Xuraman Muradova
“HUMAY
MİLLİ MÜKAFATÇISI” oldu
Milan Hospitalın sahibkarı, iş adamı, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Vektor Elmlər Akademiyasının Fəxri
Professoru, Türkiyə
Onur Medalına layiq görülən,
Ankara Türk Dünyası
Araşdırmalar Beynəlxalq
Elmlər Akademiyasının
Fəxri professoru, Akademiyanın Beynəlxalq
Qızıl Ulduz Medalı Mükafatçısı
Xuraman xanım Muradova bu il “HUMAY
MİLLİ MÜKAFATINA” layiq görüldü. Xuraman Muradova bu böyük
mükafata Azərbaycan
Yazıçılar Birliyinin
təqdimatı ilə
layiq görülüb.
Onu da vurğulayaq ki, bu mükafat hər il yalnız bir yazıçıya verilir. Bu il həmin mükafatın sahibi məhz çox maraqlı şair-nasir, yazdığı şeirlərə
peşəkar mahnılar
yazılan, şeirləri
qardaş Türkiyədə
də çox maraqla qarşılanan Xuraman Muradova layiq görülüb.
Biz də bu böyük
mükafat münasibətilə
maraqlı şair-nasir
Xuraman Muradovanı təbrik edib, ona yeni-yeni yaradıcılıq
uğurları arzu edirik.
Xuraman Muradovanın son vaxtlar
yazdığı bir neçə şeirini çoxminli oxucularımıza
təqdim edirik.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azərbaycan
Şərəfimin, qeyrətimin,
Neçə min illik tarixin,
Qəhrəmanlıq adısan.
Mübarizlik yollarımın,
Sən sönməyən odusan!
Boy atıbdı hər daşında,
Ərənliyin, müdrikliyin
Tarix adlı yaddaşında
Bir dünyadı igidliyin,
Azərbaycan!
Ulusumun,
türkümün,
Ərşə qalxan ünüsən.
Vətən-Vətən böyüyən,
Dünəni, bu günüsən.
Bilinməyən sədlərinin,
Yollarından çox keçilib,
Parçalanmış ürəyinin,
Şərbətindən çox içilib.
Azərbaycan!
Sınmamısan, bacarmısan
ayaq üstə dayanmağı,
İnamından güc alaraq,
Xalqın
üçün haqq yolunda,
Bacarmısan tək yanmağı.
Ədalətin, həqiqətin,
Asılmısan haqq üzündən,
Azadlıq adlı nəfəsin,
Duyulubdu
hər sözündən.
Azərbaycan!
Ey şanlı, ulu vətənim,
Bu dünya durduqca mənim,
Tarixləşən, müdrikləşən,
Qəhrəman, igid, ərənim.
Səni
elə sevirəm ki,
Gözüm kimi, sözüm
kimi,
Ürəyimdə Vətən adlı,
Sönməyən bir közüm
kimi.
Səni
elə sevirəm ki,
Özüm kimi...
Özüm kimi, Azərbaycan!
Gözün aydın, ay Vətən
44 günlük müharibə,
Sənə zəfər gətirdi.
Qol açdığın oğullar,
Özün sənə yetirdi.
Gözün aydın, ay Vətən!
30 illik həsrəti,
Gözlərindən sildilər.
Məğlub adlı ləkəni,
Səndən təmizlədilər.
Gözün aydın, ay Vətən!
Cəsarətin, qüdrətin,
Dilə
gəlmişdi bir an.
Bu hünərin önündə,
Sanki donmuşdu zaman.
Gözün aydın, ay Vətən!
Düşmənə göstərmisən,
O dəmir yumruğunu.
Sən türk oğlu, türk kimi,
Göstərdin kim olduğun.
Gözün aydın, ay Vətən!
Vətən
Səni
sevən ürəyim,
Hər
an sənlə döyünür.
Sən mənim eşq məbədim,
Mənim
könül dünyamsan,
Sən bu Vətən dünyamda,
Sən mənim öz anamsan.
Vətən!
Başı bəlalar çəkən,
Qanlı
bir keçmişin
var.
Neçə yerə bölünüb,
Parçalandın min dəfə.
Amma, heç sarsılmadın,
Haqq-ədalət yolunda.
Yazıldı zəfər adın.
Vətən!
Azadlığın eşqiylə,
Yanan odlu ürəyin.
Mətinləşdi, bərkidi,
Mübarizə yolundan,
Çəkinmədin heç zaman.
Tarix-tarix
yaşadın,
Zirvə-zirvə ucaldın.
Vətən!
Sorağısan səsimin,
Ərşə qalxan ünündə.
Çiçək-çiçək dil açdın,
Həqiqətin önündə.
