Braun Universiteti
Yerləşir:
ABŞ, Rod Aylend ştatı, Providens şəhəri
Yaranma tarixi: 1764-cü
il
Tipi: Özəl
İşçi heyəti: 4629 nəfər
Tələbələrin sayı: 8261 nəfər
İllik gəlirləri: 623887000 ABŞ
dolları
İllik xərcləri: 636547000 ABŞ
dolları
Rəsmi saytı: www.brown.edu
Braun Universiteti (
Tarixi
1763-cü ildə
Nyu-Cersi Kollecinin məzunu olmuş keşiş Ceyms Menninq
Baptist (xristian məzhəblərindən biri) Kilsələri
Assosiasiyası tərəfindən Rod Aylend ştatına
kollec axtarmağa göndərilir. Elə həmin vaxt
başda Yel Kollecinin gələcək prezidenti Ezra Stayls olmaqla
konqreqasionalistlər (kilsə icmaları birləşməsi)
bu məqsədə xidmət edirdilər. Kollec
Korporasiyası Cəmiyyətinin ilk toplantısı Rod Aylend
ştatında Nyuportda yerləşən Qədim Ev adlanan binada baş tutur. Yeni kollecin
yaradılmasında Rod Aylend ştatının qubernatorları
və gələcəkdə Amerika
inqilabçılarından olan Stivens
1765-ci ildə
Ceyms Menninq yeni yaradılmış kollecin prezidenti təyin
edilir və 1791-ci ilədək bu vəzifədə qalır. Kollecə dini
mənsubiyyətindən asılı olmayaraq tələbələr
qəbul edilir. 1770-ci ildə universitetin
hazırda Providens şəhərində İst-Saydda yerləşən
əsas binası tikilir. 1891-ci ildən Braun Universitetinin
nəzdində Qızlar Kolleci yaradılır və ali məktəbə qızlar qəbul olunur. Sonradan həmin kollecə Pembrok adı verilir. 1971-ci ildən başlayaraq Pembrok Kollecində
qızlar və oğlanlar birgə təhsil alır.
1850-ci ildə
Braun Universitetində elmi dərəcələr verilməyə
başlasa da, 1857-ci ildə dayandırılır. 1887-ci ildə
universitet tələbələrinə magistr və doktorluq dərəcələri
vermək hüququnu bərpa edir. Burada ilk
magistr dərəcəsi 1888-ci ildə, ilk doktorluq dərəcəsi
isə 1889-cu ildə verilir.
Braun
Universitetində ilk tibb proqramı 1811-ci ildə həyata
keçirilib.
Tibb üzrə elmi dərəcələr ali
təhsil müəssisəsində 1975-ci ildən verilir. 1984-1985-ci illərdə Braun Korporasiyası 8 illik
Liberal Tibbi Təhsil Proqramı qəbul edir. Hazırda Braun Universiteti Tibb Məktəbinin tələbələrini
ildə 90-a yaxın tibbi dərəcə ilə təltif
edir.
1904-cü ildə
universitetdə Con Karter Braun, 1908-ci ildə isə Riçard
Rammell kitabxanaları açılır.
Braun Universiteti
1969-cu ildə qeyri-adi tədris proqramı qəbul edir. Bu proqrama əsasən
universitetdə heç bir fənn məcburi tədris edilmir.
Tələbələr müstəqil olaraq istədikləri
fənləri seçir və istədikləri zaman qiymət əvəzinə
"məqbul" və ya "qeyri-məqbul" ala bilirlər.
Hələ 1850-ci ildə universitetin prezidenti Frensis Ueylend
yazırdı: "Müxtəlif kurslar elə təşkil
olunmalıdır ki, hər tələbə seçdiyi
şeylərin hamısını və yalnız seçdiyini
öyrənə bilsin". Hazırda Braun
Universiteti Akademik Zənginləşdirmə Planının həyata
keçirilməsinə başlayıb. Bu
proqram tədqiqat, təhsil və ictimai liderlik sahələri
üzrə qabaqcıl təcrübənin yeni
standartlarını müəyyən edir.
