Azərbaycanın Milli Qəhrəmanları

 

Əhmədov Mübariz Əlizadə oğlu

 

1963-cü il yanvarın 1-də Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdı. 1980-ci ildə kəndlərindəki beynəlmiləl orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Bakı Slavyan Universiteti) qəbul olmuşdu. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmış, 1985-ci ildə ordudan tərxis edilmişdi. 1989-cu ildə erməni işğalçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könullülərdən idi. Onun rota komandiri kimi döyüş yolu Ağdamdan başlasa da, sonra Dovşanlı, Xramord, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, XanabadŞuşa uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dillərdə gəzirdi.

Mhmədov 1992-ci il sentyabrın 24-də Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sabirabad rayonunun Qaratəpə  kəndindəki  Şəhidlər xiyabanında  dəfn  olunub.  Sabirabad rayonunda büstü qoyulub. 

 

Əhmədov Natiq İlyas oğlu

 

1969-cu il sentyabrın 1-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdu. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. 1988-ci ildə Kalininqrad şəhərinin artilleriya hissəsində hərbi xidmətini başa çatdırdıqdan sonra vətənə dönmüşdü. O, Xocalı Rayon Daxili İşlər Şöbəsinin yol patrul xidməti müfəttişi vəzifəsinə qəbul olunmuşdu.

Nhmədov 1991-ci il sentyabrın 26-da Əsgərandan Xocalıya işə gedərkən onun içərisində olduğu maşin yol kənarında pusqu qurmuş erməni yaraqlıları tərəfindən aramsız olaraq atəşə tutulmuşdu. Azərbaycanın bu mərd, mübariz, dəyanətli oğlu yağı düşmənlə xeyli döyüşərək qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Əhmədov Natiq İlyas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonunun Novruzlu kəndində dəfn olunub.

 

Əhmədov Riad Fikrət oğlu

 

1956-cı il dekabrın 20-də Bakıda anadan olmuşdu. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. 1979-1980-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanun Layihələrinin Hazırlanması Qanunvericiliyin Sistemləşdirilməsi İdarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışmışdı. 1981-1982-ci illərdə DTK-nin Minskdəki ali məktəbində təhsil almışdı. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdi.

R.Əhmədovun başçılıq etdiyisusi kəşfiyyatstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, birrandləri ermənicavüzkarlarından azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdi.

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi şücaəti və igidliyi ilə seçilən Riad 1992-ci il yanvarın 25-də "Daşaltı əməliyyatı"nda itkin düşüb.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əhmədov Riad Fikrət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıdakı 203 nömrəli orta məktəb onun adını daşıyır.

 

Fərəcov Ənvər Səyyad oğlu

 

1952-ci il iyunun 28-də Goranboy rayonunun Sarov kəndində dünyaya gəlmişdi. 1968-ci ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdu. O, 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilmişdi. Ənvər 1991-ci il avqustun 18-də polis yoldaşlarını düşmən mühasirəsindən çıxarmaq üçün başqa polis dostları ilə birlikdə qeyri-bərabər döyüşə girərək, ermənilərin mühasirəsini yarmış və onları azad etmişdi. Bu uğurlu əməliyyata görə bölmə rəisi olan Ənvər DİN tərəfindən mükafatlandırılmışdı. Eyni zamanda o, 1991-ci il sentyabrın 11-də düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli və Buzluq kəndlərinə hücuma keçərkən, öz döyüşçü dostları ilə düşmən qüvvələrinə qarşı mərdliklə vuruşmuşdu. Həmin döyüşdə erməni quldurları xeyli tələfat vermişdi.

Ə.Fərəcov elə bu qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idı. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Fərəcov Ənvər Səyyad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Goranboy rayonunda dəfn olunub. Həmin rayonda büstü qoyulub.

 

Fərzəliyev Pəhlivan Əhliman oğlu

 

1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olmuşdu. Doğulduğu kənddəki məktəbin səkkizinci sinfini bitirdikdən sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdu. İdmanın bir çox növü ilə məşğul olmuş, Şuşada keçirilmiş idman yarışında Qarabağ çempionu adını qazanmışdı. Pəhlivan 1979-cu ildə ordu sıralarına çağırılmışdı. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdi. BTR-in ekipaj komandiri olan P.Fərzəliyevin tağımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında xüsusi fədakarlıq göstərmişdi. Onun mübarizliyi, şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyübir BTR məhv edilmişdi.

Baş leytenant P. Fərzəliyev 1992-ci il aprelin 11-də erməni işğalçılarına qarşı ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn olunub. 

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya

 

Mərkəzinin materialları əsasında hazırladı: Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.8.