Şimal-Qərb Universiteti
Yerləşir: ABŞ, İllinoys ştatı, Çikaqo şəhəri,
Yaranma tarixi: 1851-ci il
Tipi: Özəl
İşçi heyəti: 7000 nəfər
Tələbələrin sayı: 16337 nəfər
İllik gəlirləri: 1605752000 ABŞ
dolları
İllik xərcləri: 1588143000 ABŞ
dolları
Rəsmi saytı: www.northwestern.edu
Şimal-Qərb
Universiteti (
Tarixi
Şimal-Qərb Universitetinin
tarixi 31 may 1850-ci ildən başlayır. Həmin gün
Çikaqo şəhərinin doqquz biznesmeni Uest-Leyk
küçəsində yerləşən vəkillik
kontorunda toplaşaraq yeni ali təhsil
müəssisəsi yaradılmasını müzakirə edir.
Həmin dövrdə Çikaqo natamam post idi və burada
kampus salmaq əlverişsiz görünürdü. Universitetin yaradılmasında Çikaqo ticarət
birjasının yaradıcısı Orrinqton Lant və dəmiryol
maqnatı Con Evansın da müstəsna xidmətləri olub.
C.Evans ilk olaraq Çikaqonun şimalında bataqlıq ərazini
qurudaraq özünə ev tikdirir. Həmin əraziyə onun şərəfinə
28 yanvar 1851-ci ildə C.Evans
və O. Lantın birgə səyi nəticəsində
İllinoys ştatının Baş Assambleyası Şimal-Qərb
Universitetinin yaradılması haqqında qanun qəbul edir və
Şimal-Qərb Universiteti İllinoys ştatında təsdiq
edilən ilk ali təhsil müəssisəsi
olur. 1853-cü ildə C.Evans universitet
üçün Miçiqan gölünün
yaxınlığında 25000 dollara geniş ərazi alır.
Universitetin ilk prezidenti Klark Hinman Evanston ərazisində
universitetin binalarının tikintisinə başlayır.
Şimal-Qərb
Universitetinin rəsmi açılışı 5 noyabr 1855-ci
ildə baş tutur. Elə həmin tarixdə ali məktəbin ilk
binası-Qədim Kollec istifadəyə verilir və Uilyam Cons tərəfindən
Şimal-Qərb Universitetinin Qızlar Kolleci
yaradılır. 1873-cü ildə Evanston
Qızlar Kolleci Şimal-Qərb Universitetinin Qızlar Kolleci ilə
birləşdirilir və təhsil müəssisəsinin
dekanı qadınların hüquqlarının müdafiəsi
ilə tanınan Frensis Uillard təyin edilir.
1870-80-ci illərdə
Şimal-Qərb Universitetində Hüquq, Tibb və
Stomatologiya məktəbləri yaradılır. 1882-ci ildə ilk olaraq burada
universitetlərarası futbol oyunu keçirilir və sonradan Şimal-Qərb
Universiteti Böyük Onluq Konfransının təşkilatçılarından
olur. 1890-cı ildə
universitetdə təhsil alan tələbələrin
sayı xeyli artır. Universitetin prezidenti Henri
Ueyd Rocers tədrisin tədqiqatlarla birgə aparılması
haqqında proqram qəbul edir. 1917-ci ildə
Amerika Universitetləri Assosiasiyası Şimal-Qərb
Universitetini öz üzvlüyünə dəvət edir.
1920-1939-cu illərdə universitetin prezidenti
Valter Dill Skottun rəhbərliyi altında, Dayç stadionu və
Dirinq kitabxanası daxil olmaqla, təhsil ocağının
geniş kampusu tikilir. 1933-cü ildə Şimal-Qərb
Universitetinin Çikaqo Universiteti ilə birləşdirilməsi
təklifi hər iki ali məktəb tərəfindən
rədd edilir.
