Əliyar Fərzəliyev sən kimsən?
Əliyar FƏRZƏLİYEV - 60
(Esse)
Mənim Əliyar müəllimlə
tanışlığımın, dostluğumun üç ildən çox tarixçəsi var. Biz, Sumqayıt Dostlar Klubu idarə
heyyətinin üzvləriyik.
Və bu müddətdə də yaxından tanış olub, dostlaşmışıq.
Tez-tez məmlkətimizin
ayrı-ayrı yerləinə
gəzməyə gedirik.
Yol boyu və eləcə də həmin yerlərdə olanda Əliyar müəllimlə
çox söhbət
edirik. Bizim söhbətimiz yaxşı
tutur. Ona görə də istəyirəm ki, siz də
mənim dostumu yaxından tanıyasınız.
Və görəsiniz
ki, Əliyar müəllim həqiqətən
böyük ziyalı,
yüksək vətənpərvər,
dövlətə, dövlətçiliyə
sadiq insandır. Elə ona görə
də gəlin əvvəlcə Əliyar
müəllimi yaxından tanıyaq.
Onu tanıtmanı da elə öz
dilindən eşidək:
-Mən, Fərzəliyev
Əliyar Abduləli oğlu, 1963-cü ildə
Cəbrayıl rayonunun
Minbaşılı kəndində
dünyaya gəlmişəm.
Uşaqlığım və
yeniyetməliyim bu kəndlə bağlıdır.
Orta təhsilimi də
elə bu kənddə almışam.
Əxlaqım, tərbiyəm, ziyalılığım
və xasiyyətimdəki
humanistlik tayfamız Fərzəlibəyli kökünə
bağlıdır. Bizim
tayfanın uşaqları
istəsək də, istəməsək də belə mühitdə böyümüşük.
El ağsaqqalı Məmməd
( el arasında
ona Mətiş kişi deyirdilər. Allah ona Rəhmət
eləsin) əmimizin təmkinli tədbirləri,
ağıllı məsləhətləri
imkan verməzdi ki, biz başqa
cür davranaq. Mənim bəxtim onda
gətirib ki, ana tərəfimdə bəy tayfasıdır. Hər yerdə fəxrlə Qaraş bəyin nəvəsiyəm
deyirəm. Sonralar başa düşdümki,
kənd həyatı başqa dünya imiş... Uşaqlıqdan
bizə təbliğ olunmuşdu ki, heç vaxt tayfamızın adına xələl gətirən
hərəkət edə
bilmərik. Təhsilimiz
yüksək səviyyədə
olmalı və harda olsaq, ordan
mütləq xoş sorağımız gəlməlidir.
Və biz bunu belə də qəbul eləmişik. Belə də davam edirik.
Ailədə dörd uşaq olmuşuq. İki bacı, iki qardaş. Hər birimizin arasında üç yaş fərqimiz var. Qardaşım Sahib (1960), mən (1963), bacım Reyhan (1966), bacım Nəsibə (1969). Xoşbəxt
olacaq qədər bir-birimizə mehribanıq.
-Deməli, Əliyar böyüdü,
Bakıya təhsil almağa gəldi. Və ali məktəbə
qəbul olundu. Eləmi?
-Bilirsiniz, yaxşı
oxuyan uşaqlar kimi məndə ali təhsilli olmaq arzusunda idim. Orta məktəbi
bitirib, çamadanımı
götürüb, Bakıya
gəldim. Yəqin “gəldim” deməyim sizə qəribə gəlir (gülümsəyir).
Bəli, atam əvvəlcədən mənə
qatarla getməyə bilet almışdı. Məni Mahmudlu stansiyasına gətirdi,
cibimə 40 manat pul qoydu və
tapşırdıki, get
əmingilə (əmilərim
və dayılarım
Sumqayıtda yaşayırdılar)
bundan sorasını onlar yaxşı bilər. İnanın ki, şəhərdə bircə dəfə 7-ci sinifdə oxuyanda olmuşdum. Heç bilmirdim Sumqayıt Bakıdan hansı tərəfdə yerləşir.
Bircə şeyə arxayın idim ki, əmimgilin ünvanını yazıb qoymuşdum cibimə...
