Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və
gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli
oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş
Ştatları təşkilatları ilə təhsil sahəsində
həyata keçirilən birgə layihə və proqramlar barədə
fikirlərimi davam etdirəcəyəm.
ABŞ-ın
Açıq Cəmiyyət İnstitutu dünyanın əksər
ölkələrində proqram və layihələr həyata
keçirir. Bu qeyri-hökumət təşkilatı Amerika maliyyəçisi
və investoru Corc Soros tərəfindən 1979-cu ildə
yaradılmışdır. Bu təşkilat
hər ildə qeyri-kommersiya layihələrinə 300 milyon
ABŞ dolları məbləğində vəsait sərf
edir.
Açıq Cəmiyyət İnstitutu tərəfindən 1993-2003-cü illərdə Azərbaycanda təhsil sahəsində bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələr
çərçivəsində həyata keçirilmiş tədbirləri
diqqətə çatdırmaq istəyirəm.
"Addım-addım"
texnologiyasının tətbiqi layihəsi. Açıq
Cəmiyyət İnstitutu tərəfindən təqdim
edilmiş yeni pedaqoji texnologiya olan "Addım-addım"
layihəsi 1998-ci ildən məktəbəqədər təhsil
sahəsində başlanmışdır. 1999-2000-ci
tədris ilindən başlayaraq birinci siniflərdə tətbiq
edilmişdir.
Layihənin ilk üç ili ərzində nəzərdə tutulan uşaq
bağçaları və məktəblərdə seçilmiş
otaqlarda təmir işləri aparılmış, otaqlar xüsusi
mebel dəstləri, yazı və tədris ləvazimatları
ilə təchiz olunmuş, valideynlər üçün xüsusi
otaqlar yaradılmışdır.
Texnologiyanın məqsədi
uşağı daim yeni biliklərə yiyələnməyə,
müstəqil şəkildə öz biliyini artırmağa
yönəltmək, onlarda tənqidi təfəkkürün,
seçmə bacarığının, problemi qoymaq və həll
etmək qabiliyyətinin formalaşdırılması,
yaradıcılığa, fantaziya və
ixtiraçılığa təşəbbüsün,
insanlara, cəmiyyətə, təbiətə, ətraf
mühitə qayğı və hörmət hisslərinin
aşılanmasıdır. Texnologiyanın fəlsəfi
əsasını uşağın özünə, tərbiyəçiyə,
valideynlərinə, onu əhatə edən insanlara inam təşkil
edir, düşünülmüş şəkildə
yaradılan mühit özü onda tədqiqatçılığa,
təşəbbüskarlığa və
yaradıcılığa maraq oyadır.
Pedaqogika və psixologiyada, fəlsəfi
elmdə son 20 ildə əldə olunmuş mütərəqqi
ideyaları nəzəri əsas kimi götürən, hər
bir uşağı yaradıcı şəxsiyyət kimi qəbul
edən, ilk növbədə, onun idrak qabiliyyətlərinin,
məntiqi təfəkkürünün inkişafını nəzərdə
tutan, akademik, bədii, etik, estetik və praktik biliklərin
aşılanmasına yönəldilən
"Addım-addım" texnologiyası ənənəvi tədris
və tərbiyə metodikalarına nisbətən bir sıra
üstünlüklərə malikdir.
Belə ki, ailə,
məktəbəqədər müəssisə və cəmiyyətin
birgə iştirakı nəzərə alınmaqla tərbiyəyə
kompleks yanaşma tətbiq olunur, valideynlər tərəfindən
uşaqların tərbiyəsinə maraq artır, onların
pedaqoji prosesdə fəal iştirakı təmin olunur.
Uşaqların
yaradılmış təlim mərkəzlərindən meyil və
marağa uyğun səmərəli istifadə etməsi,
onlara fikir və mülahizələrini sərbəst söyləmək
imkanının verilməsi texnologiyanın üstün cəhətlərindəndir. Təlim mərkəzlərində
iş uşaqların qarşılıqlı əlaqə və
ünsiyyətinə, müstəqil əqli nəticə
çıxarma və qərar qəbul etmə qabiliyyətlərinin
inkişafına yönəldilmişdir. Mərkəzlərdə
təlim mühitinin təşkili və tərtibat
mühüm əhəmiyyət daşıyır.
Buradakı bütün materiallar: didaktik vasitələr,
avadanlıqlar, plakatlar, portretlər, incəsənət əsərləri,
yazılar, uşaqların rəsmləri, əl işləri
bilavasitə uşağın inkişafına zəmin
yaradır.
