Vəzipərəstin dilindən

 

(Satirik hekayə)

 

- Atam-qardaşım, yapışmısız mənim yaxamdan? Bəli, vəzifəpərəstəm. Niyə olmayım? Bu gün, bu zəmanədə yaxşı pulun, vəzifən yoxdusa, sən heç kimə lazım deyilsən. Sən heç  kimsən, atam-qardaşım. Bəlkə elə deyil? Vəzifən yoxdusa, sənin dostun var, tanışın, məşuqən. Heç evdə arvad da, uşaqlar da üzünə dürüst baxmırlar. Səni saya salmırlar. Sizinkini bilmirəm, mən vəzifədən çıxanda, pulum olmayanda bizim arvad üzünü elə turşudurdu ki, elə bil rəhmətlik dədəsini mən öldürmüşdüm. Axşam da o söz... Dalını çevirirdi mənə, xorhaxorla yatırdı. Uşaqlar da mənimlə dilucu, xalaxətrin qalmasın deyə danışırdılar.

. Vəzifəsiz olmağın ləzzətini bir dəfə mən görmüşəm, atam-qardaşım. O vaxtlar vəzifəsiz qaldığım altı-yeddi ayda mən çəkdiyimi heç düşmənimə arzu eləmirəm...  İllərlə mənimlə adicə görüşmək üçün növbə gözləyənlər, sağlığıma badələr  qaldırmaqçün bir-birinə aman verməyənlər, mən vəzifədən çıxandan sonra daha gözə dəymədilər...  HəttaToplanadlı itim öləndə yüzlərlə adam yanıma gəlib, itə görə utanmadan baçsağlığı da verdilər. İti tərifləyib göylərə qaldırdilar. Amma indi özümölmüçdümbu köpək uçaqlarından biri gözə dəymirdi...  Heç soyuşan yoxdur ki, “ Abdul eşşəyin hardadır”.  Ay Allah... Biz necə unutqan, yaramaz camaatıq...  Görəsən  Yer üzündə bizim kimi nüsxə varmı? İnanmıram ki, ola...

başınızı ağrıdım, köhnə hökumət gedib, təzəsi gələndə on beş naziri işdən hopdum çıxardı. Mən getdimçujoy poxmel”. Yəni o biri hökumətin adamı olsam da, bunun hakimiyyətə gəlməsi üçün dəridən-qabıqdan çıxırdım. Çünki o  köhnə  hökumət işinin öhəsindən gələ bilmirdi. Anarxiya, xaos baş alıb gedirdi... Hakimiyyətə gəlmək istəyən bu biri isə həm səriştəli, həm mənim eloğlum idi. Fikirləşirdim ki, ətimi yesə , sümüyümü çölə atmaz. Amma atdı... Özü propka kimi.

Vəzifədən çıxarıldığım birinci günü adətimcə tezdən durub yuyundum. Üzümü qırxıb, geyindim. Dedim heç olmasa, bu sürücü zalım oğlu Zahir bir insaflı olar. O da mənimlə bir blokda yaşayır. Bir mərtəbə yuxarıda ev alıb vermişdim ona. Gözlədim ki, indi gəlib qapının zəngini basıb, heç olmasa, soruşacaq ki, ay müəllim, bəlkə harasa getmək istəyirsiz? Ya da sizə isə alıb gətirmək lazımdı... Ayaq səslərindən hiss elədim ki, düşdü aşağı. Çıxdım eyvana. Gördüm ki, mindi maşına, heç başını da yuxarı qaldırıb, mənə salam vermədi. Maşını xoddayıb getdi təzə nazirin dalınca... Hirsimdən başım gicəlləndi. Az qaldım ki, yıxılım, tez tutdum məhəccərdən öz-özümə dedim:

- Ay dadi-bidad... Bu əbləhi mən gətirib adam elədim. Yetimin biri idi. Bu cür ceyran kimiVolqamaşınını, sonra da  QAZ-31-i verdim ki, sür. Toyunu elədim. Ev alıb verdim.

Yadıma düşdü, bu əbləh oğlu hərdən mənə deyərdi:

- Ağamir müəllim, atam anamı fahişəlik üstündə atıb gedib. Uşaqlıqdan atasız qalmışam. Sağ olun ki, siz mənə ata olduz. Məni kişi elədiz. Ölənəcən sizi yaddan çıxarmaram. Quran haqqı düz sözümdü...

