadı. Və hətta özü tamaşalar hazırlayanda mənimlə məsləhətləşdi. Baxdığım məşqlərində dediyim fikirləri qəbul etdi. Çünki mənim dediklərim təzə fikirlər idi. Belə ki, mən həmin vaxtlar Moskvada  Andrey Vasileyeviç Lunaçarski  adına Dövlət Teatr Sənəti İnstitutunda  (indiki Beynəlxalq Teatr Akademiyası),  rejissor təhsili alıb, təyinatla Ağdama işləməyə getmişdim. Beynimdə Moskva ab-havası dərin kök salmışdı. Axı, Moskva həqiqətən də həmin vaxtlar ədəbiyyat, teatr-kino sənətinin beşiyi sayılırdı. Mən də orada oxuduğum müddətdə mükəmməl təhsil almışdım. Yaxşı  yaradıcılıq  məktəbi  keçmişdim. Sənət  müəllimlərim  həmin  vaxtlar  təkcə SSRİ-də  yox, artıq  dünyada  tanınırdı. Hətta Ağdam Dövlət  Dram Teatrında ilk tamaşalara quruluş verəndə də Moskvadan Ağdama  gəlib, mənim  işlərimlə  maraqlanırdılar. Öz tövsiyələrini, təkliflərini  verirdilər. Bunlar-Məhərrəm Əlizadənin “İlk qurban”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış”, Eduard Bobrovun  Vicdanla üz-üzə”    Nobel mükafatı laureatı  Alber Kamyunun  “Qismət” tamaşaları  idi.

Məmmmədkamal  Kazımov da mənə əlindən gələn köməkliyi edirdi  tam sərbəstlik vermişdi ki,  quruluş verdiyim tamaşalarda istəyimə nail ola bilim. Hər tamaşada öz ali məqsədimi  və ideyamı mükəmməl həyata keçirə bilim.  Aramızda iyirmi bir yaş fərq olsa da biz onunla Ağdamda həqiqətən dostlaşdıq. Sözün həqiqi mənasında əsilzadə və xeyirxah insan olan Məmmədkamal Allahqulu oğlu, həm də teatr aləminin canlı ensiklopediyası idi. Təkcə ölkə teatrı yox, həm də dünya teatrı haqqında çox şeylər bilirdi. Hətta Azərbaycan teatrında baş verən çoxlu hadisələr vardı ki, yazıya köçməmişdi, amma Məmmədkamal müəllim onları bilirdi və mənə danışırdı.  O, ömrünün 61 ilini teatr sənətinə həsr etmişdi. Mənə elə gəlir ki,  Azərbaycan teatr tarixində 61 il ömrünü bu sənətə həsr edən yeganə sənətkar məhz Məmmmədkamal Kazımov olub. Bu tarixi hadisə teatrşünaslar, teatr mütəxəssisləri tərəfindən yazılmalı, tədqiq olunmalı və deyilməlidir. Onun həm teatrda və həm də kinoda çox  maraqlı  və məhsuldar yaradıcılıq tarixçəsi  olub. Bütün bunlar isə bir insan ömrü üçün həddindən artıq çoxdur. Onun həyatda bir insan kimi böyüklüyü sadəliyində və ürəyinin büllur kimi saflığında idi.  Mənə elə gəlir ki, bu insan həyatda yalnız xeyirxahlıq və insanlara təmənnasız xidmət etmək üçün yaranmışdı.