Mərkəzlərdə təlimin fərdiləşməsi tərbiyəçidən hər bir uşağın fərdi psixoloji, fizioloji, yaş xüsusiyyətlərini, meyil və maraqlarını bilməsini, bunlara uyğun müvafiq tapşırıqlar müəyyənləşdirilməsini tələb edir. Fəaliyyət mərkəzləri hər bir uşağın müvəffəqiyyət qazanmasına imkan yaradır. "Öyrənməyi öyrətmək" metodu üzrə işin təşkili məşğələlərin maraqlı keçməsinə, təlimi hər bir uşağın meyil, maraq, qabiliyyət və istedadına, inkişaf səviyyəsinə uyğun qurmağa zəmin yaradır, uşağa sərbəst seçmə imkanı verir.
Texnologiyada uşağın normal inkişaf sxeminin verilməsi, burada hər bir yaş dövrünə müvafiq olan hərəkət, kommunikativ, koqnitiv, özünəxidmət vərdişlərinin, həmçinin fiziki, sosial, nitq, idrak, motorika sahəsində inkişaf göstəricilərinin öz əksini tapması müəllim və tərbiyəçilər üçün çox faydalıdır və təlimin inkişafetdirici aspektinin gücləndirilməsində mühüm rol oynayır. Bilavasitə təlim prosesində uşaqda güclü və müstəqil xarakter tərbiyəsinin forma, metod və üsullarının göstərilməsi təlim-tərbiyə prosesinin səmərəli təşkilinə şərait yaradır.
"Addım-addım" texnologiyasından istifadə uşağın təlim və tərbiyəsində faydalı olduğu kimi, tərbiyəçilərə və müəllimlərə də bilik və bacarıqlarını təkmilləşdirmək, fəaliyyətlərini əməkdaşlıq pedaqogikası prinsipi üzrə qurmaq imkanı verir, onlarda daim öz üzərində işləmək, elmi-metodik hazırlığını yüksəltmək zərurəti yaradır. Texnologiyanın tətbiqi uşaq bağçası, məktəb - ailə əlaqəsinin mütəşəkkil təşkilinə, valideynlərin pedaqoji prosesdə iştirakına daha əlverişli şərait yaradır, "tərbiyəçi-valideyn", "müəllim-valideyn", "valideyn-valideyn", "uşaq-şagird-valideyn" münasibətlərinin səmərəli qurulmasına kömək edir, birgə fəaliyyət formalarını müəyyənləşdirir.
Mövcud məktəbəqədər tərbiyə prosesində məşğələlər ümumi şəkildə keçirildiyi, yəni bütün uşaqlar, eyni zamanda bir fəaliyyətlə məşğul olduqları halda, "Addım-addım" texnologiyası hər bir uşağın öz arzusuna, meyil, maraq və qabiliyyətinə, sosial və emosional inkişaf səviyyəsinə uyğun olaraq kiçik qruplarda müxtəlif təlim mərkəzlərində məşğul olmasını təmin edir.
"Addım-addım"
texnologiyası, həmçinin müasir dövrdə mütərəqqi
ideyalar kimi irəli sürülmüş təhsilin demokratikləşdirilməsi,
humanistləşdirilməsi,
diferensiallaşdırılması, fərdiləşdirilməsi
prinsipləri, uşaq hüquqlarının qorunması
ideyaları ilə uzlaşır və təlim-tərbiyə
prosesində müasir, o cümlədən interaktiv təlim
metodlarının tətbiqini nəzərdə tutur.
Layihə ilkin mərhələdə
Bakı şəhərinin 11, 105, 175, 257, Gəncə şəhər
15, Mingəçevir şəhər 10, 16 və Ağdaş
şəhər 9 nömrəli uşaq
bağçalarının 18 qrupunda eksperiment qaydasında tətbiq
olunmuşdur.
1999-cu ildə Bakı şəhəri
111, 162, Sumqayıt şəhəri 30, Qusar şəhər 3
nömrəli, Təhsil Nazirliyinin lal-kar uşaqlar
üçün ixtisaslaşmış uşaq
bağçası, Şəki şəhər 9, Lənkəran
rayonu Gərmətük kənd uşaq bağçası
layihəyə qoşulmuşdur.
2000-ci ildə daha 9 məktəbəqədər
təhsil müəssisəsi (Bakı şəhəri 130,
"Qərənfil", Sumqayıt şəhəri 11,
Şamaxı şəhər 1, 2, Quba şəhər 13, Qax
rayonu 19 nömrəli, İngiloy qəsəbə, Balakən
rayonu İtitala qəsəbə uşaq bağçaları)
yeni texnologiya ilə işləməyə
başlamışlar.
