Qaradağda “Ümummilli lider Heydər Əliyevin
dövlət müstəqilliyinin
bərpasında rolu” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində
yerləşən Heydər Əliyev Mərkəzində “Heydər
Əliyev İli” çərçivəsində “Ümummilli
lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında
rolu” mövzusunda dəyirmi masa keçirildi.
Qaradağ
rayon İcra Hakimiyyəti, YAP Qaradağ rayon təşkilatı
və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil
etdiyi tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının
sədri Qafar Əliyev, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
səfirliyinin sabiq hərbi attaşesi, tuğ-general Yücəl
Karaüz, Azərbaycan Dövlət İdarəçilik
Akademiyasının dosenti, tarix üzrə fəlsəfə
doktoru Fordovsiyyə Əhmədova, Milli Məclisin
deputatlarıı Aydın Quliyev və Səbinə Xasayeva,
Qaradağ rayon İcra Hakimiyyətinin Şura üzvləri,
YAP Qaradağ rayon təşkilatının fəalları,
şəhid ailələrinin və qazilərin nümayəndələri,
gənclər, ictimaiyyətin nümayəndələri
iştirak edirdilər.
Əvvəlcə
Ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstələri qoyuldu, xatirəsi ehtiramla
anıldı.
Azərbaycanın
Dövlət himni səsləndirildi. Sonra Ulu öndər Heydər
Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra
Ümummilli lider Heydər Əliyevin müstəqilliyin bərpasında
roluna və Qarabağda Azərbaycanın suverenliyinin tam və
qəti şəkildə bərpasına həsr olunmuş
videoçarx nümayiş etdirildi.
YAP
Qaradağ Rayon təşkilatının sədri Qafar
Əliyev tədbiri açaraq 18 Oktyabr - Müstəqilliyin Bərpası
Gününün Azərbaycan tarixində xüsusi yer
tutuduğunu bildiridi, iştirakçıları bu möhtəşəm
bayram münasibətilə təbrik etdi. “Heydər Əliyev
İli” çərçivəsində təşkil edilən
“Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin
bərpasında rolu” mövzusunda dəyirmi masanın əhəmiyyətini
yüksək qiymətləndirərək Ulu öndər Heydər
Əliyevin müstəqilliyin bərpasında, qorunmasında və
inkişafında misilsiz xidmətlərini vurğuladı. Yap
Rayon təşkilatını sədri bu siyasətin Prezident
İlham Əliyev tərəfindən uğrurla davam etdirilməsi
nəticəsində Azərbaycanın regionun lider dövlətinə
çevrildiyini qeyd edərək, çıxış
üçün sözü İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılova verdi.
Dəyirmi
masada çıxış edən Qaradağ rayon İcra
Hakimiyyyətinin başçısı Süleyman Mikayılov
hər bir xalq üçün dövlət müstəqilliyinin
ən önəmli məsələlərdən biri, müstəqilliyin
qorunub saxlanılmasının isə onun qazanılmasından
qat-qat çətin olduğunu vurğuladı. O bildirdi ki,
dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının
70 ildən çox bir dövrdə başlıca məqsədi
olmuşdur. S.Mikayılov 1991-ci ildə yaranmış tarixi
şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin
avqustun 30-da Müstəqillik Bəyannaməsini, oktyabrın
18-də isə Müstəqillik haqqında Konstitusiya
aktını qəbul etdiyini xatırlatdı. O qeyd etdi ki, qəbul
edilən Konatitusiya aktından sonra bir sıra ölkələr
Azərbaycanı müstəqil dövlət kimi tanısalar
da ölkəmiz tam müstəqilliyini yalnız Ulu öndər
Heydər Əliyev xalqın təkidli tələbi ilə
1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra əldə
edə bildi. Ümummilli lider Heydər Əliyev əvvəlcə
vətəndaş müharibəsinin qarşısını
aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda
inkişafın təməlini qoydu. Azərbaycan ordusu yenidən
təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm
siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər
Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə
çevrilməsinə yönəlmiş müdrik siyasəti
bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Prezident İlham Əliyevin hakimiyytə
gəlişinin ilk illərində qəbul edilən
regionların sosial-iqtisadi inkişafının Dövlət
proqramlarını xatırldaan icra başçısı
bunun nəticəsində regionlarımızın sürətli
inkişaf yoluna çıxdığını bildirdi.