II Dünya müharibəsi
dövründə, Amerikanın digər ali
təhsil ocaqları kimi, Şimal-Qərb Universiteti də dəyişikliyə
məruz qalır. 1939-1949-cu illərdə 50000-dən
çox əsgər
1970-1980-ci illərdə
ABŞ dövləti universitetlərə edilən
yardımların məbləğini xeyli azaldır. Buna baxmayaraq,
Şimal-Qərb Universitetinin prezidenti Arnold Veber rəhbərlik
etdiyi təhsil ocağının maliyyə işlərinə
nəzarət edir və stabil qalmasına nail olur.
Hazırda Şimal-Qərb Universiteti ABŞ-ın sürətlə
inkişaf edən özəl ali məktəblərindən
birinə çevrilib.
Büdcə və təhsil haqqı
2009-2010-cu dərs
ilində Şimal-Qərb Universitetinin illik gəlirləri
ümumilikdə 1605752000 ABŞ dollarına bərabər olub. Həmin məbləğin
690817000 ABŞ dolları təhsil haqqı, 421324000 ABŞ dolları qrant və
sazişlər, 69625000 ABŞ dolları göstərilən
xidmətlər, 30964000 ABŞ dolları yardımlar, 354858000
ABŞ dolları müxtəlif əməliyyatlar, qalanları
isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.
Ötən il
universitetin ümumi xərcləri 1588143000 ABŞ dolları
olub. Belə ki, bu vəsaitin 574231000 ABŞ dollarını
müxtəlif proqramlar, 391481000 ABŞ dollarını tədqiqatlar,
176266000 ABŞ dollarını akademik dəstək, 137906000
ABŞ dollarını universitet tərəfindən tələbələrə
göstərilən xidmətlər, 18574000 ABŞ
dollarını universitetə göstərilən xidmətlər,
qalanlarını isə digər xərclər təşkil
edib.
2009-cu ildə Şimal-Qərb
Universitetinin ianə fondunun malik olduğu vəsait ümumilikdə
4398200000 ABŞ dollarına bərabər olub.
2009-2010-cu tədris ilində Şimal-Qərb
Universitetində oxuyan tələbələrin təhsil
haqqı orta hesabla 38088 ABŞ dolları təşkil edib
(bakalavr və magistrantlar üçün). Hüquq Məktəbində
təhsil haqqı 47202 ABŞ dolları, Kelloq İdarəetmə
Məktəbində 49074 ABŞ dolları, Feynberq Tibb Məktəbində
42974 ABŞ dolları, Bienen Musiqi Məktəbində 38088
ABŞ dolları, Medill Jurnalistika Məktəbində 33492
ABŞ dolları, Kommunikasiya Məktəbində isə 31830
ABŞ dolları məbləğində olub.
Dünyanın digər məşhur
universitetlərində olduğu kimi, Şimal-Qərb
Universitetində də tələbələrə müxtəlif
məbləğdə çoxlu sayda kredit və təqaüdlər
təklif olunur
(Federal Pell, SEOG, Debt Cap, No-Loan Pledge, Fermi və s.). Həmin təqaüd
və kreditlərin verilməsi üçün tələbələrin
qarşısında bir sıra şərtlər qoyulur
(çətin maliyyə durumu, xüsusi istedada malik olan, əlaçı,
seçilən, tədris ilində ümumi 3 bal
toplayan tələbələrə verilir, xüsusilə tələbənin
ailə büdcəsinə diqqət yetirilir). 2009-2010-cu tədris
ilində Şimal-Qərb
Universitetinin tələbələrə verdiyi təqaüdün
məbləği orta hesabla 14750 ABŞ dolları olub.
Universitet bu gün
Şimal-Qərb
Universiteti
Çikaqo
kampusu Çikaqo şəhərinin Sritervill ərazisində
25 akrlıq sahədə yerləşir. Burada
hospitallar, Tibb, Hüquq, Biznes, Təhsilin davam etdirilməsi məktəbləri
fəaliyyət göstərir. Bu məktəblər
Çikaqo şəhərinin "CTA Red Line"
stansiyasından 4 kvartal şərqdədir.
