Şəhid Kəlbiyev Şaiqin şəhadətə
ucaldığı gündən 3 il ötür
Dünən
torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə şəhidlik
zirvəsinə yüksəlmiş
igidlərimizdən birinin
Kəlbiyev Şaiq Namiq oğlunun şəhadətə
ucaldığı gündən
3 il ötür.
Şaiq Kəlbiyev
1994-cü il sentyabrın
10-da Bakı şəhərində
anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məêtəbin birinci sinfinə daxil olub və
2007-ci ilə qədər
orada təhsil alıb. 2007-ci ildən təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli
tam orta məêtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə
Sosial-İqtisadi Kollecində
təhsil alıb.27 sentyabrda
düşmənə qarşı
aparılan ədalət
mübarizəmizdə ehtiyyatdan
xidmətini davam etdirmək üçün
ordu sıralarına göndərilib. 15.10.2020-ci il
tarixində Suqovuşan-Ağdərə
istiqaməti uğrunda
gedən döyüşlərdə
qəhrəmancasına şəhid
olmuşdur. Müharibədə
göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qaradağ Rayon
İcra Hakimiyyətinin
başçısı cənab
Süleyman Mikayılov,
Şəhidlərin ailə
üzvləri, yaxınları,
qazilər, şəhidin
YAP Qaradağ Rayon Təşkilatının sədri
Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının
rəhbərləri, rayon
icra hakimiyyəti başçısının müavinləri,
şöbə müdirləri
və ictimaiyyətin nümayəndələriı şəhid
Kəlbiyev Şaiq Namiq oğlunun
şəhidin məzarını
ziyarət etmiş, məzarı üzərinə
gül qoymuşdur, ruhuna dualar oxunmuşdur.
Daha sonra şəhidin evi ziyarət olunmuş, şəhid ailəsinə ərzaq və maddi yardım edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır,göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.
Azad
Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.- S.6.