Xalqın partiyası

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda müxtəlif partiyalar meydana çıxdı. Lakin yaranan hər partiya xalq arasında siyasi nüfuz qazana bilmirdi.

İnsanlar isə bütün cəmiyyəti, sosial zümrələri öz ətrafında birləşdirə bilən bir partiyanın yaranmasını arzu edirdilər. Bu partiya Ulu Öndər Heydər Əliyevin liderliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası oldu.

YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-  Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Konfransda böyük tarixi şəxsiyyət, siyasət fenomeni Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi, YAP-ın yaranması tarixi hadisə idi qısa zamanda böyük siyasi gücə çevrildi. YAP zamanın partiyası kimi fəaliyyətə başladı. O, dövlətçiliyin, xalqın, gələcəyin partiyası idi. Bu partiya ilk gündən milli ruhun siyasi nüfuzu kimi fəaliyyət göstərdi. Ulu Öndər Heydər Əliyev YAP-ı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, "dünənin, bu günün gələcəyin partiyası" səviyyəsinə yüksəltdi.

Bu gün YAP Azərbaycan cəmiyyətinin aparıcı siyasi təsisatıdır. Onun siyasi platforması dövlətçiliyin əsasları ilə, qanunçuluqla, azərbaycançılıqla, vətəndaş həmrəyliyi ilə, sosial ədalət prinsipləri ilə, bəzi məqamlarda milli mentalitetlə səsləşir. Bu təşkilat milli məfkurənin partiyasıdır.

YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşları ümumi siyasi ideya məqsəd ətrafında birləşdirən partiyadır.

Cəmiyyət kimi siyasi partiyalar da inkişaf edir. Bu inkişaf təkcə kəmiyyətlə bağlı deyil. Bu inkişaf partiyanın siyasi prosesləri hansı səviyyədə nəzarətdə saxlamağa qadir olması ilə müəyyənləşdirilir.  VII Qurultayda qəbul edilmiş qərar əsasında YAP-ın yeni Nizamnaməsi, İdarə Heyəti, Təftiş Komissiyası Veteranlar Şurası təsdiq edildi.  Hazırda YAP-ın 720  min nəfərdən çox üzvü var.

Siyasi partiyalar xalqın etimadı ilə əhatələnəndə, xalqın iradəsinin icraçısı olanda dövlətçilik üçün daha səmərəli fəaliyyət göstərir. Dövlətçilikdən uzaq düşən siyasi partiyalar cəmiyyətdə etibarını, deməli, yaşamını itirir. Bu baxımdan YAP dövlətçiliyin möhkəmləndirilməsinin cəfakeşidir. 

YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Bu təyinat yüksək etimadın Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür.

YAP-ın ideya istiqaməti dövlətə, dövlətçiliyə sədaqətdir. Bu, hər bir partiya üzvünün ilkin öhdəliyidir, yerinə yetirməli olduğu vəzifə borcudur.

Xalqımızın əsas problemi torpaqlarımızın işğal altında olması idi. Təsadüfi deyil ki, ölkə Prezideti, YAP Sədri cənab İlham Əliyev torpaqlarımızın azadlığını dövlətin əsas vəzifəsi elan etmişdi. Bu vəzifənin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla yerinə yetirildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad etdi.

YAP-ın 5 fəsildən ibarət yeni Proqramı ("Partiyanın inkişafı uğurları", "Siyasi dəyərlər prinsiplər", "Partiyadaxili münasibətlərin partiyanın fəaliyyətinin əsasları", "Partiyanın əsas hədəfləri" "Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya") fəaliyyətin yeni, dövlətçilik baxımından daha gərəkli istiqamətlərini müəyyənləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz". Bu sözlər cəmiyyətin daha dinamik inkişafını şərtləndirən tezisdir. YAP dövlət cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini başlıca şərt bilir. Açıq etibarlı münasibətlərin dönməzliyinə xidmət edən islahatlar yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

Noyabr ayının 21-i xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 31-ci ildönümüdür. YAP bundan sonra da öz proqramından irəli gələrək layiqli siyasi fəaliyyət nümunələri yaradacaq.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Azad Azərbaycan.- 2023.- 23 noyabr.- ¹ 38.- S. 3.