Təhsildə informasiya texnologiyalarının
tətbiqi sahəsində
"Elektron təhsil" Respublika müsabiqəsinin
keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərin
icrası ilə bağlı Təhsil Nazirliyinin 19 avqust 2008-ci
il tarixli əmri ilə təsdiq edilmiş "Fəaliyyət
Planı"nın 5-ci və 17-ci bəndlərinin
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1.
2010-cu ildə təhsildə informasiya texnologiyalarının tətbiqi
sahəsində "Təhsildə İnternet texnologiyaları" və
"Müasir məktəbdə elektron resursları"
istiqamətləri üzrə "Elektron təhsil"
Respublika müsabiqəsi keçirilsin.
2.
"Elektron təhsil" Respublika müsabiqəsinin əsasnaməsi,
müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər
Heyətinin tərkibi təsdiq edilsin. (1, 2, 3 saylı əlavələr).
3.
Təşkilat Komitəsi müsabiqənin keçirilmə
müddətini, mərhələlərinin müəyyən
edilməsini və əsasnamədə
nəzərdə tutulmuş digər tədbirlərin
lazımi səviyyədə həyata keçirilməsini təmin
etsin.
4.
Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinə tapşırılsın (S.Məmmədov):
4.1. Əsasnamədə nəzərdə
tutulmuş tədbirlərin vaxtında və lazımi səviyyədə
həyata keçirilməsini təmin
etsin.
4.2. Ən yaxşı
layihələr haqqında geniş məlumatların Təhsil
portalında yerləşdirilməsini təmin etsin.
5.
"Elektron təhsil" Respublika müsabiqəsinin
keçirilməsi üçün xərclər smetası təsdiq
edilsin və əmrə əlavə olunsun.
6.
Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) müsabiqənin bütün mərhələlərinin
gedişinin videolentə alınmasını, əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin
icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
14 aprel 2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 23 aprel.- S.2.