Qul bazarının qulları

 

Mənim təhsil almağımda, bir şəxsiyyət kimi yetişməyimdə, formalaşmağımda böyük xidmətləri olan,valideynlərim qədər sevdiyim müəllimlərimə ithaf eləyirəm.

                                                                                                                                                                                                                                                                                              Müəllif

                            

      (Əvvəli ötən sayımızda)

 

Möhsün kişi tez oradan uzaqlaşdı. Müəllimlər gördükləri bu mənzərədən elə bil durduqları yerdə mıxlanmışdılar. Təəccüblə bir-birinə baxırdılar. Oğlan bir-iki addım evə sarı getdi. Sonra uca səslə:

- Kim var orada? - deyə əmrlə çağırdı.

Bu vaxt iki göyçək qız evdən çıxıb ona yaxınlaşdı. Qızlar bir-birinə elə oxşayırdılar ki, elə bil bir alma idi, iki yerə bölünmüşdü. Hərəsi onun bir üzündən öpüb, əmrə müntəzir dayandılar.

- Tez bu tut ağacının altında bir süfrə hazırlayın. Bu ziyalılarımızla yüz-yüz  vuraq. Ziyalılara hörmət  bizim borcumuzdu. Bizim ölkədə ziyalılar özlərini millətin güzgüsü adlandırırlar. Güzgüyə bax ey,-deyib ucadan güldü və müəllimlərə baxdı.

Qızlar hər ikisi birlikdə: “Baş üstə bəyimiz”,- deyib, tədarük görməkçün cəld evə cumdular. Oğlan müəllimlərə sarı döndü.

- Deməli, belədi məsələ. Burda sizin bir aylıq işiniz var. Özü də sizə yaxşı pul verəcəm. Gedib bir il rayonda heç dərs deməsəniz də, kefnən yaşayacaqsız. Mənim ölənlərimə, qalanlarıma səhər-axşam rəhmət deyəcəksiz.

- Allah elə bu başdan, ölənlərinizə rəhmət eləsin. Allah sizin canınızı sağ eləsin.

- Sağ ol, ay bala. Qərib adamıq. Elə bir ay burda işləsək, sonra gedərik balalarımızın yanına. Beş-üç manat onlara da pul apararıq.

- İndi gəlin sizi işinizlə tanış eləyim.

Oğlan müəllimləri evə dəvət elədi. Onlar bağ evi üçün xüsusi düzəldilmiş liftə minib, üçüncü mərtəbəyə qalxdılar. Özündən çox razı, müştəbeh olan bu cavan, otaqları gəzdirdikcə müəllimlərə işlərini başa salır, tez-tez özünü, öz məharətini tərifləyir, öz ad-sanından danışırdı. Doğrudan da zövqlə tikilmiş ev, içəridən qəsrə, orta əsr hökmdarlarının qalalarına oxşayırdı. Burada çoxlu gizli qapılar, pilləkənlər, otaqlar vardı. Böyük çarhovuz, sauna, yeraltı  zirzəmi...

- Yəqin nağıllarda oxumusuz. Qırx otaqlı qəsr, qala. Özü sehirli qala...

- , doğrudan da qalaya oxşayır. Özü yaxşı zövqlə tikilib. Biz bacardığımız kimi burda olan suvaq   başqa işləri yüksək  səviyyədə  görəcəyik. Arxayın ola bilərsiz, - deyə cavan müəllim hamının adından oğlanı inandırmağa çalışdı.

- Görəcəm sizin məharətinizi... Yaxşı. Qırx otağı gəzməyə bizə xeyli vaxt lazımdı. Gedək əvvəlcə boğazımızı yaşlayaq. Sizinçün qalmağa burada otaq  da ayrılacaq. Bu gün yeyib-içib kef eləyəcəyik. İşə sabahdan başlayacaqsız, - deyə oğlan pilləkənə sarı getdi. Müəllimlər onun ardınca həyətə çıxdı

Artıq uca tut ağacının altındakı böyük masada süfrə hazır idi. Hər iki qız da əmrə müntəzir dayanmışdı.

- Bax, bu qızlar, qənirsiz gözəllər, bacıdılar. Doğma bacı. İkisi mənim məşuqələrimdi. Özü heç vaxt biri o birini qısqanmır. Hər ikisinin ehtiyacı necə lazımdısa, ödənilir... Elədi?

- Elədi, bəyimiz, - deyə qızlar ikisi eyni vaxtda cavab verib, nazla,  işvəylə oğlana baxıb gülümsündülər.

