Xuraman xanım Muradovanın

ad gününə, yeni uğurları

 

Xuraman xanım Muradova- sahibkar, xeyriyyəçi, iş adamı, Türk dünyası “Onur-Şərəfmedalı mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Türkiyə İlisam Birliyinin üzvü, “VektorBeynəlxalq Akademiyasının fəxri professoru, çox istedadlı  yazar vəoxucular tərəfindən sevilə-sevilə qarşılananSənə məktub yazacamkitabının müəllifidir. Sözlərinə bəstələnən mahnılar, “Sənə məktub yazacambaşda olmaqla, bütün mahnıları  xalqın sevə-sevə qulaq asdığı mahnılardır.

Birinci və İkinci Qarabağ müharibələri gedən vaxtı əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi insan və hər zaman qazilər, şəhidlər ailələrinə təmənnasız dəstək olan Xuraman xanım  Muradova məhz bu xeyirxahlığına, maraqlı, peşəkar, istedadlı yazılarına görə oxucular tərəfindən həmişə  sevilir. Yüksək  vətənpərvərlik  notlarıüzərində köklənən hər bir çıxışı rəğbətlə qarşılanır.

Son beş ildə bədii yaradıcılıqla daha ciddi məşğul olan Xuraman xanımın yazdığı şeirlər, poemalar, nəsr əsərləri, aforizmlər oxucuların böyük marağına səbəb olur. Bir daha vurğulayırıq ki, onun sözlərinə yazılan mahnılar isə dinləyicilərin sevə-sevə qulaq asdığı mahnılardır.

2023-cü ilin avqust ayının 22-də Xuraman xanım Muradovanın doğum günüdür.

Əziz oxucular! Xuraman xanım Muradovanın  Birinci və İkinci Qarabağ müharibəsinə həsr etdiyiNəbi və Həcərpoemasını ad günü ərəfəsində sizə təqdim edir, onu bu  əziz gün münasibətilə təbrik edib, çoxsaylı oxucularımız adından  can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu ediriknanırıq ki, əvvəlki şerirləri kimi bu poema da sizin xoşunuza gələcək və seviləcək.

 

                                      NƏBİ  və  HƏCƏR  DASTANI

 

                                                 (Poema)

əvvəli ötən saylarımızda

 

              Birinci və ikinci Qarabağ müharibəsinə həsr olunub.

 

Şuşa həbsxanası...

Var burda neçə dustaq.

Neçə ölüm kürsüsü,

Neçə ömürdan qıraq.

Öz doğma torpağında,

Gavur düşmən əlində

Neçə ildi sevdiyi.

Vətən sözü dilində.

Nəbi öz dəstəsiylə,

Açır dustaqxananı.

Açır ürək ağrıdan,

Ölüm qoxan zindanı.

İçərdə yeddi nəfər

Qocalıb əldən düşmüş,

Qoca döyüşçülərdi,

Hər birisi qəhrəman,

Hər birisi bir ərdi.

Birinci müharibədən

Əsir düşmüş igidlər.

Hər gün can verə-verə,

Hər gün ölmüş igidlər.

Neçəsi həlak olub,

Vidalaşmış həyatla.

Neçəsin sağ aparmış,

Düşmən çox ehtiyatla.

Nəbi onları tutur sorğu-suala bir-bir,

Hardan, kim olduqları haqda xəbər öyrənir.

Bir qoca əldən düşmüş dustağın adı Nəbi,

Yoldaşın adı Həcər, oğlunun adı Nəbi.

Soruşanda söyləyir, “Qubadlıdanam oğul,

Mollu kəndindənəm, əslən ordanam oğul”.

Eşitdikcə Nəbinin ürəyi tir-tir əsir,

Ola bilməz bu qədər insan sağ qala əsr.

Bu atasıdır onun, ölməyib sağ qalıbdı,

Atasının yerinə kimsə şəhid olubdu.

Hətta qəbrin üstünə yazılıb ad-soyadı,

Əsir olan bu ata daşıyıb şəhid adı.

Atılır atasının üstünə dərhal onun-

Qucaqlayıb öpərək sevələyir boyunu.

Ata-bala sevinir bu qəfləti görüşə,

Yanındakı dostlar da mat qalmışdır bu işə.

