Gur işıqlı şəhərim
(Sumqayıt şəhərinin
74 illiyinə ithaf edirəm)
Alqış sənin qələbənə,
Gündən-günə
ucalırsan.
Nəsillərə
şərbət olub,
Nəsillərdən
güc alırsan.
Sumqayıt şəhəri
azərbaycanlıların milli
və mənəvi simasını özündə
əks etdirən, çətin və ağır günlərdə
ləyaqət və şərəfini qoruyub saxlayan möhkəm iradəli, vətənpərvər,
əməksevər insanların
şəhəridir. Haqlı
olaraq deyiblər ki, Sumqayıtlı bərkə-boşa düşmüş,
odda yanmaz, suda batmaz, ələ
keçməz partizan
kimi hər sınaqdan üzüağ
çıxmış, həyat
mübarizəsində özünün
yaşamaq qabiliyyətini
sübut edən əsl zəhmət adamıdır. Sumqayıt
şəhərinin mayası
zəhmətlə, qeyrətlə,
məhəbbətlə, halallıqla
yoğrulub. Sumqayıt
inadkar, iradəli, dözümlü və əmək meydanında hünərlə döyüşən
insanların şəhəridir.
Sumqayıtlıların əksəriyyəti
kənd adamı kimi zahirən cod, ipə-sapa yatmayan, lakin aza qane olmağı
bacaran insanlardır. Həyatsevərliyi üstün
tutmaq onların səciyyəvi cəhətləridir.
Sumqayıt sakinləri
zövqünə, əxlaqına
görə halallığı
sevən, cəmiyyətin
müftəxor ünsürlərinə
qarşı barışmaz
mövqedə duran insanlardır.
Adı əfsanələrdən
yaranmış və əfsanəvi bir inkişaf yolu keçmiş Sumqayıt
1949-cu ildə şəhər
statusu alıb. 22 noyabr 2023-cü ildə doğma şəhərimizin
74 yaşı tamam olur. Qədim, zəngin tarixi olan şəhərlərlə
rəqabət aparmağa
qadir olan Sumqayıt üçün
74 il o qədər də uzun müddət
olmasa da, ən ümdəsi odur ki, bu
illər ərzində
Sumqayıt da, sumqayıtlılar da həm müdriklik, həm də gənclik dövrlərini
yaşayıblar. 74 yaşlı
şəhərimizin hansı
dövrünə baxsan
fərəhlənirsən, qürur hissi keçirirsən, şəhərin
sənayə, tikinti, təhsil, səhiyyə, mədəniyyət və
iqtisadiyyatının əsl
inkişafının, yüksəlişinin
şahidi olursan. Bu şəhərin təbiəti, varlığı
belədir. Burada həyat həmişə qaynayıb, Sumqayıt və sumqayıtlılar illərin qoynunda yaşa dolub şəhərin tarixinə,
salnaməsinə parlaq
səhifələr yazmışlar.
1938-ci ilə qədər uzaq tarixdən boylanan bir yaşayış ərazisi olan Sumqayıt 1938-ci ildən Bakı Neft Sənayəsinin elektrik enerjisi ilə təmin edəcək bir məntəqə rolunu oynayırdı. Burada yeni sənaye
obyektlərinin-fabrik və
zavodların salınması,iş
yerlərinin yaranması,
çoxsaylı işçilərə
olan tələbat həm Azərbaycandan, həm də keçmiş SSRİ-nin bir sıra bölgələrindən
müxtəlif peşə
sahiblərini buraya gəlməyə sövq edirdi.
Qucağına hər diyardan,
Naxçıvandan,
Xankəndindən,
Uzaq-uzaq dağ kəndindən,
Ərlər gəldi, nərlər gəldi,
Əlbir oldu, dilbər oldu,
Hamı burda.
Şirinləşdi ağzımızın,
Dadı burda, tamı burda.
1949-cu ildə əhalinin sayı 17 mini keçmişdi.
Sumqayıtı qurub-yaradanların
milli tərkibi də geniş idi.Sumqayıtda
1959-cu ildə 10, 1970-ci ildə
15, 1979-cu ildə 77, 1989-cu ildə
81 millətin nümayəndəsi
yaşayır-işləyirdilər.
1989-cu il ümumittifaq siyahıya
alınmasının statistik
materiallarına görə
şəhər əhalisinin
milli tərkibi sayına
görə belə idi. Azərbaycanlı
208.144 nəfər, rus
26.685 nəfər, ləzgi
7.088 nəfər, erməni
4.008 nəfər, ukraynalı
2.314 nəfər, belarus
848 nəfər, talış
100 nəfər, fransız
1 nəfər təşkil
edirdilər.