- Buyurun, əyləşin. Müəllimlərə, bizim ziyalı təbəqəmizə yüz-yüz süzün, - deyə  o, qızlara müraciət elədi.

Biz içən deyilik, - deyə yaşlı müəllim dilləndi. Üzrxahlığını bildirdi.

- Eybi yox. Bu gün yüz-yüz içərsiz. Tut arağıdı. Məxsusi göndəriblər. Əyləşin. Oturun , durubsuz?!

Müəllimlər süfrə arxasında əyləşdilər. Süfrədə quş südündən başqa desən vardı. Onlar əvvəlcə bir-birinə baxdılar. Udqundular. Hiss olunurdu ki, acdılar. Bunu oğlan da hiss elədi.

- Yeyin. Utanıb çəkinməyin. Elə bilin ki, öz kəndinizdə, öz evinizdəsiz. Hələ bir ay burdasız. İşə başlamamışdan əvvəl hər birinizə yüz dollar beh verirəm, - deyə oğlan cibindən bir paçka dollar çıxarıb, arasından dörd yüzlük ayırıb, stolun üstünə atdı. Sonra da badəni əlinə götürdü. O biri əlilə isə gözündəki qara gün eynəyini çıxardı. İndi isə gəlin yaxından tanış olaq. Mən Dim Qulamın oğlu Fərasətəm. Sizin keçmiş şagirdiniz...

O, diqqətlə müəllimlərə baxdı. Müəllimlər əllərində çəngəl, bıçaq, bəzilərinin isə ağzında yemək donmuş vəziyyətdə ona baxırdılar.

- Nədi? Tanımadız? Fərasətəm ... Düz on beş il bundan qabaq kənddən çıxmışam. Bu saqqalı da moda üçün saxlayıram... Bax, sən  Rza müəllimsən. Ədəbiyyat müəllimi. Arada bir-iki il məktəb direktoru da işlədin. O vaxt yaxşı siqaret çəkirdin. Araq da içirdin. Bazlıq da eləyirdin... idi o rus dili müəlliməsinin adı?.. Bizi onun həyətinə işləməyə göndərirdin ey. Sonra da məcbur eləyirdin ki, əgər biz ədəbiyyatı, ana dilini oxumasaq, bizdən heç çıxmayacaq. Heç qara fəhlə olmayacaq.

- Elədi, Rza müəlliməm, - deyə ən yaşlı kişi ağzındakı yeməyi udub tez dilləndi. Yemək nəfəs borusuna getdiyinə görə öksürməyə başladı. Tez  stəkanı götürüb su içdi. Sonra yenə isə demək istədi. Ancaq alınmadı.

- Sən isə İmran müəllimsən. Riyaziyyat müəllimi.

- . İmran müəlliməm. Gör necə yaxşı yaddaşın var, - deyə orta yaşlı kişi tez dilləndi.

- Amma mən məktəbdə oxuyanda deyirdin ki, mənim kimi korazehin, küt, qanmaz, eşşək, dibil  uşaq yer üzündə yoxdu. Heç ümumiyyətlə həyatda beləsinə rast gəlməyibsən.

- Mən deyirdim? danışırsan, Fərasət?..

- tez yaddan çıxartdın? Cəmi on beş il keçib. Gör sənin özünün yaddaşın qədər kütdür ki...

- Mən axı...

- Korazehin, küt, dibil  dediyin o oğlanın indi evinə, geyiminə, altındakı son modalı cip maşına, yanında əyləşən gözəllərə bax, sonra da özüvə  bax. Öz görkəmüvə  bax...

- Mən...

- Hələ bir ay burdasız. Səninlə söhbətimizin davamını sonra eləyərik. Mən istəyirəm yaddaşımın necə olduğunu o birilərə sübut eləyəm.

- Axı, mən...

- Dedim sən kəs , İmran müəllim. Söhbətimizin davamı qalsın sənin qırmızı qulluğunda. Bax, sənsə İsa müəllimsən. Tarix müəllimi. Sovet quruluşundan, bolşeviklərdən, iyirmi altı Bakı Komissarlarından elə ağız dolusu, şəstlə danışırdın ki, elə bil sən onlarla birlikdə vuruşmuşdun. Elə bil səni onlarla birlikdə güllələməyə  aparmışdılar. “26-lar” poemasını aktyorsayağı elə deyirdin ki…

- O zamankı dövr elə tələb eləyirdi, - deyə İsa müəllim tez dilləndi. Bizdən tələb eləyirdilər ki, sizi kommunizm  ruhunda tərbiyə eləyək. Sovet quruluşunun tarixini sizə mükəmməl öyrədək. Ancaq  sən...

