Yaşlıların təhsili mərkəzləri:
yoxsulluğun azaldılması, təhsil
və sosial həmrəylik imkanı
dvv international Almaniya Xalq
Universitetləri Birliyinin
Beynəlxalq Əməkdaşlıq
İnstitutu olaraq
2002-ci ildən Azərbaycanda
yerli təhsil sisteminin təkmilləşdirilməsi
və Avropa təhsil sisteminə inteqrasiyası məqsədi
ilə yaşlıların
qeyri-formal təhsili sahəsində layihələr,
tədqiqatlar, sorğular
və müxtəlif maarifləndirici tədbirlər
həyata keçirir.
Bunlara sosial, iqtisadi, vətəndaş
təhsili və mədəni sahələrdə
fəaliyyəti aid etmək
olar.
2009-cu ilin
dekabr ayında dvv international Avropa Komissiyasının "Qeyri-Hökumət
və Yerli Özünüidarəetmə Qurumları
İnkişafda" proqramı
çərçivəsində "Yaşlıların təhsili
mərkəzləri yoxsulluğun
azaldılması, təhsil
və sosial həmrəylik üçün
imkan kimi (COPE)" layihəsini
başlayıb. 30 aylıq müddəti əhatə edəcək layihə Azərbaycanın
cənub rayonlarında
(Masallı, Cəlilabad,
Lənkəran, Yardımlı,
Lerik və Astara) həyata keçirilir. 2010-cu il mart ayının
10-da Bakıda, aprel ayının 9-da isə Masallıda layihənin təqdimatı olmuşdur.
Layihənin əsas
vəzifələri təhsil
xidmətləri təklif
etmək üçün
Yaşlıların təhsili
mərkəzləri (YTM) şəbəkəsini
yaratmaq, təhsil və məşğulluq üçün yeni imkanlar yaratmaqla yoxsulluğun azaldılmasını
dəstəkləmək, etnik azlıqların sosial inteqrasiyasını təmin
etmək və yaşlıların təhsilinin
cəmiyyətin inkişafında
əhəmiyyətli rolunu
vurğulamaqdır. Layihənin məqsədi
səmərəli təhsil
sistemi yaratmaq və onun davamlılığını
təmin etmək üçün tərəfdaşlıq
qurmaq və YTM şəbəkəsi, yerli
özünüidarəetmə və qeyri-hökumət təşkilatlarının heyətlərinin
bacarıqlarını artırmaqdır.
Bazar yönümlü təhsil
kursları vasitəsi
ilə insan resurslarının bacarıqları
və məşğulluq
səviyyəsi artacaq
və yaşlıların
təhsili Azərbaycanın
cənub hissəsində
yoxsulluğun azaldılması
üçün vasitə
kimi təbliğ olunacaq.
Layihə çərçivəsində
yaşlıların təhsili
mərkəzlərinin işi
ilə yaxından
Bundan başqa
layihəyə 30 "dəyirmi
masa" və 7 forumun həyata keçirilməsi, təlimçilər
üçün təlim,
yeni tədris vəsaitlərinin hazırlanması,
yerli icmalar üçün təlim kursları və KİV ilə əlaqələrin
qurulması kimi fəaliyyət növləri
də daxildir. Eyni zamanda 1000-dən çox yerli sakin kənd
təsərrüfatı, turizm,
"Azərbaycan dili işgüzar ünsiyyət
üçün", biznes
sahibkarlığı və
idarəetmənin əsasları
və vətəndaş
təhsili kurslarına
cəlb olunacaq.
35 layihə işçisi və
yerli təlimçi layihənin həyata keçirilməsini və
nəzarətini icra edəcək.
Gələcəkdə
ölkənin digər bölgələrində də ictimai
maarifləndirmə mərkəzlərinin fəaliyyətinin
qurulması və əhaliyə müxtəlif qeyri-formal təhsil
imkanlarının təklif olunması nəzərdə
tutulub.
İsgəndər SADİQ,
Almaniya Xalq
Universitetləri Birliyi
Beynəlxalq Əməkdaşlıq İnstitutunun
Azərbaycan Respublikasındakı
nümayəndəliyinin milli koordinatoru
Azərbaycan müəllimi.-
2010.- 20 avqust.- S.2.