"Tarixi çağdaş ədəbi prosesə  dair araşdırmalar"

 

XXI əsr Azərbaycan ədəbiyyatşünaslığında öz dəst-xəti ilə  tanınan   filologiya elmlər doktoru, ADPU-nun professoru Təyyar Salamoğlunun yeni çapdan çıxmış "Tarixi  çağdaş ədəbi prosesə dair araşdırmalar" əsəri   3 bölmədən ibarətdir. Birinci bölmədə müasir Azərbaycan ədəbiyyatında xüsusi mövqeyi olan  yazıçılarımızdan M.Cəlalın, İ.Şıxlının, İ.Hüseynovun roman yaradıcılığına aid yeni araşdırmalar yer almışdır. Müəllif M.Cəlalın İ.Şıxlının əsərlərinin  elmi təhlilini verir, onların milli bəşəri məzmununun vəhdəti, estetik mükəmməlliklə şərtlənən müasirliyini üzə çıxarır.

İkinci bölmədə  Azərbaycan ədəbi-tənqidinin tarixinə dair məqalələr toplanmışdır. Bu məqalələrdə M.F.Axundov, F.Köçərli, Ə.Hüseynzadə XX əsr romantik sənətkarlarının ədəbi-tənqid sahəsindəki fəaliyyətləri polemik mövqedən araşdırılır ümumiləşdirilir.

Üçüncü bölmədə isə  müasir ədəbi prosesə dair son illərdə qələmə alınan müəllifin əvvəlki kitablarında yer almayan məqalələri verilmişdir.

Bu il 50 yaşını  yenicə qeyd edən Təyyar müəllimə elmi-pedaqoji fəaliyyətində   yaradıcılığında  uğurlar arzulayırıq.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 6 avqust.- S.4.