Xuraman xanım Muradovanın ad gününə, yeni uğurları

 

Xuraman xanım Muradova- sahibkar, xeyriyyəçi, adamı, Türk dünyasıOnur-Şərəfmedalı mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Türkiyə İlisam Birliyinin üzvü, “VektorBeynəlxalq Akademiyasının fəxri professoru, çox istedadlı  yazar vəoxucular tərəfindən sevilə-sevilə qarşılananSənə məktub yazacamkitabının müəllifidir. Sözlərinə bəstələnən mahnılar, “Sənə məktub yazacambaşda olmaqla, bütün mahnıları  xalqın sevə-sevə qulaq asdığı mahnılardır.

Birinci İkinci Qarabağ müharibələri gedən vaxtı əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi insan hər zaman qazilər, şəhidlər ailələrinə təmənnasız dəstək olan Xuraman xanım  Muradova məhz bu xeyirxahlığına, maraqlı, peşəkar, istedadlı yazılarına görə oxucular tərəfindən həmişə  sevilir. Yüksək  vətənpərvərlik  notlarıüzərində köklənən hər bir çıxışı rəğbətlə qarşılanır.

Son beş ildə bədii yaradıcılıqla daha ciddi məşğul olan Xuraman xanımın yazdığı şeirlər, poemalar, nəsr əsərləri, aforizmlər oxucuların böyük marağına səbəb olur. Bir daha vurğulayırıq ki, onun sözlərinə yazılan mahnılar isə dinləyicilərin sevə-sevə qulaq asdığı mahnılardır.

2023-cü ilin avqust ayının 22-də Xuraman xanım Muradovanın doğum günüdür.

Əziz oxucular! Xuraman xanım Muradovanın  Birinci İkinci Qarabağ müharibəsinə həsr etdiyiNəbi Həcərpoemasını ad günü ərəfəsində sizə təqdim edir, onu bu  əziz gün münasibətilə təbrik edib, çoxsaylı oxucularımız adından  can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.İnanırıq ki, əvvəlki şerirləri kimi bu poema da sizin xoşunuza gələcək seviləcək.

 

 

      NƏBİ    HƏCƏR  DASTANI

 

                         (Poema)

 

        Birinci ikinci Qarabağ müharibəsinə həsr olunub.

 

əvvəli ötən saylarımızda

 

Müharibə istədi xalq ayağa duraraq,

Oğullar qisas dedi izdihamı yararaq.

Növbə ilə adları yazıldı siyahıya,

Hər kəs qoşuldu birgə bu müqəddəs haraya.

Hazır idi döyüşə Nəbi hərbiçi kimi,

Ürəkdən sevinirdi cəsur döyüşçü kimi.

Azad olacaq idi işğaldakı torpaqlar,

Neçə illik həsrətə son qoyacaqdı onlar.

Rütbəli zabit kimi, Xüsusi Təyinatlarda,

Nəbi təmkinli idi, hər yerdə, hər bir halda.

Aprel döyüşlərinin igid, qəhrəman oğlu,

Qbudalının sevilib, cəsur  tanınanoğlu,

Mais Barxudarov tək, igid General mayor,

Vətənsevgisi  əzəl gündən ona oldu yar.

Lələtəpə uğrunda gedən döyüşlərdə o,

Tank üstündə getmişdi birinici cərgədə o,

Əsgərlər generalın  bu qorxmaz döyüşündən,

İlham alırdı sanki tutduğu hər işindən.

Aprel döyüşlərinin rəhbərlərindən biri,

Vətən müharibəsinin mükəmməl komandiri,

Əzəmət, vüqar hissi Hikmət Mirzəyevin ,

Dərindən kök salmışdı onun saf  gözlərində

Adı xalqın qəlbində, Şuşa fatehi kimi,

Vətən eşqi ucaltdı, oldu xalqın hakimi.

Belə generalların Nəbi ilə görüşü,

Nəbiyə qanad verdi sevdirdi bu döyüşü.

Nəbinin hünərindən hər ikisi xəbərdar,

Ona döyüş yolunda eylədilər etibar

Beləliklə, Nəbi Xüsusi təyinatlarda

Birləşərək döyüşə atıldı ağır anda.

Sevinərək qabaqda gedirdi  döyüşlərin,

Hər kəs aydın görürdü bu igidin hünərin.

Neçə il işğal altda inləyən torpaqların,

Həsrətdən gözlərində yaş donan insanların,

Ah-naləsi qalmışdı hər dağda, hər dərədə,

Onları da düşündü Nəbi bu vaxt bu vədə.

Nəbini hər kəs sevir, bu rəşadət, bu şanla,

Hətta Hikmət Mirzəyev görüşmüşdü onunla.

Bacısı Həcər həkim arxa cəbhədə idi,

Hər gün ağır xəstələr, yaralılar gəlirdi.

Ölümdən qurtarırdı bəzən ağır xəstəni,

Yatmırdı bütün günü, dincəlmirdi gecəni.

