Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri
görülür
2010-2011-ci dərs ilinə
hazırlıqla əlaqədar
İsmayıllı rayonunda xeyli işlər
görülmüşdür. Belə ki, Qaraqaya kəndində
inşa edilən məktəb binasında son tamamlama işləri
gedir. Obyektin sentyabrın 15-də istifadəyə
veriləcəyi nəzərdə tutulur.
Aşıqbayram kənd orta məktəbi əsaslı
təmir edilir. Tircan, Uştal
kənd orta və Xanagah kənd əsas məktəblərinin istilik
sistemi isə yenidən qurulur.
Şəhər 5 nömrəli,
Qubaxəlilli, Ruşan
kənd orta, Xanagah, Bizlan kənd əsas, Maçaxı kənd ibtidai məktəblərində,
şəhər 3 nömrəli
və İsmayıllı
kənd körpələr
evi-uşaq bağçalarında
və şahmat məktəbində əsaslı,
digər bütün məktəb və bağçalarda cari təmir işləri aparılır.
Rayonun məktəblərini dərsliklə
tam təmin etmək məqsədilə 24.000 dərslik
gətirilmiş və
paylanılmışdır.
Yeni dərs ilində I siniflərdə dərs deyəcək 80 nəfər
ibtidai sinif müəllimi üçün
kurikulumla bağlı
2-7 avqust tarixində birhəftəlik treninqlər
keçirilmişdir.
***
Xaçmaz rayonunda təhsilin inkişafı, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin ixtisaslı müəllimlərlə tam təminatı və yeni məktəblərin tikintisi hər il olduğu kimi bu tədris ilində də davam etdirilir.
Buna əyani sübut olaraq yararsız vəziyyətdə olan Xaçmaz şəhər M.Məhəmmədov adına 4 nömrəli əsas məktəb sökülərək, yerində Dövlət Proqramı çərçivəsində müasir standartlara cavab verən 640 yerlik yeni məktəb binası tikilmişdir. Hazırda son tamamlama işləri aparılır.
Həmçinin rayonda daxili imkanlar hesabına ikimərtəbəli müasir tipli şahmat məktəbi tikilib, yeni tədris ilində şahmatsevərlərin istifadəsinə veriləcəkdir.
Bundan əlavə, Xaçmaz şəhər M.Babayev adına 1 nömrəli orta, Xudat şəhər K.Məhərrəmov adına 3 nömrəli orta məktəblərin binalarının fasad hissələri təmir olunmuş, Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli orta məktəbin istilik sistemi yenidən qurulmuş, Xaçmaz şəhər Ç.Abdullayev adına 2 nömrəli orta məktəb isə əsaslı təmir edilmişdir.
***
"Mədəd" HTİB-nin
təşkilatçılığı ilə İKT (İnformasiya-kommunikasiya
texnologiyaları) üzrə
birhəftəlik kurslarda
rayonun 620 müəllimi
iştirak edib və müvafiq sənəd alıb.
Hər il olduğu kimi, bu il
də fənn kurikulumlarının tətbiqi
ilə bağlı sinif müəllimləri üçün təşkil
olunmuş kurs iyul ayının 12-dən
23-nə qədər akademik
Z.Əliyeva adına Xaçmaz şəhər
3 nömrəli orta məktəbdə aparılmışdır.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata
keçirilən bu kurslarda 226 müəllim iştirak etmiş və sertifikatlar almışdır.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2010.- 13 avqust.- S.2.