2001-si ildə layihəyə
Cəlilabad şəhər 2, Masallı şəhər 2,
Xaçmaz şəhər 4, Sumqayıt şəhəri 20,
Balakən şəhər 2, Naxçıvan şəhəri
6, 7, 10, Astara şəhər 1, Lənkəran şəhər
15, Xızı şəhər mərkəzi uşaq
bağçası qoşulmuş, əvvəlki illərdə
seçilmiş Bakı şəhəri 175, 257, Mingəçevir
şəhər 10, 16, Qusar şəhər 3 nömrəli, Lənkəran
rayonu Gərmətük qəsəbə uşaq
bağçalarında isə daha 2 qrupda yeni texnologiyanın tətbiqinə
başlanmışdır.
Beləliklə,
"Addım-addım" texnologiyası ümumilikdə
ölkənin 17 bölgəsində 37 uşaq
bağçasının 115 qrupunda tətbiq edilmişdir.
1998-2001-ci illərdə
uşaq bağçalarının tərbiyəçiləri
və müdirləri üçün, eləcə də
rayon təhsil şöbələrinin məsləhətçiləri,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun və Təhsil Nazirliyinin nümayəndələri
üçün beynəlxalq məsləhətçilər
cəlb edilməklə 16 treninq keçirilmiş, 500-dən
artıq tərbiyəçi və məktəbəqədər
təhsil üzrə digər mütəxəssislər bu
treninqlərdə iştirak etmişdir.
Yeni
texnologiyanın daha səmərəli tətbiqi məqsədilə
layihə çərçivəsində təcrübə
mübadiləsinə geniş yer ayrılmışdır. Belə ki, Bakı şəhəri
257, 105, Sumqayıt şəhəri 40, Ağdaş şəhər
9, Mingəçevir şəhəri 16, 10 nömrəli
uşaq bağçalarının müdir və tərbiyəçiləri
Tbilisi şəhərində (1999-cu il), Gəncə şəhər
15 nömrəli uşaq bağçasının nümayəndələri
Budapeştdə (1999-cu il) təlim seminarlarında iştirak
etmişlər.
Bakı şəhəri 257,
Mingəçevir şəhəri 16 nömrəli uşaq
bağçalarının tərbiyəçiləri, eləcə
də həmin müəssisələrin nəzdindəki
treninq mərkəzlərinin trenerləri Ukraynada təcrübə
mübadiləsində iştirak etmişlər (oktyabr 2001-ci il).
Təhsil Nazirliyinin nümayəndə
heyəti Beynəlxalq "Addım-addım"
Assosiasiyasının Baş Assambleyasının işində
iştirak etmək və Latviyada layihə üzrə təcrübə
ilə tanışlıq məqsədilə Riqaya ezam
olunmuşdur (dekabr, 2001-ci il).
Layihə çərçivəsində
həyata keçirilən əhəmiyyətli tədbirlərdən
biri də uşaq bağçalarının tərbiyəçiləri
üçün aşağıdakı metodik və köməkçi
ədəbiyyatın Azərbaycan dilinə tərcümə
edilməsi və nəşri olmuşdur:
-Uşaqlara istiqamətləndirilmiş
təlimin təşkili.
-Uşaq fəallığına
istiqamətləndirilmiş riyazi və ümumelmi
yaradıcı materiallar.
-Təhsil və demokratiya mədəniyyəti:
erkən yaş dövründə uşaqların
inkişafı təcrübəsi.
-Ailələr və erkən
yaş dövründə uşaqların təhsili.
-Oyun təlim üsulu kimi.
-Körpələrə
istiqamətləndirilmiş təlimin təşkili.
Varislik gözlənilməklə
1999-2000-ci tədris ilində Təhsil Nazirliyinin
razılığına əsasən
"Addım-addım" texnologiyası ümumtəhsil məktəblərinin
I siniflərində tətbiq edilməyə
başlanmışdır. Bunun üçün
Bakı şəhəri 10, 74, 153, 269 və Sumqayıt şəhəri
11 nömrəli məktəb pilot məktəblər kimi
müəyyənləşdirilmişdir.
2000-2001-ci tədris ilində
layihə Bakı şəhəri 246, 272, 83, Gəncə
şəhər 22, Mingəçevir şəhəri 15, 6,
Şamaxı şəhər 2, Ağdaş şəhər
2, Şəki şəhər 12, Qusar şəhər 6
nömrəli, Lənkəran rayonu Gərmətük qəsəbə
məktəblərində tətbiq edilməklə onun əhatə
dairəsi daha da genişləndirilmişdir. Eyni
zamanda 1999-2000-ci dərs ilində layihənin tətbiq edildiyi
məktəblərin hər birində əlavə iki sinif də
yeni texnologiya ilə işləməyə
başlamışdır.
