Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib

 

Azərbaycan Müəllimlər İnstitutunda hər il ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə Mülki Müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş voleybol və dama yarışları keçirildi.

Final mərhələsinin təntənəli açılış mərasimində institutun rektoru, professor Aqiyə Naxçıvanlı çıxış edərək yarışın məqsəd və məramını açıqladı.

Sonra Mülki Müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri, professor Məmmədhənifə Qurbanov yarışın təşkilati işlərindən danışdı. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra yarış başlandı.

Voleybol üzrə yarışda pedaqoji fakültənin qızlardan ibarət komandası, pedaqogika və filologiya fakültəsinin isə oğlanlardan ibarət komandası qələbə qazandı.

Dama idman oyunu üzrə yarışda isə pedaqoji fakültənin I kurs tələbəsi Töhfə Əliyeva qələbə qazanaraq birinci oldu. Qaliblər diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

 

R.ZİYADOV

 

Azərbaycan müəllimi.-2010.-30 aprel.-S.32.