Vətənin sipərləri
Abidin atası və əmisi Qarabağ qazisi, özü isə Vətən şəhidi oldu
Vətən - sadəcə coğrafi
sərhədləri olan
bir məkan deyildir. Vətən - xüsusi sevgi ilə əzizlənən,
süslənən, sinəsində
övladların daim rahatlıq tapdığı,
xoşbəxt yaşadığı
ulu, gözəl bir məkandır! Vətən
torpağı bizim üçün səcdəgahdır,
toxunulmazdır, müqəddəsdir.
Vətən bizim üçün ona görə müqəddəsdir ki, əsrlərdən
bəri bu yurd uğrunda minlərlə igid oğul şəhid olub, bu torpağa
onların qanı tökülüb, torpağın
canına hopub. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün
müqəddəsdir, hər
zaman qeyrət, şərəf
ünvanımızdır.
Əsl vətənpərvər o kəslərə
demək olar ki, onlar vətəni bütün qəlbi, canı və qanı ilə sevir. Onun azadlığı
və istiqlaliyyəti
uğrunda hər an döyüşə atılmağa,
lazım gəldikdə canını
belə qurban verməyə hazırdır.
Vətən dəyişmir,
satılmır, köhnəlmir,
qocalmır. Bu müqəddəs
məkanda keçmişimizlə
gələcəyimiz qovuşur.
O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın
ruhları dolaşır.
Vətən sevgisi, Vətənə məhəbbət
insanın daxilindən,
qanından, ulularımızın
ruhundan gəlir. Vətən sevgisi insana ana südü, ata nəfəsi ilə verilir. Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Hər
kəs öz sevgisi, məhəbbəti,
varlığıyla Vətənini
öz qəlbində,
milli mənliyində daim
yaşatmalıdır. Yaşatmalıdır
ki, Vətən yaşasın.
Döyüşçü üçün isə Vətən sevgisinin ən ali məqamı
şəhidlikdir. Şəhidliyin
məqamı və zamanı isə əvvəlcədən bəlli
olmur. Şəhidlik uca Allahın bir insana verdiyi
ömür payını
könüllü olaraq,
qəlbən inanaraq, müqəddəs amal uğrunda gözlənilmədən
fəda etməsidir, məqamı gələndə
qəhrəman oğulların
öz ömürlərini
Vətənə bağışlamalarıdır.
Qəhrəmanlıq təsadüfi
olmur. Qəhrəmanlıq
- insanın qanına
ana südü , ana laylası ilə, atanın mərdlik, kişilik ruhu ilə ötürülür.
Məqamı gələndə
isə bir işıq kimi parlayaraq, sabahın yollarını aydınladır.
44 günlük Vətən
müharibəsində məhz
bu cür igidlər vətənpərvərlik
nümunəsi göstərdilər.
30 ilə yaxın düşmən tapdağı
altında qalan Qarabağ torpaqları işğaldan azad olundu. Şəhidlərimiz,
ölümün bir addımlığında təsadüfən
sağ qalmış qazilərimiz bu zəfər salnaməsinə
öz igidlikləri, hünərləri ilə
şanlı səhifələr
yazdılar. Qarabağın
azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq
göstərən bütün
igid əsgərlərimiz
əsl vətənpərvər
olduqlarını sübut
etdilər. Ölümün
gözünə dimdik
baxaraq, ölümsüzlük
qazandılar. Belə mərd igid, cəsarətli, qeyrətli,
şəhidlik zirvəsinə
ucalmaqla əbədiyyətə
qovuşan oğullarımızdan
biri də Oğuz rayon Dəymədərə
kəndindən olan şəhid Abid Məmmədovdur.
Doğulduğu gündən
Vətənin müqəddəsliyini
hər andaha dərindən dərk etməyi doğma evində öyrəndi.