2001-2002-ci tədris ilində
layihəyə Naxçıvan şəhəri 7 və 8,
Astara şəhər 5, Balakən şəhər 1, Lənkəran
şəhər 4 nömrəli, Gərmətük qəsəbə
məktəbi, Masallı şəhər 3, Cəlilabad şəhər
8, Zaqatala şəhər 3, Xaçmaz şəhər 7, Quba
şəhər 1 nömrəli, Qırmızı qəsəbə
məktəbi, Qax şəhər 5 nömrəli, Qaxingiloy qəsəbə
məktəbi, Şəki şəhər fizika - riyaziyyat və
humanitar təmayüllü lisey, Şamaxı şəhər
2 və 5, Xızı mərkəzi şəhər məktəbi,
Bakı şəhəri 245, 189, 199, 175, 190, 191, 214 nömrəli
məktəblər, 2 nömrəli internat məktəbi cəlb
olunmuş, eləcə də "Addım-addım"
texnologiyası əvvəlki illərdə layihəyə
qoşulmuş məktəblərin hər birində daha 2
sinfi də əhatə etmişdir.
Beləliklə,
layihə ölkənin 17 regionunda 47 ümumtəhsil məktəbinin
79 ibtidai sinfində tətbiq olunmuşdur.
Seçilmiş
məktəblərin direktor və müəllimləri
üçün layihə çərçivəsində 12
treninq keçirilmişdir. ABŞ-dan olan ekspertlərin
iştirakı ilə 1999-cu ilin avqustunda Şəkidə,
2000-ci ilin avqustunda Şamaxıda, Ukraynadan olan ekspertlərin
iştirakı ilə 2000-ci ilin fevralında Bakıda, 2001-ci
ilin avqustunda Şamaxıda belə treninqlər təşkil
edilmişdir. 1998-2003-cü illərdə
600-dən artıq ibtidai sinif müəllimi, məktəb
direktoru, məsləhətçi və metodist yeni təlim
üsulları üzrə müxtəlif treninqlərdə
iştirak etmişlər.
Təcrübə
mübadiləsi məqsədilə layihənin tətbiq
edildiyi məktəblərin müəllimləri bir sıra
xarici ölkələrdə olmuşlar. Belə ki, Bakı şəhəri
153 nömrəli məktəbin müəllimləri Tbilisi
şəhərində (noyabr 1999-cu il), Bakı şəhəri
269 nömrəli məktəbin müəllimləri
Budapeşt şəhərində (1999-cu il), Sumqayıt şəhəri
11 nömrəli məktəbin və BPKİYH İnstitutunun
nümayəndələri Vaşinqtonda (aprel - may 2000-ci il),
Bakı şəhəri 153, Lənkəran şəhər 4,
Sumqayıt şəhəri 11 nömrəli məktəblərin
nümayəndələri Kiyevdə (oktyabr 2001-ci il) təcrübə
ilə tanış olmuşlar.
Layihə
çərçivəsində ibtidai sinif müəllimləri
üçün STUşaqlara istiqamətləndirilmiş sinif
otaqlarının yaradılmasıTT, "Riyaziyyat, savad və yazı
üzrə müxtəlif çətinlik səviyyəsi olan
testlər" adlı metodik vəsaitlər Azərbaycan dilinə
tərcümə olunmuş və nəşr edilmişdir.
"Addım-addım"
texnologiyasının tətbiqi layihəsinin ən
mühüm istiqamətlərindən biri də ölkə
üzrə treninq mərkəzləri şəbəkəsinin
yaradılması olmuşdur. Layihə çərçivəsində
tərbiyəçilərin və müəllimlərin
davamlı təkmilləşdirilməsi məqsədilə
ölkənin 9 regionunda (Mingəçevir şəhəri 16
nömrəli uşaq bağçası, Şamaxı şəhər
5 nömrəli orta məktəb, Şəki şəhər
12 nömrəli orta məktəb, Naxçıvan şəhəri
10 nömrəli uşaq bağçası, Quba şəhər
13 nömrəli uşaq bağçası, Lənkəran
şəhər 4 nömrəli orta məktəb, Sumqayıt
şəhəri 11 nömrəli orta məktəb, Gəncə
şəhər 22 nömrəli orta məktəb, Qax şəhər
5 nömrəli orta məktəb, Bakı şəhəri 153
nömrəli orta məktəb) məktəbəqədər
və ümumi təhsil müəssisələrində treninq
mərkəzləri yaradılmış və fəaliyyəti
təşkil edilmişdir.
