Otuz il yolunu
gözlədiyimiz
Zəfər bayramımız
Şanlı qəhrəmanlıq səhifəmiz
Esse
Biz otuz ildən çox gözlədiyimiz Zəfər
bayramımızın üç ili tamam oldu. İnanıram
ki, bir millət olaraq biz, bu bayramın on, iyirmi, yüz illiyini
də qeyd edəcəyik. Və bu bayram millətimizin tarixində
əbədi qalacaq. Bizim bu qələbə bayramımız
düyna tarixinə də yazılacaq. Axı biz 44 günə
və sonra da 24 saata böyük tarixi qələbələr
qazanmışıq. Bu da son iki-üç yüz ildə
dünya tarixində olmayan, görünməyən
böyük hadisədir.
Vətənini öz canından
çox sevən hər bir
soydaşımız kimi, mən də torpaqlarımız əsarətdə
olanda çox istirablar, xiffət çəkmişəm. Bir
sahibkar, iş adamı kimi əlimdən gələni eləmişəm
ki, millətimizin baş tacı olan Qarabağı geri qaytaraq.
Hətta bir şair kimi hər dəfə televizorda
dağıdılmış, viranə qalmış həmin
yerləri gördükdə, Şəhidlər
Xiyabanını ziyarət etdikdə, ürəyimin nisgilini
soyutmaq, tarıma çəkilən əsəblərimi sakitləşdirmək
üçün həmin yerlərə çoxlu şeirlər
və poema da həsr eləmişəm. Çünki həmin
yerlər mənə daha əziz və doğmadır. Axı
mən, Goranboyda anadan olsam da, əslim Laçın
rayonundandır. Atam və nənəm Laçın
torpağından güc, qüvvət alıblar.
Torpaqlarımız işğal olunandan
sonra həmişə fikirləşirdim
ki, mən Qarabağ müharibəsində işgəncələrə
məruz qalan, Qazi olan, valideynlərini itirən şəhid
balalarımıza necə köməklik etməliyim ki,
onların təşnə yaralarına bir məlhəm olsun.
“Milan” Hospitalını yaratmaqla bu arzularımızın az da
olsa reallaşmasına kömək oldu. Sahibkarlıqla məşğul
olmağa başlayanda 2014-cü ildə öz layihəm əsasında
yeddi mərtəbəli “Milan” Hospitalının Avropa
standartlarına uyğun binasını tikdirib və orada
işə başladıq. Bu Hospitala da öz işinin yüksək
peşəkarı olan həkimləri işə
götürüb, tibb sahəsində işimizi davam etdirdik. Mən
bilirdim ki, əgər Hospitalda yaxşı həkimlər
işləyirsə, müasir tibbi avadanlıqlar varsa, peşəkar
həkimlər həmin avadanlıqlardan düzgün istifadə
edə bilirsə, xəstələr bura daha çox gələcək.
Məhz buna görə də bu doqquz ildə həkimlərin
daha da təkmilləşməsinə, xaricdə təhsillərini
daha da kamilləşdirməsi üçün onları
qabaqcıl ölkələrə göndərir, ya da həmin
ölklərdən öz maliyyəm hesabına həkimlər
dəvət edirdim ki, onlar gəlib, Hospitalrda seminarlar, dərslər
keçsinlər. Eləcə də tibb sahəsinin son nailiyyətləri
olan tibbi avadanlıqları “Milan” Hospitala gətirirdim ki, xəstələr
düzgün müayinə olunsunlar. Çünki xəstənin
tam sağalması üçün onun düzgün müayinəsi
əsas şərtdir. İlk gündən də insanların
“Milan” Hospitalda tam şəfa tapmaları məni daha çox
ruhlandırdı. Bu doqquz ildə “Milan” Hospital təkcə Azərbaycanda
yox, həm də Türkiyədə, İranda, Rusiyada,
Gürcüstanda, Orta Asiya respublikalarında məşhurlaşdı.
İndi artıq həmin ölklərdən də bura
çoxlu xəstələr gəlib, müalicə olunurlar.
Mənim
dəvətimlə Azərbaycana
gələn və dünya tibb sahəsində
öz imzalarını qoyan məşhur tibb alimləri də
“Milan” Hospitalın işindən çox razılıq edirlər.
