Nüvədiyə son səfər

 

Ermənilərə əsir düşməkdən necə xilas olduq...

 

Nüvədinin işğalından 32 il ötdü...

 

1991-ci ilin avqustunda ölkə jurnalistləri Prezident Aparatı tərəfindən  niyə təcili olaraq Zəngəzurda sonuncu olaraq qalmış Azərbaycan kəndi Nüvədiyə ezam edilmişdilər?

 

Uşaqlar cəld maşınlara əyləşdilər. Komandir onun tankçı heyəti əllərini havada yellədərək, bizi yola saldılar. Mən komandirin bir qədər əvvəl ratsiya ilə dediyi, bayaqdan bəri beynimdə dolaşanhələ burdadırlar, çatarsınız...” sözlərini unutmayaraq, sürücüdən xahiş etdim ki, qədər mümkündürsə, maşını sürətlə sürsün. Bizim arxamızca gələn maşın da sürəti artırdı.

Yalnız geri qayıdarkən yolda bildim ki, bizi müşayiət edən maşınların hər ikisində ehtiyat silahımız var imiş. hər şey - həyəcan, narahatlıq arxada qaldıqdan biz sağ-salamat Zəngilana çatdıqdan sonra dostum Tahiri kənara çəkib, ona hansı ağır sərgüzəştdən qurtardığımızı bildirdim. O isə əlini çiynimə vurub, razılıqla dedi: “Əhsən, komandir kimi hərəkət elədin, onlara yaxşı kələk gəldin, yoxsa vəziyyətimiz çox pis olacaqdı...”.

Yalnız bir-neçə gün sonra Nüvədidən olan bir nəfər bizə bildirdi ki, “Siz kənddən çıxandan 20-25 dəqiqə sonra hardansa hərbi postun yaxınlığında erməniboyevikləripeyda olmuşdu”. Onlar biz jurnalistləri girov götürmək üçün gəliblərmiş, ancaq... gecikmişdilər. Daha doğrusdu, biz həbçilərin başını qatıb, vaxtında aradan çıxa bilmişdik. Yoxsa taleyimiz heç yaxşı olmayacaqdı.

 

V.Polyaniçkonun hərbçilər Nüvədinin

rəhbərləri üçünsəhra məhkəməsi

 

Zəngilana çatar-çatmaz bizə məlumat verildi ki, Azərbaycan KP MK-nın ikinci katibi, 1990-cı ildən etibarən Dağlıq Qarabağ üzrə Təşkilat komitəsinin rəhbəri olan Viktor Polyaniçkonun hərbçilərlə Nüvədi kəndinin rəhbərləri ilə - kolxoz sədri, kənd soveti sədri ağsaqqalları ilə görüşündə biz jurnalistlər iştirak etməliyik (deməli, bizim təcili olaraq Zəngilana, Nüvədiyə ezam olunmağımızın əsas məqsədi bu imiş?..)

V.Polyaniçko ilk əvvəl Culfa polkunun komandiri olan generalın Nüvədidə ətraf ərazilərdə olan vəziyyətlə, erməniboyevik”lərinin zərərsizləşdirilməsi ilə bağlı məlumatını dinlədi.  Hiss olundu ki, generalın raportu V.Polyaniçkonu açıq-aşkar qane etmədi o, polk komandirini erməni ekstremistlərinə qarşı passiv müqavimət göstərməkdə, zərərsizləşdirmə tədbirlədrini ləng zəif aparmaqda təqsirləndirdi. Bu zaman Nüvədini qorumalı olan, ailəsi Meğridə yaşayan rota komandirinin zabitə yaraşmayan bir tərzdə gözlənilmədənmən bu hiyləgər ermənilərdən qorxuram, onlar mənim ailəmə zərər yetirərlərdeməsi öz əsgərləri ilə daha Nüvədidə qalmaq istəyində olmaması, kəndi müdafiəsiz qoymaq fikri V.Polyaniçkonu az qala şoka salaraq, hövsələdən çıxartdı:

- Sən, sovet zabiti, dediyinin məsuliyyətini heç başa düşürsən? Nüvədinin silahsız camaatı ermənilərdən qorxmur, sən isə silahlı əsgərlərinlə onlardan qorxursan? Bizə lazım deyil sənin kimi komandir, - deyib əsəbiliklə generala göstəriş verdi ki, bu qorxaq zabit barədə ciddi tədbir görsün.