Burada 81 millətin
nümayəndəsi çalışır,
sıx dostluq əlaqəsi ilə birləşirdi. Şəhərin
qurucuları əsasən
gənclər idi. 70
il hökmranlıq etmiş
sovet imperiyasının
süqutu 1988-ci ildə
bu imperiyanın yaratdığı yalançı
“beynəlmiləlçilik” ideyasının puçluğu
nəticəsində bir
sıra millətlərin
nümayəndələri şəhəri
tərk etdilər. Məlum hadisələrə
görə, istər Ermənistandan, istərsə
də işğala məruz qalmış Qarabağ və onun ətrafındakı 7
rayondan didərgin salınmış bir milyona yaxın soydaşlarımızın minlərlə
köçkünlərinə qucaq açdı doğma şəhərimiz.
Hazırda şəhərimizin
əhalisi 300 mini keçib.
Qəhrəmanlar şəhəridir Sumqayıt.
Ən çətin vaxtlarda keçilməz cəbhəni yaran 10 nəfər Sosialist Əmək Qəhrəmanı
qəhrəmanlıq zirvəsinə
Sumqayıtın müxtəlif
müəssisələrində çatıblar, ürəklərdə
əbədiləşiblər.
Haşiyə. Sumqayıt Şəhər
İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun
təşəbbüsü ilə həmin qəhrəmanların adına
küçə, yaşadıqları
evlərin qarşısında
xatirə lövhələri
asıldı. İlk metallurq
qadın Zəminə
Həsənovanın doğulduğu
qəsəbədə büstü
qoyuldu.
Böyük Vətən Müharibəsindən
sonrakı illərdə
şəhərin bütün
sahələrində quruculuq
işləri geniş
vüsət aldı.
Bu başqa sahələr
kimi təhsil sistemində də özünü bariz şəkildə göstərirdi.
1949-1952-ci illərdə Sumqayıtda
fəaliyyət göstərən
Corat 7 ¹li kənd məktəbi, 1931-ci ildə
ibtidai məktəb kimi Tuğ zavodu
ərazisində yerləşən
42 nömrəli məktəb,
hazırda Təbiət
elmləri təmayüllü
məktəb kimi tanınan 145 nömrəli
məktəb Bakı Şəhər Xalq Maarif Şöbəsinin tabeliyində fəaliyyət
göstərmiş, 1952-ci ildə
Sumqayıt Xalq Maarif Şöbəsi yaradılmış və
həmin məktəblər
Bakı Xalq Maarif Şöbəsindən
ayrılmışdır.
Şəhərin hərtərəfli inkişafı-iqtisadiyyatı,
mədəniyyəti kimi,
təhsil quruculuğu
da 1969-ci ildən sonra
daha geniş vüsət almışdır
ki, bu da heç şübhəsiz, ulu öndər,
ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün
şəhərimizdə mövcud
təhsil müəssisələri
şəbəkəsinin inkişaf
dinamikasına nəzər
saldıqda bu müdrik xalq liderinin ölkəyə rəhbərlik etdiyi 30 ildən artıq bir dövrdə onun səyi, təşəbbüsü və
nəzarəti nəticəsində
görülmüş işlərə
heyrətlənməmək olmur. Vaxtının məhdudluğuna, işinin
gərginliyinə baxmayaraq,
Ulu Öndər 16 dəfə şəhərimizə
gəlmişdir ki, hər
gəlişi də bir tarixə çevrilmişdir. Sumqayıt
və sumqayıtlılarla
şəhərdə gedən
quruculuq işləri ilə tanış olarkən öz müdrik kəlamlarını
da bəxş etmişdir.
Onun, xüsusilə, təhsilimizin inkişafı
ilə dediyi aşağıdakı ifadələr
şəhərimizin təhsil
tarixinə qızıl
hərflərlə həkk
olunmuşdur:
“Sumqayıt yüksək səviyyəli məktəblər
və müəllimlər
şəhəridir”, “Sumqayıt
istedadlı, savadlı
gənc oğlanlar və qızlar şəhəridir”.
Ulu Öndərin müxtəlif
vaxtlarda dediyi bu müdrik kəlamlar həqiqətdir,
şəhərimizin təhsil
dinamikasının güzgüsüdür.