Tez-tez danışırdı o qardaşı Nəbi ilə,

Ona dayaq olurdu xoş sözlü diləyiylə.

Vətən torpaqlarında müharibə  gedirdi,

Hər gün rayonlar, kəndlər, hey azad edilirdi.

Hər gün şəhid xəbəri, ölüm ilə üz-üzə,

Zəfərimiz uğrunda gedirdi mübarizə.

Artıq azad olmuşdu Füzuli, Suqovuşan, 

Cəbrayılla Qubadlı, bir gözəl  Zəngilan.

Hər gün ölkə başçısı xəbərləri verdikcə,

Cəsur öğullarımız torpaq azad etdikcə,

Fərəhlənir, sevinir hamı ayağa durur,

Azadlığın eşqiylə ürəklər eyni vurur.

Ağdamın, Ağdərənin alınması xəbəri,

Bürüyür bircə anda, bürüyür hər bir yeri.

Hətta xaricdə olan soydaşlar da sevinir

Hamı bu şad xəbərə xoş danışır, xoş dinir.

Noyabrın 20-si Ağdam alınan günü,

Hamı bayram eylədi sanki bu toy-düyünü.

Kəlbəcər, Laçın haqda  danışıqlar gedirdi,

Bu rayonlar döyüşsüz azad ediləcəkdi.

Silahsız, döyüşmədən alınaraq bu yerlər,

Qəhrəman Ordunuza sakit təhvil verdilər.

Ağdam, Laçın, Kəlbəcər  qurtulmuşdu işğaldan,

Qurtulmuşdu o zalım düşmənin caynağından.

Əsir düşmüş Xocalım, Xankəndim, Xocavəndim,

Mədəniyyət beşiyi Şuşadır bazubəndim.

Onları almaq üçün dəstələndi oğullar,

Yenə əmir gəldi, dayanın dedi onlar.

Bu xəbərdən məyusluq duysa da döyüşçülər,

Ancaq döyüş əmrinə onlar hazır idilər.

Ermənilər yenə hiyləyə əl ataraq,

Laçına gələn yolda qoşunuyla yataraq,

Fikirləşdilər yalnız ya Qırmızı Bazardan,

Ya da Laçın tərəfdən keçəcəklər oradan

Düşündülər başqa yol yoxdu Şuşaya girmək,

Buna ağıl lazımdı, bir dərin düşünmək.

Belə ağlın sahibi Hikmət Mirzəyev idi,

Qayalarla Şuşaya girmək əmrini verdi.

Xüsusi Təyinatlıların rəisidi bu igid,

Vətənimin ürəyi,nəfəsidi bu igid.

Bizim cəsur igidlər tez Daşaltı tərəfdən

Sıldırım qayalara dırmaşaraq hər yerdən.

Yeriyib düşmən üstə, əllərində bıçaqla,

Yorulmadan getdilər tək piyada ayaqla,

Uzun bir yol keçərək, qorxu bilmədən onlar

Kəsib düşmən üstünü bir anlıq dayandılar.

Bircə güllə atmadan, sakit irəliləyərək,

Düşmənin həmləsini darmadağın edərək

Düşmən gözü bərəlmiş, mat qalmışdı bu işə,

Bu qəfləti hücumdan düşmüşdülər təşvişə.

İndi tanıdı onlar Azərbaycan oğlunu,

Azərbaycan igidi sübut etmişdi bunu.

Pərən-pərən olmuşdu dığalar  bircə anlıq,

Onlara bu basqılar qalmışdı çox qaranlıq.

Gəbərmişdi it kimi meyitləri hər yanda,

Qalanları qaçaraq gizlənmişdi qınında.

Qurtarmışdı Şuşamın canı mənfur düşməndən,

Rahat nəfəs alırdı doğma olan bu vətən.

Ali Baş Komandanın səsi gəldi efirdən,

Şuşamız alınıbdıdeyə səsləndi birdən.

Sevinirdi xalqımız, sevinirdi hər bir kəs,

Yayılmışdı hər yana bu vətən haraylı səs.

Komandir Mirzəyevin döyüş əmri səsləndi,

Hazırlaşın bu gecə alınmalıdı Xankənd,

Sonra onun dalınca alınmalı Xocavənd!

Girmişdi Xankəndinə,  alınmışdı yarısı,

Alınacaqdı sonra Xocalının qisası.

Lakin imkan vermədirusun sülhməramları”,

Yenə oyun oynadı imperiya tulaları.

Dözmədi haqsızlığa igidlərimin qanı,

Uca dağlar aşaraq tez aldılar Şuşanı.

Bu silahsız dəstələr, xüsusi təyinatlar,

Əlbəyaxa döyüşüb düşməni susdurdular.

Aldılar Şuamızı Nəbigilin dəstəsi,

Yayıldı hər bir yana qələbənin son səsi.

 

Ardı var

 

XURAMAN  MURADOVA

 

Azad Azərbaycan.- 2023.- 7 sentyabr.- S.8.