Fikirləşdim ki, ay dadi-bidad... Gör mən necə yanılmışam. Atalar düz deyib: “Fahişədən ancaq belə dəyyus törəyə bilər...”

Bu vaxt şöbə rəislərindən biri Doydaq Saməddin blokdan çıxıb getdi öz maşınına sarı. Əynində mənim plaşım. Cəmi bir dəfə geymişdim. Xoşuma gəlmədi, bağışladım ona. Mənədayıdeyirdi. Şənimə yüzlərcə tostlar, şeirlər qoşurdu. Özü tez-tez deyirdi:

- Ağamir müəllim, mən altıncı sinifdə oxuyanda atam əmim haqqında imzasız şikayət məktubu yazmışdım Leninin movzoleyinə. Onları işdən çıxartdırmışdım... Məndən hamıya qarşı hər cür nakişilik gözləmək olar... Ancaq sizə heç vaxt pislik eləmərəm. Siz mənə atamdan da, qohumlarımdan da çox yaxşılıq eləmisiz. Sizin sayənizdə belə vəzifəm var. Sizin sayənizdə özümə  toy eləmişəm. Ev, bağ, maşın almışam. Özümün biznes işlərimi qurmuşam. Mən bu mərtəbəyə ancaq sizin sayənizdə qalxmışam. Əgər sizə pislik eləsəm, bihörmət tutsam, qoy Allah məni əbədilik kor eləsin. Anamın südü haramım olsun.

Öz-özümə dedim:

- Ay dadi-bidad... Bu küçük elə bir az sərxoş olan kimi özü deyirdi ki, məndən hər cür nakişilik gözləmək olar. Bəs mən niyə başa düşmürdüm?

Fikirləşirdim ki, sərxoşdu belə deyir. Nazirliyin çoxlu sirlərini danışırdım ona, bacıoğlu kimi... Demə o da mənim danışdıqlarımı ötürürmüş yaxarılara...

Bu vaxt Qara Məhərrəm çıxdı blokdan. Hansı ki, mənim sayəmdə adi işçidən nazir müavinliyinə qədər yüksəlmişdi. Həmişə mənə deyərdi:

- Sizin kimi xeyirxah, müdrik adam olmasaydı, yəqin indi mən heç kim idim. İndi hardasa it döyürdüm. Sizin yaxşılığınızı unutsam, onda mən kişiliyimi itirmiş olaram. Onda mənə hansı sözləri desəniz, qəbulumdu, Ağamir müəllim.

Hiss elədi ki, mən eyvanda durub ona baxıram, başını qaldırıb Allahın salamını da vermədi mənə. Xidməti maşınına mindi. Sürücü maşını yelli sürüb getdi.

Fikirləşdim ki, bu Qara Məhərrəmi necə adlandırım. Axı, özü demişdi: “Sizə namərdlik eləsəm, hansı söyüşlə istəsəniz, məni söyün”. Yadıma düşdü ki, bunun arvadının ayağısürüşkəndi”. Hətta arvadının anasının da, bacılarının da “xəmiri sıyıqdı”... Qara Məhərrəmin arvadı da həmişə dəridən-qabıqdan çıxıb, min cürə oyunlar qurub ki, mənə yaxın olsun. Ancaq mən belə işi öz şənimə, şəxsiyyətimə sığışdırmamışam. Öz işçimin arvadına pis gözlə baxmamışam. Hətta bir dəfə məcbur olub, Qara Məhərrəmin arvadına bu fıkrimi açıq-saçıq da demişəm. O da bu sözlərimə görə məndən acıq eləyib. Sonra da açıq-saçıq deyib: “Ağamir müəllim, mənim kimi belə gözəl xanımdan, belə gözəl candan istifadə eləmədiyinə, mənimlə kef çəkmədiyinə görə vaxt gələcək peşiman olacaqsan. Onda da gec olacaq”...  Başıma bir qapaz vurdum.

- Bu da sənə azdı, Ağamir. Bax, o vaxt əgər sən Qara Məhərrəmin arvadını özünə məşuqə eləsəydin, indi belə yanmazdın...