Məmmədkamal Allahqulu oğlu 1929-cu ilin avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdu. Uşaqlıq illərindən teatra böyük həvəsi olduğuna görə, 1944-cü ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına işə götürülüb. Və teatrın nəzdindəki Teatr-Studiyada təhsil alıb. Bu sahə üzrə ali təhsil almaq istəyi ilə yaşayan Məmmədkamal Kazımov Mirzəağa Əliyev adına Azərbaycan Dövlət  İncəsənət İnstitutunun ( indiki Dövlət  Mədəniyyət və İncəsənət Universiteti) dramkino aktyorluğu, sonra isə rejissorluq fakültələrini bitirib. Artıq peşəkar  rejissor təhsili alan Məmmədkamal Kazımov, Azərbaycan  Milli Akademik Dram Teatrında bir-birinin ardınca bu tamaşalara quruluş verib. Onun quruluşunda Aleksey ArbuzovunTanya”, Hüseyn MuxtarovunKimdir müqəssir?”, Eldar Riyazanov  Emil BraginskininSevgi-sevgi”, Aleksandr Sergeyeviç Puşkinin “Yatmış gözəl və yeddi qardaş”, İslam Səfərlinin  Yol ayrıcında”, Seyfəddin Dağlının “Kölgələr pıçıldaşır”, Qriqori Qorinin  “Görünməmiş toy”,  Mirzə Fətəli Axundovun “Xırs quldurbasan”, Abdulla  Şaiqin “Fitnə” əsərləri  təkcə Milli Akademik Dram Teatrıınn yox, həm də Azərbaycan teatrının tarixində özünəməxsus yer tutub. İstedadlı rejissor və gözəl pedaqoq Məmmmədkamal Kazımov həddindən artıq zəhmətkeş və işlək insan olduğuna görə, öz işlərini təkcə Milli Akademik Dram Teatrı ilə məhdudlaşdırmayıb. Hüseyn Ərəblinski adına  Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Tənqid-Təbliğ Teatrında və  Əhli Beyt Teatrında onun quruluş verdiyi  Yəhya Məmmədovun “Ana məhəbbəti”, Qeybulla Rəsulovun  “Məhəbbət oyunu”, Şərəf Nəzərlinin “Mücdədin yuxusu  onlarca belə tamaşalar da rejissor yozumuna, səhnə həllinə görə çox maraqlı alınmışdı. Bütün bu işləri ilə birlikdə  o, uzun illər Bakı şəhərində  Xalq Teatrlarına rəhbərlik etmiş  çoxlu tamaşa hazırlamış, Azərbaycan teatrı üçün çoxlu peşəkar kadrlar yetişdirmişdi

Məmmədkamal müəllimin Ağdam teatrında baş rejissor  işlədiyi dövr onun yaradıcılığında daha maraqlı  illər sayıla bilər. Çünki o, artıq bu teatrın  yaradıcı rəhbəri kimi, təkcə tamaşalara quruluş vermir və həm də teatrın repertuar siyasətini qurur, aktyorların inkişaf etməsində, tanınmasında, öz üzərlində çalışmasında, roldan-rola püxtələşməsində əlindən gələni edidirdi. Ona görə də onun bu teatrda quruluş verdiyi tamaşalar- Mehdi Hüseynİlyas Əfəndiyevin “İntizar”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Xalidə Hasilovanın  “Həsrət”,  Əjdər Fərzəlinin“Yurdda kim qaldı?”,  Əsgər İlhamın “Qızıl əjdaha”, “Nərgiz ana”, İsi  Məlikzadənin “Son gecə”, Mixail Lermontovunİki qardaş” və başqa tamaşaları  həm  özünün professional rejissor yozumuna, maraqlı mizanların quruluşuna və həm də aktyorların püxtələşməsi, əsərdən-əsərə inkişaf etməsi üçün çox maraqlı  səhnə əsərləri idi. O, quruluş verdiyi bütün tamaşaların və Səməd Vurğunun bütün  dram əsərlərinin sözlərini əzbər bilirdi. Doğrudan da bu, heyrətamiz idi.  Bu da onun fenomen yaddaşa malik olmasına bir sübutdur. Məmmədkamal müəllim həddindən artıq zəhmətkeş və çalışqan insan idi. Onun bu zəhmətsevərliyinə, çox məhsuldar işləməsinə, həddindən artıq enerjili olmasına cavanlar belə həsəd aparırdılar. Bu insanda  yoruldum  sözü yox idi. Bəzən tamaşanı 4-5 saat məşq edirdi. Aktyorlar yorulsa da o, özü yorulmurdu. Ömrünün son günlərinə kimi bu insan mütaliə edirdünya teatrlarında tamaşaya qoyulan əsərlərlə maraqlanırdı.  Özünə və onunla işləyən yaradıcı heyyətə qarşı çox tələbkar idi. Bax, bütün bu müsbət keyfiyyətlərinə görə aktyorlar, eləcə də adi insanlar onu çox sevir  Məmmədkamal Kazımovla həmişə təmasda olmaq istəyirdilər. O, həm də çox maraqlı aktyor kimi teatr sənətində böyük təcrübəsinə malik olduğu üçün, aktyorlarla işləmək ona elə də çətin deyildi.  Çünki artıq ustad sənətkar olaraq Ağdam teatrında işləyən cavan aktyorlar ondan daha çox şey öyrənirdilər. Məmmədkamal Allahqulu oğlu elə özü də gənclərlə işləməyi çox sevirdiyeri gələndə onlardan da öyrənirdi.

