Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 14 aprel
2010-cu il tarixli, 67 nömrəli qərarının icrası
barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas
təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış
gənc mütəxəssislər
üçün əlavə
güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" 14 aprel
2010-cu il tarixli, 67 nömrəli
QƏRARINI ELAN EDİRƏM:
"Azərbaycan Respublikası
Nazirlər Kabineti
QƏRAR
¹ 67
Bakı şəhəri,
14 aprel 2010-cu il
Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas
təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış
gənc mütəxəssislər
üçün əlavə
güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında
"Təhsil
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli Fərmanının
1.27-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti
QƏRARA ALIR:
1. Pedaqoji profilli ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş
gənc mütəxəssislərin
kənd rayonlarında
yerləşən ümumi
təhsil müəssisələrinə
işə cəlb olunmasının stimullaşdırılması
və həmin müəssisələrdə pedaqoji
kadr tələbatının
ödənilməsi məqsədilə
dövlət sifarişinə
əsasən iş yerlərində əmək
fəaliyyətinə başlayan
və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə
bu müddət ərzində kommunal xidmətlərini ödəmək
üçün 40 (qırx)
manat məbləğində
kompensasiya verilsin və yerli icra
hakimiyyəti orqanları
tərəfindən bələdiyyələrlə
birlikdə onların yaşayış sahələrinə
ehtiyaclarının ödənilməsinə,
daimi məskunlaşmaq
üçün torpaq
sahələrinin ayrılmasına
və ipoteka kreditlərinin verilməsinə
köməklik göstərilsin.
Rayon mərkəzlərindən
20 km-dən artıq məsafədə yerləşən
ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə
başlayan hər bir nəfər üçün 3 il müddətində
aylıq əməkhaqqına
ayda 70 (yetmiş) manat məbləğində
əlavə ödənilsin.
2. Pedaqoji profilli ixtisaslar üzrə ali və
orta ixtisas təhsili müəssisələrini
bitirmiş, dövlət
sifarişinə əsasən
kənd rayonlarında
əmək fəaliyyətinə
başlamaq üçün
konkret iş yerlərinə göndəriş
almış gənc mütəxəssislərə yol
xərci, əmlakın
daşınması üçün
nəqliyyat xərci və ilkin yaşayış
şəraitinin yaradılması
məqsədilə əməkhaqqının
2 (iki) misli həcmində birdəfəlik
yardım ödənilsin.
3. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi:
3.1.hər
il iyul ayının
1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri
tətbiq ediləcək
kontingentin sayını
müəyyənləşdirsin və bu barədə
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinə
müvafiq məlumat təqdim etsin.
3.2.gənc
mütəxəssislərin dövlət sifarişinə
uyğun real tələbat
olan ümumi təhsil müəssisələrinə
göndərilməsi, onlardan
səmərəli istifadə
edilməsi və tələbatın ödənilməsi
istiqamətində əməli
tədbirlər görsün.
4. Bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin dövlət büdcəsinin "Yerli xərclər"inin "Təhsil
xərcləri" bölməsinin
müvafiq xərc yarımmaddələri hesabına
ödənilməsi təmin
edilsin.
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin "Kənd yerlərindəki ümumtəhsil
məktəblərinə pedaqoji
kadrların cəlb olunmasının həvəsləndirilməsi
tədbirləri haqqında"
2004-cü il
22 iyun tarixli, 85 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004-cü il, N 6, maddə
500; 2006-cı il, N 4, maddə
376) və Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
"Kənd yerlərindəki
ümumtəhsil məktəblərinə
pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri
haqqında" 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarına əlavələr
və dəyişikliklər
edilməsi barədə"
2006-cı il 17 aprel tarixli, 107 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, N
4, maddə 376) qüvvədən
düşmüş hesab
edilsin.
