Zəfər günü
Tarixlərə dastan oldu,
Ana Yurdun
Zəfər Günü.
Bayramlardan başda
durdu,
Vətənimin Zəfər Günü.
Birləşəndə Yumruq oldu,
“Dəmir Yumruq”
qan uddurdu.
Düşmənlərə
qan qusdurdu,
Qalib Yurdun
Zəfər Günü.
Vətən!-deyib, hücum
etdi,
Düşmənləri təslim etdi.
Qalib gəlib,
Bayram etdi
Əsgərlərim, Zəfər Günü.
Komandanım mərd, igiddir,
Xalqın öndə
Gedənidir.
Qalib gələn
Əsgərimdir,
Xalqla birdir,
Zəfər Günü.
Qarabağa basdı
ayaq,
Şuşamıza asdı Bayraq.
Xankəndini qaytararaq,
Bayram edir,
Zəfər Günü.,
Tarixlərə örnək oldu,
Qaliblərdən öndə durdu.
Düşmənləri sözlə vurdu,
Söz söyləyir,
Zəfər Günü.
Hər addımı
bərəkətdir,
Qarabağı qurur, tikir.
Qürurludur, yenilməzdir,
Mətinlidir, Zəfər Günü.
Xalq-Rəhbər-Ordu üçlüyüm,
Əzəmətim, böyüklüyüm.
Türkəm-deyə, öyündüyüm,
Qabaqdadır, Zəfər Günüm.
Sumqayıt şəhəri,
02. 11. 2023-cü il
Niyaz
Mustafaoğlu
Azad
Azərbaycan.- 2023.- 23 noyabr.- ¹ 38.- S. 8.