Büllur külqabı

(hekayə)

Bu gecə, onun burda keçirəcəyi sonuncu gecəsiydi. Sevincindən yata da bilmirdi. Yuxusu ərşə çəkilmişdi, elə bil. Həm içində bir narahatçılıq vardı, görən sabah onu evdə necə qarşılayacaqdılar.Yerində qurcalanıb, əllərini başının altına qoydu, gözünü onsuz da qaranlıq olan otağın tavanındakı kiçicik bir nöqtəyə zilləyib, baxmağa başladı.

Dustaq yoldaşları, çoxdan yatmışdılar, aralarında bərkdən xoruldayanı da az deyildi. Düz beş il idi ki, bu xorultular altında yatırdı. İlk günlər, bu xorultular ona narahatçılıq yaratsa da sonralar, buna da öyrəşmişdi. Hətta xorultu olmayanda belə, narahat olurdu ki, görənNaqanniyə xoruldamır? “Naqan”, onun dustaq yoldaşı idi. Əlli beş illik ömrünün otuz iki ilini qazamatlarda keçirənNaqan”ın adı Səftər olsa da, hamı onu belə çağırırdı. Bura düşəndə, ilk olaraq onu sorğu-suala tutan da eləNaqanolmuşdu. Burada onun bir sözünü iki eləməyə heç kim cürət eləmirdi. “Naqan”, ciddi baxışları altında onu dinlədikdən sonra adını soruşmuşdu. Sonra ona, – , incinar, başını sal aşağı, zamanını gözlə, -deyərək, söhbəti bitirmişdi. Elə həmin gündən burda hamı onuİncinarkimi çağırmağa başladı. Düz beş il idi ki, o, həmin ada öyrəşmişdi.

Qolundakı saata baxdı, əqrəblər gecə saat üçü göstərirdi.Hələ qalxmağa düz üç saat vardı. Gözünü yumdu, amma gözündə yuxudan əsər- əlamət yox idi. Əslində heç yatmaq da istəmirdi. Beş il idi ki, hər gecə eyni yuxunu görürdü. Öz həyat hekayəsi onu, yuxuda da rahat buraxmırdı. Artıq yuxuda gördüklərini, film kimi dəqiqliyinə qədər əzbər bilirdi

Ramiz, uşaq evində böyümüşdü. İnternatı bitirən ili sənədlərini universitetə versə , qəbul ola bilmədiyindən təmir-tikinti idarəsində çilingər kimi işə düzəldi. Bacarıqlı işgüzar olduğundan burada hamı onun xətrini çox istəyirdi. Xasiyyətcə çox mehriban həlim idi. İnternatı bitirdikdən sonra hərbi xidmətə çağırıldı. Hərbi xidməti başa vurub, yenidən doğma kollektivinə qayıdıb öz işində çalışmağa başladı. Yataqxanada bir otaqda yaşadığı Hüseyn adlı dostu onun kimi əsgərlikdən təzəcə gəlsə , başqa bir idarədə çalışırdı. Hüseyn, ali məktəbə qəbul olmaq üçün gecə-gündüz oxuyurdu. Onun bu xasiyyəti Ramizə siraət elədi, o da işdən gələn kimi kitabları qabağına töküb oxuyur, həvəslə qəbul imtahanlarına hazırlaşırdı. Hər ikisi universitetin qiyabi şöbəsinə, hətta eyni qrupa qəbul olanda, sevindiklərindən səhərə kimi yatmamışdılar. Bu, onun həyatında, səhəri dirigözlü açdığı ilk gecə idi. Artıq universitetin üçüncü kursunda oxuyanda, onu icraçısı işinə irəli çəkdilər, iki il keçmədi ki, sahə rəisi vəzifəsinə təyin olundu. İyirmi səkkiz yaşı olmasına baxmayaraq işinin öhdəsindən bacarıqla gəlirdi. Kollektivdə mehriban işgüzar bir mühit yaratmağa nail olmuşdu.

 

Arif Ərşad

Yazıçı- publisist, Azərbaycan Yazıçılar  və Avrasiya Yazarlar Birliklərinin üzvü ,Prezident mükafatçısı

Azad Azərbaycan.- 2023- cü il- 23 noyabr.- ¹ 38.- S. 6.