Sumqayıt şəhərindəki kitab sərgisində

 

(Nəşriyyat, yazar oxucu üçbucağında təmaslar )

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqayıt Şəhər İcra Hakimiyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçirilib.

Ölkənin 30-adək nəşriyyatının iştirakı ilə təşkil olunan sərgi Kimyaçı Mədəniyyət Sarayında keçirilib. Biz sərgiyə gedənlərə qoşulub, saraya daxil olduq. Ayrı-ayrı stendlərə düzülmüş çeşidli kitablar elə ilk baxışdan müasir poliqrafik dizaynı mövzu rəngarəngliyi ilə seçilirdi. Kitabsevərlərin çoxluğu da diqqətdən yayınmırdı.

İlk müsahibimizQədim qalanəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu odu. O, həvəslə sərgi barədə fikirlərini bildirir:

Bizim üzvü olduğumuz Azərbaycan Nəşriyyatları Assosiasiyası yarandığı qısa vaxtda 14 belə sərgi təşkil edib. Başlıca məqsəd yeni formatlarda kitab təbliğatını reallaşdırmaq, nəşrlərin hər bir oxucu üçün əlçatanlığını təmin etməkdir. Buna görə satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq edilir. Bir neçə ay əvvəl gənc oxucular arasında ilk dəfə təşkil etdiyimiz Yay oxu marafonuna 3 min nəfər qoşulmuşdu. Həmin layihənin qaliblərini bu gün mükafatlandıracağıq ki, müəyyən motivasiya olsun. Eyni zamanda Payız oxu marafonuna bu sərgidə start veriləcək.

Bugünkü sərgidə kitablara oxucu marağından razısınızmı?

Sərgi yenicə açılsa da, alıcılar çoxdur. Yaşlı, orta gənc nəsil oxucuların yeni nəşrlərə marağı fərəh doğurur. Bayaqdan fikir verirəm, heç kim buradan əliboş getmir.

Sonra biz sərgi ilə tanışlığımızı davam etdiririk. Təşkilatçılardan öyrənirik ki, burada nəfis tərtibatlı yüzlərlə adda kitab 30–70 faiz endirimlə oxuculara təklif olunur. Satıcıların arasında tanınmış yazarlar, kitab müəllifləri var. Qələm dostlarımız Elxan Elatlı, Rövşən Abdullaoğlu, İlham Qəhrəman, Xan Rəsuloğlu başqaları sərginin işində fəal iştirak edirlər.

Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis bizimlə söhbətində belə tədbirlərin təqdirəlayiq olduğunu vurğulayır:

Azərbaycanda kitaba, mütaliəyə marağın azaldığını söyləyənlər yanılırlar. Baxın, sərgiyə kiçikdən-böyüyə qədər oxucu gəlib. Hamının marağına   zövqünə uyğun, özü güzəştli qiymətlərlə hər cür kitab var.

Göyərçinjurnalının baş redaktoru, şair, filologiya elmləri doktoru Rafiq Yusifoğlu da söhbətə qoşulir:

Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza saatları, konsert proqramları, şeir gecələri, ustad dərsləri, uşaqlar üçün nağıllar aləminə səyahətlər, debatlar sair olacaq. Elə bu gün tədbirdə Azərbaycan Yazıçılar Birliyi  Sumqayıt bölməsinin üzvləri oxucular qarşısında yaradıcılıq hesabatı verəcəklər. Bundan gözəl ola bilər?

Yenicə aldığı kitablarlaKörpünəşriyyatının stendi qarşısında rastımıza çıxan yazıçı Hümbət Həsənoğlu da ürək sözlərini bizimlə bölüşür:

Belə sərgilər naşir yazarların oxucularla birbaşa ünsiyyəti, mədəni tələbatla bağlı sosial sifarişlərin öyrənilib reallaşdırılması baxımından önəmlidir. Ötən il rəhbərlik etdiyimSumqayıt Dostlar Klubugənclər arasında ən çox kitab oxuyanların müsabiqəsini keçirmişdi. Bayaq stendləri gəzərkənKitab kafesi”ndə çalışan bir qız mənə dedi ki, “müəllim, sizin müsabiqənin qaliblərindənəm”. Doğrusu, onun sözlərindən məmnun oldum. Deməli, seçimi düz etmişik. Arzu edirəm ki, həmin qız kimi kitabsevərlərimizin sayı daha da çox olsun.

Çox keçmir ki, mədəniyyət sarayının 2-ci mərtəbəsində sərginin rəsmi açılış mərasimi başlanır. Dövlət himnimiz ifa olunur. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Sonra Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq çıxış edərək belə satış-sərgilərin kitab maarifçiliyinə dəstək məramı daşıdığını, Elm Təhsil, Mədəniyyət nazirliklərinin, müvafiq qurumların sərginin təşkilinə lazımi dəstək verdiklərini bildirir hər kəsi kitab bayramında yaxından iştirak etməyə çağırır.

Daha sonra AbşeronXızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov başqaları sərgi barədə ürək sözlərini söyləyirlər. Əlvan musiqi proqramı təqdim olunur.

Sərgidə dərs vəsaitlərinə, bədii ədəbiyyata, sosioloji nəşrlərə maraq daha böyükdür. Sumqayıtdakı 3 nömrəli peşə liseyinin şagirdləri könüllülər qismində sərgiyə gələnlərə bələdçilik edirlər.

Onu da deyək ki, kitab bayramı təkcə nəşriyyatların məhsullarının satışı ilə məhdudlaşmır. Həvəskar ustaların düzəltdikləri bəzək əşyalarının, gənc rəssamların çəkdiyi tabloların nümayişi sərgiyə əlavə rəng qatır.

Üç gün davam edən  sərgidə assosiasiya rəhbərliyinin "STEAM əsaslı təhsil" mövzusunda çıxışı, dilçi alim Rafiq İsmayılov, şair-pedaqoq Zahid Xəlil professor Qulu MəhərrəmlininOxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?” panelində iştirakları da maraqla qarşılandı.

Beləliklə, Sumqayıtın tarixində üç gündə III Kitab Sərgisi kimi  çox maraqlı bir hadisə  yaddaşlara  yazıldı. Bu da kitab oxumağa marağı bir qədər artırdı.

Henri Devid Toro  kitablar haqqında görün necə gözəl kəlam deyib: “ Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji elmi biliklər mənasız olar”.  Gəlin bir millət olaraq, yenə kitablara, kitab oxumağa  qayıdaq. Övladlarımıza, nəvələrimizə bunu təlqin eləyək.  Çünki dünyanın hər şeyi bütün gözəlliyi  oradadır.

 

Əli  NƏCƏFXANLI,

Əməkdar jurnalist

 

Azad Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.- S.8.