Ali orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə

 

"Təhsil haqqında" Qanunun 14.18-ci bəndinə uyğun olaraq ölkədə fəaliyyət göstərən ali orta ixtisas təhsili müəssisələri Prezidentin 23 fevral 2010-cu il tarixli, 225 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməyə görə, "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bununla əlaqədar ali orta ixtisas təhsili müəssisələri tələbə magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar Əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidirlər.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-4-cü maddəsinə əsasən, ali orta ixtisas təhsili müəssisələri "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmadıqları ya məlumatları həmin sistemə vaxtında, tam ya düzgün daxil etmədikləri halda cərimə (vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarında, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda) ediləcəklər.

Ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirmək məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə bildiririk ki, qeyri-dövlət Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali (orta ixtisas) təhsil müəssisələrinə başqa müəssisələrdən ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbələrin köçürülmələri xarici ölkə təhsil müəssisələrindən xaric olunanların bərpası Təhsil Nazirliyinin, başqa nazirlik, komitə, idarə təşkilatların tabeliyində olan ali (orta ixtisas) təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcəkdir.

Qeyd olunanları nəzərə alıb, mövcud qanunvericilikdə müəyyən olunmuş müddətdə köçürmələr başa çatdıqdan sonra elektron məlumat sisteminə daxil etmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsində köçürülmələr barədə məlumatı əlavə edilmiş formaya uyğun bir həftə müddətində Təhsil Nazirliyinə təqdim etmək Sizə tapşırılır.

 

 

Hörmətlə,

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

10 avqust 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.2.