Bu həqiqəti görmək
üçün şəhərimizin
son 10 ildə inkişaf
dinamikasına diqqət
yetirmək kifayətdir.
Hazırda şəhərimizdə 43 tam orta ümümtəhsil məktəbi, 4 yeni tipli
(3lisey və gimnaziya),
3 internat, 4 məktəbdənkənar-tərbiyə
müəssisəsi, 56 məktəbəqədər
tərbiyə müəssisəsi,
4 peşə liseyi, bir universitet və 4 texnikum (kollus) fəaliyyət
göstərir.
Bu müəssisələrdə öz
peşəsinin vurğunu
olan, təkcə şəhərimizdə yox,
ölkəmizdə tanınan
yüzlərlə təhsil
işçiləri çalışmaqda,
gənc nəslin tərbiyəsinə, təliminə
öz töhfələrini
verməkdədir.
Mən də həmyaşıdlarım
kimi Sumqayıtın abadlaşmasında, quruculuğunda
ürəkdən iştirak
etmişəm. Özümə
yaxın dostları, sirdaşları burada tapmışam, ev-eşik sahibi olmuşam, qız köçürüb,
gəlin gətirmişəm.
Şirin-şəkər nəvələrim,
nəticələrim Sumqayıtın
qoynundan dünyaya göz açıblar:
Nəvələr çiynimdən
asılır,
Nənəmin naxışlı xurcunu
tək.
Biri qoltuğuma qısılır,
Biri başını sinəmə
qoyur,
Cüyür balası tək.
53 ildir gözəl şəhər, yaraşıqlı
şəhər, gur işıqlı şəhər-Sumqayıtda
yaşayıram. Bu illər
ərzində bir çox hadisələrin canlı şahidi olmuşam. Həyatım hadisələrlə zəngindir.
Xalqımızın başına
gətirilən bəlalar,
müsibətlər, məşəqqətlər,
milli mədəniyyətimizə vurulan zərbələr, mənəvi dəyərlərimizə
edilən xəyanət,
amansız, qəddar düşmənlərimizin xalqımıza
qarşı törətdiyi
faciələr, soyqırımlar,
terror aktları məni
varlığımdan yox
edib. Ermənilərin
Sumqayıt şəhərində
törətdiyi hadisələr,
Qərbi Azərbaycandan
zorla qovulan 250 min soydaşımızın çadırlarda,
vaqonlarda ağır vəziyyətdə yaşamaları
yadımdan çıxmır.
1990-cı il 20 Yanvar, 1991 noyabr
terror hadisələri gözlərimin
önündən getmir.
1992-ci il Xocalı soyqırımı,
torpaqlarımızın işğalı,
bir milyon qaçqının vətən
həsrəti, yurd yanğısı, torpaq harayı yuxumu ərşə çəkib.
Dərdimi dağıtmaqdan
ötrü qələmə
sarılmışam, sözə
üz tutmuşam, təsəllimi səndən
almışam, doğma
Sumqayıtım.
53 ildir ürəkdən vurulduğum, cazibəsinə
heyran olduğum gənclik şəhəri,
kimyaçılar, inşaatçılar
şəhəri, alimlər,
ziyalılar, akademiklər
şəhəri, iri sənaye şəhəri
olan Sumqayıta bağlıyam.
Yurdum-yuvamdı, taleyimdi Sumqayıtım.
Həyatımda çox
mühüm rol oynayan dostumdur, gəncliyimdir, köməkçim,
ilhamımdır, poeziyam,
nəğməm, bayatım,
yaradıcılığımdır, gücüm, qüdrətimdir,
təbimdir Sumqayıtım.
Ayağı torpaqda möhkəm dayanan, göydələnləri ilə
göylərə meydan
oxuyan, taleyi, hünəri nura boyanan ziyarətgahım, səcdəgahım, qibləgahım,
müqəddəs ocağım,
bərəkətli bucağım,
Kəbəm-Kərbəlam, dinim-imanım, haqqa inamımdı mənim gözəl şəhərim.
Sumqayıt mənim üçün şirin varlıqdı. Ona görə
ki, 40 kitabım, 10 dram
əsərim, 627 elmi-metodiki,
publisistik məqalələrim
Sumqayıtda ərsəyə
gəlib. Respublikamızın
böhranlı vaxtlarında
84 dəfə cəbhə
bölgələrinə – Qubadlıya,
Laçına, Cəbrayıla,
Zəngilana, Füzuliyə,
Ağdama, Qazaxa, Goranboya, Tərtərə,
Kəlbəcərə – qaynar
nöqtələrə məhz
sənin xeyir duanla getmişəm, mənim şəhərim.
