2010-2011-ci tədris ilində
respublikanın ümumtəhsil
məktəblərində olan
vakant yerlərə müəllimlərin işə
qəbulu ilə bağlı reqlament
1. Təhsil Nazirliyinin www.edu.gov.az saytında
"Müəllimlərin işə
qəbulu üzrə müsabiqə" səhifəsində
respublikanın ümumtəhsil
məktəblərində olan
vakant yerlər, elektron ərizə forması, vakant yerlərə müəllimlərin
işə qəbulu ilə bağlı reqlament yerləşdirilmişdir.
Reqlamentdə göstərilən tələblərə riayət
edilməsi zəruridir.
2. Reqlamenti oxuduqdan sonra vakant yerlərin
siyahısı ilə
3. Vakant yerlərə namizədlərdən elektron
ərizələr 2010-cu il avqust ayının 20-dən 27-dək qəbul edilir. Ərizə doldurularkən yalnız bir ixtisas seçilə
və ən çoxu 4 vakant yerin kodları siyahıdan daxil edilə bilər. Ərizədə (*) işarəsi olan sahələr mütləq doldurulmalıdır.
Əks halda ərizə qeydiyyatdan keçməyəcəkdir.
Ərizəsinə yanlış məlumatlar
daxil edən nəmizədlər müsabiqəyə
buraxılmır.
4. Ərizəyə bütün
məlumatları daxil
etdikdən sonra namizəd "Qeydiyyat"
düyməsini sıxaraq
ərizəsini qeydiyyatdan
keçirir. Namizəd qeydiyyata alınan
ərizəsini bir daha diqqətlə yoxlamalı və məlumatların düzgünlüyünə
əmin olduqdan sonra "Təsdiq edirəm" düyməsini
sıxmalıdır. Hər bir
namizəd yalnız bir dəfə ərizə doldura və onu təsdiqləyə
bilər. Namizəd ərizəni
təsdiqlədikdən sonra
"Çap etmək"
düyməsini sıxaraq
ərizəni çap
etməlidir.
5. Ərizə təsdiq edildikdən sonra proqram tərəfindən
namizədə şəxsi
kod və parol təyin olunur. Unutmayın: təyin edilən kod və parol
mütləq yadda saxlanılmalı və ya çap edilməlidir.
Sonradan şəxsi kod və parolu
www.edu.gov.az saytının
"Müəllimlərin işə
qəbulu üzrə müsabiqə" səhifəsinə
daxil etməklə namizəd "Şəxsi
kabinet"ə daxil ola bilər.
"Şəxsi kabinet"də hər bir namizədə aid olan və onun
üçün nəzərdə
tutulan bütün məlumatlar yerləşdirilir.
Namizəd əvvəlcədən ərizəsini çap edə bilməyibsə,
"Şəxsi kabinet"ə
daxil olmaqla ərizəsini çap edə bilər. Diqqət! "Şəxsi
kabinet" vasitəsilə
namizəd müsahibə
və ya test imtahanının keçirilmə
vaxtı və yeri, müsabiqənin nəticələri və
s. haqda məlumatlandırılacaqdır.
6. Namizədlər 23-28 və
30-31 avqust 2010-cu il tarixlərdə elektron ərizəsinin çap olunmuş variantını
və digər müvafiq sənədləri
(kadrların şəxsi
uçot vərəqi,
diplom, diploma əlavə,
ali məktəbi son 3
ildə bitirənlər
üçün təyinat
vərəqəsi və
ya müstəqil işə düzəlməyə
icazə verən arayış, əmək kitabçası, şəxsiyyət
vəsiqəsinin və
ərizə formasındakı
göstəriciləri təsdiq
edən digər sənədlərin surətləri)
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə
təqdim etməlidir.
Sənədlərin qəbulu hər
gün saat 10.00-dan
18.00-dək nazirliyin qəbul
otağında aparılır.