Bəli, Politexnik
İnstitutunun Mexanika fakültəsinə daxil oldum. Müəyyən səbəblərdən
axşam növbəsini
seçdim. O vaxtki qaydalara görə axşam oxuyanlar mütləq gündüz
işləməli idi.
Mənidə Eldar əmim (Allah o gözəl insana rəhmət
eləsin) yanına, yəni, 3 saylı Evtikmə Kombinatına yönəltdi.
1980-cı ildə əmimin
və dayım Rəsulun sayəsində həmin idarədə fəhlə kimi əmək fəaliyyətinə
başladım. Zəhmətkeş
idim, çox çalışırdım. İşlədiyim
sahədə səmərəli
təkliflər verirdim.
Təbii ki, buna görədə mənə maaşımdan
əlavə mükafatda
verirdilər. Mükafatlardan
həvəslənərək, belə təklifləri tez-tez verməyə çalışırdım. Sən
demə, bütün bunlara rəhbərlik diqqət edirmiş (onu da deyim ki, çalışqan işçilər
heç vaxt rəhbərliyin diqqətindən
kənarda qalmır).
1986-ci ildə IV kursu bitirəndə məni armatur sexinə böyük mexanik təyin etdilər. Beləliklə, mühəndis-tələbə oldum.
1989-cu ilin sonuna
qədər məni həmin müəssisədə sex
rəisi, Maşın
Mexanizm Parkının
rəisi və baş mexanik vəzifələrinə qədər
irəli çəkdilər.
-Mən biləni
siz ali təhsilinizi
bitirib, kəndə qayıtmalı idiniz. Bu zərurət nədən yaranmışdı?
-Maraqlıdır, bu məlumat sizə hardan sızıb? Bu barədə hələ heç kimə danışmamışam. Amma
bunun çox maraqlı tarixçəsi
var. İstəyirsinizsə,
danışa bilərəm.
- Əlbəttə, geniş tarixçəsini
bilmirəm. Məmnuniyyətlə
eşitmək istərdim.
İnanıram oxucular
üçün də
maraqlı olacaq.
-Atam Abduləli
kişi (Allah ona rəhmət eləsin. Bizə həyatda ayaqüstə durmamız üçün
gözəl tərbiyə
verib) bir axşam bizimlə söhbət edərkən
( yuxarı siniflərdə
oxuyurduq) dedi ki, gedib
təhsil alandan sonra biriniz kəndə
qayıtmalısınız. Gəlib ocağıma, qoyun-quzuya sahib çıxmalısınız. Bunu öz aranızda
könüllü edəcəksiniz.
Yəqin ki, mən qərar verməyə məcbur olmayacam. Bütün hər şey bundan sonra başladı.
Qardaşım
Sahib orta məktəbi bitirib, Bakıya gəldi. Ali təhsil almaq üçün imtahan verdi və
yüksək bal toplasa da konkursa
düşdü. Daxil
ola bilmədi. İki ildən sonra hərbi xidmətə getdi. Növbəti il mən orta məktəbi
bitirib, imtahan verdim. Qismət elə gətirdi ki, həmin ili instituta qəbul
oldum. Əfqanıstanda
hərbi xidmətdə
olan qardaşıma qıcıq vermək üçün yazdım
ki, xidmətdən qayıdanda birbaşa gedərsən kəndə
qoyun otarmağa (gülür). Əlbəttə, bunu zarafatla yazırdım. Çünki o Əfqanıstanda
xidmət edirdi, salamat gəlməyi üçün gecə-gündüz
dua edirdik. Mən hərbi xidmətə getdim, sonra qardaşım xidmətdən qayıtdı
(şükürlər olsun
Allaha). Biz bir-birimizi düz
dörd il görmədik.
Bir ildən sonra instituta daxil oldu. Mən xidmətdən qayıdandan
sonra ikimizdə eyni kursda paralel
təsilimizi davam etdirdik. Eyni müəssisədə çalışırdıq.
Burda da vəzifə
yarışında idik.
Mən böyük mexanik keçəndə,
o baş idarədə
əməkhaqqı şöbəsində
aparıcı mütəxəssis
təyin olundu. Mən Maşın Mexanizm Parkının rəisi olanda o, həmin şöbədə
müdir oldu. Bax, beləcə həyat davam edirdi. Onu
da deyim ki, bu illərdə hər ikimiz ortaq xərc
qoyub, kənddəki
köhnə evimizi söküb, yerində
yeni, gözəl proyektli
ev tikdirirdik. Atamıza da deyirdik ki, evi tam qurtarıb birimiz qayıdacağıq.