- Bəli, ancaq mən, sənin dərslərini oxumurdum. Sən tez-tez məni küncdə saxlayırdın, bir ayağım üstündə. Əlimə odun parçası verirdin. Uşaqları da məcbur eləyirdin ki, mənə gülsünlər. İndi küncdə qalıb odun tutana sən özün oxşayırsan, ya mən?.. Bax, ona görə deyirlər ki, kiminin əvvəli, kiminin axırı...

- Mən istəyirdim ki, sən tariximizi öyrənəsən...

- Eh, tüpürüm sənin tarixinə... Neynirəm sənin tarixini? Sənin tarixin gördün necə darmadağın oldu?.. Sovet quruluşunu da atdılar zibil yeşiyinə

- Bilmək olmaz. Hər şey yenidən geri qayıda bilər...

- Bax, onu görməyəcəksiz. O tarix bir geri qayıtmayacaq. Ac  toyuq  yuxuda darı görərGözünə dönüm Amerikanın. O,  başı xaqllı, xəritəyə oxşayan  kişini Sovetlərin rəhbəri eləyib, həmin quruluşu elə ustalıqla dağıtdı ki, heç kimmıkeləyə bilmədi

 Bax, bu başını sığallayan isə coğrafiya müəllimi Əlisa müəllimdi. Bizim sinif rəhbərimiz olub. Həmişə gah başını, gah da bığını sığallayırdı. İnstitutu təzə qurtarıb gəlmişdi. Elə qazdı-qazdı, yelli-yelli gəzirdi ki, elə bil alçaq dağları bu yaratmışdı. Yadındadı , Əlisa bəy. Məni qədər dərsdən qovmusan?..

- Yadımdadı. Sən çox nadinc idin. Özün nəşə, tiryək alveri eləyirdin. Siqaret, nəşə çəkirdin. Yetənə yetirdin, yetməyənə bir daş atırdın. Elə nəşə satdığına görə ...

- Tutuldum. Yadındadı, atam gəlib sənə xahiş eləyib ki, mənim işimi məhkəmədən qurtara bilər, əgər siz yaxşı xasiyyətnamə versəniz... Yəni o xasiyyətnamənin mənim işimi yüngülləşdirməyə  bəlkə köməyi dəyərdi... Ancaq   sən, o vaxt məktəb direktoru işləyən, bax, bu Rza müəllim, xasiyyətnaməni verməyibsiz.

- Bilirsən, o vaxt...

- Bilirəm, o vaxt belə şeyləri guya eləmək olmazdı. Siz çox təmiz adamlar idiniz. Suyu üfürə-üfürə içirdiz. Amma  özüz kimi vələdüznası, nadürüstü yox idi...

- Fərasət, ay bala, bu sözdü?..

- Mən dediyimi yaxşı bilirəm... Görürsüz dövran necə dəyişir?.. İndi mən sizi öz bağıma qul kimi işləməyə gətirmişəm. Bax, ona görə bu badəni sizin sağlığınıza içirəm.

Fərasət böyük çapma stəkandakı tut  arağını  birnəfəsə içib, sağında solunda əyləşən qrzların dodağından  öpdü. Sonra əlindəki stəkanı uzağa atdı. Stəkan yerə düşən kimi cingiltiylə sındı.

- Mən həmişə belə zakuska eləyirəm. Bu bacıların dodağı baldı. Bu da mənə böyük dux verir,- deyə  o, müəllimlərə qazlı-qazlı baxdı. Müəllimlər çox pərt vəziyyətdə oturmuşdular. Niyə içmədiz?

- Biz içmirik, - deyə Rza müəllim səbrini basıb, özünəməxsus aramla dilləndi.