Yuxarıda yazdığım kimi, o,  keçən əsrin 60-cı illərindən  Bakı şəhər Xətai  adına Mədəniyyət  Sarayındakı Səməd Vurğun adına Xalq Teatrına iyirmi ildən artıq bir vaxtda  rəhbərlik etmişdi. Burada biri-birindən maraqlı qırxdan artıq tamaşaya quruluş vermişdi. Bu Xalq kollektivində çalışan və Məmmədkamal müəllimdən aktyorluq sənətinin sirlərini öyrənən çoxlu cavanlar, sonralar Azərbaycan peşəkar teatr aləminə gələrək, bu gün respublikanın tanınmış  sənətçiləri olublar. O, həmişə istedadlı yetirmələri ilə fəxr edirdi.  Onlar haqqında böyük həvəslə danışır və ən kiçik uğurlarına belə bir ata kimi sevinirdi.  Cavan aktyoraktrisalara öz övladı kimi, böyük məhəbbətlə yanaşırdı. Və həmişə də onlara “qızım”, “oğlum”,- deyə müraciət edirdi. Üç il bir yerdə işlədiyimiz müddətdə mən heç vaxt onun hirsləndiyini, kimə isə ağır söz dediyini, kiminsə arxasınca danışdığını eşitmədim. Bu insan həmişə sülh tərəfdarı və barışdırıcı mövqedə dayanmağı sevirdi.  Çünki daxilimdə olan üsyankarlığıma görə mən, bəzən teatrın direktorunun kobud  hərəkətləri ilə razılaşmayanda, haqsızlıqları görəndə və öz sözlərimi deyəndə, məni sakitləşdirən məhz Məmmədkamal müəllim olurdu. Özü də maraqlı el məsələlərilə, ədəbiyyat, teatr karifeylərindən sitatlar, aforizmlər  gətirməklə… 

Yuxarıda yazdığım kimi, Məmmədkamal müəllim çox dəyərli aktyor idi. Çəkildiyi kino filmlərin əksəriyyətində epizodik rollar oynasa da, tamaşaçıların yaddaşında uzun müddət qalırdı. Epizodik rol oynayıb, tamaşaçı yaddaşında qalmaq isə yalnız  böyük sənətkarlara nəsib olur. Bu haqda böyük teatr islahatçısı Konstantin Sergeyeviç Stanislavski belə deyib: “Rolun böyüyü, kiçiyi yoxdur. Aktyorun böyüyü, kiçiyi var”. Ona görə də onun çəkildiyi “Bir cənub şəhərində”,  Yol əhvalatı”, “Qətl günü”, “Ölülər”, “Ümid”, “Mənim şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır”, “Qara volqa”, “Ac həriflər” və başqa filmlərdə Məmmədkamal  Kazımov özünün  böyük aktyor olduğunu bir daha sübut edib. “Yol əhvalatı” kinofilmində  hər dəfə ayrı-ayrı sözaltı mənalarla  dediyiDokumentsözü sonralar tamaşaçıların təhkiyə-kəlamına çevrilib. Bu sözü insanlar yeri gələndə  maraqla işlədiblər və işlədirlər.