Abid hələ dünyaya
gəlməmişdən erməni
qəsbkarları Qarabağ
torpaqlarına göz dikib, min fitnə-feillə
doğma yurd yerlərimizi zəbt etmək xülyasına düşmüşdülər. Erməni vəhşilərinin
murdar əlləri doğma Qarabağ torpaqlarına doğru uzananda minlərlə vətənpərvər gənc
Vətənin müdafiəsinə
qalxmış, silaha sarılaraq, cəbhə bölgəsinə üz tutmuşdu. Həmin illərdə könüllülərin
içərisində Abidin atası Asif və əsgərlik xidmətində
olan əmisi Araz da vardı. Birinci Qarabağ müharibəsində Asif 1992-ci ildə Ağdərə və Füzuli uğrunda gedən döyüşlərdə igidlik
göstərmişdi. Lakin döyüşlər
zamanı səhhətində
yaranan problemlərə
görə üç
aydan sonra müalicə almaq üçün Füzulinin
Qaraxanbəyli kəndindəki
qospitala göndərilmiş,
sonra isə aldığı ağır
yaralara görə ordudan tərxis olunmuşdu. Abidin əmisi
Araz isə cəbhə bölgəsində-
Ağdərədə əsgərlik
xidmətini davam etdirmiş, sonra isə Füzulinin yuxarı Abdurahmanlı kəndində düşmənlə
üzbəüz mövqelərdəki
döyüşlər zamanı
igidlik, şücaət
göstərmişdi. Həmin
ağır döyüşlərdə
şəhidlərimiz, yaralılarımız
az olmamışdı.
1994-cü ili yanvar ayının 26-da Aşağı
Abdurahmanlı kəndi
uğrunda gedən döyüşlərdə ayağından
yaralanan Araz da digər yaralılarla birgə sanitar postuna aparılıb ilkin yardım göstərildikdən sonra
Beyləqana, daha sonra Saatlı qospitalına müalicəyə
göndərilmişdi. Şəhidliyə
gedən yol... Atasının və əmisinin hələ 1-ci
Qarabağ müharibəsində
göstərdikləri şücaətlər barədə
hələ uşaqlıqdan
eşitdiyi söhbətlər
Abidin vətənpərvərlik ruhunda böyüməsində
ilk təkan olmuşdu.
Yəni ki, onun vətənpərvərlik duyğuları,
vətəni sevmək,
qorumaq hissləri hələ uşaq yaşlarından, böyüdüyü
evdən boy verməyə
başlamışdı. O böyüdükcə
düşmənə olan
nifrəti də böyümüş, atasının
və əmisinin düşmənlə apardığı
mübarizənin yarımçıq
qalması həmişə
onu narahat etmişdi. Orta məktəbi bitirib hərbi xidmətə getdiyi zaman ürəyində
pöhrələnən Qələbə
arzusunu reallaşdırmaq
üçün nümunəvi
xidmət etmiş, komandanlığın “təşəkkürnamə”sini qazanmışdı. Ağdamın
orta Qərvənd kəndi yaxınlığında
əsgərlikdə olduğu
zaman tibbi sanitar kimi xidmət edən Abid, komandirin dediyinə görə daim səngərlərə
baş çəkir,
yaralılara yerindəcə
ilkin yardımlar göstərirdi. İlyarımlıq
əsgəri xidmətini
şərəflə yerinə
yetirdikdən sonra ordudan tərxis olunaraq doğma kəndə qayıdır.
Abid kəndin gəncləri
arasında öz ağır təbiəti,
ağayanalığı, dürüstlüyü,
eyni zamanda mehribanlığı, səmimiyyəti
və yaraşıqlılığı
ilə seçilirdi. İstər ailədə,
istərsə də evdən kənarda, işlədiyi kollektivdə
böyük-kiçik yerini
bilməsi, işgüzarlığı
və bacarığı
ilə hamının sevimlisi olmuşdu. O, hərbi xidmətdən sonra Oğuz şəhərində yerləşən
Qarğıdalı emalı
zavodunda operator köməkçisi
işləməyə başlayır.
İşə məsuliyyətlə
yanaşması, işgüzarlığı
və səmimiyyəti
onu kollektivdə hamının sevimlisinə
çevirir. Abid bütün
gənclər kimi həyat eşqi ilə yaşayır, sevir və sevilir.
Bu sevgi uğurlu izdivacla nəticələnir.