Treninq mərkəzlərinin
yaradılması zamanı bir sıra amillər nəzərə
alınmışdır:
-layihənin ölkədə
daha geniş yayılması üçün ən
yaxşı uşaq bağçaları və məktəblərdə
yerləşdirilməsi;
-pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinə,
müəllimləri təkmilləşdirmə
institutlarına yaxın olması;
-treninq mərkəzlərində
layihə üzrə çalışan ən təcrübəli
tərbiyəçi və müəllimlər cəlb edilməklə
trenerlərin/təlimatçıların/metodistlərin
hazırlanması və komandaların
formalaşdırılması;
-layihəni tətbiq etmək
istəyən tərbiyəçi və müəllimlər
üçün mərkəzlərdə treninqlərin
keçirilməsi imkanları;
-gələcəkdə yeni
texnologiyanı tətbiq etmək istəyən tərbiyəçi
və müəllimlər üçün layihəni
müşahidə etmək, metodologiyalar əldə etmək,
treninqlərdə iştirak etmək imkanı
yaradılması;
-treninq mərkəzlərinin
təmiri, ofis və treninq avadanlığı ilə, eləcə
də iki il müddətinə treninq mərkəzinin
koordinatorunun əməkhaqqı ilə təmin edilməsi.
Treninq mərkəzlərinin
fəaliyyətinin daha səmərəli təşkil edilməsi
məqsədilə ən qabaqcıl və yaradıcı tərbiyəçi,
müəllim, metodist və direktorlar sırasından
seçilmiş trenerlər üçün beynəlxalq məsləhətçilər
cəlb edilməklə 2000-2002-ci illərdə 3 xüsusi
treninq keçirilmişdir.
"Addım-addım"
texnologiyasının məktəbəqədər və
ümumi təhsil müəssisələrində tətbiqi ilə
yanaşı, bu texnologiyanın müəllim
hazırlığı kurikulumlarına daxil edilməsi və ali məktəb müəllimlərinin bu sahədə
bacarıqlarının artırılması sahəsində də
bir sıra tədbirlər həyata keçirilmişdir. Belə
ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər
İnstitutu, Gəncə Dövlət Universiteti, Lənkəran
Dövlət Universiteti və bir sıra orta ixtisas məktəblərinin
müəllimləri üçün ABŞ mütəxəssislərinin
iştirakı ilə 1999-2002-ci illərdə müvafiq
treninqlər keçirilmişdir.
Layihənin
inkişaf strategiyasının ən mühüm istiqamətlərindən
biri də resurs mərkəzləri şəbəkəsinin
yaradılması olmuşdur. Ölkənin 5
regionunda resurs mərkəzləri yaradılmış və
2002-ci ildən fəaliyyətə başlamışdır
(Azərbaycan Müəllimlər İnstitutu, Lənkəran
Dövlət Universiteti, Naxçıvan Müəllimlər
İnstitutu, Şəki Pedaqoji Texnikumu, Azərbaycan Dövlət
Pedaqoji Kolleci). Bu resurs mərkəzləri
layihəyə cəlb olunmuş uşaq bağçaları
və ümumtəhsil məktəblərinin təcrübəsini
öyrənmək və təcrübə mübadiləsi
aparmaq funksiyasını yerinə yetirmişdir. Onu da qeyd
etmək lazımdır ki, Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan
Müəllimlər İnstitutu, BPKİYH İnstitutunun əməkdaşları,
resurs mərkəzlərinin koordinatorları 2000-2001-ci illərdə
təcrübə mübadiləsi məqsədilə
Bişkek, Kiyev və Riqa şəhərlərində təlim
seminarlarında iştirak etmişlər.
Ali və orta
ixtisas təhsili müəssisələri üçün STFərdiləşdirilmiş
təhsilTT, STOyun vasitəsilə təlimTT, STAilə ilə məktəbin
əməkdaşlığıTT, STMüşahidələr vasitəsilə
uşaqların öyrənilməsiTT, "Uşağa istiqamətləndirilmiş
təlimTT, STKiçikyaşlı uşaqların təhsili
sahəsində tətbiqi tədqiqatlarTT adlı vəsaitlər
Azərbaycan dilinə tərcümə olunmuş və nəşr
edilmişdir.
"Addım-addım"
texnologiyasının tətbiqi layihəsinin 1998-2003-cü illərdə
həyata keçirilməsinə Açıq Cəmiyyət
İnstitutu tərəfindən ümumilikdə 2,3 milyon ABŞ dolları məbləğində
vəsait sərf edilmişdir.
Akademik təqaüdçülər
proqramı (ATP). Proqram 2004-cü ildə Açıq Cəmiyyət
İnstitutunun "Ali təhsilə dəstək
proqramı" çərçivəsində Şərqi
Avropa, keçmiş Sovetlər Birliyi ölkələrində
həyata keçirilməyə başlanmışdır.
Proqramın məqsədi ölkələrdə ali təhsil sahəsində islahatlar prosesinə
dəstək, akademik şəbəkənin yerli, regional və
qlobal şəkildə qurulmasına yardım göstərməkdir.