- Acığınız niyə gəlir? Mən doğru sözü şappadan adamın üzünə deməyi xoşlayıram. Ona görə türmədə yatanlar, məni özlərinin ağsaqqalı bilirlər. Lap Ərəseydən ta bu yana kimi... Sizin dildə mənə Lotu Fərasət deyirlər. Daha doğrusu, Lotu Fediya. Mən bir neçə dəfə qul bazarının yanından keçəndə sizi orda görmüşəm. Həmişə görmüşəm ki, yoluq, yetim cücə kimi boynunuzu çiyninizə qoyub, müştəri gözləyirsiz. Əvvəl istəmirdim baş qoşam, sonra dedim yox, Fediya, sən Dım Qulamın oğlu olmazsan, əgər bunlara bir yaxşı dərs verməsən. Qoy əbədilik yadlarında qalsın. Qoy bilsinlər ki, indi mən kiməm, onlar kimdi... Deməli, hər şey oxumaqla deyil, ay müəllimlər. Görürsüz oxumuşları? Birinə bağımda siçan tutdururam, dördünü evimdə fəhlə kimi işləməyə gətirmişəm. Düz deyirsiniz. Səkkizinci sinifdə oxuyanda tutdular məni... Daha doğrusu, kimlərsə tutdurdu. Sonra onları xosunvay elədim... İndi isə əlimdə hüquq fakültəsinin diplomu var. Özü Almaniyada  Beynəlxalq Universiteti qurtarmışam. Deməli, hər şeyi pul həll eləyir, bilik yox. Bəlkə elə deyil, ay müəllimlər?

- Həm elədi, həm elə deyil...

- Oyunun olsun, ay İsa müəllim. Əl çəkmədin bu demaqoqluğundan. Yaşın altmışı keçib. Bu gün-sabahlıqsan... Yenə xəyal-plovla yaşayırsan... Fikirləşirsən ki, Sovet Hökuməti yenə geri qayıdacaq? Ay qayıtdı ha. Budu ey, - deyə o, baş barmağını, iki barmağının arasına salıb, biədəb bir şey göstərdi. Qayıdar... Sən o arzularla yaşa. Eşitmişəm. Deyirlər bir həsirsən, bir məmmədnəsir...

- Hörmətinə görə çox sağ ol, - deyə İsa müəllim əsəbi ayağa durdu.

Bu vaxt onun ardınca o biri müəllimlər ayağa durdular.

- Hara gedirsiz? Bəlkə incidiz? Biz hələ indi başlamışıq sizinlə mehriban söhbətə...

- Bizə dərs vermək istəmirdin? Dərs verdin , ay bala, - deyə Rza müəllim yenə özünəməxsus təmkinlə dilləndi. Qaldı inciməyə... Biz səndən yox, öz taleyimizdən, zəmanədən inciyirik. Hökumətdən inciyirik. Əgər o, bilərəkdən biz ziyalıları gətirib, sənin kimisinin ayağının altına atıbsa, deməli, ən böyük cinayətkar odur. Bir rəhbər ki, öz ziyalısının qədrini bilmirsə, onu murdar əskiyə döndərirsə, onun dilənçi kökündə yaşamağına razı olursa, deməli, o məmləkət artıq can üstündədi... O məmləkət gec-tez dağılacaq. Məhv olacaq!

- Bəh, bəh... Əl çəkmədin öz yalançı fılosofluğundan Rza müəllim. İndi siz özünüz acizsinizsə, buna hökumət neynəsin? Bəlkə çörəyi gətirib boğazımza töksün? Fərasətiniz varsa qazanın Başqa müəllimlər kimi götürün şagirdlər hazırlayın ali məktəblərə.

- Sənin atan Dım Qulam mağazada işləyən vaxt, kənd camaatının boğazına ip salıb, istədiyi tərəfə fırladırdı. Onun oğurladığı qəpiklərlə, manatlarla böyüyən   bic doğulan uşaq ancaq sənin kimi olar, - deyə İsa müəllim özünü saxlaya bilməyib Fərasətin üstünə bozardı.

- Bura bax,  ey, dəyyus! Düdük! Sən özünü harda hesab eləyirsən? Bura səninçün sinif otağı deyil ha?!.. Bu dəqiqə sənin ən böyük tikəni qulağın boyda eləyərlər!.. Dümbələk!..

Bu vaxt o cibindən tapanca çıxarıb, göyə iki güllə atdı. Fərasətin belə bozarmasına güllə atmasına evdən iki nəfər yekəpər oğlan çıxdı. Əlləri cibində. Deyəsən, bunlar Fərasətin cangüdənləri idilər ciblərində silah vardı. Bunu müəllimlər başa düşdü ölümlərinin yaxınlaşdığını hiss eləyib, bərk qorxdular. Lap  sarılarını uddular. Yekəpər oğlanlardan biri cəld Fərasətə yaxınlaşıb baş əydi soruşdu:

- Şef, olub? Bir şey lazımdı?

- Heç lazım deyil. Siz keçin içəri!

Oğlanlar baş əyib, tez evə girdilər. Vəziyyətin belə qarışdığını görən Rza müəllim tez  Fərasətə yaxınlaşıb yalvardı.