Büdcə və təhsil haqqı
2009-cu ildə
Braun Universitetinin illik gəlirləri 623887000 ABŞ dolları
təşkil edib. Bu vəsaitin 302018000 ABŞ dolları təhsil
haqqından, 133847000 ABŞ dolları qrant və sazişlərdən,
49905000 ABŞ dolları yardımlardan, 133030000 ABŞ
dolları ianə fondunun gəlirlərindən, 80682000 ABŞ
dolları satış və göstərilən xidmətlərdən,
24586000 ABŞ dolları isə digər gəlirlərdən əldə
olunub.
Həmin il
Braun Universitetinin illik xərcləri isə ümumilikdə
636547000 ABŞ dolları dəyərində olub. Bu məbləğin
301192000 ABŞ dollarını əməkhaqqı, 83639000
ABŞ dollarını işçilərə verilən
mükafatlar, 48447000 ABŞ dollarını universitetə
göstərilən xidmətlər, 77787000 ABŞ
dollarını təchizat, 21495000 ABŞ dollarını
kommunal, qalanlarını isə digər xərclər təşkil
edib.
2009-cu ilin
yekunları üçün Braun Universitetinin illik dövriyyəsini
2724816 ABŞ dolları təşkil edib.
Braun Universiteti
2009-cu ildə dövlət və şəxsi maliyyə mənbələri
daxil olmaqla tədqiqatlara 138853684 ABŞ dolları xərcləyib. Universitetin tədqiqat mənbələrinə
Səhiyyə və İctimai Xidmət Departamenti, Milli Elm
Fondu, Müdafiə və Energetika Nazirliyi, NACA, Təhsil
Nazirliyi, eləcə də müxtəlif özəl,
korporativ və qeyri-kommersiya təşkilatları daxildir.
Universitet Fulbrayt, Makartur, Quqqenheym və Milli Fond təqaüd
proqramlarını dəstəkləyir.
Braun
Universitetində tələbələrin təhsil haqqı
onların oxuduğu məktəb, fakültə və
proqramdan asılı olaraq dəyişir. 2009-2010-cu tədris
ilində tələbələrin təhsil haqqı
ümumilikdə 38048 ABŞ dolları təşkil edib. Tələbələrin qidalanması və digər
xərcləri isə 11080 ABŞ dolları dəyərində
olub. Təhsil haqqı da daxil olmaqla, həmin
tədris ilində tələbəyə təxminən 49128
ABŞ dolları dəyərində məbləğ lazım
olub.
Universitet
bütün tələbələrə 100%-lik yardım (təqaüd)
təklif edir.
Ali təhsil müəssisəsinin tələbələrinin
41%-i maliyyə yardımı alır. Təqaüdün
məbləği burada orta hesabla 33290 ABŞ dollarıdır.
Braun
Universitetində müəllimlərin əməkhaqqı onların
elmi dərəcələrindən asılı olaraq dəyişir. Burada professor orta hesabla ildə
134500 ABŞ dolları, elmlər doktoru 87276 ABŞ dolları,
dosent 75768 ABŞ dolları, müəllimlər (mühazirəçi)
59858 ABŞ dolları, stajlı
müəllimlər isə 71983 ABŞ dolları dəyərində
maaş alır. Əməkhaqqının məbləği
universitetin məktəb və fakültəsindən
asılı olaraq az da olsa, fərqlənir.
Universitet bu gün
Braun Universiteti Providens şəhərində
ən böyük əraziyə malik ali təhsil
müəssisəsidir. Universitet Əsas, Pembrok,
Şərq kampuslarından və bir sıra digər ərazilərdən
ibarətdir. Əsas kampus İst-Saydda Providens
çayından başlayaraq şəhərin mərkəzinə
doğru 0,58 km2 ərazini əhatə edir.
Yaşıllıqlarla əhatə olunan bu şəhərcikdə
əksəriyyəti viktorian üslubunda inşa edilmiş 235
bina yerləşir. Akademik binaların
çoxu Əsas kampusdadır. Şəhərciyin
girişində kərpic və dəmir çərçivədən
ibarət olan məşhur Van Uikl qapıları yerləşir.
Universitet haqqında dərc olunan nəşrlərin
çoxunda bu kampusun şəkilləri nümayiş olunur.
