Şəhid kapitan Hüseynli Türkay

Hüseynlinin anım mərasimi keçirilib.

 

 Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Rayonun Polis İdarəsinin rəisi Ədalət Abbasov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Hüseynli Türkay Nizami oğlunun İkinci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri qoymuş, şəhidin ailəsinə baş sağlığı vermişlər.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə vicdanla yerinə yetirdiyinə görə isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Rayon rəhbərliyi şəhidin ailə üzvləri ilə söhbət etmiş, onun problemlərini dinləmişdir. Şəhidin valideynləri Prezident İlham Əliyevə Mehriban xanıma şəhid ailələrinə göstərilən diqqət qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 

Azad Rzazadə

 

Azad Azərbaycan.- 2023.- 5 oktyabr, №32.- S.5.