Bu Hospitalı dünyanın ən aparıcı
hospitallarından biri adlandırmaqla, dünya mətbuatında
bu haqda özlərinin xoş fikirlərini yazırlar.
Mən,
ibadətlə məşğul
olduğundan Məhəmməd Peyğəmbərin
bu kəlamını özüm üçün həmişə
ali məqsəd hesab eləmişəm: “Allaha sevgi ürəklə,
ağılla olmalıdır və məhəbbət, sevgi
Allaha doğru yolun ifadəsidir”. Deməli, mənim də
insanlara sevgim, məhəbbətim yüksək olduğundan,
çalışıram ki, “Milan” Hospitala müraciət edən
xəstə insanlar burada tam şəfa tapa bilsinlər. Bu
doqquz ildə Böyük Tanrı da həmişə onlara
yardımçı olduğundan bütün xəstələr
burada tam sağalıblar. Hətta sağalmaq üçün
son ümidlə bu tibb ocağına gələnlər də
burada tam sağalıb və həmişə də “Milan”
Hospitalı özlərinə ümid qapısı bilirlər.
Bir Allah
şahiddir ki, 44 günlük Vətən müharibəsi
dövründə, “Milan” Hospitalın həkimləri də
müharibə bölgəsində olub, müharibə gedən
yerlərdə yaralılara əlindən gələn tibbi
yardımlar ediblər, həm də biz, 44 günlük Vətən
müharibəsindən sonra Hospitalda müharibədə
yaralanan Qazilərimizi, böyük stresslər keçirən
şəhid ailələrini yüksək səviyyədə
təmənnasız müalicə etmişik və edirik.
Yuxarıda dediyim kimi mənim atam və nənəm
Laçından olduğuna görə və onlar mənə
Laçınla bağlı çox maraqlı xatirələr
danışdığından, Laçın, Qarabağ həmişə
mənim ürəyimin bir parçası olub. Otuz illik
qaçqınlıq, köçkünlük
dövrümüzdə də həmişə Böyük
Allahdan bir arzum olub: “Ey Böyük Yaradan bizə güc,
qüvvət, milli birlik ver ki, torpaqlarımızı geri
qaytara bilək. Bu xoş günləri mən də
sağlığımda görüm”. Ulu Allah milyonlarla azərbaycanlılar
kimi mənim də bu müqəddəs arzumu eşitdi.
2020-ci
ilin sentyabr ayının 27-də Vətən müharibəsi
başlayanda və Ali Baş Komandanımız, dünya səviyyəli
siyasətçi, cənab İlham Əliyev bu sükanın
arxasında böyük qətiyyətlə dayandı və hər
bir çıxışında da xalqı inandırdı və
dedi: “Qələbə bizim olacaq. Biz Qarabağı
yağı düşmənlərdən azad edəcəyik”.
Onun bu, qətiyyətli fikirləri xalqımızı
bütövlükdə ruhlandırdı.
Əqidəsindən, mövqeyindən,
dünya baxışından,
düşüncəsindən asılı omayaraq, xalq bir nəfər
kimi Ali Baş Komandamızın ətrafında sıx birləşdi.
Təkcə ön cəbhə yox, arxa cəbhə də bir
döyüş meydanı oldu. Hamı bacardığı kimi
döyüşən ordumuza, Ali Baş Komandanımıza
kömək etməyə başladı. Həmin vaxtı
İsa Peyğəmbərin öz şagirdlərinə dediyi
bu kəlam yadıma düşürdü: “Bir-birinizi sevin.
İnsan sevgi ilə insan olur”. Sonra da yadıma
ulularımızın dediyi bu kəlam düşürdü:
“El bir olsa dağ oynadar yerindən”.