Tapşırır dustaqları hərbiçi yoldaşlara,

Tez aparın onları, çatdırın doğmalara.

Atanın vəziyyəti bu an çox kəskinləşir,

Eşitdiyi xəbərdən halı bir az pisləşir.

İnanmır qarşısında onun oğludu duran,

İnanmır sinəsində ürəyidi sağ vuran.

Xəbər tutur bu işdən Hikmət Mirzəyev bu an,

Dərhal tədarük görür fövqə getməyir zaman.

Zəng edərək Nəbiyə Bakıya getmək üçün,

İcazə verir ona dərdinə yetmək üçün.

Atanı aparmağa Helekopter göndərir,

Bu barədə Nəbiyə dərhal xəbər də verir.

Beləliklə, Nəbini Bakıya gətirirlər,

Xəstəxanaya onu dərhal yerləşdirirlər.

Sağalmasına onun çox az bir ümid  qalmış,

Ömrünün çoxu getmiş, əsirlikdə qocalmış.

Bacısına xəbəri çatdırır ehtiyatla,

Tələsir burda zaman, dəqiqəylə, saatla.

Həkimlərlə bərabər göstərir qulluq ona,

Çoxdandır həsrət qalmış sevimli atasına.

Hazırdı oğul kimi canından can verməyə,

Allaha dua edir ona kömək etməyə.

Atasına sevərək qulluq eyləyir Nəbi,

Xoş arzu, xoş sözləri ona söyləyir Nəbi.

O, ata sevincini yaşayır çox qürurla,

Atası bu sevinci yarı bölür onunla.

Sığallayır başını sinəsinə sıxaraq,

Ata-oğul sevinclə bir-birinə baxaraq.

Atanın sağalması gün-gündən irəliləyir,

Hər kəs bu xoş gün üçün çoxlu dua eyləyir...

                  ***

Oğul Nəbi evlənib, qız Həcər  ərə getmiş,

Nəbi oğluna Nəbi, qız Həcər adın vermiş.

Beləcə nəvələr də ata-baba adını

Saxlamışdı hər biri doğma ad, soyadını.

Eyni sənət, eyni ad

Yazılır onların da

Ömürlərinə heyhat...

Ata Nəbi bu ağır xəstəlikdən sağalır,

Hər kəsin köməyiylə  artıq ayağa qalxır.

Oğul fikirləşir ki, atası sağalıbdır,

Ananı gətirməyin artıq vaxtı çatıbdır.

Oğul tez anasının başın üstün kəsdirir,

Onu bu müjdə üçün aparmağa tələsir.

-“Ana, ay ana, sənə gözəl bir xəbərim var,

Amma heç nə soruşma, hər şey bilincə nolar.

Əynini gözəl geyin, birgə gedək mənimlə,

Unudaq qəm-kədəri, deyək-gülək mənimlə.

Gətirir anasını atasıyla görüşə,

Bütün qohum-əqraba sevinirlər bu işə.

Xəstəxanaya girən, ana bir anlıq çaşır,

Xəyalları çox olan keçmişində dolaşır.

Nəbi sevincək halda anasına üz tutub,

Qəlbindəyaşatdığı ata dərdin unudub...

Başına gələnləri danışır anasına,

Sanki bir həyat verir  gülüzlü sonasına.

Ana inana bilmir gəlib  yar görüşünə,

Neçə illik həsrətin, sevginin səcdəsinə.

Gözlərinə inanmıro cavan Nəbisindən,

Bir əsarət qalmamış, onun gözəl sinindən.

Yenə də inanmayıb çox tərəddüt eyləyir,

Nəbi çox cəsarətlə ona belə söyləyir:

-Deyirdin ki, nə zaman itsən səni tapacam,

Boynundakı xalından mən səni tanıyacam”.

Həcərin gözlərindən yaş sel kimi axırdı,

Neçə illik həsrətin gözlərinə baxırdı.

Allahına şükr edib düşür ayaqlarına,

Göz yaşlarıyla baxır  boynundakı xalına.

Sevincdən qışqıraraq, bizim Nəbidir, deyir

Qarşında diz çökərək ona səcdə eyləyir.