Şimal-Qərb
Universitetinin Qətərin
Şimal-Qərb Universitetinin
nəzdində Veynberq İncəsənət və Elmlər,
Kommunikasiya, Təhsil və İctimai Siyasət, Makkormik
Mühəndislik və Tətbiqi Elmlər, Medill Jurnalistika,
Hüquq, Kelloq İdarəetmə, Feynberq Tibb, Bienen Musiqi, Fasiləsiz Təhsil, Ali (magistr və
doktorantlar üçün) məktəbləri, eləcə
də Qarret-Yevangelist İlahiyyat Seminariyası fəaliyyət
göstərir.
Veynberq İncəsənət
və Elmlər Məktəbi universitetin tərkibində fəaliyyət
göstərən 11 məktəbin arasında xüsusi
çəkiyə malikdir. Məktəb 1851-ci ildə
yaradılıb və 25 bölmədən ibarətdir. Təhsil müəssisəsinin dekanı Sara
Mangelsdorfdur. Burada tələbələrə
bakalavr, magistr və doktorluq dərəcələri təklif
edilir. Məktəbdə 15 fənlərarası
proqram mövcuddur (Amerika, Avropa tədqiqatları, birləşdirilmiş
elmlər, hüquqşünaslıq, riyazi təcrübə,
siyasi elmlər sahəsində riyazi metodlar və s.). Bu proqramların hər birinin xüsusi qəbul tələbləri
var. Veynberq İncəsənət və Elmlər Məktəbində
çoxlu sayda əcnəbi tələbə təhsil
alır. Burada qadın və kişi
nisbəti bərabərdir, tələbələrin ümumi
sayı 5903 nəfərdir.
Kommunikasiya Məktəbi
1878-ci ildə yaradılıb və
Təhsil və
İctimai Siyasət Məktəbi 1926-cı ildə
yaradılıb. Təhsil müəssisəsinin dekanı
Penelopa Petersondur. Məktəb mövcud təhsilin
tədqiqatı ilə məşğuldur. Burada ümumilikdə 540 tələbə
təhsil alır.
Makkormik Mühəndislik
və Tətbiqi Elmlər Məktəbi 1909-cu ildə
yaradılıb. Məktəbin dekanı Julio Ottinodur.
1996-cı ildə məktəbdə
bütün tələbələr üçün məcburi
tədris edilən Texniki Layihə və Kommunikasiya (EDC)
mühəndislik proqramı qəbul edilib və Texniki Analiz
proqramı mövcuddur. Bu proqram çərçivəsində
məktəbdə xətti cəbr, sabitlik və dinamika,
sistemlər dinamikası və diferensial tənliklər, MATLAB
kompüterin proqramlaşdırma dili öyrədilir. Məktəbdə
səkkiz departament fəaliyyət göstərir: biotibbi
mühəndislik, kimya və biologiya mühəndisliyi, vətəndaş
və ekologiya mühəndisliyi, elektrotexnika və kompüter
elmləri, mühəndislik elmləri və tətbiqi
riyaziyyat, sənaye mühəndisliyi və idarəetmə,
material elmləri və texnika, maşınqayırma. Məktəbdə
təhsil alan tələbələrin
sayı 2364 nəfərə bərabərdir.
Medill
Jurnalistika Məktəbi 1921-ci ildə yaradılıb. Məktəbdə
1049 nəfər tələbə oxuyur. 2002-ci
ildə burada McKormik Tribune adlı peşəkar televiziya
studiyası və çoxsaylı multimedia auditoriyaları
açılıb. Məktəbin
dekanı Con Levindir. Məktəb
jurnalistika sahəsi üzrə bakalavr və magistr dərəcələri
təklif edir. Məktəb xüsusilə
tələbələrinə kütləvi informasiya vasitələrinə
yalnız doğru məlumatı çatdırmağı
öyrədir. Burada "Medill F"
proqramı həyata keçirilir. ABŞ-ın
bir çox KİV nümayəndələri bu proqramda
iştirak ediblər.