Beləliklə, ermənilərin “uçulmaz
dağ, qala” hesab etdiyi səngərlərini
rəşadətli ordumuz darmadağın elədi və 44
günlük Vətən müharibəsində böyük qələbə
çaldıq. Əlbəttə, bu qələbədə Ali
Baş Komandanımız cənab İlham Əliyevin ən
böyük qəhrəmanlıq xidmətləri
danılmazdır. Çünki bu dahi insan həmin vaxtı
iki cəbhədə vuruşurdu. Bir Qarabağda və bir də
xarici jurnalistlərlə, xarici mətbuatla. Təkcə onlara
yox, həm də dünyanın ən aparıcı ölkə
rəhbərlərinə də məntiqli, tutarlı cavablar
verirdi və hamı məcburən onunla
razılaşırdı. Həmin 44 günlük Vətən
müharibəsində xalqımız ölkə
başçımızın ağlına, düşüncəsinə,
səbrinə bir daha heyran oldu. Hamı tam başa
düşdü ki, dahi rəhbər, ulu öndər Heydər
Əliyevin bir vaxtlar dediyi bu sözlər zamanla sübuta
yetirildi: “Mən İlham Əliyevə özüm qədər
inanıram. O, bu ölkəni yüksək səviyyədə
idarə eləyəcək”. Dahi rəhbərin həmin kəlamı
Vətən müharibəsində özünün tam əksini
tapdı. Axı bizim ağlımıza da gəlməzdi ki, cəmi
44 günə biz o müqəddəs torpaqlarımızı
geri qaytara bilərik. Çünki ermənilər 7 ilə
rusların köməkliyi ilə həmin torpaqları bizdən
almışdılar. Həmin döyüşlərdə biz,
20 mindən çox şəhid vermişdik. 50 mindən
çox yaralanalarımız olmuşdu. Çoxlu
insanlarımız əsir düşmüşdü. Erməni
gavurları bu otuz ildə bizə sağalmayan yaralar
vurmuşdular. Üzr istəyirəm namus, qeyrət
getmişdi. Dünya xalqları arasında uzun dilimiz qısa
olmuşdu. Dünya səviyyəsində bu müstəqillik
dövründə nə qədər nailiyyətlərimiz olsa
da, amma torpaq sarıdan dilimiz qısa idi. Biz də bütün
bu illərdə dünya səviyyəsində nə qədər
nailiyyətlər əldə edirdiksə, bizi yenə də
yaxşı qarşılamırdılar. Mən bunu əvvəllər
xarici ölkələrdə olanda görmüşdüm və
onlara tutarlı heç bir cavab verə bilmirdim. Çünki
30 ildə Qarabağ bizimçün qara yaraya
çevrilmişdi. Həmişə Xocalı, Ağdaban, Kərkicahan,
Malıbəyli və başqa dəhşətli hadisələri
qəlbimdə böyük bir yara kimi gəzdirirdim. Heç
cürə özümdə rahatlıq tapa bilmirdim. Amma indi
hansı xarici ölkəyə gedirəmsə,
başımı şəstlə dik tutub, hamıya qalib bir
ölkənin vətəndaşı kimi baxıb, öz
ürək sözlərimi deyirəm.
Əlbəttə, 44 gündə və
2023-cü ilin sentyabr ayının 19-da 24 saatlıq müharibədə
biz şəhidlər verməklə, çoxlu yaralar,
acılar da keçirtdik. Çoxlu narahatçlıqlar
yaşadıq… Vətən müharibəsi günlərində
hər gün səhərə kim bütün analar kimi mən
də dualar edirdim ki, Ulu Allah bizim əsgərlərimizi
qorusun. Təsəvvür eləyin ki, göyün
üzündə qara buludlar görəndə mənim də qəlbim
qaralırdı. Fikirləşirdim ki, Qarabağ dağlıq
yerlər olduğuna görə indi orada daha çox duman,
çiskin var. Allah eləməsin ki, əsgərlərimiz ermənilərə
əsir düşsün. Mən həmin əsgərlərimizi
“analarının xınalı, müqəddəs kəklikləri”
adlandırırdım. Çünki onların çoxunun
18-25 yaşı vardı. Çoxu ailə
qurmamışdı. Anaları onların- bu “xınalı,
müqəddəs kəklik” balaların toyunu səbirsizliklə
gösləyirdi. Yuxarıda dediyim kimi həmin vaxtı bizim həkimlərimiz,
cərrahlarımız, anestezoloq həkimimizə kimi
hamısı ön cəbhədə idi. Onlar yaralı əsgərlərimizə
əllərindən gələn bütün xidmətləri
eləyirdilər. Belə ki, biz də həmin vaxtı cəbhəyə
çoxlu həkimlərinizi göndərmişdik.