14 dəfə Milli Qəhrəman
Əliyar Əliyevin batalyonunda, 12 dəfə Laçında, Güləbirtdə,
Suarasında, Başaratda
əsgərlərə ürək-dirək
vermişəm, kitablarımı
onlara bağışlamışam.
Ağdamın Güllücə,
Çəmənli, Xındırstan
bölgələrinə səfər
etmişəm. Snayperin
dəbdə olan vaxtı Güllücədə
gecə əsgərlərlə
səngərdə yatmışam.
Bərdədən Sumqayıta
şəhid gətirmişəm.
Ən yaddan çıxmaz günlərimdən
biri məni hədsiz dərəcədə
sarsıdan gün şəhid xəbərini
onların valideynlərinə
çatdırmaq olub.
Aydan nur almışam, günəşdən ziya,
Sən görən gözümsən,
gözüm, Sumqayıt.
Xəzərin qoynunda çatdın
arzuya,
Sənə fəda olum özüm, Sumqayıt.
Sumqayıt bütün Azərbaycanı
təmsil edir. Azərbaycanın hər bir yerindən bu şəhərdə yaşayanlar var. “Sumqayıt
kiçik bir Azərbaycandır”-demişdir
ulu öndər Heydər
Əliyev.
Ulu Öndərin Sumqayıta verdiyi bu qiymət,
ilk növbədə, onun ləyaqətli,
sədaqətli, el qeyrətli zəhmətsevər
insanlarına verilən
qiymətdir.
Sumqayıt gənclərimizin qəhrəmanlıq
şəhəridir. Qədim
Xəzərin sərin
küləkləri – Xəzri
küçə və
xiyabanları dəniz
havası ilə salamlayır, təmizləyir.
Hər gün doğma şəhərdə bir yenilik görürəm. Şəhər yeni vüsət
alır, gözəlləşir,
paklaşır, gəncləşir.
Ulu öndər Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı, onun daxili və xarici siyasətinə sadiq olan möhtərəm
prezidentimiz cənab
İlham Əliyev 20 ildə
32 dəfə Sumqayıta
səfəri, Sumqayıtlılara
olan qayğısı
həmişə hiss olunur,
duyulur. Ulu Öndər
demişdir:“Sumqayıt Azərbaycan xalqının birlik və həmrəylik şəhəridir.”
Bəli,
bu birlik, həmrəylik bərkidi,
püxtələşdi, yumruq
kimi Prezidentin ətrafında birləşdi,
dəmir yumruğu yaratdı. Ali Baş Komandan İlham Əliyevin
dönməz iradəsi,
ata vəsiyyətinə
sadiqliyi torpaqlarımızı
işğaldan azad etdi. Dəmir yumruq yağının başını ilan başıtək əzdi,
xıncım-xıncım etdi.
Doğma
Qarabağ tozdan-torpaqdan,
çirkabdan təmizləndi.
Doğma yurdlarımız
yenidən dünyaya gəldi, cəhənnəm
libasını atdı,
cənnət məkan
oldu. Ali Baş Komandan 20 ildə 30 illik həsrətə, hicrana son qoydu.
Əyilməyən, sınmayan,
Qoltuğa qısılmayan,
Bir ər oğlu ərdi o,
Bir ümiddi, inamdı,
Bu qüdrətli qəhrəman,
Heydər oğlu İlhamdı.
Ruhunuz şad olsun Ulu Öndər! Elə bir övlad böyüdüb tərbiyə
etmisiniz ki, Azərbaycan
tarixində son 200 ildə
işğal edilmiş
torpaqlarımızı azad
edən ilk lider sizin oğlunuz İlham Əliyev oldu!
“Yüz il qazamat çəksəm, qurtarcaq
sizə gəlləm”
deyən vətən həsrətli, yurd yanğılı, torpaq haraylı insanlar öz doğma ata-baba yurdlarına, isti ocaqlarına, bərəkətli bucaqlarına
qayıtdılar. “Oxqay!
Vətənə gəldik,
imana-dinə gəldik”,- dedilər.
Daşı-daş üstə qalmayan,
ermənilər tərəfindən
xarabazara çevrilən
kəndlərimizi bu gün görəndə gözüm sevincdən yaşarır, ürəyim
qürur hissi ilə döyünür:
-Ən ucqar kəndlərimiz,
Necə gözəl görünür.