- Ay bala, sənə qurban olum. Heç olmasa, bizim  yaşımıza, səninlə hampa olmağımıza hörmət elə. Axı biz sənə deyirik? Mən sənin atanla bir yerdə böyümüşəm. Dost olmuşam. Hələ qohumluğumuz da var...

- Ona görə mənə xasiyyətnamə vermədin?.. Düdük! Sənin kimi qohumdansa, altı yox vedrə yaxşıdı... Götürün adama o yüz dolları, basın bayıra! O yüz dolları da səkkiz il mənə pis-yaxşı dərs dediyinizə görə verirəm  sizə.

Deyəsən, bir stəkan tut arağı artıq Fərasətə öz təsirini göstərirdi. Bu vaxt  o, durduğu yerdə səndirlədi. Qızlar qollarından tutub onu oturtdular.

- Fərasət, heç olmasa, mən pis-yaxşı iki il sənin sinif rəhbərin olmuşam. Axı, sən niyə bizi belə itdən beşbetər eləyirsən? Ozü kənar adamların yanında, - deyə Əlisa müəllim, əlini Fərasətin çiyninə qoydu.

- Bunu siz o vaxt düşünəydiz  , maygülü, - deyə Fərasət, Əlisa müəllimin əlini kənara itələdi. Bəs bilmirsiz ki, dəmir qapının da taxta qapıya işi düşür? Götür o arağı vuraq, mənim kimi taxta qapının belə gözəl məşuqələrimin, cananlarımın sağlığına.

- Yaxşı. Onda gəl belə danışaq. Onlar heç biri içki içmir. Dədə goru... Arada mən yüz-yüz, pənco-pənco  vururam, - deyə Əlisa  müəllim iki stəkana araq süzdü. Birini özü götürdü birini Fərasətin qarşısına qoydu. Sonra, zorla da olsa, Fərasətin üzünə baxıb, gülümsündü söhbətinə davam elədi. Belə danışaq ki, biz ikimiz səninlə bu badəni içəcəyik. Sonra da sən bizə icazə verəcəksən, biz çıxıb gedəcəyik. Razısan?

- O pulları da götürəcəksiz! Götürməsəniz, mən sizi burdan buraxan deyiləm!

- Yaxşı. Pulları götürürük.

- , ay bala, pulları götürürük, - deyə Rza müəllim,  dolları  götürməsələr vəziyyətin daha pis olacağını başa düşüb, tez dörd yüz dolları götürüb, hər müəllimə yüz dollar verdi yüz dolları da cibinə qoydu.

- Sağ  ol, sənin sağlığına. Doğrudan da adına layiq fərasətli, səxavətli olmağının sağlığına, - deyə Əlisa müəllim arağı tez içib, stəkanı stolun üstünə qoydu. Tut arağının tündlüyündən onun gözləri yaşardı. Tez  su içdi. Sonra nəfəsini dərib əlavə elədi. - Səni and verirəm Qulam əminin goruna, indisə icazə ver, biz gedək.

Fərasət, qızların köməkliyi ilə ayağa durub, üstdən aşağı, aşağıdan yuxarı müəllimlərə ikrahla baxıb əsəbi dedi:

- Gedin! Ancaq eşidəm-biləm bu hadisəni gedib kənddə danışıbsız, o bayaq gördüyünüz oğlanlar ki var, gəlib kənddə sizə çox yaxşıdərsverəcəklər. Bu “dərsisə  onun yanında toya getməli olacaq. Ömürlük şikəst qalacaqsız. Eşitdiz?

- Eşitdik, eşitdik. Ayıb sözdü ki. Kişinin arasında söz-söhbət olar, - deyə Əlisa müəllim tez dilləndi.

- Onu da bilin ki, mən prokuror, polis, bilim kimlərisə hərləyən oğlan deyiləm! Onlar özləri yeri gələndə məndən qorxurlar... Tula kimi ətrafımda fırlanırlar. Bir paçka dolları başlarına vuranda kölə kimi qabağımda əyilirlər. Başa düşdüz?!

- Başa düşdük. Sağ ol. Sağlıqla qal. Pula görə çox sağ ol, - deyə Rza müəllim hamının əvəzində dilləndi.

- Bu əlli dolları da götür, maşın tutun sizi şəhərə aparsın. Qalanına da yemək alıb bir neçə gün mənim şotuma yeyərsiz...

O, əlli dollar  pulu Rza müəllimin cibinə soxdu.

