Rusiyada keçirilən Beynəlxalq Forumda

Azərbaycanı şairə Xatirə Fərəcli təmsil edib

 

O, tədbirə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi kimi dəvət olunub

 

Sovet dövründəMənim Dağıstanıməsəri milli koloritli şeirlərilə milyonlarla oxucunun dərin rəğbətini qazanaraq, geniş şöhrət tapmış Rəsul Həmzətovun yubiley komissiyası hələ iki ay əvvəl şairə həsr edilmiş esse müsabiqəsi elan etmişdi. Fərəhli haldır ki, Rusiyanın digər ölkələrin, o cümlədən Dağıstanın ədəbi nümayəndələrinin iştirak etdiyi həmin beynəlxalq müsabiqənin qalibiDağıstan günəşiadlı maraqlı xatirə essesi ilə Azərbaycan şairəsi, Respublika Yazıçılar Birliyinin üzvü Xatirə Fərəcli müsabiqənin qalibi hesab edilmiş bugünlərdə Rusiya Federasiyasının IX Parlament Forumunun Rəsul Həmzətovun yubileyi münasibətilə Dağıstan Respublikasının paytaxtı Mahaçqalada keçirilən yubiley tədbirinə Azərbaycandan yeganə nümayəndə olaraq dəvət edilmişdi. 

Mahaçqalanın Rəsul Həmzətov adına Milli KitabxanasındaRusiyanın tarixi-mədəni irsiadı altında təşkil edilmiş mötəbər Forumda Rusiya Dumasının Federasiya Şurası sədrinin beynəlxalq məsələlər üzrə birinci müavini Vladimir Cabbarov sədr müavini Konstantin Kosaçov, Federal Agentliyin milli məsələlər üzrə rəhbəri İqor Barinov, Dağıstanın Milli məsələlər dini işlər üzrə naziri Enrik Müslümov, həmçinin dövlət orqanlarının, elmi ekspert cəmiyyətlərinin, Rusiyanın ənənəvi dini konfessiyalarının nümayəndələri, mədəniyyət incəsənət xadimləri, İrandan, Özbəkistandan, Tacikistandan, Tatarıstandan digər ölkələrdən olan qonaqlar iştirak etmişlər.

Tədbirdə Xəzəryanı ölkələrin dünya iqtisadiyyatına, elm texnikasına, mədəniyyətinə ədəbiyyatına verdiyi töhfələrdən, o cümlədən Dağıstanın Xalq şairi Rəsul Həmzətovun bəşəriyyəti birliyə, sülhə səsləyən poeziyasından, həmçinin ürəkləri riqqətə gətirən mahnı qoşulmuş məşhurDurnalarşeirindən söhbət açılmışdır. Plenar yığıncaqda tədbirin 20-yə qədər  iştirakçısının, o cümlədən Azərbaycan nümayəndəsi, SumqayıtZərifQadın ədəbi məclisinin sədri Xatirə Fərəclinin çıxışları böyük maraq rəğbətlə qarşılanmışdır.

Yubiley tədbiri Rusiyanın müxtəlif vilayətlərinin folklor ansambllarının, tanınmış müğənnilərinin rəqs kollektivlərinin geniş konsert proqramı ilə başa çatmışdır. 

 

Rəhman ORXAN

 

Azad Azərbaycan.- 2023.- 5 oktyabr, ¹32.- S.5.