O, ailə quraraq, ömür boyu ona vəfadarlıq edəcək xanımı
ilə gözəl, məsud günlərini yaşayır. Aylar sonra onun valideynləri
ilə bir ocaqda həyatının ən gözəl, xoşbəxt günlərinə
daha bir sevinc əlavə olunur. O, 2020-ci ildə yeni
ilin ilk saatlarında ata olmağın xoşbəxtliyini, bəxtəvərliyini
yaşayır. Hər
zaman məsuliyyətli olan
Abidin ata kimi məsuliyyəti daha da artır. Onun ailəsi xoşbəxt, bəxtəvərlik dolu günlərini yaşayırdı.
Balaca Əlinin hər bir hərəkəti
evdə sevinclə, fərəhlə izlənilirdi.
2020-ci ildə bütün
dünyada pandemiya elan
edildikdən sonra hər kəs karantin qaydalarına uyğun olaraq yaşamağa çalışırdı.
İl ağır gəlsə
də, Abidin anası Rübabə ana yeni ilin
ilk saatlarında ona balaca Əli kimi gözəl bir nəvəni bəxş edən həmin ildən, Allahdan çox razı idi. ...Həmin il iyul ayının 12-də baş
verən Tovuz hadisələrihamı kimi
Abidi və onun yaşıdlarını,
ailəsini də sarsıdır. Minlərlə
könüllü Ali Baş
Komandanın əmrini
gözləyir ki, silaha
sarılaraq, illərlə
ermənilərə qarşı
ürəklərinə dolmuş
qəzəb və nifrətlərini qalxan edərək, düşmənin
başına endirsinlər.
Digər yaşıdları
kimi Abid də könüllülər sırasına
yazılır. Və çox keçmir ki, vətənini sevən bütün qəhrəman
oğullartəlim-məşqlər üçün hərbi komissarlıq tərəfindən
hərbi xidmətə
çağırılır. Abid 2016-ci ildə Ermənistanla Azərbaycan arasında baş verən Tovuz hadisələri - dörd günlük müharibə zamanı da
təlim-məşqlərə cəlb edilmiş, sonra isə evə buraxılmışdı.
Sentyabrın 21-də yenidən
təlim-məşqlərə qatılan Abidinailəsi yenə də onun təlimlər bitdikdən sonra evə qayıdacağını
düşünürdülər. 2020-ci ilin sentyabrın 27-də düşmənin silahlı
qüvvələrinin cəbhə
boyu geniş miqyaslı təxribat törətməsinə cavab
olaraq, Azərbaycan Ordusu sonradan ”Dəmir yumruq”
adlandırılan əks-hücum
əməliyyatına başladı.
Həmin gün səhərdən ermənilər ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərinə
və yaşayış
məntəqələrimizə qarşı genişmiqyaslı
hücumlar etdi. Buna cavab olaraq ölkə
Prezidenti, Azərbaycan
Silahlı Qüvvələrinin
Ali Baş Komandanı
İlham Əliyevin qəbul
etdiyi qətiyyətli
qərarla Azərbaycan
Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına
başladı. Həmin
gün Abidin də olduğu topçu taqımı Murov istiqamətində gedən
döyüşlərdə igidliklə iştirak edir. Böyük ruh yüsəkliyi ilə başlayan, illər idi ki üəklərdə qövr
edən yaralarımızın
intiqamı üçün
torpaqlarımızın bütövlüyü
uğrunda gedən döyüşlər bütün
cəbhə boyu olduğu kimi bu istiqamətdə də düşmən ordusunun məğlub olaraq torpaqlarımızdan
qovulması ilə nəticələnir. Murovdağ
istiqamətində bir
neçə gün ərzində neçə
yüksəkliklər düşməndən
təmizlənir. Həmin
döyüşlərdə Abid də cəbhə yoldaşları ilə birgə mərdliklə vuruşur. Toptuşlayıcı
briqadada köməkçi
kimi xidmət edən Abid hələ sentyabrın 21-dən başlanan
təlim-məşqlər zamanı
fürsət düşdükcə
ailəsi ilə əlaqə saxlamağa imkan taparaq, tezliklə görüşəcəklərini
söyləyir. Müharibənin
ilk günlərindən düşmənə
qan udduran yenilməz ordumuz hər gün qələbə xəbərləri
ilə xalqı sevindirir, daha əzmlə döyüşlərə
atılırdı. Muharibənin
dördüncü günü
hər kəs yorğun halda olduğundan ana torpağın
qoynunda azacıq da olsa dincəlmək istəyirlər. Lakin gecə
ikən məkrli düşmən həmin taqımın yerini dəqiqləşdirir. Oktyabr
ayının 1-də səhər
saatlarında düşmən
Abidgilin mövqeyini minaatanlardan və başqa atıcı qurğulardan atəşə
tutur. Abid yuxulu olduğundan əvvəlcə
nə baş verdiyini anlamır. Düşmən tərəfin
atdığı minamyot
qəlpələri dolu
kimi onların üzərlərinə yağır,
zərbənin gücü
Abidi Murov dağının Şişqaya
deyilən yerində qayaya çırpır. Yanındakı döyüş
yoldaşına ancaq “mənə
nə oldu?” deyə bilir. Həmin vaxt xeyli şəhidlərimiz,
yaralılarımız olur.
