Şəhid kapitan Ceyhun Əhmədxanovun doğum günüdür

 

Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının tibb xidməti kapitanı olan Ceyhun Xanlar oğlu Əhmədxanov 18 oktyabr 1988-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olduqdan sonra tibb xidməti leytenantı kimi Azərbaycanın Fövqəladə Hallar Nazirliyində işləməyə başlayıb. Bir neçə il bu vəzifədə işlədikdən sonra xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında davam etdirib. Ceyhun Əhmədxanov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub müxtəlif istiqamətlərdə yaralılara yardım göstərib. O, 30 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub.

Ceyhun Əhmədxanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Ruhu şad olsun!

 

Azad Azərbaycan.- 2023- cü il.- 30 noyabr.- № 30.- S. 8.