Qərinələr içində,
Neçə min il tarixin,
Silinməyən yaddaşın.
Özün boyda dərd daşın,
Vətən!
Dünən igid yaraqlım,
Bu gün zəfər soraqlım,
Dirilən ümidlərim,
Açılan kilidlərim,
Sənin
zəfər adındı!
Azadlıq adlı səsim,
Şirin
ana nəfəsim,
Vətən, Vətən, ay vətən!!
Azərbaycan-Türkiyə
Əzəldən bir doğulub,
Birgə
boy atmısınız,
Adı,
ruhu, qanı, bir,
Kökü, soyu, canı bir,
Siz doğma qardaşınız,
İşıqlı gələcəyə,
Azərbaycan-Türkiyə!
Tarix boyu bir olub,
Yolunuz, məqsədiniz.
Dünyaya car çəkibdi,
Türk
adlı haqq səsiniz,
Sizin bu varlığınız,
Bölünməzdir ikiyə,
Azərbaycan-Türkiyə!
Baş əyməz türk övladı,
Düşməninə, yadına.
Sadiq olub hər zaman,
Özünün türk adına.
Layiqdir ərənliyə,
Layiqdir hər sevgiyə,
Azərbaycan-Türkiyə!
Daşınızda doğmalıq,
Sözünüzdə qürur var.
Yenilməz vüqarınız,
Düşmənin bağrın yarar.
Siz ey doğma şahinlər,
Turana gedən yolun,
Göyərən ümidləri,
Sülhün göyərçinləri!
Nə mutlum Türküm deyə,
Azərbaycan-Türkiyə!
Şəhidlər xiyabanı
Şəhidlər xiyabanı...
Hər yer sükut içində...
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə.
Uzaqdan bir səs gəlir...
Bir ana layla deyir,
Ürək yandıran ahla.
Salamlayır gecəni,
Açılmayan sabahla...
Gah coşğun, gah da həzin,
gah da harayla deyir.
Bir ana xiyabanda
oğluna
layla deyir…
Oğlunun baş daşını
öpərək qucaqlayır.
Ana elə göynəyir,
ana elə ağlayır....
Deyir “hardasan oğul,
niyə
geri dönmədin?
Sənsiz
sönüb ocağım,
Boş qalıbdı qucağım.
Məzarına gəlmişəm
deyiləsi sözüm çox,
Bura son ümid yerim,
Gediləsi yerim yox”...
Ana boynunu büküb
için-için sızlayır.
Oğlunun baş daşını
həsrətlə qucaqlayır.
Birdən
ah cəkib susur,
Şəhid oğul önündə
sanki səcdəyə durur...
Ahı göyü yandırır,
ahı yeri yandırır...
Oğulun
səsi gəlir…
Ana bir an dincəlir,
ilmə-ilmə sökülür,
ilmə-ilmə incəlir...
“Ağlama, can ay ana,
Şəhid anasısan sən!
Bu torpağın, bu yurdun
enməz
Qalasısan sən!”
Oğlun
şəhiddir ana,
şəhidlər ölməz axı!
Onların cənnətidir
yaradanın dərgahı.
Bir başını qaldır
sən,
Vətən göylərinə bax.
Şəhidin gülümsəyir,
ordan sənə baxaraq.
Sevinclə o göylərdən
səni
müjdələyəcək.
Son nəfəsində səni
cənnətə götürəcək...
Şəhidlər xiyabanı...
hər yer sükut içində.
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə…
Uzaqdan bir səs gəlir,
Bir ana layla deyir,
gah coşğun, gah da həzin,
Gah da harayla deyir.
Xocalı harayım
O gecə Xocalı qana boyandı,
O gecə vətənin ürəyi yandı,
O gecə haqq da özü haqqını dandı,
İçimi qanla yedim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı
Xocalım laylay...
Körpə süngülərin körpə
harayı,
Oxladı
sinəmi neçə
min sayı,
Can verdi bir anda
illərim, ayım,
Mən də bir qurban
idim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı
Xocalım laylay...
Qan içdi torpağım, qana boyandı,
O gecə Xocalı alışdı, yandı,
O gecə elə bil həyat dayandı,
Bilmədim yerdəmi, ya göydə idim
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı
Xocalım laylay...
İnlədi yaralı bir aslan kimi,
Zaman ömrümüzün qəddar
hakimi,
Gözünü sığadı əcəl
qan kimi,
Mən dərdə boyanıb,
mən kədər dindim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı
Xocalım laylay...
Laylay Xocalım laylay,
Başı bəlalım laylay,
Dünyan
qana boyandı,
Qaldı
nə halım, laylay...