Hər ikimiz institutu bitirib, yayda kəndə getmişdik. Müəyyənləşdirməli
idik ki, kəndə kim qayıdır. Fikirləşirdim, yəqin
püşk atarıq,
yada seçimi atamız
edər. Amma hər şey tərsinə oldu, qardaşım Sahib stolun üstünə bir vəsiqə qoydu və dedi ki, məni
təbrik edə bilərsiniz. Moskvada Aspiranturaya qəbul olmuşam, həm də yaxşı oxuduğuma görə mənə institutda qalıb müəllim işləmək təklifi
olunub. Hamımız sevinib, onu təbrik
elədik. Arada bir dəfə atam çönüb üzümə baxdı. Nə deyə bilərdim. Və bununla da kəndə
qayıtmaq məsələsi
bir daha müzakirə olunmadı...
( Hər ikimiz ucadan güldük.)
Artıq
qardaşım Sahib, elmlər
doktoru, professordur. İnşaat və Memarlıq Universitetində
Dekan vəzifəsində
çalışır. Onunla
həmişə fəxr
edirəm.
-Kənd həyatınız
yəqin maraqlı oldu?
-Əlbəttə. Əvvəlcə
kəndə qayıtmaq
tədbirlərimi gördüm.
Eşitmişdim ki, Sumqayıtda
olan “Neftqazavtomat” Elmi-İstehsalat Birliyi Cəbrayılda cihazqayırma
zavodu açır. Şəhərdaxili köçürmə
yolu ilə işlədiyim müəssisədən
ora keçdim. Onlarda məni Cəbrayılda yaradılan
zavoda baş mühəndis göndərdilər.
1989-cu ilin sonlarında
kəndə köçdüm.
Təzə evimizdə
toy elədim, ailə qurdum. Xoşbəxt yaşayırdıq, 1993-cü ildə
mənfur düşmənlərimiz
torpaqlarımızı işğal
edənə qədər...
-Hə. Şərəfsizlər
bizə çox pislik elədilər. Onların ucbatından gör nə qədər qaçqınlarımız,
qazilərimiz, şəhidlərimiz oldu.
Çox təssüflər
olsun ki, siz də məcburi köçkün
həyatıda yaşadınız.
- Düz deyirsiniz Hacı. Bu dönəm həyatımda
silinməyəcək iz
qoydu. Bütün planlarım pozuldu, həyatım puç oldu. Kəndə böyük arzularla, həvəsli gənclik eşqi ilə qayıtmışdım. Allah onlara
qəni-qəni lənət
eləsin. Təbii ki,
məcburi köçkün
kimi Sumqayıta qayıtdım. Bir müddətdən
sonra baş idarəmiz olan “Neftqazavtomat”a getdim. Müəssisənin
rəhbəri olan rəhmətlik akademik
Əsgər Abullayevin (Allah ona da rəhmət eləsin) qəbulunda oldum. Bildirdim ki, işləmək
istəyirəm. Dedi:
“müvəqqəti burda
işləyərsən, bir-iki
aya torpaqlarımız
işğaldan azad olar, qayıdarsan. Əvvəlkindən də
yaxşı zavod tikərəm, gedib işləyərsən”. (Allah ondan razı olsun). Təcrübə sınaq
şöbəsində (institut
daxilində ora zavod deyirdik) konstruktor bölməsində
işə başladım.
Bir müddət sonra bizi Hərbi Sənaye Nazirliyinin tabeliyinə verdilər. Düşməndən intiqamimizi
almaq üçün
gecə-gündüz çalışdıq.