Bu vaxt blokdan Ceyran xanım çıxdı. O, bu gün əvvəlkindən bərli-bəzəkli geyinmişdi. Yəqin özünü təzə nazirə sevdirmək üçün... Hiss elədi ki, mən eyvanda dayanmışam. Heç başını qaldırıb yuxarı da baxmadı. ... Atam-qardaşım, Ceyran bu hərəkətilə ürəyimin başına elə köz basdı ki, lap infarkt elədi məni. Gözlərim qaraldı... Qulağımda onun gecələr intim vaxtlarımızda həzin, lirik səslə dediyi sözlər cingildədi:

- Mənim bəyim, sahibim, ömrüm-günüm... Can yoldaşım... Aşqım. Arxam, dayağım.  Sənsiz bu dünyada yaşaya bilmərəm. Danışıb gülmərəm. Hicrandan ölərəm, ölərəm...

Hicrandan da ölmədi Ceyran xanım. Bu gündən təzə nazir üçün doğuldu. Bu gündən yəqin ki, bu sözləri, bu mahnını təzə nazir üçün oxuyacaqdı Ceyran xanım...

Bu vaxt bir xarici, bahalı maşın gəldi. Ceyran xanım nazlana-nazlana mənə yandı-yandı verə-verə həmin maşına minib getdi... Ay dadi-bidad... Ceyran da mənə nankor, naxələf çıxarmış... Dağılasan belə dünya, necə ki, dağılırsan... Mən ki, vəzifədən cəmi bir gündü çıxmışam. atın belindən bir gündü düşmüşəm. İlahi, adamlar niyə belə nankor, nanəcib, namərd, naxələf, bişərəf olurlar? Bu dünyadı? Bu zəmanədi?..

... Beləcə mənim çörəyimlə kişi olub, kişi cərgəsinə, arvad olub arvad cərgəsinə qarışanlar bir-bir binadan çıxıb, getdilər işə. Mən papirosu-papirosa calayıb heykəl kimi durdum eyvanda. Yada saldım olub-keçənləri... Təmənnasız xidmətlərimi. Əvəzini gözləmədən verdiyim tonlarla çörəkləri... Pulsuz-parasız vəzifəyə yüksəltdiyim adamları...

... Beləcə üç ay ötdü, atam-qardaşım. Çıxdım hamının yadından. Düşdüm hamının dilindən, nəzərindən. Unuduldum bir sinif  kimi. Arvad, uşaq tənəsi bir yandan. Arvad zalım qızı da yağsız araba təkəri kimi əcaib-qəraib səslə elə hey deyinir, məni yamanlayırdı:

- Budu sənin çörək verdiyin adamlar? Budu sənin yaxşılıq etdiklərin? Budu sənin çörəyinin duzu? Get, ağlın tökülsün... Milyonları xərclədin onlara.. Axırı oldu?.. Kim qədrini bildi? Kim qiymət verdi sənin xeyirxah işlərinə?.. Elə bilirdin sənə qızıldan heykəl qoyacaqlar? Həy...

İllərlə mənimlə çörək kəsən, mənə həmişə qardaş deyən keçmiş dostlar da harasa buxarlanmışdılar… Bir köpək oğlu zəng vurub soruşmurdu ki, ölmüşəm ya qalmışam. Bir yandan da keçmiş işçilərim, mənə beləqan uddururdular”…

Gördüm yox. Bu binada qalsam, ürəyim partlayacaq. Dərd məni öldürəcək. Hər dəfə məni belə tez unudan namərd, köhnə işçilərimi görəndə, gedib o dünyalıq olub gəlirdim... Ona görə o binadakı bərli-bəzəkli evlərimi dəyər-dəyməzinə satıb, köçdüm başqa yerə. Ancaq vəzifəsiz dözə bilmirdim qardaş... Bərli-bəzəkli kabinetim, rəngbərəng telefonlar, o yaltaq sifətlər, eyş-işrət məclisləri tez-tez yuxuma girirdi, atam-qardaşım. Hövlnak yuxudan ayılırdım, görürdüm ki, evdəyəm, yanımda da keçmiş məşuqələrim yox, arvad uzanıb. Az qalırdı başıma hava gəlsin. Gördüm yox, belə yaşamaq mümkün deyil. Ürəyim partlayacaq. Xosunvay olacam... Onu da yaxşı bilirdim ki, indiki hökmdar da pulu, rüşvəti, yaltaqları, ona məddahlıq eləyənləri çox sevir. Bir ay get-gəldən sonra özümü birtəhər dürtdüm ey onun qəbuluna. Yalvar-yaxar girdim yanına...