Axı
biz həmin vaxtı
bu müharibədən kənarda dayana bilməzdik. Müharibənin
ilk günündən Hospitalımız səfərbər
oldu. Baxmayaraq ki, ilkin günlərdə, mühraibə gedən
vaxtı yaralı əsgərləri özəl xəstəxanalara
vermirdilər və onlar dövlət xəstəxanalarında
müalicə olunurdular, biz də sakit durmurduq. Həmin
dövlət xəstəxanalarına dərmanlarla, arabalarla,
çəliklərlə köməklik edirdik. Maddi
baxımdan da əlimizdən gələn köməklikləri
əsirgəmirdik. Müharibədən sonra bizə də icazə
verildi ki, həmin əsgərləri biz də müalicə eləyək.
Biz bu işə çox böyük həvəslə, istəklə
yanaşdıq. Böyük Allaha şükürlər olsun
ki, çoxlu əsgərləri ölümün pəncəsindən
aldıq. Bizə müraciət edən bütün xəstələrimiz,
qazilərimiz tam sağaldı.
Elə indi də biz bütün
qazilərimizi, şəhidlərin övladlarını, həyat
yoldaşlarını, valideynlərini burada təmənnasız
müalicə eləyirik. Çünki bu, bizim vəzifə
borcumuzdu. Axı onlar bizim 30 illik həsrətində
olduğumuz torpaqlarımızı geri qaytarıblar. Bizim də
borcumuz onlara təmənnasız xidmət etməkdi.
Respublikanın hər yerindən olan çoxlu qazilərimizi
biz burada müalicə eləmişik və yenə də eləyirik.
Xüsusi təyinatlılradan gələn qazilərimizi də
burada yüksək səviyyədə, təmənnasız
müalicə eləmişik və eləyirik. Axı
bütün qazilərimiz və şəhidlərimiz
döyüşə təmənna ilə getməmişdilər.
Bizim namusumuzu təmənna ilə geri qaytarmayıblar. Yaralı ürəyimizi təmənna ilə sağaltmayıblar. Biz çoxlu
sayda igid oğullarımızı şəhid
verdik. Bəlkə də həmin yaralar isti-isti olduğuna görə indi görsənmir. Çoxlu sayda analarımız oğulsuz
qaldı. Çoxlu sayda gəlinlərimiz ərsiz, uşaqlarımız
atasız qaldı. Çoxlu nişanlı qızlarımız göz
yaşlı qaldı.
Bəs bizim nə həddimiz var ki, bu xoş günləri,
həmin müqəddəs
torpaqları bizə qaytaran igid oğullarımıza
lazım olan bütün yardımları
etməyək? Açığı
deyim ki, biz nə qədər onlara xidmət etsək də, nə qədər onların qulluğunda dursaq da, o şəhidlərimizin, yaralı
əsgərlərimizin tökülən
bir damla qanına dəyməz bizim bu xidmətlərimiz.
Mənim qanım belə yoğrulub. Mən Vətənimi öz canımdan artıq sevirəm. Ulu Öndər deyən kimi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Məni
ən çox sevindirən isə bizim Qarabağda döyüşlər aparan
cəsur generallarımız
tərəfindən dəflələrlə
Fəxri Fərmanlarla
təltif olunmağımız
olub. Onlardan tez-tez təşəkkür
məktubları almışıq.
Həmin məktublardan
çox məmnun olmuşuq. Düşünürəm
ki, damarında azərbaycanlı
qanı axan hər bir iş
adamının mənəvi
vicdanı borcudur ki, əsgərlərimizə, yaralılarımıza
əlindən gələn
bütün köməklikləri
eləsin.
Əlbəttə, bu tarixi qələbədən sonra
biz əlimizi-əlimizin üstünə
qoyub, sakit dayanmamalıyıq. Çünki
biz erməni kimi yararsız bir məxluqla qonşuyuq. Onu da bilirik ki, onlar buradan tam köçüb getməyəcəklər.
Bu məğlubiyyəti də
asan həzm etməyəcəklər. Düşmən
həmişə düşməndi.
Biz, başda Ali Baş
Komandanımız, ordumuz
olmaq şərti ilə həmişə güclü olmalıyıq.