Çox keçmədən
komandanlıq yaralıları
və şəhidləri
“KamAZ”la döyüş
bölgəsindən uzaqlaşdırır.
Yaralılar Gəncədəki
qospitala aparılır.
Abid hələ yolda, maşında ikən, xəstəxanaya çatmadan
dünyasını dəyişiir.
Təəssüf ki, evdə
ana-atanı, övladını,
əzizlərini qoyub Vətən torpaqlarının
azadlığı, bütövlüyü
uğrunda döyüşlərə
atılan qəhrəman
oğullar düşmən
hiyləsi nəticəsində
həlak olurlar. Əlbəttə, onlar müharibənin nə olduğunu bilirdilər. Bilirdilər ki, döyüşə
gedib, geri dönməmək də
var. Və o Murov igidləri xalqımıza
işıqlı sabah,
övladları üçün
azad, bütöv bir yurd miras
qoymaq üçün
uf belə demədən Vətən,
torpaq uğrunda şirin canlarından keçdilər. Deyirlər,
müharibədə atılan
ilk güllə anaların
ürəyinə dəyir.
Vətən müharibəsində
də minlərlə ananın ürəyi tikə-tikə, parça-parça
oldu. Güllələr
təkcə döyüşən
oğulların ömrünü
deyil, anaların, neçə-neçə ailənin
də xoşbəxtliyini
dəlib keçdi.
Abidin anası necə
gün övladından
xəbər ala bilmir.
Rübabə ana həyəcanla
televizordan qələbə
xəbərlərini izləyir,
şəhid xəbərlərini
də ürək acısı ilə qarşılayır.Abidin əmisioğlu onun yaralı ola biləcəyini
bildirir. Abidin atası,
əmisi və digər qohumlar bütün qospitalları
və xəstəxanalarda
onu aramaq üçün döyüş
zonasına yollanırlar.
Hərbi komissarlıqdan
xəbər alırlar.
Yalnız axtarışın
ikinci günü Araz əmi Abidin cəsədinin Gəncədəki
qospitalın yanındakı
morqda olduğunu öyrənir. Asif ata bu xəbəri eşidəndə sanki onurğa sütunu qırılır. ...Abid oktyabrın
4-də doğma kəndində
- Oğuz rayonunun Dəymədərə kənd
qəbristanlığında dəfn olunur. Abid Məmmədovböyük izdihamla,
kədər və qürur hisslərinin qarışığı ilə
əbədi mənzilinə
köçür. Abid kimi
minlərlə gənc
geriyə baxmadan, torpaqlarımızın müdafiəsi
və bütövləşməsi
üçün, həyatlarının
gənc çağında,
qönçə vaxtında
Vətən üçün
canlarını, ömürlərini
fəda etdilər. Onlar şəhid oldu ki, xalqımız vətən torpağında
şərəflə, qürurla
yaşasın. Abidin anası
Rübabə ana ilə
görüşümüz zamanı Abid haqqında bunları söylədi:“Abid çox təmiz ürəkli, tərbiyəli, ədalətli oğlan olub. O, mənim ilk övladım idi. Mən analıq sevincini ilk dəfə
Abidin sayəsində, o, dünyaya
gələndə duymuşam.