Pembrok kampusunda Pembrok
Qadınlar üçün Tədris və Tədqiqat, Koqut
Humanitar Elmlər mərkəzləri, tələbə
yataqxanaları, yeməkxanalar, əyləncə mərkəzləri
yerləşir.
40000 m2 ərazidən
ibarət olan Şərq kampusu Braun Universiteti tərəfindən
1969-cu ildə 5 milyon ABŞ dollarına əldə olunub,
1971-ci ildən isə rəsmən Braun Universitetinin kampusu elan
edilib.
Bu kampuslardan əlavə,
Braun Universitetinə Əsas şəhərcikdən bir mil
şimal-şərqdə yerləşən və 1925-ci ildə
tikilmiş Braun stadionu, Ceverli rayonunda 5 inzibati bina, Providens
şəhərindən kənarda -
Braun Universitetində fəaliyyət
göstərən kolleclər bunlardır: Bakalavr, Ali (magistr və
doktorantlar üçün) kollecləri və Alpert Tibb Məktəbi.
Bakalavr Kolleci universitetin əsas
hissəsidir və ali məktəbin
yarandığı andan fəaliyyət göstərir. Hazırda kollecin tələbələrinin sayı
6013 nəfərə bərabərdir. Kollecdə Afrika mədəniyyəti
tədqiqatları; Amerika sivilizasiyası; qədim tədqiqatlar;
antropologiya; arxeologiya və Qədim Dünya; memarlıq;
biokimya və molekulyar biologiya; biologiya; biotibbi mühəndislik;
biofizika; kimyəvi fizika; kimya; klassiklər: Yunanıstan; klassiklər: Latın; idrak
nevrologiyası; səhiyyə; koqnitivistika; ticarət, təşkilatçılıq
və sahibkarlıq; müqayisəli ədəbiyyatşünaslıq;
hesablama biologiyası; informatika; inkişaf tədqiqatları; Şərqi Asiya
tədqiqatları; iqtisadiyyat; pedaqogika; misirşünaslıq
və Qədim Qərbi Asiya tədqiqatları; mühəndislik;
ingilis dili; ekoloji, etnik tədqiqatlar; Fransa tədqiqatları;
geoloji elmlər; Almaniya, Yunanıstan, İspaniya, İtaliya, yəhudi,
latın, slavyan tədqiqatları; tarix; incəsənət və
memarlıq tarixləri; insan biologiyası; müstəqil
konsentrasiya; beynəlxalq münasibətlər; sonuncu qədim
mədəniyyətlər; Latın Amerikası və Karib tədqiqatları;
linqvistika; semiotika - fransız dili; ədəbi incəsənətlər;
ingilis dili, ədəbiyyatı və mədəniyyəti; dəniz
biologiyası; riyazi iqtisadiyyat; tətbiqi riyaziyyat; riyaziyyat;
Orta əsrlər mədəniyyətləri;Yaxın Şərq, Cənubi Asiya tədqiqatları;
müasir mədəniyyət və media; musiqi; nevrologiya; fəlsəfə;
fizika; Portuqaliya və Braziliya tədqiqatları; psixologiya;
sosiologiya; gender tədqiqatları; statistika; siyasi elmlər;
dövlət siyasəti və Amerika təşkilatları;
dini tədqiqatlar; Renessans və Erkən Müasir tədqiqatlar;
elm və cəmiyyət; teatr incəsənəti; urban (şəhər)
tədqiqatları; vizual incəsənət bölmələri
fəaliyyət göstərir.
Kollec iki müxtəlif
bakalavr dərəcəsi təklif edir: incəsənət
(AB) və elmlər (ScB) bakalavrı. Bu dərəcələrin
ikisini də almaq üçün tələbələr beş il təhsil almalıdırlar. Əgər bölmələrin arasında tələbənin
arzuladığı proqram yoxdursa, o, şəxsi proqram
hazırlamaq və müstəqil tədqiqat aparmaq hüququna
malikdir.
Ali (magistr və
doktorantlar üçün) Kollec universitetdə 1887-ci ildə
yaradılıb. Burada 50-dən çox ixtisas üzrə
1832 nəfər tələbə təhsil alır. Kollec
incəsənət (AM), gözəl incəsənət (MFA),
incəsənət təlimi (MAT), ictimaiyyətlə əlaqə
(MPP), ictimai səhiyyə (MPH), elmlər (ScM), tibbi elmlər
(MMS) magistri və doktorluq (PhD-fəlsəfə doktoru) dərəcələri
verir.
