İnşa müsabiqəsinin
yekun mərhələsinin
keçirilməsi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
"Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə
təhsil müəssisələrində
keçiriləcək tədbirlər
haqqında" nazirliyin
15 fevral 2010-cu il tarixli, 187 nömrəli əmrinin
3-cü bəndinə uyğun
olaraq
ƏMR EDİRƏM:
1. Respublikanın
rayon və şəhərlərindən,
nazirlik nəzdindəki
və özəl ümumtəhsil müəssisələrindən
toplanmış məlumatlar
əsasında inşa
müsabiqəsinin yekun
mərhələsi iştirakçılarının
adlı siyahısı
təsdiq edilsin (1 nömrəli əlavə).
2. İnşa
müsabiqəsinin yekun
mərhələsi 20 aprel
2010-cu il tarixdə saat 10:00-da Akademik Zərifə Əliyeva adına məktəbdə keçirilsin.
3. Aparatın
rəhbəri İ.Pirməmmədov,
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) müsabiqənin
yekun mərhələsinin
yüksək səviyyədə
keçirilməsi ilə
bağlı təşkilati
məsələləri vaxtında
həll etsinlər.
4. Müsabiqə
inşalarını yoxlayıb
qiymətləndirən və
ən yaxşı inşaları toplu şəklində nəşrə
hazırlayan işçi
qrupunun tərkibi təsdiq olunsun (2 nömrəli əlavə).
5. Aparatın
rəhbəri İ.Pirməmmədov,
İqtisadiyyat şöbəsi
(Ş.Əliyev), Dərslik
və nəşriyyat
şöbəsi (F.Şahbazlı)
ən yaxşı inşaların toplu şəklində nəşr
olunması və qaliblərin mükafatlandırılması
üçün 5 (beş) gün müddətinə müvafiq
təkliflər hazırlayıb
rəhbərliyə təqdim
etsinlər.
6. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi"
qəzetində dərc
olunmasını təmin
etsin.
7. Əmrin
icrasına nəzarəti
öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
9 aprel
2010-cu il
Azərbaycan
müəllimi.-2010.-16 aprel.-S.2.