6. Bu qərar imzalandığı
gündən qüvvəyə
minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri"
Həmin qərarın icrası
ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
"Pedaqoji profilli ixtisaslar
üzrə ali və orta ixtisas
təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış
gənc mütəxəssislər
üçün əlavə
güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında"
14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarı rəhbərlik
və icra üçün əsas götürülsün.
2. Pedaqoji profilli ali və
orta ixtisas təhsili müəssisələrinin
rəhbərlərinə tapşırılsın:
2.1. pedaqoji ixtisaslar üzrə bitirən məzunları bu qərarla yaxından
2.2. dövlət sifarişi
üzrə iş yerlərini geniş aşkarlıq şəraitində
məzunlara təklif etsin və onların
mövcud qaydalarla yanaşı, ilk növbədə,
daimi yaşayış
yerlərinə göndərilməsinə
üstünlük verilsin.
3. Rayon təhsil şöbələrinə
tapşırılsın:
3.1. bu qərarın icrası ilə əlaqədar bütün
ümumi təhsil müəssisələrinin rəhbərləri
ilə geniş müşavirə keçirsin
və ətraflı izahat işləri aparsın.
3.2. gənc mütəxəssislər
üçün bu qərarın I və II maddələrində nəzərdə
tutulmuş tədbirlər
üçün maliyyə
vəsaitinin vaxtında
büdcəyə daxil
edilməsi məqsədilə
qabaqcadan müvafiq proqnozlaşdırma işlərini,
eləcə də vəsaitin ayrılması
və paylanması üzrə yerli maliyyə orqanları ilə əlaqəli fəaliyyəti həyata keçirsinlər. Nəzərə
alınsın ki, bu qərara uyğun stimullaşdırıcı
tədbirlər üçün
maliyyə vəsaitinin
"Yerli xərclər"inin
"Təhsil xərcləri"
bölməsinin müvafiq
xərc yarımmaddələri
hesabına ödənilməsi
nəzərdə tutulmuşdur.
3.3. pedaqoji
kadrlara olan tələbatın hər
bir məktəbin adı, rayon mərkəzindən
yerləşdiyi məsafəsi,
konkret fənn üzrə dərs saatlarının miqdarı
dəqiq göstərilməklə
düzgün müəyyənləşdirilməsini,
dövlət sifarişinin
və bu sifarişə uyğun əmək fəaliyyətinə
başlayan gənc mütəxəssislər barədə
məlumatın
vaxtında və
həmin kontingent haqqında hesabatın hər tədris ilinin sonunda nazirliyə təqdim olunmasını təmin etsinlər.
3.4. gənc mütəxəssislərin
vaxtında iş yerləri ilə təmin olunmasına məsuliyyət daşısın,
onlara lazımi diqqət və qayğı göstərsin,
yaşayış sahələrinə
ehtiyaclarının ödənilməsi,
torpaq sahələrinin
artırılması və
ipoteka kreditlərinin verilməsində
yerli icra hakimiyyəti qarşısında
vəsatətlər qaldıraraq
həmin məsələlərin müsbət
həllinə nail olsunlar.
4. Nazirliyin Strateji təhlil, planlaşdırma
və kadrların idarəolunması şöbəsinə
(F.Qədirov) tapşırılsın:
4.1. hər il iyul ayının 1-dən gec olmayaraq növbəti
tədris ili üçün həvəsləndirmə
tədbirləri tətbiq
ediləcək kontingentin
sayını müəyyənləşdirsin
və bu barədə məlumatın
vaxtında Azərbaycan
Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4.2. bu qərarın icrası, habelə pedaqoji kadr təminatının
tənzimlənməsi ilə
əlaqədar yerlərdə
ətraflı izahat işləri aparsın, həm pedaqoji profilli ali və
orta ixtisas təhsili müəssisələrinə,
həm də təhsilin yerli idarəetmə orqanlarına
əməli köməklik
göstərsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində
dərc edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
20 aprel 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 23 aprel.- S.2.