Proqram:
-seçilmiş universitetlərin
kafedralarında islahatların həyata keçirilməsinə
yardım göstərir;
-xaricdə təhsillərini
başa vurub vətənlərinə geri dönmüş gənc
və ümidverici müəllimləri ali
təhsil müəssisələrinə cəlb edir və onların
peşəkarlıq səviyyəsinin yüksəldilməsini
təmin edir;
-Qərb ölkələrinin
aparıcı universitetlərindən professorları ali təhsildə gedən islahatlara
yardımçı olmağa cəlb edir, hər il
professorları bir neçə dəfə ali məktəblərə
5-7 günlük işgüzar səfərə dəvət
edir.
Proqram artıq
5-ci ildir ki, Bakı Dövlət Universitetində həyata
keçirilir.
Əməkdaşlığın nəticəsi kimi artıq
üçüncü ildir ki, Bakı Dövlət
Universitetində Sosial iş üzrə magistr və ikinci ildir
ki, Sosial iş üzrə bakalavr
proqramları üzrə kadr hazırlanır. Sosial iş
üzrə hər iki proqramın işlənilməsində
ABŞ və Avropa ölkələrinin aparıcı
universitetlərində təhsil almış və proqram tərəfindən
BDU-da tədrisə cəlb olunmuş müəllimlər
yaxından iştirak edirlər. Həmin müəllimlər
Sosial iş üzrə standartların hazırlanmasına
yardımçı olmuşlar. Həmçinin
2008-2009-cu tədris ilində BDU-da Beynəlxalq İnsan
Hüquqları üzrə Magistr proqramı
yaradılmışdır. Bu proqramın tədris
dili ingilis dilindədir və tədris planının beynəlxalq
standartlara uyğun tərtib olunmasına xarici professor və
yerli kadrlar böyük əmək sərf etmişlər.
ATP Bakı
Dövlət Universitetinin beynəlxalq münasibətlər;
beynəlxalq hüquq, sosial elmlər və psixologiya fakültələri,
İqtisadi kibernetika kafedrası ilə səmərəli əməkadaşlıq
etmişdir. 2009-2010-cu
tədris ilində Beynəlxalq hüquq kafedrası və
sosial elmlər və psixologiya fakültəsi ilə iş
aparılır. Bu kafedra və fakültələrdə
xarici ölkələrin aparıcı universitetlərində
təhsil almış və beynəlxalq standartlara uyğun tədris
apara bilən müəllimlər çalışırlar.
Həmin müəllimlər hər il
müsabiqə yolu ilə seçilirlər.
Son 5 il ərzində xaricdə
təhsil almış 26 nəfər azərbaycanlı gənc,
xaricdən 6 professor ATP-nin maliyyə dəstəyilə BDU-nun
müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun
tədris aparmışlar. Növbəti illərdə
ATP Azərbaycanda fəaliyyətini genişləndirməyi
planlaşdırır.
2004-cü ilin
aprelindən Açıq Cəmiyyət İnstitutu
bazasında "Müasir Təhsilə və Tədrisə
Yardım Mərkəzi" ictimai birliyi təsis edilmişdir. Əvvəllər
Açıq Cəmiyyət İnstitutunun, sonralar isə mərkəzin
fəaliyyətinin təşkilində və təhsil sahəsində
proqram və layihələrin həyata keçirilməsində
Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Elnarə Qənizadə,
Bahar Kərimova, İradə Məmmədovanın xüsusi
xidmətləri qeyd edilməlidir.
Açıq Cəmiyyət
İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi
tərəfindən Təhsil Nazirliyi ilə birgə bir
sıra layihələr həyata keçirilməkdədir.
Məktəb
liderliyinin inkişafı layihəsi. Layihə 2008-ci ildən
həyata keçirilir. Layihənin əsas
məqsədi məktəb liderliyini inkişaf etdirməklə
təhsildə hesabatverməni və şəffaflığı
inkişaf etdirməkdir. Layihə çərçivəsində
bir sıra fəaliyyətlər - məktəb liderliyinin
inkişafı mövzusunda təlimlər, mübadilə
proqramı, məktəb səfərləri və sair həyata
keçirilmişdir. Prosesdə həm
yerli, həm də beynəlxalq ekspertlərlə əməkdaşlıq
edilir. Belə ki, təlim proqramları əsasən
ABŞ-ın Cənubi Konnektikut Dövlət Universitetinin Məktəb
liderliyi fakültəsinin professoru Ketrin Magno tərəfindən
aparılır. Eyni zamanda təlimlər
zamanı uğurlu fəaliyyətləri ilə seçilən
məktəb direktorları təqdimatlarla
çıxış edirlər. Amerika Birləşmiş
Ştatları və Avropada təhsilin idarəedilməsi və
liderlik, ictimai siyasət üzrə magistr dərəcəsi
almış 4 gənc azərbaycanlı mütəxəssis də
təlim proqramlarına cəlb edilmişdir.
