Təhsil Nazirliyində görüş

 

Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında təhsil sahəsində mövcud olan əlaqələrdən və qarşılıqlı tələbə mübadiləsi məsələlərindən söhbət açılıb. Ali təhsil sahəsində tədris proqramlarının uyğunlaşdırılmasının zəruriliyi, ortaq dərsliklərin hazırlanması və daha çox ehtiyac duyulan ixtisaslar üzrə müəllimlərin Türkiyədən Azərbaycana səfərlərinə diqqətin artırılmasına dair fikir mübadiləsi aparılıb. Bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyi bildirilib, qardaş ölkələr olan Azərbaycanla Türkiyənin təhsil sahəsində də əməkdaşlığının ən yüksək səviyyəyə çatdırılacağına əminlik ifadə olunub.

Görüşdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərləri, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov iştirak ediblər.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

 

 

Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.2.