Həddindən artıq yaradıcı, təşkilatçı insan olan  Məmmədkamal Kazımov ömrünün son günlərinə qədər teatr sənətindən ayrılmadı. Axırıncı yeri olan Azərbaycan Mədəniyyət  Fondunun  Sönməyən ulduzlar Teatrının baş rejissoru kimi burada çox işlər gördü. Ətrafına korifey sənətarları toplayaraq, onlarla Səməd VurğununVaqif”, Cəfər  Cabbarlının“Solğun çiçəklər” və biri-birindən maraqlı başqa tamaşalara quruluş verdi. Bütün bu işləri ilə də bir daha sübut etdi ki, Məmmədkamal Kazımov Azərbaycan teatr sənətində öz yolu, öz dəsti-xətti  olan sənətkarlardandır. O,  mlli teatrımızın yorulmaz əsgəri, bu ülvi sənətə sadiq qulluq edən peşəkarlardan biri olduğunu  61 ildə sübut etdi. Ömrünün axırıncı on ildən çoxunu ehtiyac içərisində yaşayan Məmmədkamal Allahqulu oğlu, çox əfsus ki, həmin vaxt   mədəniyyətə rəhbərlik edən məmurların etinasızlığı ucbatından Xalq artisti  fəxri adını  Prezidentin Fərdi Təqaüdünü  ala bilmədi…

Gözü, könlü tox olan Məmmədkamal Kazımov, yuxarıda yazdığım kimi, Azərbaycan teatrının canlı ensiklopediyası sayılan insanlarından  biri  idi. O, teatr aləmində yazıya düşməyən çoxlu hadisələrin, konfliktlərin, maraqlı görüşlərin  canlı şahidi və iştirakçısı  olmuşdu. Çox təəssüf  ki, teatrşünaslarımız belə böyük sənət fədaisinin bildiyi bütün bu  unikal məsələləri, hadisələri öyrənib, tarixə köçürmədilər.  Azərbaycan teatr tarixində əvəzsiz işlər görən və çoxlu haqsızlıqla qarşılaşan, özünün layiqli qiymətini ala bilməyən Məmmədkamal Allahqulu oğlu Kazımov 2005-ci ilin dekabr ayının 13-də haqq dünyasına qovuşdu.  Gələn il  avqust ayının 27-də  Məmmədkamal müəllimin, bu gözəl sənətkarın  95 illik yubileyidi.Yəqin ki, Mədəniyyət Nazirliyi bu yubileyi qeyd etməklə yaddan çıxan bu cür sənətkarlarımızı bir daha cavan nəslə, xalqımıza lazım olan səviyyədə  tanıdacaqdır.

... Bəli, unutqanlıq və biganəlik kimi xəstəliklər qəlbimizdə  dərin kök saldığına görə, belə insanların həyat və yaradıcılığını layiqincə yazıb, gələcək nəsillərə saxlaya  bilməmişik.  çox əfsus, sədd heyif ki, təkcə mədəniyyət və incəsənətdə deyil, bütün sahələrdə vəziyyət belədir. Bu bir   həqiqətdir ki, biz, insanlara sağlığında qiymət verməyi  çox zaman  bacarmırıq. Bu da daxilimizdə olan paxıllıqdan, kin-küdurətdən, “mənəm-mənəmlikdən”  irəli gəlir. Atalarımız isə bu haqda  gözəl deyiblər: “Sonrakı  peşmançılıq  fayda  verməz”…

 

Ağalar  İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Azad Azərbaycan.- 2023.- 30 mart.- S.7.