Məktəb idarəetməsi
və maliyyələşməsi: təcrübə və
siyasət layihəsi. Layihənin məqsədi
məktəbin səmərəli maliyyələşməsi və
demokratik idarəedilməsi prosesini gücləndirmək, bu məqsədlə
Azərbaycanda məktəb idarəetməsi və maliyyələşməsinə
dair modellərin tədqiqi, bu sahədə tövsiyələrin
hazırlanması və ictimaiyyətin maarifləndirilməsi
kampaniyasının təşkilidir.
Layihə
çərçivəsində "Azərbaycanda məktəb
maliyyələşməsinin yeni modeli" mövzusunda tədqiqat
aparılmışdır. Məqsəd Təhsil Sektorunun
İnkişafı Layihəsi (TSİL) çərçivəsində
şagirdbaşına maliyyələşmə pilot layihəsinə
cəlb olunmuş rayonların məktəblərində maliyyələşdirmə
və idarəetmənin təkmilləşdirilməsi istiqamətində
həyata keçirilən islahatların icra vəziyyətinin
araşdırılması, təsirlərinin (nəticələrinin)
qiymətləndirilməsidir. Sorğuda Ucar,
İsmayıllı rayonları və Şirvan şəhərinin
59 pilot məktəbinin direktoru, məktəb
şurasının üzvü olan müəllimlər (150 nəfər),
valideynlər (150 nəfər), şagirdlər (150 nəfər)
iştirak etmişdir. Bundan əlavə, məktəb
şurasının sədri (40 nəfər), mühasib (40 nəfər),
rayon təhsil şöbəsinin müdirləri (3 nəfər),
rayon maliyyə şöbəsinin müdirləri (3 nəfər),
yerli icra hakimiyyətinin nümayəndələri (3 nəfər),
yerli bələdiyyə orqanının üzvləri (3 nəfər),
digər maraqlı tərəflərdən (5 nəfər) dərinləşdirilmiş
müsahibələr götürülmüşdür. Tədqiqata dair sorğu və dərinləşdirilmiş
müsahibələr "SİQMA" İnkişaf və
Beynəlxalq Əməkdaşlıq Tədqiqatları Mərkəzi
tərəfindən aparılmışdır.
Həmçinin
layihənin ekspert qrupu tərəfindən mövcud maliyyə
modelinin təhlili aparılmışdır. Təhlil
ümumi təhsil sisteminin mövcud maliyyələşmə
sisteminin ümumi prinsiplərini, mexanizmlərini, eləcə
də maliyyənin idarəedilməsində müxtəlif tərəflərin
iştirak imkanlarını əhatə etmişdir.
Layihə çərçivəsində
pilot məktəblərdə yeni modelin tətbiqinə dair məlumatın
birbaşa yerlərdən alınması məqsədilə
bölgələrə səfər edilmiş, məktəb
şurası sədrləri, üzvləri, məktəb
direktorları, mühasiblər, eləcə də rayon təhsil
şöbəsinin rəhbərliyi ilə yeni modelin tətbiqi
və meydana çıxan maneələrlə bağlı
müzakirələr aparılmışdır.
Pilot layihəsinə cəlb
edilmiş rayon məktəblərində çalışan
mühasiblər (59 nəfər) üçün
şagirdbaşına maliyyələşdirmə düsturunun
tətbiqinə dair Milli Büdcə Qrupu ilə əməkdaşlıq
çərçivəsində təlimlər
keçirilmişdir. Mühasiblərin
ehtiyacları nəzərə alınaraq "Məktəb
büdcə bələdçisi" adlı təlimat
kitabı hazırlanmışdır. Layihə
çərçivəsində "Məktəb
ehtiyaclarına əsaslanmış maliyyə formulası"
kitabı nəşr olunmuş, layihənin tərəfdaşları
arasında yayılmışdır.
İctimai maarifləndirmə
komponenti layihənin əsas istiqamətlərindən biri
olmuş və layihə müddətində media vasitəsilə
mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması
həyata keçirilmişdir. Bu məqsədlə
İTV "Açıq dərs" proqramında, eləcə
də radiolarda "Məktəb maliyyəsi və idarəolunması"
mövzusunda xüsusi proqram təşkil olunmuşdur.
Təhsil Siyasəti
Forumu (TSF) layihəsi. Layihə 2004-cü ildən həyata
keçirilməyə başlanmışdır. Layihənin məqsədi maraqlı tərəflərin,
xüsusilə icma, media şəbəkəsi vasitəsilə
təhsil məsələlərinə dair ictimaiyyəti məlumatlandırmaq,
təhsilə dair qərarların qəbul edilməsinə vətəndaş
cəmiyyətini cəlb etməkdir.
