Torpaq qisməti

(Hekayə)

 

Ermənilər Ağdama girəndə yerli camaat pərən-pərən olub hərə bir yana qaçmış, imkan tapanlar isə mal-mülkünü yük maşınlarına  doldurub  bir təhər ailələri ilə birlikdə Bakıya ya müharibə getməyən rayonlara axışırdılar. Döyüşçülər isə vuruşa-vuruşa arxaya çəkilirdilər. Əliyalın insanlar torpaqlarını müdafiə edə bilmədiklərindən düşmənə əsir düşürdülər. Evlərdə qədər xəstə, şikəst yeriyə bilməyən qocalar qalmışdı. Taleyin ümidinə qalan bu zavallı insanlar sonradan erməni çaqqallıları tərəfindən şəhəri tam aldıqdan sonra yararsız hesab edilərək ucdantutma öldürülürdülər.

30 il ötdü. 30 il o torpaqlarda bülbüllər oxumadı. 30 il doğma torpaqlar murdar ermənilərin köləsinə çevrildi. Az qala bir cavanın ömrü idi 30 il.

Dözdük, səbr etdik, ancaq dünya bizi müdafiə etmədi. Ancaq gün gəldi ki, Müzəffər Ordumuz torpaqlarımızı azad etdi. Ağdam da işğaldan qurtuldu. Torpağın minalardan təmizlənməsi prosesi başlandı. Dünya gözləri ilə gördü ki, Ağdam şəhəri ikinci Xerosimanı xatırladır. Burada bir yaşayış evi salamat qalmayıb. Hətta 30 ildən sonra vaxtilə bu torpaqlarda yaşayanlar da öz evlərinin yerini tapa bilmirdilər.

İş elə gətirdi ki, qazi Arif Veysəlli Ağdamda gedən bərpa tikinti-quruculuq işləri ilə əlaqədar böyük bir qrupla evlərinin ərazisinə yolu düşdü. Qrupun yerləşdiyi yer ətrafı minalardan təmizlənmişdi, onun yeri ilə vaxtilə yaşadığı ev arasında məsafə yüz metr ancaq olardı.

 Arifin ürəyi çırpınırdı. Beş yaşında olarkən elə burada baş verən dəhşətli hadisələr yadına düşdü. O, qrup rəhbəri Cavid Əhmədova yanaşıb 30 il öncə baş vermiş qəmli bir hadisəni ona danışdı. Əhmədov çox kədərləndi,  məyus oldu. Bir neçə nəfəri özü ilə götürüb Arifin nişan verdiyi səmtə tərəf yol aldı. Arif ətrafa baxa-baxa dedi:

-Cavid müəllim, indi burada hər şey dağılıb, evimizi tapmaq çox çətindir. O zaman mənim beş yaşım vardı. Yadımdadır ki,  evimiz yolun sağ tərəfində idi. Qapıya yaxın təndirimiz vardı, özü yerlə bərabər idi. Qırmızı kərpicdən hörülmüşdü. Evimizin zirzəmisi vardı. Anam yayda şorabaları hazırlayıb zirzəmiyə qoyardı. Qaçhaqaç düşəndə atam döyüşdə idi, sonra eşitdik ki, həlak olub. Nənəm ağır xəstə olduğundan bizə dedi ki, balalarım, qaçın, canınızı qurtarın, məni isə zirzəmidə gizlədin. Biz çox ağladıq, ancaq nənəm sözündən dönmədi. Biz axı nənəmizi burada tək-tənha necə qoya bilərdik?

-Mən sizə yükəm, balalarım, yeriyə bilmirəm. Zirzəmiyə çörək, bir su qoyun, yorğan-döşək, bir şam qoyun. Mən torpağımızı ata bilmərəm. Əlvida, balalarım...  Allah amanında. Gedin, özünüzü bu vəhşi ermənilərdən qoruyun. Mən ömrümü başa vurmuşam.  -Onun göz yaşlarını hələ unuda bilmirəm. O, bizdən ayrılanda məni bacımı bağrına basıb dedi:

 -Arif, əziz balam, bu günləri unutma. Ermənilər bütün zamanlarda havadarları vasitəsilə bizlərin başına belə oyunlar gətiriblər. Heç vaxt onlardan bizə dost ola bilməz! Çünki onlar uşaqlarını körpəlikdən qəddar, türk qanına susayan məkrli varlıq kimi böyüdürlər. Onlarda rəhm, ədalət yoxdur. Onların ruhları da xəstədir. Oğul balam, indi biz zəifik, ordumuz yoxdur. Ancaq vaxt gələr güc toplayarsınız, sən böyüyüb igid oğlan olarsan, bir əsgər kimi torpaqlarımızın işğaldan azad olunması üçün döyüş meydanına atılarsınız. Mən bu ocağımı ata bilmərəm, burada qalacam, burada da öləcəm. Qismət olarsa, Arif, taparsan məni...