Ali Kollec Amerika
sivilizasiyası; antropologiya; tətbiqi riyaziyyat; riyaziyyat;
arxeologiya və Qədim Dünya; süni orqanlar, biomateriallar və
hüceyrə texnologiyası; biotibbi mühəndislik; bioloji
statistika; beyin elmi; Portuqaliya və Braziliya tədqiqatları;
kimya; klassiklər; idrak və linqvistik elmlər: koqnitivistika;
idrak və linqvistik elmlər:linqvistika; müqayisəli ədəbiyyatşünaslıq;
informatika; inkişaf tədqiqatları;
ekoloji və təkamül biologiyası; iqtisadiyyat;
misirşünaslıq və Qədim Qərbi tədqiqatlar;
mühəndislik; ingilis dili; ekoloji tədqiqatlar; epidemiologiya;
Fransa, İspaniya, İtaliya,
Almaniya, slavyan tədqiqatları; geoloji elmlər tədqiqatları;
tibbi xidmət tədqiqatı; tarix; incəsənət və
memarlıq tarixləri;innovasiya idarəetməsi və
sahibkarlıq; ədəbi incəsənətlər; müasir
mədəniyyət və media; molekulyar biologiya, sitobiologiya və
biokimya; molekulyar farmakologiya və fiziologiya; musiqi: kompüter
musiqiləri və multimedia; musiqi: etnomusiqi; nevrologiya;
patobiologiya; fəlsəfə; fizika, siyasi elmlər; ictimaiyyətlə
əlaqə və dövlət siyasəti; səhiyyə;
psixologiya; dini tədqiqatlar; sosiologiya; müəllimlik təhsili;
teatr incəsənəti; urban (şəhər) tədqiqatları
departamentlərindən ibarətdir.
Alpert Tibb Məktəbi
- universitetdə tibb proqramı 1811-ci ildən yaradılıb. 1991-ci ildən
məktəb Braun Tibb Məktəbi adlandırılır.
2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100
milyon dollar vəsait yardım edir. Bunun
qarşılığında məktəbin adı dəyişdirilərək
Uorren Alpert Tibb Məktəbi olur. Hazırda
bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir.
Məktəbə qəbul olmaq istəyənlərin
yalnız 2%-dən aşağısı müsabiqədən
uğurla keçir. Məktəbdə hüceyrə
biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və
genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya,
patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin
patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya,
qastroenterologiya və s. elmlər öyrədilir. Məktəbdə 4 il təhsil aldıqdan sonra tələbələr
bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD
(latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi
almaq üçün davam etdirir. Ümumilikdə,
tibbi təhsil burada 8 ildir. Məktəb
MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif
edir.
Alpert Tibb Məktəbinin
nəzdində Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli,
Qadın və Uşaq hospitalları və Providens Tibb Mərkəzi
fəaliyyət göstərir.
Braun
Universitetinin nəzdində Uotson Beynəlxalq Tədqiqatlar
İnstitutu fəaliyyət göstərir. Burada beynəlxalq
problemlərin analizi aparılır. İnstitutun himayədarı
ABŞ-ın SSRİ-dəki keçmiş səfiri və
EHM-in (IBM) prezidenti
kiçik Tomas Uotson olub.
Pembrok
Qadınlar üçün Tədris və Tədqiqat Mərkəzi
1981-ci ildə yaradılıb və gender məsələləri
üzrə elmi-tədqiqatla məşğuldur. Mərkəz
qızlar üçün fəaliyyət göstərən
Pembrok Kollecinin şərəfinə adlandırılıb.
Burada qadınların tarixi nailiyyətlərinin
tanınması üzrə bir sıra proqramlar həyata
keçirilir, hər il seminarlar təşkil
olunur. Mərkəzin yaradıcısı və
direktoru aparıcı tarixçi və sosioloq Con Uollak Skott
olub. Pembrok
Qadınlar üçün Tədris və Tədqiqat Mərkəzi
Sara Doyl Qadınlar Mərkəzinin filialıdır.
