Sinqapur Milli Universiteti
Yerləşir:
Yaranma tarixi:
1905-ci il
Tipi: Dövlət
İşçi heyəti: 8444 nəfər
Tələbələrin sayı: 33741 nəfər
Rəsmi saytı: www.nus.edu.sg
Sinqapur Milli Universiteti (
Sinqapur Milli
Universiteti mütəmadi olaraq beynəlxalq elmi-tədqiqat
konfranslarında iştirak edir. Zəngin Asiya təcrübəsini
özündə birləşdirən universitet Sakit Okean
regionu Universitetləri Assosiasiyasına, Beynəlxalq Tədqiqat
Universitetləri Alyansına daxildir.
Tarixi
1904-cü ilin
sentyabrında Tan Jiak Kim bir qrup Çin və digər icma
nümayəndələrinə rəhbər təyin edilir. T.J.Kim Streyts Settlmentsin
(Böyük Britaniyanın Cənub-Şərqi Asiyadakı
müstəmləkəsi) qubernatoru Con Andersona müraciət
edərək Sinqapurda tibb məktəbi yaratmaq istədiyini
bildirir. 3 iyul 1905-ci ildə tibb məktəbi
yaradılır və onun adı bütövlükdə
Streyts və Malayziya Federativ Hökumətinin Tibb Məktəbi
kimi qeyd olunur. Məktəbin binası ilə
birgə tibb kitabxanasının binası da tikilir. 1912-ci ildə kral VII Edvard Tibb Məktəbinə
120000 dollar dəyərində yardım edir. 1913-cü
ildə Tibb Məktəbi Kral VII Edvard adına
Tibb Məktəbi, 1921-ci ildə isə təhsil müəssisəsinin
akademik statusunu vurğulamaq üçün məktəb Kral
VII Edvard adına Tibb Kolleci adlandırılır.
1929-cu ildə
malayziyalı gənclərə incəsənət və
ictimai elmlərin öyrədilməsi məqsədilə
Raffles Kolleci yaradılır. 20 il sonra, 8
oktyabr 1949-cu ildə Raffles Kolleci və Kral VII Edvard adına
Tibb Kolleci birləşdirilərək Malaya Universiteti
açılır. Bu iki təhsil
müəssisəsi Malayziya Federasiyası və Sinqapur sakinlərinə
ali təhsil vermək məqsədi ilə
birləşdirilir. Malaya Universiteti sürətlə
inkişaf etməyə başlayır, lakin 1959-cu ildə
Sinqapurda və Kuala-Lumpurda yerləşməklə iki hissəyə
bölünür. 1960-cı ildə
Malayziya Federasiyası və Sinqapur hökumətləri
universitetin statusunu dəyişmək qərarına gəlir.
1962-ci ildə Sinqapurda yerləşən Malaya Universiteti
Sinqapur Universiteti adlandırılır, Kuala-Lumpurda yerləşən
ali təhsil müəssisəsinin adı isə Malaya
Universiteti olaraq qalır.
1980-ci ildə Sinqapurda yerləşən
Sinqapur və Nanyanq universitetləri birləşdirilir və həmin
ali təhsil ocağına Sinqapur Milli
Universiteti adı verilir. Bu hadisə Nanyanq
Universitetinin məzunları və Çin icması tərəfindən
etirazla qarşılanır. Çin
icması Nanyanq Universitetini Çin elminin, mədəniyyəti
və ictimai inkişafının istehkamı hesab edirdi.
Nanyanq Universiteti Çin və Tayvanın hüdudlarından kənarda yerləşən
və Çin təhsili verən yeganə ali təhsil müəssisəsi
idi.
Sinqapur Milli
Universiteti Britaniya təhsil sisteminə uyğun
yaradılıb. 2005-ci ildə 1,9 km2 ərazidə
"Şəhər Universiteti" adlı plana əsasən
universitetin yeni kampusu tikilib. Buraya səkkiz kollec
yataqxanası daxildir. 2007-ci ildə
universitetdə avtomobil və piyadalar üçün nəzərdə
tutulmuş, iki kampusu birləşdirən körpü və
keçid tikilib. Hazırda Universitet şəhərciyinin
inşası davam etdirilir və 2013-cü ildə də yeni
qurğuların tikintisi planlaşdırılır.
