Sevinir Azərbaycan,

Tən Vətənim!

 

Bitdi o həsrətlər, bitdi o qəmlər,

Əlvan gül açacaq solğun çiçəklər.

Sevindi Xankəndim, “ağlarXocalım,

Qələmi sevinclə mən ələ alım.

 

Yazım möhtəşəm olan bu tarixdən,

Çatıb vüsala, qurtulduq niskildən.

Müstəqillik günü”nə müjdə verən,

Azad günəşli çıraq Xankəndimdən.

 

Küskün, boynu bükük, qəmli o ellər,

Kösövdə cayır-cayır yanan o ellər.

Daha yanmayacaq, alışmayacaq,

Hər uca təpədə bir bayraq sancaq!

 

Bənövşətək boynu bükük duyğular,

Artıq xoş günlərdən sevinc vurğular.

Üç rəngli libası əyninə geyib,

Ay ulduzlu bayrağım göyə ucalar!

 

İki min iyirmi üçüncü ilin,

On beş oktyabrlı bir tarixində,

Könülləri fəth edən o xoş gündə.

Bayrağı tac bilib öpüb ucaldan,

Müzəffər nər ordulu Baş Komandan,

Sizlərə yar oısun Ulu Yaradan.

 

İgid Şəhidimin ruhu bu an şad,

Azərbaycan bir nur gülüşü azad.

On səkkiz oktyabrMüstəqilgündə,

Tarixdən əmanət zəfərli gündə.

Qıy vuran qartalım qanad çalacaq,

Nazlı Yazar hər eldən yaz ad ba ad.

 

Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa,

Əlvan naxışlı bir incili şüşə.

Ağdərə, Qubadlı, Ağdam, Xocalı,

Qalmaz qəmdən əsər bayraq ucalı!

 

Xocavənd, Laçınım, Xanlı Xan Kəndim,

Qarabağlı yurdum, taclı çələngim.

Vəsf etməkdən bitməz səni qələmim,

Sevinir Azərbaycan, Tən Vətənim!

Sevinir Azərbaycan, Tən Vətənim!

 

Nazlı Yazar

 

Azad Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.-S.6.