Braun Universitetinin kitabxana sisteminə 6,8 milyon
cild kitab, dövri nəşr, xəritə, əlyazma, musiqi əsərləri
və s. daxildir. Bu resursların üzərinə hər il 70000 nəşr əlavə olunur. Kitabxanadakı materiallar İnternet vasitəsilə
geniş spektrdə oxucuların istifadəsinə verilib.
Universitetdə aşağıdakı kitabxanalar fəaliyyət
göstərir: humanitar və ictimai elmlər haqqında kitablar
toplanmış Kiçik Con Rokfeller adına; dəqiq elmlər,
tibb və kütləvi informasiya vasitələrinə aid
kitab və dövri nəşrlərin saxlandığı
Elmlər (burada tələbələrin ən çox
toplaşdığı Syuzen P.
və Riçard A. Fridman adına Tədris Mərkəzi yerləşir);
xüsusi kolleksiyaların, nadir kitablar, əlyazmalar və
arxivlərin yerləşdiyi Con Hey; dünya üzrə məşhur
Amerikanın Şimal və Cənubuna aid kolleksiyaların
toplandığı Con Karter Braun; Valter Neymanın 46 səsyazması
və 24000-dən çox musiqi əsərlərinin
saxlandığı Virciniya Orviq adına Musiqi; təsviri incəsənət,
memarlıq, arxeologiya materiallarının qorunduğu İncəsənət
Slayd kitabxanaları.
Braun
Universitetinin ən böyük muzeyi Braun Haffenreffer Antropologiya
Muzeyidir. Burada Şimali və Cənubi Amerika, Afrika, Asiya və
Sakit okean mədəniyyətinə aid 100000-dən çox
eksponat qorunur. Annmary Braun Memorial muzeyində
Avropa və Amerikanın bədii rəsm əsərləri,
eksponatlar, Britaniyanın Mazanski qılınc kolleksiyaları,
Braun nəslinin cəvahiratları nümayiş olunur. Bell Qalereyasında müasir rəssamların sənət
əsərləri sərgilənir.
Hazırda Braun
Universitetinin prezidenti professor-xanım Rut Simmonsdur (3 iyul 2001-ci
ildən). O,
universitetin 18-ci prezidenti və Sarmaşıq Liqasına daxil
olan ali məktəblər arasında bu vəzifəyə
təyin olunan ilk afroamerikalı şəxsdir. Universitetdə
ümumilikdə 4629-a yaxın işçi qeydə
alınıb. Bunların 1187 nəfəri
professor-müəllim heyəti, 773 nəfəri idarəetmə,
qalanları isə inzibati işçilərdir.
Braun Universitetində
ABŞ-ın 50 ştatından və dünyanın 107 ölkəsindən
8261 tələbə təhsil alır. Onların 6013 nəfərini
bakalavrlar, 1832 nəfərini
magistr və doktorantlar, 416 nəfərini isə Tibb Məktəbində
təhsil alan tələbələr təşkil edir. Universitetdə 4016 oğlan, 4245 qız tələbə
oxuyur. 2009-2010-cu tədris ilində universitetə
qəbul üçün 24988 ərizə daxil olub, onlardan
yalnız 2790-ı qəbul olunub.
Braun
Universitetində tələbə həyatı çox
yüksək səviyyədə təşkil olunub, burada gənclər
üçün istənilən şərait yaradılıb. Universitetin kampuslarında
İnternet, kabel televiziyası, telefon, istilik sistemi və digər
xidmətlərlə təmin edilmiş 1, 2 və daha
çoxotaqlı 60-a qədər yataqxana var (Maçado,
Perkins,
Braun
Universitetində 300-dən çox tələbə təşkilatı
qeydə alınıb. Bütün Amerika universitetlərində olduğu kimi,
bu ali təhsil müəssisəsində də
idmana xüsusi diqqət yetirilir və bu sahədə
böyük uğurlar əldə olunub. Universitetdə
37 idman komandası fəaliyyət göstərir və
onları ümumilikdə "Qonur Ayılar" (Braun
Universitetinin rəngi tünd qəhvəyi, talismanı isə
qonur ayıdır) adlandırırlar. Yarışlarda
universitet idmançılarının geyindikləri formalar qəhvəyi
rəngdə olur. Braun Universiteti Milli
Universitet İdmanı Assosiasiyasının, Sarmaşıq
Liqası I Diviziya idman təşkilatının
üzvüdür.