Hüquq Məktəbi
universitetin Çikaqo kampusunda yerləşir və 1859-cu ildə
yaradılıb. Təhsil müəssisəsinin dekanı
Devid Van Zanditdir. Şimal-Qərb
Universitetinin Hüquq Məktəbi ABŞ-ın mükəmməl
hüquq təhsili verən məktəblərindən biridir və
reytinqlərdə əksərən yuxarı pillələri
tutur. Məktəb tələbələr
üçün 6 elmi jurnal nəşr edir. Jurnala əməkdaşlar yazılı müsabiqə
ilə götürülürlər. Məktəb
bakalavr, magistr, doktorluq (Juris Doktor -JD), JD-MBA dərəcələri
verir. Burada ümumilikdə 992 tələbə təhsil
alır.
Kelloq İdarəetmə
(Menecment) Məktəbi 1908-ci ildə yaradılıb və
Çikaqo kampusunda yerləşir. Məktəbin
dekanı Selli Blountdur. Kelloq İdarəetmə Məktəbi
Çin, Hindistan, Honkonq, İsrail, Almaniya, Kanada və
Taylandın ali təhsil müəssisələri
ilə əməkdaşlıq proqramları həyata
keçirir. Burada analitik konsaltinq, maliyyə, beynəlxalq
biznes, menecment və təşkilatçılıq, idarəçilik
iqtisadiyyatı, insan resurslarının idarəolunması,
sahibkarlıq və innovasiya, mühasibat və informasiyanın
idarəolunması, marketinq və s. fakültələr
mövcuddur. Məktəb
MBA və PhD dərəcələri təklif edir. Məktəbdə
təhsil alan tələbələrin sayı 1880 nəfərə bərabərdir.
Feynberq Tibb Məktəbi
Çikaqo kampusunda yerləşir və 1859-cu ildə
yaradılıb. Məktəbin dekanı Larri Cemessondur və
burada 1226 tələbə təhsil alır. Bu təhsil ocağı ABŞ-ın qabaqcıl tibb
müəssisələrindən olan Şimal-Qərb
Universitetinin MakQo Tibb Mərkəzinin bir hissəsidir. Təhsillərinin ilk iki ilində tələbələrə
insan orqanizmini, mədə-bağırsaq traktı, anatomiya,
fiziologiya, biokimya, farmakologiya və histologiya öyrədilir.
Üçüncü ildən başlayaraq
ixtisas fənləri tədris edilir. Məktəbdə
daxili təbabət, pediatriya, ginekologiya, cərrahiyyə və
ilkin tibbi yardım, oftalmologiya, otolarintologiya, urologiya,
anesteziologiya və s. fakültələr fəaliyyət
göstərir. Feynberq Tibb Məktəbi bakalavr,
səhiyyə magistri - MPH, tibb doktoru -MD/PhD dərəcələri
təklif edir. 1990-cı ildən burada
müasir biotibbi elmlərin fənlərarası
hazırlığı məqsədi ilə Kompleks Magistratura
Proqramları (IGP) həyata keçirilir.
Henri Li Bienen
musiqi məktəbi 1895-ci ildə yaradılıb (musiqi məktəbi
adı ilə). Təhsil müəssisəsinin dekanı
Toni-Mari Mantqomeridir. 2008-ci ildə
Şimal-Qərb Universitetinin prezidenti Henri Bienen və onun
xanımı Li Bienenin şərəfinə məktəbə
hazırkı adı verilib. Burada orkestr musiqiləri, caz tədqiqatları,
musiqişünaslıq, musiqinin tarixi, tərbiyəvi musiqi,
musiqi texnologiyaları, musiqi nəzəriyyəsi və digər
fakültələr mövcuddur. Hazırda məktəb 16
kollektivdən ibarətdir: simfonik orkestr, kamera orkestri, xor
kapellası, barokko musiqisi ansamblı, caz orkestri və s. Məktəbin
Regenstein musiqi zalı Miçiqan gölünün yanında
yerləşir və buradan gölün əsrarəngiz
görünüşü canlanır. Burada
müxtəlif konsert və tədbirlər keçirilir.