TSF layihəsi, əsasən,
üç strateji istiqaməti əhatə etmişdir: a)monitorinq/araşdırmalar;
b)araşdırmaların nəticələrinin ictimaiyyət
arasında yayılması; c)əməkdaşlıq və
effektiv kommunikasiya vasitələrinin inkişaf etdirilməsi.
Ötən müddət ərzində
"Fərdi müəllimlik" (2005 və 2009-cu illər),
"Valideynlərin məktəbə qeyri-formal ödənişləri",
"Ali təhsildə korrupsiya: səbəb və nəticə",
"Müəllim peşəsinin tədqiqi"
mövzularında genişmiqyaslı tədqiqatlar və
monitorinqlər aparılmışdır.
Layihə
çərçivəsində beynəlxalq əməkdaşlıq
istiqamətində ciddi təşəbbüslər həyata
keçirilmiş, YUNESKO-nun Beynəlxalq Təhsil
Planlaşdırılması İnstitutu ilə birgə tədqiqatın
Azərbaycan dilində nəşrinə nail olunmuşdur. Həmçinin layihə
çərçivəsində təhsil sahəsində
ixtisaslaşmış beynəlxalq, regional və yerli QHT şəbəkələri
ilə fəal əməkdaşlıq edilmiş, o cümlədən
QHT-lərin antikorrupsiya fəaliyyətinə dair yerli şəbəkə,
AzPAC (Avropa Şurası) layihəsi, təhsil siyasəti mərkəzləri
şəbəkəsi (NEPC), YUNESKO-nun Beynəlxalq Təhsil
Planlaşdırılması İnstitutu ilə birgə tədbirlər
həyata keçirilmişdir.
TSF layihəsi üzrə
mütəmadi şəkildə mətbuat konfransları,
"dəyirmi masa"lar, seminarlar
keçirilmiş, mətbuat üçün
açıqlamalar hazırlanmışdır. Həmçinin
"Təhsil və media" adlı jurnalist qrupu
yaradılmış və onlarla əməkdaşlıq təmin
edilmişdir. Bu qrupun əsas məqsədi
təhsil problemlərinin mətbuatda daha geniş və
yaradıcı işıqlandırılması olmuşdur.
Həmçinin jurnalistlərın təhsil sahəsində
ixtisaslaşması üçün təlim və seminarlar təşkil
olunmuşdur. Təlimlərdə Bakı və
regionlar da daxil olmaqla 20 media təmsilçisi iştirak
etmişdir. Təlimlərdən sonra da
jurnalistlərlə əlaqə davam etdirilmiş, həyata
keçirilən tədqiqatlar, eləcə də jurnalist
peşəkarlığıının artırılması məqsədilə
keçirilən digər tədbirlər barəsində məlumatlar
verilmişdir. Layihənin icrası müddətində
24 mətbuat konfransı keçirilmiş və bununla da təhsil
prosesində iştirak etməkdə maraqlı olan auditoriya (mətbuat
nümayəndələri, qərarqəbuledicilər, QHT təmsilçiləri,
icma üzvləri, təhsil ictimaiyyəti, beynəlxalq təşkilatların
təmsilçiləri) formalaşmışdır.
Bundan əlavə, hər il İctimai
Televiziyanın "Açıq dərs" verilişi 2
proqramını layihənin nəticələrinin əsasında
qurmuşdur.
Qeyd etmək
yerinə düşər ki, TSF çərçivəsində
"Təhsil haqqında" Qanun layihəsinin ictimai
müzakirələri keçirilmiş, təkliflər
hazırlanmış, onların bir qismi qəbul edilən sənəddə
öz əksini tapmışdır.
Eyni zamanda layihə çərçivəsində
2008-ci ilin yayında "Məktəb maliyyələşməsi:
şəffaflıq və cavabdehlik", 2009-cu ildə isə
"Təhsildə qiymətləndirmə
strategiyasının inkişafı" mövzularında
"yay məktəbi" təşkil edilmişdir. Bunlarla
yanaşı, "Korrupsion məktəblər, korrupsion
universitetlər nə etməli?", "Gizli bazarda təhsil:
fərdi müəllimlik", "Antikorrupsiya tədrisi
metodologiyası", "Valideynlərin müvəkkillik fəaliyyəti
üçün təlimatlar", "Təhsil terminlərinin
izahlı lüğəti", "Təhsildə şəffaflıq",
"Məktəb ehtiyaclarına əsaslanmış maliyyə
formulası" vəsaitləri, o cümlədən multimedia
vəsaitləri çap olunmuşdur.
Müasir Tədrisə
və Təhsilə Yardım Mərkəzi "Məcburi
köçkün şagirdlərin təhsilinin keyfiyyətinin
yaxşılaşdırılması", "Xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb
olunması" layihələrinin həyata keçirilməsində
iştirak etmişdir.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 16 aprel.- S.3.