Büdcə və təhsil haqqı
Sinqapur Milli
Universiteti hazırda Sinqapur hökuməti tərəfindən
yüksək maliyyə yardımı alır. Universitetin əməliyyat
və infrastruktur xərcləri dövlət tərəfindən
ödənilir, toplanan yardımlar isə tələbələrin
təhsilinin yüksəldilməsinə sərf olunur.
Sinqapur Milli Universitetində
2009-2010-cu tədris ilində tələbələrin təhsil
haqqı bakalavr pilləsində təhsil alan
tələbələr üçün oxuduqları məktəb
və fakültədən asılı olaraq Sinqapur sakinləri
üçün 25620 Sinqapur dollarından (S$) başlayaraq
69600 dollara qədər dəyişib. Əcnəbi
tələbələrin təhsil haqqı isə 28930-73700
Sinqapur dolları təşkil edib. Universitetdə
ən bahalı fakültələr Stomatologiya və Tibb məktəblərindədir.
Burada təhsil haqqı yerli tələbələr
üçün 107160 Sinqapur dolları, əcnəbi tələbələr
üçün isə 116640 Sinqapur dolları təşkil edib.
Universitetin tələbə
yataqxanalarında ödənişlər, şəraitdən
asılı olaraq, biraylıq 325-605 Sinqapur dollarına başa
gəlir. Tələbənin
biraylıq xərci, orta hesabla, belədir: kitab və dəftərxana
ləvazimatları üçün 100-200 Sinqapur dolları, nəqliyyat
üçün (kampus daxilində) 52 Sinqapur dolları, ictimai
nəqliyyat üçün (kampusdan kənar) - 150-200 Sinqapur
dolları, qidalanması üçün (kampus daxilində)
250-350 Sinqapur dolları, şəxsi xərcləri
üçün (geyim, əyləncə və s.) 150-200
Sinqapur dolları.
Sinqapur Milli Universitetində
təqaüd almaq istəyən tələbə universitetə
yazılı ərizə ilə müraciət etməli,
sonradan isə bu təhsil müəssisəsinin seçim
meyarlarına cavab verməlidir. Tələbə
bütün tələblərə cavab verərsə, tələbənin
ailə vəziyyətinə, maliyyə durumuna uyğun olaraq
ona təqaüd və kredit ayrılır. Bununla yanaşı, tələbəyə tədqiqat
işlərində kömək göstərilir. Sinqapur Milli Universitetində tələbəyə
ayrılan kreditin məbləği, təxminən, ildə
3600 Sinqapur dolları təşkil edir. Ümumiyyətlə,
dünyanın başqa universitetlərində olduğu kimi,
burada da tələbələrə müxtəlif məbləğdə
bir çox təqaüd və kreditlər təklif olunur.
Universitet bu gün
Sinqapur Milli
Universiteti Sinqapurun qərbində yerləşən Kent Ric
rayonu ərazisindədir. Bu rayon dinc yaşayış mühitinə
və bol bitki örtüyünə görə seçilir.
Sinqapur Milli Universiteti Kent Ric rayonunda 1,5 km2
ərazini əhatə edir. Bu təhsil ocağı
üç kampusdan ibarətdir: Kent Ric, hüquq fakültəsinin
yerləşdiyi Bukit Timah və tibb məktəbinin yerləşdiyi
Outram kampusları.
Sinqapur Milli
Universitetinin şəhərciklərində tələbələr
üçün yüksək səviyyəli şərait
yaradılıb. Burada 3000 yerlik yataqxanalar, kampus daxilində
həftə boyu pulsuz hərəkət edən avtobuslar
mövcuddur. Yataqxanalarda tələbələrə bir və
ya iki otaq təklif edilir, hər bir otaq telefon, kabel
televiziyası, İnternet, istilik sistemi, paltaryuyan, qurudan
maşınlar və s. ilə təmin olunub. Universitetin ən böyük
yataqxanalarından Kouk Fond Evi, Şahzadə Corc Park, Ric Vyu,
Eusoff, Kent Ric, Kral VII Edvard, Raffles, Sheares, Temaseki
rezidensiyalarını qeyd etmək olar.
