NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində
olublar
Naxçıvan Dövlət Universiteti
dünya elminə uğurla inteqrasiya etmək məqsədilə
ABŞ-ın, İngiltərənin,
Fransanın, Türkiyənin,
İranın məşhur
ali təhsil ocaqları ilə çoxşaxəli
beynəlxalq əlaqələr
qurmaqdadır. 1999-cu ildə universitetin təbiətşünaslıq fakültəsinin
nəzdində pediatriya
ixtisası kimi yaradılan, 2003-cü ildən
müstəqil fakültə
kimi fəaliyyət göstərən tibb fakültəsi isə bu əlaqələrin önündə gedir.
Naxçıvan Muxtar
Respublikasında səhiyyənin inkişafına, yerli tibbi
kadrların yetişdirilməsinə göstərilən yüksək
diqqət və qayğının təzahürüdür ki,
fakültənin müəllim və tələbələri Türkiyə
Respublikasının Elazığdakı Fırat, İzmitdəki
Kocaeli, Kayseridəki Erciyez, Erzurumdakı Atatürk, Van 100-cü
il, Qars, Ankara universitetlərində elmi istehsalat təcrübələri,
ixtisasartırma kursları keçirlər.
NDU ilə Türkiyənin
Kayseri şəhərindəki Erciyez Universiteti arasında
bağlanan müqaviləyə görə, bu yaxınlarda tibb
fakültəsinin 26 nəfər III, IV və V kurs tələbəsi
adıçəkilən universitetdə elmi istehsalat təcrübəsində
olmuşdur. Fakültənin dekanı, dosent Bəhruz Məmmədov,
Ümumi təbabət kafedrasının müdiri, dosent Malikəjdər
İbrahimov, Naxçıvan MR əməkdar həkimi,
fakültənin baş müəllimi, tibb elmləri namizədi
İsa Abdullayev, Azərbaycan Respublikasının əməkdar
müəllimi Kubra Cəfərova və tibb elmləri üzrə
fəlsəfə doktoru Elmar Rzayev də heyətə
qatılmışdı. Erciyez Universitetinin rektoru,
professor-doktor Fəxrəddin Kələktaş və pedaqoji
kollektiv Naxçıvandan gələn heyəti yüksək
qonaqpərvərliklə, hərarətlə
qarşılamışdır.
Böyük mədəniyyət,
sənaye və ticarət mərkəzi, 4 minillik tarixə
malik olan Kayseri şəhərində yerləşən
Erciyez Universiteti 1978-ci ildə Kayseri Universiteti adı ilə fəaliyyətə
başlamış, sonralar Erciyez dağının adı ilə
adlandırılmışdır. Universitetin 18 fakültəsi,
8 yüksəkokulu, 8 məslək yüksəkokulu, 5 institutu,
13 araştırma mərkəzi var. Türkiyənin 10 ən
tanınmış universitetindən
biri olan bu ali məktəbin təməlini təşkil
edən fakültələrdən biri də hələ 1969-cu
ildə Hacəttəpə Universitetinə bağlı olaraq
açılan, 1982-ci ildən Erciyəz Universitetinə birləşdirilən
Gövhər Nəsibə Tibb fakültəsidir.
Fakültədə 104 professor, 40
dosent, 63 yardımçı
dosent çalışır. Fakültə
dekanı, professor-doktor Ruhan Düşünselin rəhbərliyi
və qayğısı
ilə tələbələr
"Biokimya", "Anatomiya",
"Mikrobiologiya", "Normal fiziologiya" kafedralarında
olmuş, dünyadakı
müasir tibb təhsili, yeni dərslik və dərs vəsaitləri ilə maraqlanmış, fikir mübadiləsi aparmışlar.
Təcrübəçi tələbələr
fakültənin 1500 çarpayılıq
5 xəstəxanasında - Hematologiya-onkologiya,
Orqan köçürülməsi
və dializ, ürək və damar xəstəlikləri,
uşaq xəstəxanalarında,
Sümük iliyi köçürülməsi Mərkəzində
olmuşlar.
Bu səhiyyə ocaqları fakültə üçün fundamental təcrübə
və elmi-tədqiqat mərkəzi rolu oynayırlar.
"Cərrahiyyə",
"Daxili xəstəliklər",
"Endokrinologiya", "Ağciyər xəstəlikləri",
"Hemotologiya", "Onkologiya",
"Təcili tibbi yardım", "Uşaq
reanimasiyası", "Doğum"
şöbələrində müxtəlif xəstəliklərin
müayinəsində fəal
iştirak edən gələcək həkimlərimiz
müasir müalicə
üsullarını, ən
yeni tibbi texnologiyadan istifadəni mənimsəmişlər. Cərrahiyyə
şöbəsində tələbələr
yerli həkimlərin və cərrah İsa Abdullayevin nəzarəti ilə assistent kimi müxtəlif əməliyyatlara
girmiş, daxili orqanların cərrahi yolla müalicəsində,
böyrək və sümük iliyi köçürülməsi, qaraciyər
rezeksiyası, hemodializ,
göz, beyin, açıq ürək əməliyyatlarında, koronar
angioqrafiyada, endoskopiya
vasitəsilə qida borusunun, onikibarmaq bağırsağın, ERSP vasitəsilə
öd yollarının
görüntülənməsində iştirak etmişlər. Tələbələr dünya təbabətinin
ən yeni nailiyyətləri haqqında
təcrübi bilik əldə etmişlər.
Tələbələrimiz xəstəxananın mərkəzi
laboratoriyasındakı müasir
laborator müayinə
üsullarını, poliklinikada
isə ambulator xəstələrin qəbulu,
müayinəsi və
müalicə üçün
istiqamətləndirilməsi proseslərini öyrənmişlər.
Təcrübə müddətində müvafiq
kafedraların professorları
təcili tibbi yardıma, infeksion xəstəliklərə, uşaqların
qidalandırılmasına, anemiyalara, qalxanabənzər
vəzin şişlərinə,
müasir təbabətin
aktual problemlərinə
dair mühazirələr
oxumuş, tələbələri
maraqlandıran suallara
cavab vermişlər. Diskussiya zamanı
tələbələr yetkin
nəzəri bilik nümayiş etdirmişlər.
Səfər zamanı naxçıvanlı
qonaqlar üçün
tarixi yerlərə ekskursiyalar təşkil olunmuşdur.
Tələbələrimiz
asudə vaxtlarında
Erciyez Universitetinin
70.000-dən artıq kitab
fonduna malik zəngin kitabxanalarında
türk və ingilis dillərində çıxan müasir elmi tibbi nəşrlərlə,
son elektron dərgilərlə
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.3.