Foto və video salnaməmizin
yaradıcılarından
biri olan sənətkar
(Portret cizgiləri)
Tarixi şəxsiyyətlərin
dediyi sözlər: “Rasim Sadıqov fofoaparatını
süngüyə çevirən əsl sənətkar
jurnalistdir”.
Rasim Sadıqov. Bu ad və soyad Azərbaycan
mətbuatına, mədəniyyətinə, incəsənətinə
və bütövlükdə ictimaiyyətinə çox
yaxşı tanışdır. Çünki 45 ildən
çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi
foto şəkillər və yazdığı məqalələr
tez-tez Kutləvi İnformasiya Vasitələrinin əsas şəkillərindən
və yazılarından olur. Həm də Azərbaycan mədəniyyətində,
incəsənətində onun çəkdiyi foto şəkillər,
Tarix,Teatr, İncəsənət muzeylərində əsas
yerləri tutmaqla ən çox baxılan şəkillərdir.
Onun çəkdiyi bu foto şəkillər və video lentlərə
çəkdiyi tamaşalar, incəsənət əsərləri,
tarixi hadisələr və görkəmli insanlarla
bağlı süjetlər gələcək nəsillərimizçün
ən böyük, unikal töhfələrdir desəm,
yanılmaram. Məhz buna görə də Azərbaycanın
foto və video salnaməsini yaradan Rasim Sadıqovu çoxminli
oxucularla daha yaxından tanış etmək istəyirəm.
Çünki belə insanı bir millət olaraq
hamımız yaxından tanımalı və gələcək
nəsillərə tanıtmalıyıq.
Qısa
arayış: Rasim Mirzəbala oğlu Sadıqov 1956-cı ilin
mart ayının 16-da Bakı şəhərinin tarixi kəndlərindən
olan Novxanıda ziyalı ailəsində dünyaya gəlib.
Sonra bu ailə Sumqayıta köçüb və Rasim
Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbdə
təhsil alıb. Hələ orta məktəbdə oxuduğu
illərdə onun çəkdiyi foto şəkillər və
kiçik məqalələr təkcə Sumqayıtda
çap olunan qəzetlərdə yox, respublika mətbuatında
da çap olunub.
Rasim Sadıqov əgər desəm ki, həm fotoqraf və həm də jurnalist kimi həqiqətən bənzərsiz sənətkardır, burada heç bir şişirtmə, mübaliğə yoxdur. Çünki 45 ildir ki, tanıdığım Rasim Sadıqovu elə yaradıclığa başladığı ilk günlərdən işgüzar, cavabdehli, öz sənətinin vurğunu olan görmüşəm və bu cür tanımışam. Belə ki, o, həqiqətən də jurnalist-fotoqraf kimi heç kimi təkrar eləmir və bütün bu illərdə özünün məktəbini yaradıb. Hətta o, təkcə fotoqraf yox, bu sənətin əsl yaradıcı rəssamıdır. Çünki onun çəkdiyi foto şəkillər bir-birinə oxşamır. Obrazlı ifadələrlə zəngindir. Və çəkdiyi hər bir foto şəkil sənət nümunəsi olaraq, elə bil ki, adamla danışır... Məhz buna görə də tanınmış jurnalistlər, ədəbiyyat xadimləri, siyasi xadimlər, əsl sənətkarlar və hətta rəssamlar da onun haqqında həmişə belə bir cümlə deyirlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”. Həmin böyük şəxsiyyətlər belə deməkdə doğrudan da yanılmayıblar. Bu, həqiqətən də belədir.
Rusiya Federasiyasının bir vaxtlar prezidenti və baş naziri olmuş, uzun illər bu vəzifələrdə Rusiya kimi böyük ölkəyə rəhbərlik eləyən Dimitri Medvedev ilk əmək fəaliyyətinə vilayət qəzetinin foto müxbiri kimi başladığını heç vaxt unutmadığı kimi, həmişə də dövlət rəhbəri kimi rəsmi görüşlərə gedəndə sevimili fotoaparatını götürüb şəkillər çəkdiyi kimi, Rasim Sadıqov da jurnalist, sayt rəhbəri kimi dövlət səviyyəli görüşlərə gedəndə, orada rəsmi nümayəndə kimi olanda sevimli fotoaparatını, video kamerasını götürür və orada unukal şəkillər, videolar çəkərək xalqımızın tarix yaddaşında saxlayır. Onun 1976-cı ildən başlayaraq çəkdiyi həmin şəkillər bu gün Azərbaycan foto və video salnaməmiz üçün unikal bir xəzinədir. Bu şəkillər də əsrlər boyu Rasim Mirzəbala oğlu Sadıqovu həmişə Azərbaycan mətbuatında və tarixində layiqincə yaşadacaq.
Yuxarıda yazdığı kimi, Rasim Sadıqovla bizim tanışlığımızın 45 ildən çox tarixçəsi var. Belə ki, mən 1976-cı ildə Sumqayıt şəhərinə gəlib, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətə başlamışam. Və bir ildən sonra teatrda aktyor işləməklə paralel Sumqayıtda “Ümid” adlı Teatr-Studiya yaratmışdım. Bu Teatr-Studiyanın ilk tamaşası Cəlil Məmmədquluzadənin “Kamança” əsəri 1977-ci ilin mart ayının 16-da, yəni mənim ad günümdə olmuşdu. Həmin gün “Sumqayıt” və “Exo Sumqayıta” qəzetlərindən tamaşa ilə bağlı şəkillər çəkməyə göndərilən Rasim Sadıqovun da məlum oldu ki, ad günü məhz mart ayının 16-dadır və məndən 6 yaş kiçikdir. Bu mənim və onun üçün bir sürpriz oldu. Elə həmin gündən də biz dostlaşdıq. Mən Rasimi özümə kiçik qardaş bildim. Biz həmin gündən sonra artıq tez-tez təmasda olduq.
Sonralar bu kolletiv Sumqayıt Gənclərinin
Xalq Teatrı oldu. Elə quruluş verdiyim ilk tamaşamın
“Kamança” faciəsinin də şəkillərini cəmi
20-21 yaşı olan Rasim Sadıqov çəkməklə məni
tarixdə yaşatdı. Ondan sonrakı tamaşaların da
çoxunun foto şəkillərini Rasim çəkdi. Beləliklə,
həmin vaxtlar mən rejissor kimi ilk tamaşalarımı
hazırlayırdım, Rasim də artıq gələcəyin
peşəkar fotoqrafı və jurnalisti kimi incəsənət,
mətbuat sahəsində ilk işlərini görürdü.
Bu dostluq və birgə yaradıcılıq işi artıq 45
ildir ki, davam eləyir. Mən Sumqayıt Dövlət
Musiqili-Dram Teatrlarına rəhbərlik elədiyim vaxtlarda
teatrın tamaşalarının və orada keçirilən
maraqlı görüşlərin də foto şəkillərini
Rasim Sadıqov çəkib. Hətta mən Ağdam
teatrına rəhbərlik elədiyim vaxt Rasimin yolu həmin
bölgəyə düşəndə hökmən teatra gəlir
və orada da şəkillər çəkirdi. Eləcə də
1988-ci ilin fevral ayının 22-dən Qarabağda başlayan
müharibə ilə bağlı Rasim Sadıqov çoxlu
unikal foto şəkillər çəkib. Həmin unikal, təkrasız
foto şəkillər Azərbaycanın Qarabağ müharibəsinin
salnamə foto şəkilləri kimi tariximizə
düşüb.
Ardı
var
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2023.- 30 mart.-S.8.