Sinqapur Milli Universiteti,
konservatoriya daxil olmaqla, aşağıdakı məktəblərdən
ibarətdir:
İncəsənət və
İctimai Elmlər Məktəbinə Çin dili, Çin
elmləri, media və kommunikasiya, iqtisadiyyat, ingilis dili, ingilis ədəbiyyatı,
fəlsəfə, siyasi elmlər, ictimai fəaliyyət,
psixologiya, sosiologiya, coğrafiya, tarix, Avropa, Yaponiya, Malayziya, Cənubi
Asiya elmləri, teatr fakültələri daxildir.
Biznes Məktəbi
biznes idarəetməsi, menecment (mühasibatlıq) fakültələrindən,
mühasibat, işgüzar siyasət, qərar elmləri, maliyyə,
idarəetmə və təşkilat, marketinq departamentlərindən
ibarətdir. Bu məktəb 1965-ci ildə yaradılıb. Məktəbin proqramına MBA (biznes idarəetməsi
masteri), beynəlxalq MBA və s. daxildir. Sinqapur Milli
Universitetinin Biznes Məktəbi dünyanın bir çox
universitetləri ilə (
Kompüter (İnformatika) Məktəbinə
media və kommunikasiya, hesablama biologiyası, kompüter mühəndisliyi,
kompüter elmləri, hesablama texnikası, elektron ticarət,
informasiya sistemləri
fakültələri daxildir. Məktəb
1998-ci ildə yaradılıb və altı bakalavr diplomu təklif
edir.
Dizayn, Ətraf
Mühit və Memarlıq Məktəbi inşaat, sənaye
dizaynı, layihə və binaların istismarı,
daşınmaz əmlak fakültələrindən ibarətdir. Məktəb
1969-cu ildə İnşaat və Daşınmaz Əmlakın
İdarəolunması Departamenti adı altında
yaradılıb, 2000-ci ildə isə məktəbə
hazırkı adı verilib. Məktəb, əsasən,
bakalavr dərəcəsi təklif edir.
Mühəndislik
Məktəbinə mühəndislik, biomühəndislik,
mülki tikinti, kimya, kompüter, elektrotexnika mühəndisliyi,
layihələşdirmə və texnologiya idarəetməsi,
texniki elmlər, ətraf mühit mühəndisliyi, sənaye
və sistemlər mühəndisliyi, materiallar elmləri,
maşınqayırma fakültələri daxildir. Mühəndislik
Məktəbi universitetin ən böyük məktəbidir və
1968-ci ildə yaradılıb. Məktəb
bakalavr, magistr və doktorluq dərəcələri təklif
edir.
Dəqiq Elmlər
Məktəbinə tətbiqi kimya, riyaziyyat, ümumi kimya,
ümumi riyaziyyat, əczaçılıq, hesablama
biologiyası, qida elmi və texnikası, həyat haqqında
elmlər, fizika, miqdar maliyyəsi (quantitativ), statistika
fakültələri daxildir.
Tibb Məktəbi
tibb və tibb bacısı fakültələrindən ibarətdir. Universitetin təməlini
qoymuş bu məktəb 1905-ci ildə açılıb.
Tibb fakültəsi, öz növbəsində, anesteziya,
anatomiya, biokimya, ailə təbabəti, diaqnostik radiologiya,
mikrobiologiya, ginekologiya, oftalmologiya, ortopediya, otolarintologiya,
pediatriya, patologiya, farmokologiya, fiziologiya, psixiatriya, səhiyyə,
cərrahiyyə və digər bölmələrdən ibarətdir.
Bütün bu sahələr üzrə magistr və
doktorluq proqramları da təklif olunur, tibb üzrə alimlər
hazırlanır. Tibb Məktəbi Britaniya tibb sisteminə
əsaslanıb, tələbələr bütün gün ərzində
iş başında olurlar. Məktəb tibb
bacısı sahəsi üzrə bakalavr dərəcəsi
verir.
Stomatologiya Məktəbi Uzaq
Şərqdə bu sahə üzrə yaradılmış ilk təhsil
ocağıdır. Sinqapur Milli Universitetində
stomatologiya fakültəsi 1929-cu ildə açılıb.
Tədris proqramı iki il klinikaya qədər
və iki il klinikadan sonrakı dövrü əhatə edir,
bakalavr, magistr və doktorluq dərəcələri verilir.