Qanlı
Xocalım laylay..
LAÇIN
Aramızda otuz ilin nisgili,
Aramızda illər qaldı,
ay Laçın.
Bu namərdlər, bu xainlər, xəbislər,
Bizi səndən ayrı saldı, ay Laçın.
Can Laçın...
Bir dünyalıq həsrət
oldun gözümdə,
Bitdin dodağımda, bitdin sözümdə,
Zülmətə çevrildi hər
gündüzüm də,
Həsrət saçlarımı yoldu, ay Laçın.
Can Laçın...
Şəhid harayından göyərən
daşın,
Dərddən nalə çəkib
ağaran başın,
Hər daşında, hər qayanda göz yaşın,
Ürəyimdə qara xaldı, ay
Laçın.
Can Laçın...
Baba yurdum səndə qalıb, qocalıb,
Sanki dünya ömürümdən
öc alıb,
Daha qəm-kədərim arxada
qalıb,
Gözlərim sevincdən boldu,
ay Laçın.
Can Laçın...
Qurbanlar
kəsdim ki, arzuma yetəm,
Çiçək olub Laçın
qayanda bitəm,
Gül qoxulu yamaclarında ötəm,
Xoş bu günün, xoş bu halın,
ay Laçın.
Can Laçın...
Duydun azadlığın xoş
nəfəsini,
Eşitdin zəfərin şən
nəğməsini,
Xuraman səsinə qatıb səsini,
Sevincindən qanad çaldı,
ay Laçın.
Can Laçın…
Vətən adlı şəhidlər
“Şəhidlər ölməzdilər,
Şəhidi ağlamazlar”.
Bu sözün arxasında
Milyon qəhrəmanımın,
Tükənməyən taqəti,
Bitməz
cəsarəti var.
Şəhidin ölməzliyi,
İgidin
dönməzliyi,
Mərmi-mərmi ucalan,
Oğul
mübarizliyi,
Bir də Vətən sevgisi,
Onun sönməzliyi var.
Vətən ağrılarından,
Vətən sancılarından,
Doğulan oğulların,
Şəhidlik zirvəsində,
Qeyrəti var, adı var..
O ad ki, əbədidir,
O ad ki, müqəddəsdir.
O ad Vətənlə birgə,
Çəkilən qoşa səsdir.
Vətən adlı oğullar,
Vətən adlı şəhidlər,
Vətən adlı zirvənin,
Yenilən nəfəsidir.
Ata
Çoxdan gözləyirdim yolunu
ata,
Arzum, muradımsan, bilirsən bunu.
İstəmərəm saçlarına
dən düşə,
Sənsiz
həyatımın yoxdu
bir sonu.
Mənə ürək verən,
ürəyim ata.
Süfrəmdə bərəkət, çörəyim
ata.
Mənim
hər dəqiqəm,
hər bir anımsan,
Damarda çağlayan, axan qanımsan,
Arzular məskəni olan canımsan,
Həyatımın özü, adısan
ata,
Ömrümün mənası, dadısan
ata.
Ürəkdən yazıram tükənmir
sözüm,
Sənsiz
işıq görsə
kor olar gözüm,
Saçına gül-çiçək çələngi düzüm,
Bənövşə ətirli mehriban ata.
Hər sözümə “haycan” deyən can ata,
Səni
candan sevən bir övlad kimi,
Sənə həmdəm olan,
şirin ad kimi,
Şəninə boy verən bir soyad kimi,
Dərdimə qalanım, hayanım
ata,
Fəxrim-vüqarımsan, ad-sanım ata.
Səcdənə gəlmişəm
Şuşam
Həsrətdən üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm,
Şuşam.
Neçə baharımı, neçə
yazımı,
Sənsiz
həyatımdan silmişəm,
Şuşam.
Mərmi
gülüşlərin göz
dağım olub,
Hər damla göz yaşın bulağım
olub,
Sənsiz
kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm,
Şuşam.
Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım
səni,
Otuz il ürəksiz gülmüşəm,
Şuşam.
Qarlı
dağlarına çökən
duman-çən,
Mənim
ürəyimə çökmüşdü
nədən,
Ruhumu özüylə aparıb
gedən,
Dünyanı öz dünyam
bilmişəm, Şuşam.
Olub keçənləri unudaq
daha,
Bağışla, deyəsən batdım
günaha,
Bilsəydin açılan bu
xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm, Şuşam.
Xoşdur
azadlığın, xoşdur
bu sədan,
Səni
gözlərimdə yaşatdım
hər an,
Səcdənə durubdur qızın
Xuraman,
Səni
candan artıq sevmişəm, Şuşam.
Xuraman Muradova
Azad
Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.- S.6.