, atam-qardaşım, mən qoşuldum axına, unutdum kişiliyi, təmiz adı, vicdanı, qeyrəti.  Fikirləşdim ki, bunlar elə mənə qalıb?.. Açdım sandığı, tökdüm pambığı...

Köhnə iqtidar haqda gizli, xalq bilməyən sirlər, əməllər vardısa, açdım hamısını qoydum ortalığa. Sənə zarafat gəlməsin, mən köhnə iqtidarda əsas aparıcı nazirlərdən biri idim. Bütün dövlət sirlərini, gizli planlarını yaxşı bilirdim. Bir az da üstünə əlavələr eləyib dedim. Hətta onu da danışdım ki, kimi nəyə görə tutmaq olar, kimin günahları var, kimin hansı xarici banklarda qədər pulları var. Kim hansı ölkənin şpionudu. Kimin harda malı, mülkü var. Kimlər- kimlərlə oturub-durur... Əlqərəz xoruz səsi eşitməyən xəbərlər… Sonra da diz üstə çökdüm qarşısında təzə iqtidarın, təzə hökmdarın başladım ağlamağa, yalvarmağa... Bir yarım saat ağlayıb, yalvarandan, sıtğayandan  sonra gördüm kişinin sifəti dəyişdi. Başladı gülümsünməyə. Dedim, Allah, sənə min şükür. Deyəsən yönü bəridi. Mənə diqqətlə baxıb, bığaltı gülümsündü dedi:

- Sən ki, hər şeyi belə açıq-açığına dedin, xoşum gəldi səndən. Yaxşı, bağışladım səni. Keçdim günahlarından. Bir babat verəcəm sənə. Yaxşı vəzifən olacaq. Ancaq bu gündən sonra gərək mənə işləyəsən.

- desəniz, hazıram əlahəzrət, - deyə sevincdən ağladım.

- Bizim bu söhbətimizi heç kim bilməməlidi. Soruşan olsa de ki, elə-belə getmişdim yanına. Heç bir söhbətimiz olmayıb. Heç səni guya mən, qəbul da eləməmişəm. Sonra da bir müxalifət partiyası, bir müxalifət yönlü qəzet yarat. Maliyyə sarıdan korluq çəkməyəcəksən. Ara-sıra məni yüngülvari tənqid elə. Qoy başa düşməsinlər ki, mənə işləyirsən. Bu da bir siyasət oyunudu. Sizin əvvəlki bədbaxt hökumət bunu bilmədiyinə görə çox yaşamadı...

- Baş üstə. Öl desəniz, ölərəm, qal desəniz, qalaram. Həmişə sizə sadiq olmağıma and içirəm, əlahəzrət. Ey  Yer üzünün Allahı. Parlaq günəşi.

- Özün bil. Sadiq olmasan, özündən küs. Bayaqdan danışdıqlarının hamısı çəkilib lentə yazılıb...

-  And içirəm sizə, ey böyük şəxsiyyət. Həmişə sizə sadiq olacam. Axı mən o biri iqtidarın komandasında olsam da, sizin gəlişiniz üçün çox çalışmışam. Bunu sizinkilər yaxşı bilir...

- Hamısmı deyiblər mənə. Elə ona görə səni qəbul elədim... Özüm bu altı-yeddi  ayda səni nəzarətdə saxlatdırmışdım ki, görüm neynirsən. Kiminlə çaşqa-loşkasan. Kiminlə görüşürsən...

- Sizin hər sözünüz bundan sonra mənim üçün qanundu, ey böyük hökmdar. Lap Quran ayəsi, ən müqəddəs, sımavi kitablar kimi. əmr versəniz, canla-başla eləyəcəm. Öl desəniz öləcəm, qal desəniz qalacam. vaxt desəniz, bir qul kimi qəbulunuzda hazıram.

- Daha bura gəlib-getməyin lazım deyil. Müxalifət yatmayıb. Tükü-tükdən seçir... Bir tərəfdən xarici səfirliklər,.. Xarici kəşfiyyat... Olar quşu gözündən vururlar.

- Başa düşdüm...