Əsəbini güclə cilovlayan V.Polyaniçko generala Nüvədinin müdafiəsini gücləndurməyi tapşıraraq, hərbçilər getdikdən sonra kəndin rəhbərləri nüfuzlu ağsaqqalları ilə söhbəti davam etdirdi. Lakin müzakirə xarakterli busöhbət sakit alınmadı. Kolxoz sədrinin kənd  soveti sədrinin Nüvədidəki vəziyyətlə bağlı məlumatı da V.Polyaniçkonu qane etmədi. Kənd rəhbərlərini tam obyektiv məlumat verməməkdə, bəzi faktları bilərəkdən gizlətməkdə, kənd camaatının köçürülməsində vasitəçi olmaqla təxribatçılıqda günahlandıraraq, kəndin ayrı-ayrı evlərinin ermənilərə satılması, bir-neçə ailənin kənddən çıxaraq Bakıya köçməsi, bütün bunlarda kənd rəhbərlərinin əlinin olması ilə bağlı konkret faktları sadaladıqda ümumi vəziyyətin heç yaxşı olmadığı aydınlaşdı. V.Polyaniçko onlara da kəndin qorunub-saxlanılması ilə bağlı qəti konkret tapşırıqlar verdi. Son tapşırıq bu oldu ki, kənddən bir nəfər çıxmamalı, köçməməlidir.

Ancaq çox təəssüflər ki, elə həmin gün gecə saat 4-də əvvəlcə hərbçilər, onların ardınca isə köməksiz qalan kənd camaatı Nüvədini həmişəlik olaraq tərk etdilər.

 

Nüvədinin acı taleyi Kommunist

partiyasının Proqramında nəzərdə tutulmuşdu?

 

Gecə Nüvədidən qatarla qayıtdıqdan sonra mənimNüvədinin acı taleyiadlı geniş məqaləmVışkaqəzetində dərc edilmişdi (nədənsə, digər həmkarlarımın yazıları heç yerdə çap olunmamışdı). Qəzetin o vaxtkı redaktoru Yuri İvanov (o, uzun illər Bakıda yaşayıb-işləmişdi) mövzunun həmin dövr üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Nüvədidən olan reportajıTəcili ezamiyyətrubrikası ilə ardı sonrakı səhifədə verilməklə qəzetin ilk səhifəsində yerləşdirmişdi. Redaktorun həmin yazıda mənim Sovet hərbçiləri, hüquq-mühafizə orqanları digərləri ilə bağlı ittihamlar səsləndirdiyim hissələri ixtisar etməyib, saxlaması onun da bir Azərbaycan vətəndaşı kimi bu yurdun təəssübkeşi olduğunu təsdiq edirdi. Ancaq, düzü, indi bilmirəm, o, həmin yazını bilərəkdən qəzetin o cür tərtibatı ilə vermişdi, yoxsa bu, təsadüfən elə alınmışdı. Lakin diqqətlə fikir verəndə başa düşülür ki, yox, o, bunu xüsusi olaraq belə etmişdi. Məsələ onda idi ki, adətən Kremllə bağlı xəbərlər, Kommunist partiyasının proqram tədbirləri qəzetin ilk səhifəsindən başlayaraq yerləşdirilərdi (o vaxt Moskvadakı 18-21 avqust qiyamından hələ xəbər-ətər yox idi). Bu dəfə isə redaktor Kommunist partiyasının yeni proqramına yox, Azərbaycanın taleyi ilə bağlı olan yazıya üstünlük vermiş, Kremlin materialı (özü yeni Proqram!) barədə isə 2-3 cümləlik anons verməklə kifayətlənərək, oxuculara onunla qəzetin 3-4-cü səhifələrində tanış olmağı məsləhət görmüşdü. Bu, redaktor tərəfindən atılan cəsarətli bir addım idi.

  qəzetin birinci səhifəsi elə tərtib olunmuşdu ki, iri hərflərlə verilmişÎ ïðîãðàììå ÊÏÑÑ» sözlərinin altında «Ãîðüêàÿ ñóäüáà Íþâåäè» başlıqlı yazı gedirdi. Bu, bəlkə redaktorun Moskvaya özünəməxsus etirazı, Nüvədinin acı taleyinin elə Kremlin, “ÊÏÑÑ”-in proqramına daxil olduğuna bir işarə, bir mesaj idi...