Əsgər Abdullayevdən
sonra bu müəssisənin rəhbəri
olan Əli Əmirov (ustadımız)
bilikli və çalışqan əməkdaşlara
xüsusi diqqət göstərirdi. Çalışqanlığım
və öz üzərimdə ciddi işləməyim sayəsində
məni işlədiyim
bölməyə rəhbər
təyin etdi. Elə o vaxtlardan belə bir qənaətdəyəm ki, fəaliyyəti
konstruktorluqdan keçən
mühəndis mükəmməl
və yaradıcı olar. Təvazökarlıqdan
uzaq olsa da indi özümü yaradıcı mühəndis
hesab edirəm. Sonra şöbədə (zavodda) Sex Rəisi, İstehsalat Rəisi, Baş Mühəndis və Direktor müavini olaraq çalışdım. Düz
iyirmi il bu müəssisədə fəliyyət
göstərdim. Neçə-neçə
hərbi təyinatlı
məmulatların yaradılmasında
mənim də əməyim
oldu. Dolayısı ilə ordumuzun zəfər çalmasında
xidmətimin olmasından
mən də qürurlanıram.
Hal-hazırda Cəbrayıl
rayon İcra Hakimiyyətində
çalışıram. Yenə
xalqımıza xidmətdəyəm.
-Siz özünüzü yaradıcı mühəndis
hesab edirsiniz. Amma eşitdiyimə görə
şeir də yazırsınız. Deməli, şairliyinizdə
var.
-Bəli, özümü yaradıcı mühəndis
hesab edirəm ancaq, ustad şairlərimizin
xidməti qarşısında
özümü şair
hesab eləsəm bu gülünc olar.
Şeir yazmaq, dolan içini boşaltmaq, ruhunu sakitləşdirməkdirsə, məndə hər hansı qurğu və ya makina
hazırlayıb onun işləməsinə baxarkən
eyni hisləri yaşayıram.
-Bizə çox maraqlıdır, bəlkə
yazıb gizlətdiyiniz
o sandığı açasınız.
Doğrudur. Dostlar Klubunun üzlərilə
harasa gəzməyə gedəndə, Əli Ələmi- sizin keçmiş baş direktorunuz Əli Əmirov qəzəllər
deyəndə siz də hərdən həvəslənib, bir neçə bənd deyirsiniz. Amma indi məqamıdır ürəyinizi
boşaldasınız.
-Olar. Mənim sandığımın qapısı
ürəyim, könlüm
kimi hər kəsə açıqdır.
Ustadların əlindən öpürəm.
“Bu dünya” adlı şeirim belədir:
-Taledən, həyatdan gileyli dostum,
Həmişə, şən mahnı çalmır bu dünya.
Nadana-əyləncə, təlxəyə-meydan,
Aqili vecinə almır
bu dünya.
Demə, qocalıram, saçım
ağ olur,
Qocalan cahandır, qönçələr
solur,
Biz əldən düşürük,
gözümüz dolur,
Eh, bizi yadına salmır bu dünya.
Yarandığı gündən, öz işindədir,
Bineyi qədimdən gərdişindədir,
Gələni göndərmək vərdişindədir,
Dayanıb, xəyala dalmır
bu dünya.
Əlyaram, günbəgün çoxalır
yaşım
Didər ginlik dərdin
çəkibdir başım,
Vətən-vətən, deyə axır göz yaşım,
Dərdliyəm, dərdimə qalmır bu dünya.
Vətən nisgili, vətən
həsrəti, yaşadığım
acı taleyim əl-qolumu bağladı. Açığı
məni çox ruhdan saldı. Bu yaşadıqlarım, qaçqınlıq
həyatım olmasaydı,
bəlkə
də hər şey başqa cür olardı. Neynəmək olar... “Qismət beləymiş”,-deyib barışmışam...
Ona görə də “Məni” adlı şeirimdə belə deyirəm:
-Bahar gəlib, çıxım çəmən
seyrinə,
Dağlar deyir, sinəm üstə gəz məni.
Ovsunladı, düşdüm çəmən
sehrinə
Lalə deyir, öp qönçəmi, üz
məni.
Bir gözəlin həsrətin
çək, gözəldir,
Ürəyində tək ola tək, gözəldir.
Dəli könlüm xəyal
qurur, düzəldir,
Süzəcəkmi xumar-xumar göz məni.
Şehli-şehli çəmənliyə
çıxım mən,
Çiçək dərib saçlarına taxım mən,
Gözlərindən ürəyinə
axım mən,
Bu məhəbbət yaşadacaq
yüz məni.
Aşiq gərək, yar başına
dolana,
Düşərsə də, qan donduran borana.
