İngilis dilində tamaşanın nümayişi olub

 

Azərbaycan Dillər Universitetində I kurs tələbələrinin ifasında məşhur fransız dramaturqu Rober Tomanın "Səkkiz qadın" əsərinin İngilis dilində səhnələşdirilmiş tamaşasının nümayişi olub. Tamaşa Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadənin təşkilatçılığı kafedranın əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə səhnələşdirilib. Tamaşadan öncə ADU-nun  rektoru, millət vəkili, professor Səməd Seyidov iştirakçıları salamladıqdan sonra universitetdə keçirilən tədbirlər barədə danışıb. Tələbələrin öz istedadlarını müxtəlif sahələrdə inkişaf etdirdiyini deyib öyrəndikləri dilin tarixini, mədəniyyətini, adət-ənənələrini araşdırmağın əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirin təşkilatçısı professor Gülnar Hüseynzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri, xalq artisti, rejissor Azərpaşa Nemət  çıxış edərək dilin daşıyıcısı olan xalqın mədəniyyətinə yiyələnməyin zəruriliyini, dil mədəniyyəti bir arada öyrənməyin vacibliyini Dillər Universitetində bütün mədəniyyət növlərinin bir araya gəlməsindən   hər növ incəsənət sahəsinin   mövcudluğundan zövq aldıqlarını bildirərək rektor Səməd Seyidov başda olmaqla tədbir iştirakçılarına təşəkkür edib uğurlar arzulayıblar.

Sonra tamaşanın nümayişi olub.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.-2010.-30 aprel.-S.8.