Hüquq Məktəbi
1956-cı ildə Malaya Universitetində yaradılıb. 2006-cı ildə
təhsil müəssisəsi Bukit Timah kampusuna
köçüb. Burada mövcud olan fakültələrdən
hüquq, ictimai siyasət, qanun və həyat elmləri,
politologiya və s. qeyd etmək mümkündür. Məktəb bir neçə xarici universitetlə əməkdaşlıq
edir və tələbə mübadiləsi aparır.
Yonq Syu Toh Musiqi
Konservatoriyası Sinqapur Milli Universiteti, Pibodi İnstitutu və
Con-Hopkins Universitetinin əməkdaşlığı çərçivəsində
fəaliyyət göstərir. 2001-ci ildə
konservatoriya mərhum doktor Yonq Lu Linin qızının şərəfinə
Yonq Syu Toh Musiqi Konservatoriyası adlandırılıb. Hazırda məktəb dördillik (bakalavr) musiqi təhsili
verir. Konservatoriya musiqi performansı (orkestr
musiqisi) və kompozisiya fakültələrindən ibarətdir.
Doktorantlar
üçün nəzərdə tutulmuş məktəblərdən
(graduate schools) Li Kuan Yu İctimai Siyasət Məktəbi ən
müasir və savadlı siyasətçi və liderlər nəslinin
hazırlanması məqsədi ilə fəaliyyət göstərir.
İnteqrativ
Elmlər və Mühəndislik Məktəbi elmin bir sıra
sahələri, xüsusilə texnologiya və bununla əlaqəli
tibbin digər aspektləri üzrə dünya səviyyəli
tədqiqatçılar, doktorant və alimlər
hazırlayır.
Dyuk-Sinqapur Ali
Tibb Məktəbi biotibbi elmlər üzrə yeni tədqiqatçı
həkimlər nəsli yetişdirir. Bu məktəb Sinqapur
Milli Universiteti ilə Dyuk Universitetinin sıx əməkdaşlığı
altında fəaliyyət göstərir.
Sinqapurdan kənarda
universitetin 5 kolleci fəaliyyət göstərir. Bunlar Silikon Vadisində, Bio
Valleydə, Şanxayda, Stokholmda və Banqalorda yerləşən
ali təhsil müəssisələridir.
Sinqapur Milli Universitetinin nəzdində
fəaliyyət göstərən digər təhsil mərkəzlərindən
Təhsil və Tədrisin İnkişafı, İngilis Dili
Kommunikasiyası, Genişlənmə (NUS Extension) mərkəzlərini, Sistemlər Elmi İnstitutunu qeyd etmək
olar. Təhsil və Tədrisin
İnkişafı Mərkəzi pedaqogika sahəsinin
inkişafı, universitetdə tədrisin səviyyəsinin qaldırılması
məqsədlərinə xidmət edir. İngilis
Dili Kommunikasiyası Mərkəzi universitetdə ingilis dilinin
tədrisini, tələbələrin müvəffəqiyyətli
kommunikasiya bacarıqlarını və effektiv tədqiqat
bacarıqlarını inkişaf etdirir. Sistemlər
Elmi İnstitutu informasiya texnologiyalarının tədrisini və
onlayn təhsil təklif edir. İnstitut
informasiya texnologiyaları üzrə professional fasiləsiz təhsili
ilə seçilir. Genişlənmə Mərkəzi
fərdi və korporativ şəxslərə professional, fasiləsiz
təhsil təklif edir, təhsilin davam etdirilməsi məqsədlərinə
xidmət edir.
Bütün
sadalananlardan əlavə, Sinqapur Milli Universitetində 22 elmi-tədqiqat
institutu mövcuddur.
Sinqapur Milli Universitetinin
kitabxana sisteminə ümumilikdə 1,5 milyon cild kitab, 43000
elektron nəşr, 32000 informasiya proqramı, 26000 mikroforma və
s. daxildir. Universitetin ayrılıqda 8 kitabxanası var: Mərkəzi,
Çin, CJ Koh Hüquq, Suy Sen Memorial, Tibb, Musiqi, Elmi,Yuxarı
Məktəb. Hər bir kitabxanada öz sahəsinə
uyğun minlərlə kitab var. Kitabxananın İnternet portalı
fəaliyyət göstərir və gün ərzində 24
saat xidmət təklif edir. Universitetin zəngin
kitabxanası müxtəlif istiqamətlər üzrə tədqiqatlar
aparmağa geniş imkanlar yaradır.