S.Mikayılov
bildirdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən
qorunub saxlanılmış müstəqilliyimiz bu gün Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da
möhkəmlənib, suverenliyimiz və ərazi
bütövlüyümüz tam və qəti şəkildə
bərpa edilib. Oqeyd etdi ki, bir neçə gün bundan əvvəl
Xankəndi də daxil olmaqla işğal altında olan digər
şəhərlərdə Azərbaycanın dövlət
bayrağının qaldırılması hər bir vətəndaşımıza
böyük qürur və fəxarət verir.
Tədbirdə
çıxış edən Türkiyənin Azərbaycandakı
səfirliyinin sabiq hərbi attaşesi, tuğ-general Yücəl
Karaüz ölkəmizin müstəqilliyinin bərpa
olunmasının qardaş Türkiyədə də
böyük sevinclə qarşılandığını və
bu gün böyük fərəhlə qeyd edildiyini bildirdi.
Tuğ-general Ulu öndərlər Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir”,
Heydər Əliyevin “Biz bir millət iki dövlətik”
sözlərini xatırladaraq türkiyənin hər zaman Azərbaycnın
yanında olduğunu və qazandığı bütün zəfərlərə
ürəkdən sevindiyini vurğuladı. O, hazırada bir
dövlət ifadəsinin artıq böyüyərək yeddi
dövlətə çevrildiyini xüsusi qeyd etdi.
Azərbaycan
Dövlət İdarəçilik Akademiyasının kafedra
müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru
Fordovsiyyə Əhmədova dəyirmi masada
çıxış edərək cari ilin çox möhtəşəm
hadisələrlə bütün türk dünyasının
tarixində xüsusi yer tutuduğunu qeyd etdi. O, xatırlatdı
ki, cari ildə Ulu öndər Heydər Əliyevin anadan
olmasının və Türkiyə Cümhuriyyəinin
yaradılmasının 100 illikləri təntənli şəkildə
qeyd edilir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın
müstəqilliyi əbədidir, dönməzdir və
sarsılmazdır” sözlərini xatırladan F.Əhmədova
ölkə rəhbərliyinin bu istiqamətdə
atdığı addımlar nəticəsində Azərbaycanın
regionun lider dövlətinə çevrildiyini
vurğuladı. Ümummilli lider Heydər Əliyevin gərgin
əməyi nəticəsində ərsəyə gələn
“Əsrin müqaviləsi”ni xatırladan tarixçi alim onun
mühüm strateji əhəmiyyətə malik addım kimi
xarakterizə etdi.
F.Əhmədova
çıxışının sonunda tədbir
iştirakçılarını bayram münasibətilə təbrik
edərək Ulu öndər Heydər Əliyevin orijinal
fotosunu və Dövlət İdarəçilik
Akademiyasının nəşrlərini Heydər Əliyev Mərkəzinə
hədiyyə etdi.
Dəyirmi
masada çıxış edən Milli Məclisin
deputataları Aydın Hüseynov və Səbinə Xasayeva da
tədbir iştirakçılarını həm Müstəqilliyin
bərpası, həm də son günlər
yaşadığımızı tarixi günlər münasibətilə
təbrik etdilər. Bildirdilər ki, Azərbaycan bu gün həm
siyasi, həm də iqtisadi cəhətdən dünyanın
qüdrətli dövlətlərindən birinə
çevrilib, iqtisadi artım sürətinə görə nəinki
regionda, həm də dünyada lider mövqeyə
çatıb. Ötən dövrdə, yəni müstəqilliyimizin
bərpasından keçən 32 il ərzində Azərbaycan
gündən-günə daha da güclənir, qüdrətlənir.
Və bu hər bir azərbaycanlının qəlbində
böyük iftixar hissi doğurur.
Tədbirə
yekun vuran İcra Hakimiyyətinin Başçısı
Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Dövlət
Müstəqilliyinin bərpası günü münasibətilə
bir daha tədbir iştirakçılarını təbrik
etdi. İcra başçısı Ümummilli lider Heydər
Əliyevin sözlərini xatırladaraq bu gün həqiqətən
də Azərbaycanın dünyaya Günəş kimi
doğduğunu bildirdi. Tədbir iştirakçılarına
təşəkkürünü çatdıraraq belə tədbirlərin
bundan sonra da keçiriləcəyini və hörmətli
qonaqları həmin tədbirlərdə təkrar görməkdən
məmnun olacağını
qeyd etdi.
Bilman İSAQ
Azad
Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.- S.3.