Hamımız sevimli prezidentimiz cənab
İlham Əliyevin, Vitse-prezidentimiz
Mehriban xanım Əliyevanın
ətrafında sıx
birləşməliyik. Atalarımızın
belə bir maraqlı məsəli
var: “Hər bir güclü kişinin arxasında güclü bir xanım dayanır. O, ya anadır, ya da güclü həyat yoldaşı olan xanımdır”. Müharibə
dövründə və
həmişə Mehriban xanım
da cənəb Prezidentimizin
arxasında özünün
müdrik ağlı,
böyük, dünyəvi
düşüncəsi ilə
möhkəm dayanıb.
Ona həmişə inam,
güc, qüvvət verir. Mən Prezidentimizi böyük dahi sərkərdəmiz Şah İsmayıla,
Mehriban xanımı isə
onun həyat yoldaşı Taclı bəyimə bənzədirəm.
Çünki Taclı
bəyim də bütün döyüşlərdə
Şah İsmaylın
yanında olub. Ona ilham, güc, qüvvət verib.
Müharibə dövründə xalqımızın
yumruq kimi birləşməyini biz həmişə
davam etdirməliyik. Yaşasın Ali Baş Komandanımız, generallarımız,
əsgərlərimiz başda
olmaqla, mübariz xalqımız. Biz bir türk kimi türklüyümüzü sübuta
yetirdik. Və Türkiyənin prezidenti cənab Rəcəb Təyyib Ərdoğan başda olmaqla, türk qardaşalrımız,
bacılarımız da bizə
çox kömək etdilər. Türk, tarixlər boyu müzəffər olub. Biz
də türk olaraq bunu bir
daha sübut elədik. Özümü
artıq müzəffər
xalqın, müzəffər
xanımı kimi hiss eləyirəm. Ona görə
də deyirəm: “Yaşasın Azərbaycanımız!
Yaşasın türk
dünyamız! Yaşasın
Prezidentimiz cənab
İlham Əliyev!”
Qələbədən sonra Qarabağda gedən quruculuq işlərini də gedib görmüşəm.
Şuşada olmuşam.
Qalib Şuşaya “Səcdənə gəlmişəm
Şuşam” adlı bir şeir də
həsr etmişəm.
Həmin şeirdən
bir parçanı bura yazıram:
-Həsrətdən üşüyən
arzularımı,
Götürüb səcdənə gəlmişəm,
Şuşam.
Neçə baharımı, neçə
yazımı,
Sənsiz
həyatımdan silmişəm,
Şuşam.
Mərmi
gülüşlərin göz
dağım olub,
Hər damla göz yaşın bulağım
olub,
Sənsiz
kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm,
Şuşam.
Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım
səni,
Otuz il ürəksiz gülmüşəm,
Şuşam.
Hər bir insan bir
qaşıq qan üçün yaşayır.
Hər bir insan üçün də müzəffər yaşayıb və müzəffər köçmək
gözəldi bu dünyadan. Mən həmişə hər yerdə demişəm ki, dünyanın cənnəti
Azərbaycandır. Azərbaycanın
cənnəti də Qarabağ və Bakıdır. 44 günlük
Vətən müharibəsindən
dərhal sonra Ali Baş Komandanımızın
sərəncamı ilə
Qarabağda quruculuq işlərinə başlanması,
yollar, işıq xətləri çəkilməsi,
yeni salınacaq kəndlərin,
qəsəblərin, şəhərlərin
layihələri hazırlanması
hamını sevindirdi.
Bəzi rayonlarda kəndlərin, şəhərlərin
tikilişinə başlanılıb.
Artıq insanlarımız
öz doğma yurdlarına köçürlər.