-Yuxuma çox gəlmisən, sağ olmağın bilirdim,

Sanki hər gün, hər gecə yolunu gözləyirdim.

İnanmırdım o şəhid məzarı sənin idi,

Sanki yad bir insanın olması bəyan idi.

Fəxr edib inanmışdım şəhid olmusan deyə,

Yığılmırdı yollardan ancaq gözlərim niyə...

Otuz ildi mən səni şəhid kimi bilsəm də,

Gizlin-gizlin ağlayıb, gizlin-gizlin ölsəm də...

Bilirdim ki,  hislərim, yuxum yalan deyilmiş,

Mənim Nəbim  sağ imiş, mənim Nəbim ölməmiş.

Daha vermərəm səni bil, ölümün əlinə,

Batmarıq heç bir zaman qəm-kədərin selinə.

Daha qorxma ölümdən, mən ölüncə qulunam,

Yenə həmin Həcərin, yenə həmin sonanam.

                              ***

Nəvə Nəbiylə Həcər dolanırlar başına,

Babanın göz yaşları qarışır göz yaşına.

Allahına üz tutub bu xoşbəxt günü üçün,

Baba dua eyləyir onlara baxıb hər gün.

Nə yaxşı ki, ölmədim bu günləri də gördüm,

Övladlarımın bu gün şirin barını dərdim.

Oğlum Nəbiylə qızım Həcərin övladları,

Nəbi, Həcər adını bölüblər mənlə yarı.

Maşallah böyüyüblər onlar da bizim kimi,

Olacaqlar bu nəslin baş tacı, baş hakimi.

Baba Nəbi haqlıydı  dediyi hər sözündə,

Oğlu, qızı, nəvələr bir dünyaydı gözündə.

Hər birisi  Həcərdi, hər birisi Nəbiydi,

Sənətləri də eyni, adları da eynydi.

Bu heyranlıq içində baba Nəbiylə, Həcər,

Yaşadılar bir müddət, yaşadılar bəxətəvər.

Artıq nəvələri də ali təhsil alırdı,

Onların hər birisi doğma Bakıda qalırdı.  

Qocalmışdı baba da, qocalmışdı nənə də,

Bu qocalıqdan baxıb, fəxr edirlər yenə də.

Artıq babayla  nənə  nəvə toyu istəyir,

Çağırıb oğlun, qızın bir məsləhət eləyir.

Ata-oğul Nəbilər, ana Həcər, qız Həcər,

Otururlar üzbəüz, açılır saf ürəklər.

Ata Nəbi başlayır sözünə çox ahənglə,

Nənə Həcər bu sözə naxış vurur min rənglə.

Ay bala, nəvə toyu istəyir ürəyimiz,

Daha  Allahdan bizim yox başqa diləyimiz.

Çox şükür ki, nəvələr boya-başa çatıblar,

Evlənmək vaxtlarıdır, artq yaşa çatıblar.

Könlümüzdən keçir ki, onları evləndirək,

Bibiqızı, dayıoğlun bir yerdə xoşbəxt edək.

Razılığın  alsaydıq toylarını edərdik,

Biz də ki, bu dünyadan  rahat ölüb gedərdik.

Hər iki bacı qardaş bu sözdən xoşhalolur,

Ürəkləri açılır, gözlər sevinclə dolur.

Demə Nəbiylə Həcər bir-birini sevirlər,

Ancaq ata-anadan bunları gizlədirlər.

Xeyir-duasın edib dayoğlu, bibiqızın,

Şamını yandırılar bir cüt yanar ulduzun.

Şükür edir Yaradana, şükür edir valideynlər, 

Taleyin xoş gününə  ürəkdən sevinirlər. 

Həyat verir onlara, övladların sevgisi,

Yayılır hər bir yana bu taleyin xoş səsi.

Nəvə Nəbiylə, Həcər xoşbəxt həyat qururlar,

Baba Nəbiylə Həcər ömrü başa vururlar.

Burada başa çatır bizim də dastanımız,

Qoy bəxtiyar yaşasın bütün cavanlarımız!

 

Bakı şəhəri,

iyun-iyul - 2022- ci il

 

XURAMAN  MURADOVA

 

Azad Azərbaycan.- 2023.-14 sentyabr.- S.8.