XX uluslararası Akçaabat musiqi xalq oyunları festivalı

 

Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının nəzdindəki yallı rəqs qruru Türkiyədə keçirilən XX Uluslararası  Akçaabat musiqi xalq oyunları festivalı, Xıdırnəbi yayla şənliyində Azərbaycanı layiqincə təmsil etmişdir. Qeyd edək ki, Akçaabad şəhər bələdiyyəsi icra hakimiyyəti tərəfindən təşkil olunan festivalda Rumıniya, İran, Makedoniya, Bolqarıstan, Rusiya (Üakutiya) kimi ölkələrdən, Ankara, İstanbul, Qazianter Edirnədən olan yallı qrurları Akçaabat folklor dərnəyi iştirak etmişlər. Festivala start verildikdən sonra çələngqoyma mərasimi keçirilmiş, şəhərboyu yürüş olmuşdur.

Festival iştirakçıları Akçaabad şəhər bələdiyyəsi binası qarşısındakı Atatürk rarkında rəngarəng rəqs nömrələri yallı ilə çıxış etmişlər.

Tələbə Teatr Studiyasının rəhbəri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova bildirmişdir ki, təmsilçilərimizin ifa etdikləri milli rəqslərdən ibarət kompozisiya, yallı nömrələri alqışlarla qarşılanmışdır. Yekun tədbirdə festival iştirakçılarının həmyerlilərimizlə birlikdə "Tənzərə" yallısını ifa etmələri çoxəsrlik tarixə malik Azərbaycan folklorunun, mədəniyyətinin ecazkar qüdrətini bir daha təsdiqləmişdir.  

Festivalda Azərbaycanı təmsil edənlər uğurlu ifalarına görə müxtəlif mükafat hədiyyələrlə  təltif olunmuşlar.

 

 

Leyla ZEYNALOVA

 

Azərbaycan müəllimi.- 2010.- 6 avqust.- S.3.