 -Ağladı nənəm, bizdən ayrılmaq istəmirdi, gözlərinin yaşını yaylığının ucu ilə silib bizə “Allah amanında!” dedi. Onun baxışlarını hələ unuda bilmirəm. İlahi!  O, bizə necə baxırdı...Yazığım gəldi nənəmə. Sonra anam bizi qaçırtdı.

Arifin gözlərindən tökülən yaşı görən Cavid Əhmədov onun çiyinlərinə ehmalca toxunub dedi:

-Sən, Arif, 44 günlük  Vətən müharibəsinin qəhrəmanlarından birisən. Vətən qarşısında layiqincə borcunu vermisən. Darıxma, evinizi tapacağıq.

Az sonra Arifin gur səsi eşidildi:

 -Tapdım, tapdım, təndirimiz yerindədir. Bax, bu, dağılmış evimizdir. Zirzəmi buralarda olmalıdır.

Hamı ətrafı eşələməyə başladı. Birdən Arif az qaldı ki, yıxıla. Çünki sol ayağı boşluğa düşmüşdü. Yaxşı qurtardı, ayağı zədələnə bilərdi. Odur ki, hamılıqla tullantıları yığıb zirzəmini tapdılar.

Arif ehtiyatla pilləkənlərlə aşağı endi birdən onun qışqırtısından hamı dəhşətə gəldi.

 Arif hönkür-hönkür ağlayırdı. Pilləkənlə aşağı düşənlər heyrətdən yerlərində donmuşdular. Bu dəhşətli mənzərəni görənlər namərd qonşularımızın vəhşiliklərini insanlığa yaraşmayan bir hərəkət kimi lənətləyərdilər. Gələcək nəsil bu faciəni heç bir zaman unutmamalıdır.

Mənzərə dəhşətli idi! Arifin Gövhər nənəsinin yaylıqdan   baş aşağıda ayaq sümükləri görünürdü. 30 ildə əyin-başı ağarsa da, paltarı çürüməmişdi, əynində idi. Ancaq ucu iti, uzun bir dəmir armatur onun ürək nahiyyəsindən vurulmuş, torpağın dərin qatına qədər girmişdi. Paltarının üstündə qan ləkələri artıq qurumuşdu. Bu, vəhşilik idi! İnsanlığa yaraşan deyildi!

Hamı sükut içərisində idi. Arif isə hönkür-hönkür ağlayırdı...

Cavid Əhmədovun tapşırığı ilə həyətdə qəbir qazıldı, bütün işçilər bir araya gəldilər. Gövhər nənəmin nəşi hörmətlə torpağa tapşırıldı.

Ertəsi gün Arifin anası ona zəng çaldı.

-Arif, yerin necədir?  Özünə fikir ver. Gecə səhərə kimi yuxumda ancaq nənəni görmüşəm. Uzaqdan bizə əl edirdi. Deyirdi ki, mən buradayam: öz evimdə, öz torpağımdayam. Gəlin siz öz torpaqlarınıza sahib durun.

Arif qəhərləndi, bir qədər susduqdan sonra anasına dedi:

 -Ana, sənə bir xəbər verəcəm. Gövhər nənəmin nəşini 30 ildən sonra evimizin zirzəmisində tapdıq. Namərd ermənilər onu vəhşiliklə öldürmüşdülər. Onu layiqincə həyətimizdə dəfn etdik. Doğma torpağında dəfn olunmaq qismətində varmış nənəmin, ana. Allah rəhmət eləsin!

Telefonda bu xəbərdən heyrətlənən ananın ancaq fəryad səsi eşidildi...

 

Səyavuş SÜLEYMANLI,

Lənkəran, Liman.

23.02.2023-cü il

 

Azad Azərbaycan.- 2023- il.- 30 noyabr.- ¹ 39.- S. 7.