Ondan başqa yalnız bir qızım var. Vaxtilə
çox mehriban ailəmiz olub - danışan, deyən, gülən... Heç vaxt nə ailə
daxilində, nə də kiminləsə problemimiz olmayıb. Abid də elə oğlan idi ki, heç kəslə işi olmazdı. Hər adamla da ünsiyyət qurmazdı.
Çox ağıllı,
tərbiyəli, mərd,
işgüzar oğul
idi. Döyüş yoldaşları Abid barədə
yalnız xoş xatirələr danışırlar.
Çox az müddət birlikdə olsalar da, o, özünə
böyük hörmət
qazanmağı bacarmışdı.
Abid gülüşü ilə
seçilərdi. Tanışları
ona “gülən oğlan” deyə müraciət edirdilər.
İndi nə gülüşü
gəlir, nə səsi eşidilir... Maşın həvəskarı
idi. Avqust ayında sürücülük
vəsiqəsi almışdı,
maşın almaq istəyirdi, qismət olmadı, sentyabrda müharibəyə getdi.
2 ilə yaxın idi ki, ailə qurmuşdu. Bir övladı
var. Abid oğluna həddən
çox bağlı idi. Döyüş yoldaşlarından biri danışırdı ki, şəhid
olduğu gün hamı yemək yesə də, nədənsə Abid yeməyibmiş.
Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb, yaman darıxmışam” deyib.
Hər dəfə telefonla danışanda yoldaşına deyərdi
ki, mən yaxşıyam,
əsas oğlum üçün narahatam.
“İndi mən də,
atası da yalnız onun bircə balası üçün
yaşayırıq. Bundan
sonra nə qədər ömrümüz
var, ona həsr edəcəyik, - deyir Rübabə ana. - Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr
edirəm. Gec, ya tez, oğluma
qovuşacam. Bəlkə
də, təsəllim
yalnız budur". Rübabə ana! Abidlə
təkcə siz yox, bütün Oğuz eli, Azərbaycan fəxr edir, qürur duyur. Əlbəttə, Qələbələr qansız-qadasız,
itkisiz qazanılmır.
Hər yeni döyüşdə
yeni qəhrəmanlar üzə
çıxır. Sizin
kimi anaların əllərindən öpürük,
qəhrəman övladlar
yetişdirdiyiniz üçün.
Nə qədər ki sizin kimi mərd
analar Abid kimi cəsur, qorxubilməz qəhrəman oğullar böyüdür, bizim doğma Vətənimiz heç vaxt düşmənə boyun
əyməyəcək, güclü
dövlətimiz sarsılmayacaq.
Şəhidlərimizin isə
əbədi yeri ürəklər olacaq.
Abidin arzusu Qarabağı
düşmən tapdağından
təmizləyib, qürurla
evinə, elinə dönmək idi. Bu arzusuna çatmasa da Vətən torpaqlarının
işğaldan azad olunmasında, Bayrağımızın
qədim yurd yerlərində yenidən
dalğalanmasında, böyük
Zəfərimizin qazanılmasında
Abidin də payı
var. Allah böyük Qələbə
sevincini bizə yaşadan bütün şəhidlərimizə rəhmət
eləsin! Dövlətimiz
Vətən müharibəsi
qəhrəmanlarının hər birini döyüşlərdəki şücaətinə,
rəşadətinə görə
layiqincə qiymətləndirmiş,
onları yüksək
orden və medallarla təltif etmişdir. Azərbaycanın
ərazi bütövlüyünün
bərpa edilməsi uğrunda gedən döyüşlər zamanı
göstərdiyi igidliyə
görə Abid Məmmədov
ölümündən sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
müvafiq sərəncamları
ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb. Abidin ən
ali mükafatı, yüksək adı isə, əlbəttə,
şəhidlik adıdır.
Şəhid - əbədiyyəti
qazanan deməkdir.
Mehparə
BƏKİROVA,
Oğuz rayonu Mərkəzi kitabxanasının əməkdaşı
Azad
Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.- S.5.