Sinqapur Milli
Universitetinin kansleri Sinqapurun hazırkı Prezidenti Sellapan
Ramanathan, prezidenti isə professor Tan Çorh Kuandır. 2009-2010-cu tədris
ilində Sinqapur Milli Universitetində ümumilikdə 8444 nəfər
işçi heyət qeydə alınıb. Onlardan 2207 nəfəri professor-müəllim, 2098 nəfəri
tədqiqatçı, qalanları isə inzibati işçilərdir.
Hazırda
Sinqapur Milli Universitetində dünyanın 100 ölkəsindən
33741-dən çox tələbə təhsil alır. Onların
25391 nəfəri bakalavr, 8350 nəfəri isə magistr və
doktorantlardır. Dünyanın bir
çox ölkəsində universitetin 20000-dən artıq məzunu
müxtəlif sahələr üzrə fəaliyyət
göstərir.
Sinqapur Milli Universitetinin
dünya elminə verdiyi nailiyyətlərdən
aşağıdakıları nümunə göstərmək
olar: 2-D karbon nanostrukturlarının kəşfi, NASA
üçün Delphipad portativ fərdi kompüterinin
yaradılması, kariyesin alçaq enerjili lazerlə müalicəsi,
üçölçülü (3-D) holoqrafik təsvirlərin
modelləşdirilməsi, 3-D nanostrukturlar üçün
proton şüasının mikroemalı, Kvant
kriptoqrafiyası, gövdə hüceyrələrinin kəşfi
və s. Burada uranın zənginləşməsi üzrə
geniş iş aparılır, nanotexnologiyanın öyrənilməsinə
xüsusi diqqət yetirilir. Elmi-tədqiqatların
aparıldığı əsas məkanlar Biomühəndislik
və nanobiomühəndislik koridoru, Antena şüa nümunələrini
ölçmək üçün yığcam diapazon,
Kiberart studiyası, Grid İnnovasiya Zonası, NUS (Sinqapur Milli
Universiteti) Hollivud laboratoriyası, Bioloji variativlik tədqiqatı
muzeyi, Parisdə yerləşən Sondra laboratoriyası,
Struktur Biologiya Tədqiqatı koridoru, Sinxrotron İşıq
Mənbəyi və digərləridir.
Sinqapur Milli
Universiteti tələbələrə savad verməklə
yanaşı, onlara həyat dərsi verir. Burada tələbə
mübadiləsi, dünya ölkələrinin
tanınmış universitetləri ilə sıx əməkdaşlıq,
təcrübə toplamaq məqsədi ilə xarici səfərlər
həyata keçirilir. Bu
günədək topladığı zəngin təcrübəyə
əsaslanan ali təhsil müəssisəsinin
gələcək məqsədi geniş fənn spektri yaratmaq,
qabaqcıl elmi nailiyyətlərə yiyələnmək, ali
məktəbdən sonrakı təhsili, müdafiə tədqiqatlarını
gücləndirmək, həyat haqqında elmlərə daha
böyük diqqət ayırmaq və bəşəriyyətə
yüksək zəkaya malik şəxsiyyətlər bəxş
etməkdir.
Universitetin məşhur məzunları
Sellapan Ramanathan Sinqapurun
hazırkı Prezidenti, universitetin kansleri
Benjamin Henri Şeris Sinqapurun
2-ci Prezidenti
Qo Çok Tonq Sinqapurun Baş naziri
Uolter Vun Sinqapurun baş prokuroru
Lee Kuan Yu Sinqapurun sabiq Baş naziri
Goh Keng Svi
Sinqapurun sabiq Baş nazirinin
müavini
Toh Çin Çye Sinqapurun sabiq Baş nazirinin
müavini
S. Cayakumar
Sinqapurun sabiq xarici işlər
naziri
Enq Hen Sinqapurun 2-ci müdafiə naziri
Abdul Razak Malayziyanın
2-ci Baş naziri
Mahathir bin Məhəmməd Malayziyanın 4-cü
Baş naziri
Linq Vern Fuk məşhur Sinqapur
yazıçısı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 2 aprel.- S.6.