Məktəb çox zəngin musiqi
kitabxanasına malikdir. Hazırda məktəbdə
643 tələbə oxuyur.
Fasiləsiz Təhsil
Məktəbi 1933-cü ildə yaradılıb və
Çikaqo kampusunda yerləşir. Məktəbin
dekanı Tomas Gibbonsdur. Məktəb tələbələrə,
doktorantlara, ixtisas artırmaq istəyən şəxslərə
fasiləsiz təhsil vermək məqsədi
daşıyır. Burada, əsasən,
işləyən şəxslər təhsil
aldığından, dərslər axşam saatlarında və
həftə sonları keçilir. Məktəb bakalavr səviyyəsi
çərçivəsində fəlsəfə
bakalavrı, ümumi tədqiqatlar üzrə elmlər
bakalavrı, kommunikasiya sahəsi üzrə fəlsəfə
bakalavrı, magistr səviyyəsi
çərçivəsində isə kompüter informasiya
sistemləri üzrə elmlər magistri, ədəbiyyat sahəsi,
humanitar elmlər, tibbi informatika, dövlət siyasəti və
idarəetmə, eləcə də digər sahələr
üzrə elmlər magistri dərəcələri təklif
edir.
Ali (magistr və
doktorantlar üçün) Məktəb 1910-cu ildə
yaradılıb və
Qarret-Yevangelist
İlahiyyat Seminariyası Evanston kampusunda yerləşir və
1853-cü ildə yaradılıb. Seminariyanın
prezidenti Filipp Emerson, dekanı isə Lallen Rektordur. Seminariya ilahiyyat sahəsi üzrə magistr və
doktorluq dərəcələri təklif edir.
Şimal-Qərb Universitetində
dünya elminə yeni-yeni nailiyyətlər bəxş edən
Kompleks Sistemlər İnstitutu, Nanoölçülü Elmlər
və Texnika, Materiallar Tədqiqatı, Günəş
Enerjisi, Müqayisəli Tədqiqatlar mərkəzləri,
Siyasi Tədqiqatlar, Beynəlxalq Nanotexnologiyalar institutları fəaliyyət
göstərir.
Şimal-Qərb Universitetinin
kitabxana sisteminə 4,9 milyon cild kitab, 4,6 milyon mikroforma, 98000
dövri nəşr, eləcə də 700 verilənlər
bazası və 6000 elektron jurnal daxildir. Universitetin
Evanston kampusunda, əsas kitabxana daxil olmaqla dörd, Çikaqo
kampusunda üç, Qarret-Yevangelist və Seaburi-Vestern
seminariyaları ilə əlaqəli iki kitabxanası
mövcuddur. Universitetdə Afrika mədəniyyətinə
aid dünyada ən zəngin kolleksiyaya malik Melvill Herskovits adına Afrika Tədqiqatları Kitabxanası
yerləşir. Burada qədim əlyazmalar, müxtəlif əsrlərə
aid incəsənət nümunələri, musiqi əsərləri
və s. resurslar saxlanılır. Universitetin
kitabxanası kolleksiyalarını "Google" kitab
axtarış sistemi vasitəsilə İnternetdə
oxucuların istifadəsinə verib.
Şimal-Qərb
Universitetinin Meri və Li Blok İncəsənət Muzeyi
Çikaqonun əsas incəsənət mərkəzlərindən
biridir. Burada 4000-dən çox sənət nümunələri
qorunur və bu rəqəmlər mütəmadi artmaqdadır.