Müəyyənləşdirilmiş müddət bitdikdən
sonra sənədlərin
qəbulu dayandırılır.
7. Müəllimlərin işə
qəbulu üzrə müsabiqə 2 mərhələdə
keçirilir. I mərhələdə vakant
yerlərə ərizə
vermiş namizədlərin
göstəriciləri müəyyənləşdirilmiş
meyarlar əsasında,
kompüter proqramı
vasitəsilə qiymətləndirilir.
8. Müsabiqənin II mərhələsində
namizədlərlə müəyyən
olunmuş vaxtda müsahibə və ya test imtahanı keçirilir.
9. 3-5 sentyabr 2010-cu il tarixdə namizədlər
kod və parolu vasitəsilə
"Şəxsi kabinet"dən
müsabiqəyə buraxılması,
müsahibə və ya test imtahanının keçirilmə vaxtı və yeri barədə
məlumat əldə
edirlər. Hər hansı bir
səbəbdən göstərilən
vaxtda müsahibə və ya imtahanda
iştirak etməyənlər
üçün təkrar
müsahibə və imtahan təşkil edilmir və onların şikayətlərinə
baxılmır.
10. Fiziki tərbiyə, gənclərin çağırışaqədərki
hazırlığı, əmək
hazırlığı, rəsmxət,
təsviri incəsənət,
musiqi və nəğmə fənlərindən
vakant yerlərə işə qəbul nazirliyin müsabiqə komissiyası tərəfindən
müsahibə formasında
aparılır, müəyyənləşdirilmiş
meyarlar əsasında
qiymətləndirmə aparılır
və nəticələr
kompüter proqramına
daxil edilir.
11. Digər fənlərdən
(dil və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, xarici dil), həmçinin
ibtidai sinif müəllimi ixtisası üzrə vakant yerlərə müsabiqə
test imtahanı yolu ilə aparılır. İmtahanda hər namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 test tapşırığı verilir
və bunun cavablandırılmasına 40 dəqiqə
vaxt ayrılır. Hər bir düzgün
cavab 1 bal ilə qiymətləndirilir
və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra ümumi bal kompüterdə
göstərilir. Test tapşırıqlarının
80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.
12. Qiymətləndirmənin I və
II mərhələlərinin nəticələri nəzərə
alınmaqla namizədlərin
yekun qiymətləndirilməsi
kompüter proqramı
vasitəsilə həyata
keçirilir.
13. Yekun qiymətləndirmədən
sonra vakant yerlərə yerləşdirmə
kompüter proqramı
vasitəsilə ən
yüksək bal toplamış namizəddən
başlamaqla həyata
keçirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə 2 və daha artıq
sayda eyni bal toplamış namizədlər olduqda, müsabiqə komissiyası
bütün halları
araşdırmaqla və
onlarla aparılan müsahibənin nəticələrinə
uyğun qərar qəbul edir.
14. Müsabiqənin nəticələrinə
əsasən işə
qəbul edilən müəllimlərin siyahısı
nazirliyin İnternet saytında yerləşdirilir,
siyahı və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə yerli təhsili idarəetmə orqanlarına
göndərilir.
15. Yerli təhsili idarəetmə orqanlarının məktubuna
əsasən məktəb
direktoru ilə işə götürülən
müəllim arasında
əmək müqaviləsi
bağlanılır və
işə qəbul mövcud qanunvericiliyə uyğun rəsmiləşdirilir.
16. Müsabiqənin nəticələri
ilə bağlı apellyasiya şikayətinə
müsabiqələr tam başa
çatdıqdan sonra,
bir həftə ərzində baxılır.
Qeyd: Bakı
şəhərinin ümumtəhsil
məktəblərində olan
vakant yerlərə namizədlərin sənədlərinin
qəbulu zamanı onların Bakı şəhərinə qeydiyyatının
və ali
pedaqoji təhsilinin olması nəzərə
alınır.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi
Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.6.