Xatun" bədii-musiqili
məclisi keçirilib
Aprelin 24-də Bakıdakı
164 nömrəli orta məktəbdə "Kimlik"
şagird studiyasının
və məktəbin kollektivinin hazırladığı
"Xatun" adlı
bədii-musiqili məclis
keçirildi.
Görkəmli oftalmoloq-alim,
akademik Zərifə
xanım Əliyevanın
xatirəsinə həsr
olunmuş tədbirin keçirilməsində məqsəq
türk xatunlarının
Azərbaycan tarixində
rolunu və onların xalqımıza verdiyi töhfələri gənc
nəslə çatdırmaq
idi. Mərasimdə məktəbin müəllim-şagird kollektivi, aktyor-müğənni Şəmistan
Əlizamanlı, şair
Nizami Muradoğlu, rəssam Minayə Feyzullayeva və digər qonaqlar iştirak edirdilər.
Məclisi giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova qonaqları salamlayaraq, belə tədbirlərin keçirilməsinin vacibliyini
vurğuladı. O belə mərasimlərin şagirdlərin
təlim-tərbiyəsinə müsbət təsir göstərdiyini və onların şəxsiyyət
kimi formalaşmasına
xidmət etdiyini bildirdi. Qeyd etdi ki, kollektiv
və xüsusən də "Kimlik" şagird studiyasının
rəhbəri Şəhla
Gündüzün səyi
nəticəsində artıq
sayca dördüncü
məclis keçirilir.
Çıxışlarda Azərbaycan qadınlarının
elm və mədəniyyətimizin
inkişafındakı xidmətlərindən
ətraflı bəhs
edildi.
Məktəbin xor kollektivi "Bu mənim ana dilimdir", "Qız haralısan",
"Şuşanın dağları"
və başqa mahnıları səsləndirdilər.
Tədbirdə şagirdlər
tərəfindən "Ağabəyim
ağanın monoloqu"
söylənildi, "Qaçqın
qızın hekayəti",
"Anama məktub"
adlı kiçik səhnəciklər məharətlə
oynanıldı.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.25.