31 avqust 2009-cu
ildən Şimal-Qərb Universitetinin prezidenti Morton
Şapirodur.
Daniyel Linzer isə 2007-ci ildən Şimal-Qərb Universitetinin rektorudur.
Prezidentin 21 vitse-prezident köməkçisi
var. İndiyədək universitetdə 16 prezident fəaliyyət
göstərib. Universitet 70 üzvdən
ibarət Qəyyumlar Şurası tərəfindən idarə
olunur. Şuranın sədri Patrik
Rayandır. Universitetdə 7000-ə
yaxın işçi heyət çalışır. İşçilərin 2500 nəfərini
professor-müəllim, qalanlarını isə inzibati heyət
təşkil edir. Müəllimlərin arasında
çoxlu sayda Toni mükafatı laureatları, Makartur Fondu təqaüdçüləri,
ABŞ Milli Elmlər Akademiyası, Amerika İncəsənət
və Elmlər Akademiyası, Amerika Elmi Cəmiyyət
Birliyinin üzvləri, fəxri professorlar var.
Hazırda
Şimal-Qərb Universitetində ümumilikdə ABŞ-ın
50 ştatından və dünyanın 50-dən çox
ölkəsindən olan 16337 tələbə təhsil
alır. Onların 8497 nəfəri
bakalavr, 7880 nəfəri isə magistr və doktorantdır. Tələbələrin
51,6 faizini qızlar təşkil edir.
Şimal-Qərb
Universitetində idmana böyük diqqət yetirilir. Burada 19 idman komandası (11 qızlardan və 8
oğlanlardan ibarət komandalar), çoxlu sayda idman
klubları, fitnes mərkəzləri fəaliyyət göstərir.
Universitet "Widcats" milli
çempionatında 2008-2009-cu illərdə ölkə
çempionu olub. Bu ali məktəbin
müəllim və əməkdaşları da idman
klublarının üzvləridir.
Şimal-Qərb
Universitetində, Amerikanın digər universitetlərində
olduğu kimi, tələbələr hər bir şəraitlə
təmin edilmiş yataqxanalarda qalırlar. Bunlardan
İst Ferçayld,
Şimal-Qərb
Universiteti innovativ tədris və novator tədqiqatları
özündə cəmləşdirərək ənənəvi
akademik çərçivədən kənara
çıxır. Universitet Çikaqonun zəngin mühiti əsasında
tələbə və müəllimlərin şəxsi,
intellektual və peşəkar yüksəlişi
üçün müstəsna imkanlar yaradır.
Universitetin məşhur məzunları
Emos Soyyer Liberiyanın
sabiq prezidenti
Ram Emanuel Ağ Evin ştab rəisi
Corc Boll ABŞ
dövlət katibinin sabiq müavini
Corc Mak Qovern Sabiq senator və
prezidentliyə namizəd
Edli Stivenson ABŞ-ın BMT-də
sabiq səlahiyyətli səfiri
Artur Cozef Holdberq ABŞ-ın BMT-də sabiq
səlahiyyətli səfiri
Con Pol Stivens ABŞ Ali Məhkəməsinin
hakimi
Den Kronin İllinoys
ştatının senatoru
Eduardo Mondlane Mozambikin inqilabi hərəkatının
rəhbəri
Uindli Çemberlin ABŞ-ın
Pakistanda sabiq səlahiyyətli səfiri
Edvard Ueyler NASA-nın
administratoru, astrofizik
Devid Skorton Kornell Universitetinin
prezidenti
Qrem Spenyer Pensilvaniya
Ştatı Universitetinin prezidenti
Duqlas Konant "Campbell
Soup" kampaniyasının prezidenti
Corc Stiqler İqtisadiyyat üzrə
Nobel mükafatı laureatı
Saul Bellou
Yazıçı, Nobel mükafatı laureatı
Çarlton Heston Aktyor,
"Oskar" mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 16
aprel.- S.6.