“OĞULLAR TARİX
YAZIR”
Şəhidim əfsanə, şəhidim
dastan,
Ey şəhid,
alınmaz sən bir qalasan.
Yeni Tarix yazdın, sən qalacaqsan,
Vətən yaşadıqca, yaşıyacaqsan!
Hər ovuc torpaqda, şəhid qanı var,
Gələcək nəsillər, onu qoruyar.
Vətəndə doğulan hər
bir igidin,
Adında
yenidən bir şəhid yaşar!
Səmanda üçrəng vətən
bayrağı,
Adınla
boy atar vətən ovladı,
Qanınla gül açar
vətən torpağı,
Ey şanlı vətənin,
şanlı övladı!
Şəhidim köç etdi,
hamısı nakam,
Dedi: doğulmuşam, səni qoruyam!
Dağına, vuqaram, düzə
torpağam,
Vətənim yaşasa, mən
də yaşaram!
Əzmini
qıramaz, bir mənfur düşmən,
Vətən, əl çəkməyir,
düşmənlər səndən,
Tarixlər yazırsan, yenə
bu gündən!
Qarabağ, azadsan, yenə
bu gündən!
Hər oğul bir evdir,
hər şəhid vətən,
Nə anadan doydun, nə anan səndən.
Ey vətən doğuldun, yenə bu gündən!
Qarabağ doğuldu, yeni tarixdən!
Xalidə Hicran SEYİDOVA
Azad Azərbaycan.- 2023.- 26 yanvar.- S.8.