Epiloqəvəzinə bilərəkdən sona saxlanılmışproloq ya: “O qatarın dalınca baxma, gücün çatdıqca qaç ona çat!”

Jurnalist dostum Tahir Məmmədovla Nüvədiyə yola düşmək üçün Bakı dəmiryol vağzalına gələrkən Zəngilana hansı qatarın hansı perrondan yola düşəcəyini dəqiq öyrənə bilmədiyimizdən, “Vışkaqəzetinin yol yoldaşımız olan foto-müxbiri Sadıq Həşimovdan xahiş etdik ki, bir qədər irəli gedərək, sonuncu vaqonunun yanında dayandığımız qatarın Şərur qatarı olub-olmadığını vaxt yola düşəcəyini öyrənib bizə bildirsin. Özümüz isə vağzala aşağı hissədən daxil olduğumuzdan relslərin üzərində dayanaraq, Qarabağdakı vəziyyətlə, Nüvədi səfərimizlə bağlı söhbət edirdik. 10-15 dəqiqə keçsə , Sadıqdan heç bir xəbər-ətər yox idi. “Axı, bu Sadıq yenə harda qaldı?” deyə gileylənirdim ki (əslində elə biz özümüz səhlənkarlıq etmişdik), birdən vaqonuna söykənib dayandığımız qatar yerindən tərpəndi. “Qatar getdi!” deyib həyəcanla qışqırmağımla məndən boyca hündür olan Tahir cəld perrona tullanıb, məni dartıb yuxarı qaldırdı biz bütün gücümüzlə sürət götürən qatarın dalınca onun ilk pilləkəninə kimi qaçmağa başladıq. Ona çatmağa az qalsa da, qatar sürəti artırdığından tamburda dayanıb bizə kömək etmək istəyənlərə əlimiz çatmırdı. Nəhayət ki, daha yaxşı fiziki hazırlığı olan Tahir tamburdakıların köməyi ilə vaqona qalxa bildi. Dərd-bəla mənimki idi - əlimi vaqondakılara çatdıra bilmirdim qatarın sürəti daha da artırdı. Mən isə yoldaşlarımdan ayrı düşmək, Nüvədi səfərindən qalmaq istəmirdim. Allahı çağırıb, bütün gücümlə irəli qaçmaqda davam edirdim. Tamburdakılar bir-birindən yapışaraq, əllərini özləri üçün təhlükəli şəkildə mənə tərəf uzadaraq, qüvvəmin tükənməkdə olduğu son anda əlimdən yapışıb, ayaqlarım vaqona çırpıla-çırpıla məni tambura sürütlədilər. Ayaqlarımın kəskin ağrılarına baxmayaraq (onların giziltisi hələ hərdən özünü büruzə verərək, həmin çətin günümü yada salır), Nüvədiyə getməkdən qalmadığıma görə təsəlli tapırdım. o vaxtdan bəri həmişə bu fikirdəyəm ki, gedən qatarın arxasınca aciz-aciz baxmaq yox, var güclə arxasınca qaçıb ona çatmaq lazımdır.

Nüvədinin , əldən getmiş digər yurd yerlərimizin ardınca təəssüflə, peşmançılıqla baxmaq, o yerlərin həsrətilə ah-ufla səslənən mahnılar oxumaq dinləmək yox, itirilmiş, ”gedəntorpaqların ardınca bütün qüvvəmizlə, yaralanıb-ölməyimizə baxmayaraq qaçmalı, geri - o itirdiyimiz yerlərə dönməliyik. Vətən harayına, yurd harayına yetməyin başqa bir yolu yoxdur!.. 

 

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

1981-1993-cü illərdə  Vışkaqəzetinin xüsusi müxbiri

 

Azad Azərbaycan.- 2023.- 14 sentyabr.- S.4.