Əliyaram, yol vermərəm
yalana,
Ucaldacaq dilimdəki düz məni.
Bax, beləcə gah təbiətlə
ovundurdum, gah da xəyal
qurub aldatdım özümü. Və dedim ki: “ Dağlar
a dağlar”.
Zirvənizdə, çisgin olar, qar olar,
Ətəkdə qoy gəzim, dağlar, a dağlar.
Bu yerlərə, yenə gəlib növbahar,
Gəlim, qalsın izim, dağlar, a dağlar.
Ceyran ürkə-ürkə bərəyə gəlib,
Bulaqlar süzülüb, dərəyə
gəlib,
Sizi
aşiqiniz görməyə
gəlib
Deyir, vardır sözüm,
dağlar, a dağlar.
Yenə duman gəlib aldı hər yanı,
Görünməz eylədi bağı, ormanı,
O gözəllik, o cəh-calal
bəs hanı?
Görməz oldu gözüm,
dağlar, a dağlar.
Əliyarın Ziyarəti, Tuması,
Var öz Diridağı, Qəlbi arxası...
Yada düşür o dağların
havası,
Bənzəyirsiz, bizim dağlara, dağlar.
-Siz payızı sevmirsiniz. Bunun səbəbi
nədir?
-Hacı. Yaman yaralı yerimə toxundunuz. Didərginliyimizin
əvvəli payıza
düşdü. Qara payız oldu, o payız. Küsdüm, incidim payızdan. Ona görə də həmin vaxtlar belə bir şeir
yazdım: “Sevmirəm
mən səni, sevmirəm payız”.
Soldurdun, çəmənin gülün-çiçəyin,
Küsüb, bülbüllər köç
etdi yenə.
Əl atıb, meşənin
yaşıl birçəyin,
Xəzan edib, qoparıb verdin yelə,
Bax,
buna görə elə...
Sevmirəm mən səni,
sevmirəm payız.
Sovdun bostanların, bağların
barın,
Heç qalmadı, nişanası
baharın.
Töküldü leysanın, ələndi qarın,
Çayı bulandırıb, döndərdin
selə,
Bax,
buna
görə elə...
Sevmirəm mən səni,
sevmirəm payız.
Daddırıb, didərginlik möhnətin,
Bir payız, gətirdi qara qismətin,
Ei-oba nisgilin, vətən
həsrətin,
Əliyarın başına qaxınc eylə,
Bax,
buna
görə elə...
Sevmirəm mən səni,
sevmirəm payız.
Zavallı payız, bütün
bu illərdə nisgilli könlümü
almaq üçün
Qələbəni də,
Zəfəri də elə o gətirdi mənə.
Bax, beləcə sığınıb,
taleyin qucağına yaşayıram bir təhər.
-Yaşa Əliyar müəllim. Sizin bundan sonra yaşamağa
daha böyük haqqınız var. Sağlıq
olsun. Biz, sizinlə birlikdə Qarabağı ziyarət eləyib, sizin doğma ocaqda çay da içəcəyik. Təki
sağlı olsun. Atalarımızın belə
bir məsəli var: “Ümid insanın sığındığı ən
böyük dağ və həyatın sərmayəsidi”. Biz də
böyük ümid edirik ki, tezliklə hamımızın ən müqəddəs torpağı
olan Qarabağ cənnətməkan bir yer olacaq və
hamımız o yerlərə
ziyarətə gedəcəyik.
Necə ki, biz sizinlə
birlikdə Dostlar Klubunun idarə heyyətinin üzvlərilə
birlikdə keçən il Şuşanı ziyatə
getmişdik. Orada hər birimiz bir
dünya yaşadıq...
Ordumuzla, xalqımızla,
Ali Baş Komandanımızla
fəxr elədik. Artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran
azad olunandan sonra və həmin
yerlərdə üçrəngli
bayrağımız dalğalananda
və Xankəndində
hərbi parad keçiriləndən sonra böyük
qürürla deyirik:
“Biz, qalib məmləkətik.
Yaşasın bizim birliyimiz! Qarabağ Azərbaycandır!”
Hacı Tahir MƏLİKOV, “Azad Azərbaycan”
qəzetinin əməkdaşı
Azad Azərbaycan.-
2023- cü il.- 30 noyabr.- ¹ 39.- S. 6.