- Ancaq lazımsa, mənim adamlarım gətirib sənə çatdıracaqlar. Kimi söymək, kimi tənqid eləmək, kimi xalqın gözündən salmaq... isə, hər şeyi... Gedə bilərsən!

Kişiyə bir daha etibarını göstərmək üçün cani-dillə təzim edib otaqdan çıxdım. Özü daldalı...

...İlahi, sənə min şükür. Onda deyirlər ki, su gələn arxa bir gələr. Yadıma saldım köhnə işçilərimi. Ağız-burnumu çeynəyə-çeynəyə dedim:

- Ax, köpək uşaqları... İndi görün mən sizin ananızı... , atam-qardaşım, indi təzə partiya yaratmışam. Bütün qohum-əqrəbamın, iy dəyənlərimin hamısmı eləmişəm həmin partiyanın üzvü. Hərəsinə bir dükandan, şadlıq evindən, benzin doldurma məntəqəsindən... canım sənə desin, hardan ki, yaxşı pul çıxır, açıb vermişəm, işlədirlər. Mənim haqq-hesabımı da vaxtlı-vaxtında gətirib çatdırırlar. Yaxşı bir ad da qoymuşam partiyaya: “Vətən ağrıları”. Eyni adlı bir qəzet təsis eləmişəm. Yaxşı bir vəzifəm var. Bu seçkidə Millət Vəkili olacam... Kişi söz verib. Adımı da müxalifətçi kimi siyahıya saldırıb. , atam qardaşım, indi tutmuşam həyatın nəbzini. Bolluca rüşvət alıram. Vəzifələrə adam da qoydururam. Vəzifələrdən adamlar da çıxartdırıram. Doydaq Saməddindən , Qara Məhərrəmdən , Ceyrandan da hayıfımı almışam. Hamısını işdən çıxartdırmışam. Deyirlər indi Ceyran barlarda “it döyür”. Hətta Qara Məhərrəmin arvadına, arvadının bacılarına da kişiliyimi sübut eləmişəm... İndi Qara Məhərrəmin arvadı dərdimdən dəli-divanədi. Özünü , bacılarını da partiyanın üzvü eləmişəm. Hətta Qara Məhərrəmdən ayırmışam ayrıca villa alıb vermişəm yaşayır orda. Qara Məhərrəm isə indi küçədə veyil-veyil gəzir.

Müxalifətdən, iqtidardan da kimi söymək, kimi millətin gözündən salmaq, baykot eləmək lazımdısa, kişi xəbər göndərir, mən qara-qışqırıq, haray-həşir salıram. Əvvəl öz qəzetim, sonra da başqa qəzetlər, saytlar, radiolar, televiziyalar başlayır mənim sözlərimi yazmağa, deməyə. Sonra bir qrup adamlar ki, əlimin altında saxlayıb, pul verirəm, onlar da başlayır mənimlə həmrəy olmağa. Sonra da kütlə qarışır bizə... Başlayırıq mitinqlərə, küçə yürüşlərinə, səfırliklərin qarşısında çıxışlara. Hamı başlayır mənim sözlərimi deməyə... Ona görə indi məmləkətdə olmuşam millət üçün yanan-dönən beş kişidən biri. Tutmuşam həyatın nəbzini, qarışmışam axına. Yoxsa kişilik, qeyrət, Vətən dərdi, millət dərdi. Bunlar hamısı boş kitab, qəzet sözləridi atam qardaşım. Vəzifə hər şeyi əvəz edir. Hətta, canım sənə desin, kişiliyi , qeyrəti . Vəzifəyə görə lap yeri gəlsə, Vətəni , torpağı da, milləti sataram. Mən vəzifəsiz olanda, gördüyümü görmüşəm...

Məgər mənə qalıb bu millətin dərdi-səri?.. Hamısı  boş şeydi. Təki vəzifən, pulun, xarici ölkələrdə şirkətlərin, villlalrın, hotellərin, böyük biznesin olsun. Bir arxanda dayanan bir dağ. Hansı ki, ona söykənib istədiyini eləyə biləsən. Qalanları hamısı öz-özünə düzələcək.

İndiki zəmanədən baş çıxarmağın yeganə üsulu budu, atam-qardaşım.

 

Dərbənd  şəhəri

 

10 avqust, 1999-cu il

 

Ağalar  İDRİSOĞLU

 

Azad Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.- S.6.