- , belə-belə işlər... Əziz müəllimlərQul bazarının qulları... Gedin!.. Basın bayıra!..

O, yenə cibindən tapançanı çıxarıb, göyə iki güllə atdı. Sonra da özündən razı halda ucadan gülməyə başladı. Bu, gülüşdən çox vəhşi heyvanın səsinə oxşayırdı.

Bu səsdən qorxan sarılarını udan müəllimlər tez bağdan çıxıb tozlu, qaranlıq yolla şəhərə doğru hərəkət eləməyə başladılar. Dördü tez-tez, yeyin addımlarla yeriyir, tezliklə buradan uzaqlaşmaq istəyirdilər. Yeyin addimlarla yeridiklərindən, artıq nəfəsləri çatmırdıTəngənəfəs olsalar da sürətlərini azaltmırdılar

Bu vaxt Rza müəllim fıkirləşdisə, tez dönüb arxaya  baxdı. Arxadan heç kəsin gəlmədiyini yəqin eləyib əsəbi dilləndi.

- O, bic doğulan küçüyün verdiyi pul, mənə lazım deyil.

Cibindən yüz dolları əlli dolları çıxarıb əsəbi halda cırdı. Tikə-tikə doğramağa başladı.

- Mənə lazım deyil,- deyə İsa müəllim əsəbi dilləndi.

- Mənə ,- deyə İmran müəllim pulu cibindən çıxartdı.

- Mən elə bayaqdan bunu fıkirləşirdim, - deyə bir stəkan tut arağının təsirindən başı dumanlanan Əlisa müəllim onların sözünə qüvvət verdi.

Onlar pulları çıxarıb, tikə-tikə doğradılar. Yol boyu səpələdilər...

...Artıq müəllimlər bağ evindən xeyli uzaqlaşmışdılar. Ciblərində bir manat da pul yox  idi. Tozlu yolla piyada, şəhərə  tələsirdilər. Kirayə qaldıqları evə. Səhərdən heç yeməsələr , artıq heç kimin yemək yadına düşmürdü. Elə bil hər biri bir qoyun cəmdəyinin kababını yemişdi... Ancaq başlarına gələn bu hadisə onları elə alçaldıb, təhqir, bihörmət eləmişdi ki, dördü bir-birindən utanmadan xısın-xısın ağlayırdılar. Onlar düşdükləri bu rəzil zəmanəyə, haqqın, ədalətin belə alçaqcasına tapdanmasına, kişini kişilikdən salan bu dövrana, nadanlığa, ali təhsilli müəllim olsalar da, dilənçi kökündə yaşamalarına, pul qazanmaq, uşaqlarının acından ölməmələr üçün qul bazarında dayanmaqlarına  ağlayırdılar...

Uzaqdan isə şəhərin göydələn evlərindəki işıqlar par-par parıldayırdı. Bu işıqlar şəhəri cənnətə oxşadırdı. Elə bir cənnətə ki, guya orda hər şey gözəl, adamlar isə tam firavan yaşayırdı. Elə bil dərddən-qəmdən uzaq, kef-damaq içində ömür sürürdülər. Amma  əsl həqiqətin belə olmadığını, bu şəhərdəki adamların da çoxunun  elə müəllimlər kimi ac-yalavac yaşadığını biləndə, elə bu sətirləri yazdıqca, özümün heç nəyimin bu dilənçi kökündə yaşayan  adamlardan, bu müəllimlərdən artıq olmadığını fikirləşdikcə hayqırıb qışqırmaq, bağırmaq istəyir adam:

-E... he... hey!... Hey!... Gidi dünya!.. Sənin hərçi betərinə lənət olsun! Gör bizi günlərə, kökə saldın... Axı bizim günahımız, suçumuz  nədir?!. Bu ədalətsizlik, qəddarlıq, qanunsuzluq, ziyalının dilənçi kimi yaşaması vaxta qədər davam eləyəcək?!... Bu  məmləkətdə, bu yazıq, zavallı insanların taleyini fikirləşən, onlara xoş gün, xoş güzəran yaradan tapılacaqmı? Tapılacaqmı?!..

 

                                                                                                                                                  

                                                                                                                                                                       (Ardı var)

 

Ağalar İDRİSOĞLU,

Sumqayıt şəhəri, noyabr, 1999-cu il.

Bəzi əlavələr noyabr 2023-cü ildə olub

 

       Azad Azərbaycan.- 2023- cü il.- 30 noyabr.- ¹ 39.- S. 7.