Braun Universitetini
"Amerikanın ən xoşbəxt tələbələrinin
cəmləşdiyi ali məktəb"
adlandırırlar. "Qadın geyimləri" jurnalı
Braun Universitetini "Sarmaşıq Liqası universitetləri
arasında ən dəbli ali məktəb"
kimi qiymətləndirib. Burada tələbələr
xarici görünüşlərinə xüsusi diqqət
yetirir və şəxsi stillərini
formalaşdırırlar.
Universitetin məşhur müəllim və məzunları
Braun
Universitetinin çoxsaylı məzunları arasında ABŞ
konqresmenlərinə, senatorlara, qubernatorlara,
yazıçılara, jurnalistlərə, biznesmenlərə,
aktyorlara və digər peşə sahiblərinə rast gəlmək
olar. Onlardan
ABŞ-ın Ali məhkəməsinin hakimləri Çarlz
Evans Hughes, kiçik Con Rokfeller, Con Kennedi, sabiq dövlət
katibi Con Hey, EHM-in (IBM) baş direktoru Tomas Uotson, mediamaqnat Ted
Törner, qubernatorlar Cek Markell, Bobbi Cinal, Darmut Kollecinin
prezidenti Cim Yanq Kinq, "Bank of America"-nın baş
direktoru Brian Moyhinan, aktyor Con Krasinski, aktrisa Laura Linney,
müğənni Liza Loeb bu ali məktəbin məzunlarındandırlar.
Universitetin məşhur
müəllimlərindən Braziliyanın sabiq prezidenti Fernando
Kardosonu, Çilinin sabiq prezidenti Rikardo Laqosu, İtaliyanın
sabiq Baş naziri Romano Prodini,
Nobel mükafatı laureatı Leon Kuperi, Filds
medalçısı Devid Mumfordu,
yazıçı Karlos Fuentesi, novelist və şair
Çinua Açebeni, iqtisadçı Uilliyam Pulu,
tarixçi Andries van Damı və s. qeyd etmək olar.
Braun Universiteti
özünü belə xarakterizə edir: "Universitetimizin tələbə
və müəllimləri çox yaradıcı və zəngin
intellektual bacarıqlara malik şəxslərdir. Eləcə də onlar hər zaman apardıqları
tədqiqatlara görə nigarandırlar. Onlar
işin adi gedişindən qane olmur, problemin yeni həll
yollarını axtarır və eksperimentlər həyata
keçirirlər. Bizim məqsədimiz
dünyaya yeni-yeni töhfələr verə biləcək
kosmopolit vətəndaşlar yetişdirməkdir".
Braun Universitetinin məşhur məzunları
Çarlz Kolson ABŞ-ın
sabiq prezidenti Riçard Niksonun əsas vəkili, məşhur
"Uoterqeyt qalmaqalı"nın
iştirakçısı
Hovard Hant Riçard Niksonun xüsusi təhqiqatçısı
(xəfiyyə), Mərkəzi Kəşfiyyat İdarəsinin
(CIA) əməkdaşı,
"Uoterqeyt
qalmaqalı"nın
iştirakçısı
Devid Dunkan Bill və Hillari Klintonların
məsləhətçisi
Cenet Yellen San-Fransisko Federal Ehtiyat
Bankının prezidenti
Con Hey ABŞ-ın sabiq
dövlət katibi
Riçard Olni ABŞ-ın sabiq baş prokuroru və
dövlət katibi
Skott Aversano "MTV Films" və
"Nick Movies" kampaniyalarının prezidenti
Ceyms Harvin NASA-nın Mars və Ayda kəşfiyyat
proqramı üzrə əsas elmi əməkdaşı
Con Krouford Intel
mikroprosessorlarının əsas memarı
Uilyams Kin ABŞ-ın ilk beyin cərrahı
Kreyq Mello Tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2010.-9 aprel.-S. 6