Nur selinə qərq olub,
Gecə gözəl görünür.
Şuşa, Laçın, Kəlbəcər,
Gəncə gözəl görünür.
Yenə gəldi o dəmlər,
Turşsu oylağım oldu.
Əriyib getdi qəmlər,
Qırxqız yaylağım oldu.
Hər gün qonaq-qaralı,
İsa
bulağım oldu.
Xankəndində yellənən,
Zəfər bayrağım oldu!
Mədəniyyətimizin inkişafında
Birinci Vitse-prezident
Mehriban xanımın gördüyü
işlər danılmazdır.
Bu gün Sülh küçəsinin Sumqayıta
girişindən başlanan
abadlıq-quruculuq işləri
davam edir. Liftlərin təzələnməsi,
damların üstünün
örtülməsi, məktəblərin,
bağçaların istiik
sisteminin bərpası,
ictimai binaların inşası, küçələrin
asfaltlanması, işıqlanması,
parkların yenilənməsi, Ulu Öndərin
heykəlinin Heydər
Əliyev Mərkəzinin
qarşısında ucaldılması,
böyük Nizaminin heykəlinin uyğun olmayan yerdən uyğun olan yerə – yenidən qurulmuş Nizami kinoteatrın qabağına
gətirilməsi, Mehdi Hüseynzadə
adına stadionun əsaslı təmiri, möhtərəm prezidentimiz
İlham Əliyevin “Möcüzə”
adlandırdığı Sumqayıt
bulvarı.
Burda tüğyan edir
gecə nur seli,
Göyün ulduzları səpilir
yerə.
Sumqayıt bulvarı- dünya
gözəli,
Gör necə yaraşır
bizim şəhərə.
Sumqayıt şəhərində görülən bütün
işlərin hamısının
təşəbbüskarı Sumqayıtın yetirməsi
Zakir Fərəc oğlu
Fərəcovdur. Zakir müəllim
8 ildə 20 ilin işini gördü.
“Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə
dana bilmirəm”.
Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Sumqayıtdakı Şəhidlər
xiyabanı şəhidlərin
ruhunu şad etdi, gözləri nəmli qalan analara, bacılara, həvəsləri gözündə
qalan qızlara, gəlinlərə-hamıya böyük
təsəlli verir. Qarabağ müharibəsində
torpaqlarımızın azadlığı
uğrunda döyüşlərdə
500-ə yaxın şəhidlərimiz
burda uyuyur. Onlardan Mətləb Quliyev, Cəlil Səfərov Azərbaycan
Respublikasının Milli Qəhrəmanı
adına layiq görülmüşdür.
Tez-tez baş çəkirəm
bu məzarlığa,
Burda ərgən yatır,
neçə ər yatır.
Zakir müəllimin ədəbiyyatımıza,
mənəviyyatımıza qayğısı tükənməzdir.
Sumqayıt yazarlarına
bəxş etdiyi “Poeziya evi” dediklərimin
tam təsdiqidir.
Sumqayıt şəhərinin bütün
təhsil ocaqlarında,
idarə və müəssisələrində Ulu Öndərin 100 illik yubileyi, “Heydər Əliyev” ili yüksək səviyyədə
qeyd olunur. Gənc nəslə Heydər Əliyev həyat və yaradıcılığından, Azərbaycan xalqına xidmətindən, müstəqilliyimizi
qoruyub saxlamasından,
xalqın xilaskarı olmasındən geniş məlumatlar verilir.
Hər bir sumqayıtlı öz doğma şəhərinin göz
oxşayan, könül
sevindirən mənzərələrini
seyr etdikcə qəlbi qürur hissi ilə dolur, sinəsinə sığmır. Axı bu şəhər hamımızın doğma
məkanı, isti yuvasıdır.
Sumqayıtım, gözəl diyar,
Torpağına qurban olum.
Budaqlardan qopub düşən,
Yarpağına qurban olum.
Varlığına keşik çəkən,
Mərd oğluna, mərd
qızına,
Qurban olum.
Gözəllikdə tayın yoxdur,
Gəl özünə qurban
olum!
Mənim gözəl şəhərim,
Nur işıqlı şəhərim,
Yaraşıqlı şəhərim!
Əvəz
Mahmud LƏLƏDAĞ,
şair, nasir, publisist
Azad Azərbaycan.- 2023- cü il.- 23
noyabr.- ¹ 38.- S. 6.