Cənab İlham Əliyevlə,
Türkiyənin prezidenti
Rəcəb Təyyib
Ərdoğanın Şuşada
görüşü və
“Şuşa bəyyənnaməsi”nin
imzalanması isə düşmənlərimizi zəlil
elədi. Qarabağın
gözü olan qəhrəman Şuşada
böyük quruculuq işlərini görəndə
ürəyim dağa döndü. Orada “Xarı bülbül” və I Türksoy Beynəlxalq fesfivallarının
keçirilməsi ermənilərin
ürəyini partlatdı
desəm daha düzgün olar. Şuşada Molla Pənah Vaqifin möhtəşəm muzeyinin
açılması və
orada cənab Prezidentimizin və tanınmış sənətkarlarımızın,
ədəbiyyat-incəsənət xadimlərimizin çox maraqlı çıxışları
yenidən ermənilərə
böyük, sağalmaz
bir dərd oldu. Bütün bu çıxışlar
da dünya səviyyəsində
televiziya vasitəsi ilə göstərilir. Mən də gedib həmin möhtəşəm muzeyi
ziyarət eləmişəm
və tam əminliklə
deyə bilərəm
ki, sadə ermənilər
çox peşmandırlar
ki, özlərinin namərd
adamlarının, millətini
sevməyən, özlərinin
ağalarından pul qazanmaq xatirinə həmin murdarların təxribatlarına uyub,
1988-ci ilin fevral ayının 22-də bizimlə
müharibəyə başladılar…
2020-ci ilin sentyabr ayının
27-nə kimi biz çox
məhrumiyyətlər çəkdik.
Ulu öndər Heydər
Əliyev və sonra cənab İlham Əliyev qaçqınlarımıza,
köçkünlərimizə lazım olan bütün şəraitlər
yaratdılar. Onları
evlə təmin etdilər. Çoxlu qaçqın şəhərcikləri
saldılar. İndi bu
şəhərlər, kəndlər
artıq doğma Qarabağda tikilir. Özü də dünya səviyyəsinə
uyğun standartlarda. Bəli. Artıq həmvətənlərimiz öz
doğma yurdlarına qayıdırlar. Biz də
sahibkar kimi əlimizdən gələni
edəcəyik ki, orada
görülən işlərə
köməklik eləyək.
Mənim ən böyük arzum Şuşanı, sonra ata yurdum Laçını
görmək idi, gedib gördüm və arzum bütün
Qarabağı ziyarət
etməkdir. Laçını
ziyarət edəndə
ora da “Laçın” adlı bir şeir
həsr elədim. Həmin şeirdən də bir parçanı
bura yazıram:
-Aramızda otuz ilin nisgili,
Aramızda illər qaldı,
ay Laçın.
Bu namərdlər, bu xainlər, xəbislər,
Bizi səndən ayrı saldı, ay Laçın.
Can Laçın…
Bir dünyalıq həsrət
oldun gözümdə,
Bitdin dodağımda, bitdin sözümdə,
Zülmətə çevrildi hər
gündüzüm də,
Həsrət saçlarımı yoldu, ay Laçın.
Can Laçın…
Şəhid harayından göyərən
daşın,
Dərddən nalə çəkib
ağaran başın,
Hər daşında, hər qayanda göz yaşın,
Ürəyimdə qara xaldı, ay
Laçın.
Can Laçın…
Baba yurdum səndə qalıb, qocalıb,
Sanki dünya ömürümdən
öc alıb,
Daha qəm-kədərim arxada
qalıb,
Gözlərim sevincdən boldu,
ay Laçın.
Can Laçın…
Sonda fikirimi bu kəlamla
tamamlamaq istəyirəm:
“ Dörd xasiyyət insan üçün bədbəxtlikdir-
kin, qəzəb, rəhimsizlik,
etiras”. Arzum budur ki, Böyük Allah bizləri bu naqis işlərdən, əməllərdən qorusun.
Xalqımız bundan sonra da bir olsun
və cənab prezidentimiz İlham Əliyevin
ətrafında daha sıx birləşsin ki, tezliklə Qarabağı əvvəlki kimi cənnətməkan bir diyara çevirək. Qoy bundan sonra
Qarabağ bizim Məkkəmiz, Mədinəmiz,
Kərbəlamız və
böyük ziyarət
ocağımız olsun.
Mən,
bunu da vurğulamaq istəyirəm ki, biz hər
birimiz işimizdə,
mövqeyimizdə Ali Baş
Komandanın əsgərləriyik.
Bir əsgər kimi də xalqımıza xidmət etməliyik.
Bakı
şəhəri,
8 noyabr 2023-cü il.
Xuraman MURADOVA
Sahibkar, iş adamı, “Milan” Hospitalın yaradıcısı,
şair, nasir, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü,
Türkiyə Onur Medalı laureatı, “Humay” mükafatı laureatı
Azad Azərbaycan.- 2023.- 16
noyabr, ¹37.- S.6.